“İsa Qəmbər təcili Moskvaya, oradan da Helsinkiyə uçmalıdır...”- 1 saatdan sonra...
Oxunub: 5835
07 May 2018 | 20:01
“İsa Qəmbər təcili Moskvaya, oradan da Helsinkiyə uçmalıdır...”-  1 saatdan sonra...
İsa Qəmbər:” Biz istəsək də, istəməsək də, Qarabağ məsələsi beynəlxalq miqyasa çıxıbdır...”

...26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ən təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi.  Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər.

Həmin günlər ölkənin siyasi  idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi.  Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü hələ də qoruyub saxlayır...

1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmiş  deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasında 1992-ci il martın 3-dən  mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyi  bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırırıq.

(Ali Sovetin Milli Şurasının 1992-ci il 30 aprel tarixli iclasının davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: //www.moderator.az/news/223515.html)


...1992-ci il aprelin 30-da Bakıda –parlament binasında Milli Şuranın növbəti iclası keçirilirdi. Həmin günlər artıq cəbhə bölgələrində, xüsusən Şuşa və Laçında xaotik proseslər güclənməkdə idi...  Şuşanın işğalına 7, Laçının işğalına isə 17 gün qalırdı...  Bakıda -parlamentdə isə  Ali Sovet rəhbərliyi və Milli Şura   ATƏT-in Qarabağla bağlı Minsk konfransına nümayəndə heyəti göndərməyə tələsirdi. Əslində həmin günlər bu günədək -26 ildir, çıxa bilmədiyimiz ATƏT-in Minsk Qrupu tələsinə addım atdığımız həlledici günlər idi... Bu qərar verilməyə də bilərdi...

(Həmin dövrdə deputat, eyni zamanda Baş nazirin müavini olan Vahid Əhmədovun çıxışının davamı(ixtisarla))

Vahid Əhmədov:”Qraçov boynuna aldı ki, 366-cı alay ermənilərə kömək edibdir...”

“...Danışıqların sonunda Rəhim Qazıyevin və Pavel Qraçovun qolu ilə protokol imzalandı və təxminən 1993-cü ilin sonuna kimi Azərbaycandakı bütün Rusiya hərbi hissələri dövlətimizin ixtiyarına veriləcək... Qeyd olundu ki, avqust ayında bəzi hissələr, o cümlədən bizi maraqlandıran bir diviziya Azərbaycanın ixtiyarına verilsin... Orada MDB ilə əlaqədən də söhbət getdi. Mən və Rəhim Qazıyev qəti dedik ki, bu haqda parlamentin qərarı var. MDB-yə dair heç bir söhbət ola bilməz- Azərbaycan  bu quruma girməyəcək. Onlar bizə sənəd göstərdillər ki,  vaxtilə Ayaz Mütəllibov MDB-yə girməyə qol çəkib.  Biz isə dedik ki, bu sənəd parlamentdə ratifikasiya olunmayıb. Deməli, biz MDB-yə daxil olmayacağıq. Amma Rusiya ilə əlaqələri kəsmək fikrində deyilik. İqtisadiyyat, hərb və s. sahələrdə birbaşa əlaqələr yaratmağa, müqavilələr imzalamağa hazırıq... 

Dünən –aprelin 29-u axşam isə Qraçov bizim prezidentlə- Yaqub Məmmədovla görüşdü. Biz orada bütün məlumatları verdik və saat 4-də Qraçov Tiflisə uçdu.  O, prezident Yeltsindən göstəriş alır. Ali Baş komandan Yeltsin olsa da, Yeltsin faktiki işləmir, bütün işləri Qraçov aparır... 

Mayın 13-də Daşkənddə Rusiya hərbçiləri ilə görüşümüz olacaq.   Hərbi hissələrin Azərbaycana verilməsi haqda müqavilə imzalanacaq...

Qraçovla əsas mübahisəmiz Xəzər donanması və hava hücumundan  müdafiə qüvvələri ilə əlaqədar oldu. Amma burada da ümumi razılığa gələ bildik...

Qraçov boynuna aldı ki, ermənilər 366-cı alaydan istifadə ediblər. Biz  bildiridik ki,  Rusiya qüvvələri də bizə qarşı döyüşlərdə iştirak edir. Biz onların üzlərinə deyirdik. Ermənistan keçmiş sovet ordusundan nə lazımdırsa, hamısını götürüb. Amma bizim əlimizdə heç nə yoxdur. Ruslar bildirdilər ki, biz  Azərbaycanda xidmət edən Rusiya hərbçilərinə təhlükəsizlik üçün təminat verilməsini istəyirik. Biz onlara rəsmi təminat verdik...

