“Kəbədə Allahınla və vicdanınla təkbətək qalanda hər kəs nə etdiyini çox yaxşı anlayır”
Oxunub: 5651
13 Oct 2015 | 09:59
“Kəbədə Allahınla və vicdanınla təkbətək qalanda hər kəs nə etdiyini çox yaxşı anlayır”
Bu günlərdə Həcc ziyarətindən dönən tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov hələ ziyarət əsnasında orada zəvvarlarımızın üzləşdiyi çoxsaylı problemlərdən yazırdı. Hətta Moderator.az - a göndərdiyi sonuncu etiraz dolu açıqlamasında zəvvarlarımızın Ciddə hava limanında üzləşdiyi məşəqqətlərdən bəhs etmişdi. Odur ki, onunla üzbəüz oturaraq bəzi suallara cavab almaq zərurəti yaranmışdı. Beləliklə, Hacı Qurbanla söhbətimizi oxuculara təqdim edirik:

- Allah ziyarətinizi qəbul etsin. 

- Təşəkkürlər, çox sağolun, Allah razı olsun. 

- Sirr deyilsə, Allah evində hansı duaları etdiniz, yaxud da kimlərə dua etdiniz?

- Bismilləhirrahmənirrahim. Öncə bütün həyatım boyu buraxdığım səhvlərə, etdiyim günahlara görə Allahdan bağışlanmamı dilədim. Sonra isə əlimi Kəbənin divarlarına, qara daşa dayayıb, eləcə də Kəbənin divarından iki metrlik məsafədə xalqımıza, dövlətimizə, xəstələrimizə, subaylarımıza, sonsuzlarımıza dualar etdim. 

- Çoxmu günahınız var idi?

- (Düşünür, başını aşağı salır) Bəli, günahlarımı xatırladıqca Allah evinin qarşısında məni titrətmə tuturdu. Allah bağışlayandır, bağışlar, İnşAllah.

- Sizcə Allah dualarınızı qəbul etdimi?

- Mən bildiyimə görə Həcc ziyarətində Allah hamının duasını qəbul edir və günahlarını bağışlayır. Önəmli olan ziyarətdən sonrakı həyatı düzgün yaşamaqdır. 

- Yəni bundan sonra səhv etməyəcəyinizə, günah işlətməyəcəyinizə əminmisiniz?

- Qeyrət göstərəcəyəm. Umarım bundan sonrakı həyatımı günahsız başa vuracağam. 

- Belə bir fikir var ki, siyasətlə ibadət bir arada tutmaz. Siz necə düşünürsünüz?

- Səhv fikirdir. Sevgili peyğəmbərimiz (s.a.s) məhz öz incə siyasəti ilə cahil ərəbləri və düşmənləri islama gətirmədimi, apardığı müharibələrdə həm də siyasi üsullarla qələbə çalmadımı? Əksinə, istənilən siyasət dinin öyrətdiyi əxlaqi və mənəvi dəyərlərə söykənmirsə, uğur qazana bilməz. 

- Sizə qədər də bir çox siyasətçilər, tanınmış ictimai-siyasi şəxslər, eləcə də deputatlar və dövlət məmurları Həcc ziyarətində olublar. Onlardan heç birinin ziyarəti siziniki qədər ictimai diqqətdə olmadı.

- Anlamadım, nəyi nəzərdə tuturusunuz? 

- Ã–zünüz vətənə gəlmədən sədanız gəldi. Ziyarətinizi bitirmədən sosial şəbəkələrdə sizin bu ilki ziyarətdə gördüyünüz nöqsanlarla bağlı fikirləriniz yayılaraq ciddi rezonansa səbəb oldu. Eləcə də bütün ziyarətiniz boyu yenə də sosial şəbəkələrdə, xüsusilə facebook-da fəaliyyətiniz səngimədi. Ziyarət əməllərinizimi tam yerinə yetirə bilmədiniz, yoxsa orda da siyasətdən kənarda dura bilmədiniz?

- Əvvəla, ziyarət zamanı kifayət qədər asudə vaxt olur. Baxmayaraq ki, imkan daxilində bütün gecələri Allah evində - Kəbədə namaz qılıb dua etməyə çalışdıq. İkincisi isə, məncə əsl müsəlman ətrafında baş verən ictimai-siyasi hadisələrə, haqsızlıqlara, qanunsuzluqlara, başqalarının haqqının tapdalanmasına laqeyd qala bilməz və Həcc ziyarəti isə müsəlmanın boynuna bu baxımdan daha böyük məsuliyyət qoyur. 

- Hansısa nöqsanlardan yazmışdınız. Qafqaz Müsəlmanları İdarəsini (QMİ) ittiham etmişdiniz. Nə baş vermişdi?