Bu zaman sədr Ziyad Səmədzadə Vahid Əhmədovn sözünü kəsərək bildirdi ki, vacib bir informasiya verməlidir. 1 saatdan sonra İsa Qəmbərov bizim  nümayəndəmiz kimi təcili olaraq   Moskvaya, oradan da Helsinkiyə uçmalıdır. Sözü ona verirəm.  İsa Qəmbərov öz çıxışında dedi: 

“Biz istəsək də, istəməsək də, Qarabağ məsələsi beynəlxalq miqyasa çıxıbdır. Azərbaycanın rəhbərliyi və Xarici İşlər Nazirliyi tərəfindən Minsk konfransında iştirak etmək üçün razılıq verilibdir. İndi Helsinkidə müşavirə var. Bu gün başlayıb. Bizim xahişimizə görə, bir qədər ləngidiblər. Çünki biz nümayəndə heyətini vaxtında oraya göndərə bilməmişik...

Minsk konfransının iştirakçıları müəyyənləşdirilibdir. Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya, Fransa, Almaniya, İtaliya, İsveç və gərək ki, bir neçə digər xarici dövlət də buraya daxildir. İran tərəfi isə təklif edib ki, orada Dağlıq Qarabağın erməni nümayəndələri bərabər hüquqla iştirak etsinlər. Bizim isə təklifimiz bu olub ki, Qarabağda iki icma var: erməni və azərbaycanlı.  Bu icmaların nümayəndələri bərabərhüquqlu, münaqişəyə cəlb olunmuş tərəf kimi konfransa dəvət oluna bilərlər...

Bu müşavirədə  Minsk konfransının məqsəd və vəzifələri müəyyənləşdiriləcək. İlkin razılaşmalarda yazılıb ki, konfransın məqsədi bu münaqişəni bütövlükdə həll eləmək və geniş sülhə nail olmaqdır.  Ancaq çox geniş açıqlanmayıb ki, nələr nəzərdə tutulub. İndi biz Qarabağda qanunsuz hərbi dəstələrin ləğv edilməsinə nail olmalıyıq. Ermənistan Qarabağa silah göndərir. Bu məsələ və qaçqınlar məsələsi də müzakirə olunmalıdır. Mən bir müddət xarici səfərdən imtina eləmişəm. Məsələ ondadr ki, Ermənistan tərəfi müşavirədə kifayər qədər yüksək səviyyədə təmsil olunmuşdur. Ona görə də bizdən də heç olmasa, komissiya sədrlərinin  getməsi məqsədəuyğundur. Biz müharibənin  bütün sahələrində olduğu kimi, diplomatiyada da uduzmuşuq... 

Konkret nə təklif edirsiniz? Bu müşavirədə Azərbaycan nümayəndə heyətinin hansı mövqedən çıxış etməsini təklif edirsiniz? Onu deyin. Doğrusu, mənim də bu sahədə təcrübəm yoxdur...

Mən bu gün Danimarkada olmalıydım. Hər şey həll olunmuşdu, biletlər də alınmışdı. Amma bu vəziyyəti görüb mən respublikadan çıxmaq istəmirəm. Lap birgünlük də olsa, çıxa bilmirəm...”
Yenə də Mill Şurada yetərsay olmadığından narazılıqlar başlandı. Ziyad Səmədzadə deputatları sakitləşdirərək dedi ki, Milli Şurada işin təşkili ilə bağlı fikir mübadiləsi edək, bu barədə sizə qərar layihəsi verilibdir...”

(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh. 140-143)

(Davamı var)

Təqdim etdi: Sultan Laçın
Oxşar xəbərlər
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
11:08, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 12:38
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 12:32
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 12:12
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
18 May 2024 | 12:22
Bisavad insan siyasətə sürüklənəndə belə olur
18 May 2024 | 13:10
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
18 May 2024 | 12:45
Rəşad Dağlının qızı əməliyyat olundu
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 12:38
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 12:32
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 12:12
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
18 May 2024 | 12:22
Bisavad insan siyasətə sürüklənəndə belə olur
18 May 2024 | 13:10
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
18 May 2024 | 12:45
Rəşad Dağlının qızı əməliyyat olundu