- Öncə mən sizin sayt vasitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinə, şəxsən onun rəhbəri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə şəxsim və ailəm adından bu müqqədəs dini borcumuzu yerinə yetirməkdə bizə yardımçı olduğundan dolayı öz minnətdarlığımı bildirirəm. Çox böyük əziyyət çəkdilər. Azərbaycandan 2600 zəvvarın xətasız, bəlasız öz ziyarətlətini başa vurmaları çox böyük zəhmətin nəticəsidir. Bu zəhməti çəkənlər isə başda şeyx həzrətləri olmaqla onun bütün nümayəndələri böyük hörmətə layiqdirlər. O ki, qaldı nöqsanlara, təbii ki, mənim kimi maksimalist adamlar ən kiçik nöqsanların belə olmasını istəmirlər. Orada mənim gördüyüm nöqsanların bir hissəsi Səudiyyə Ərəbistanının hakimiyyət dairələrinin, digər bir hissəsi isə QMİ-nin bəzi nümayəndələrinin üzərinə düşürdü. Təbii ki, birincilərlə bağlı nəsə etmək biz zəvvarların iradəsi xaricində idi. İkincilərlə bağlı isə...

- Üzr istəyirəm sözünüzü kəsdiyimə görə, bizə hörmətli şeyxülislam A.Paşazadə ilə bağlı görüşməyiniz barədə məlumat daxil olub. Doğrudurmu, əgər belə bir görüş olubsa və sirr deyilsə, nələri müzakirə etdiniz?

- İlk növbədə mən hörmətli şeyx həzrətlərinə bu ziyarətdə biz zəvvarlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirdim. Sonra isə qeyd etdiyim o ikinci qrup nöqsanlarla bağlı ətraflı söhbətimiz oldu və hörmətli şeyximiz məni çox diqqətlə dinlədi, bütün dediyim nöqsanları qeyd etdi və növbəti Həcc ziyarətlərində nöqsanların aradan qaldırılması barədə lazımi tədbirlər görüləcəyi barədə fikir bildirdi. 

- Görüşdən razı qaldınızmı?

- (Gülümsəyir) O gözəl insanla görüşdən məmnun qalmamaq mümkün deyil. Mən hər bir zəvvarın və onların ailəsinin təhlükəsizlik və sağlamlıq probleminin məsuliyyətini hiss edən, zəvvarların hər addımını nəzarətdə saxlayan və bu ağır səfərin xətasız-bəlasız ötüşməsi üçün çox böyük diqqət göstərən bir din xadimini gördüm və açıq etiraf edim ki, bu məni çox sevindirdi. 

- Əvvəllər şeyxlə görüşmüşdünüzmü?

- Xeyr, bizim tanışlığımız qiyabi olub. Yəni, yalnız mətbuat vasitəsi ilə. Mən A.Paşazadə cənablarının bir dini lider kimi fəal hərəkətlərini 20 yanvar faciəsi zamanı görmüşdüm. Amma belə əyani görüşümüz olmamışdı. 

- Sizcə, QMİ-nin nöqsana yol verən nümayəndələri cəzalandırılacaqmı? Hətta bizə çatan məlumatlara görə ziyarətin hansısa mərhələsində nöqsanlara etiraz etdiyiniz üçün bəzi QMİ nümayəndələri sizə hücum edərək təhqir ediblər. Bu barədə redaksiyamıza bəzi zəvvarlardan da məlumatlar daxil olmuşdu. O adamlar kimlər idi və cəzalandırıldımı?

- Mən kimisə cəzalandırmaq, kiməsə pislik etmək məqsədi ilə şeyx həzrətləri ilə görüşə getməmişdim. Təbii ki, belə böyük tədbirdə insanların əsəbi olması, müəyyən nöqsanlara yol verməsi də təbii haldır və bu müqəddəs ziyarətin qarşısında çox kiçik şeylərdir. Belə şeylərə görə Həcc ziyarətimizə və onu təşkil edən insaların əziyyətinə kölgə salmaq qətiyyən olmaz. Əksinə, onların öz zəhmətlərini biz zəvvarlara halal etmələri bizim üçün böyük lütfdür. 

- Soruşmaq caizdirsə, bu ziyarət üçün nə qədər haqq ödənilir və Həcc ziyarəti bir adam üçün neçəyə başa gəlir?

- QMİ-nin rəsmi açıqlamalarına görə bu xərc 4700-5700 ABŞ dollarıdır. Əlavə olaraq hər bir adam orada öz istədiyi qədər pul xərcləməkdə də sərbsətdir. Ancaq ödənilmiş məbləğ zəvvarın oradakı bütün ehtiyaclarını ödəyir. 

- Bizim üçün bir şey maraqlıdır. Araşdırmalarımız göstərir ki, bu məbləğ müxtəlif ölkələrdə fərqlidir, xüsusilə də Azərbaycanla müqayisədə çox azdır. 

- Bu barədə mənim dəqiq məlumatım yoxdur. 

- Bizdə isə var. Məsələn, Orta Asiya respublikalarında ortalama 2500, Uyğurlarda 2800-ə qədər, Türkiyədə 2300-4000, İranda 1800-2200 dollar ödənilir. Bu fərqin müqabilində orada saxlanma şəraitində və xidmətlərdə fərq varmı? 

- Anlamadım, siz nəyi nəzərdə tutursunuz? 

- Qidalanma, mehmanxana şəraiti, Həcc əməllərini yerinə yetirərkən su və qida ilə təchizat, nəqliyyat xidmətləri və sair.

- Şəxsən mən ora kefə, istirahətə yox, ziyarətə getmişdim və elə səfərimizin ilk günündən bizim indiki Həcc şərtlərimizi sevgili peyğəmbərimizin (s.a.s) 1400 il bundan öncəki Həcc şərtləri ilə xəyalən müqayisə edir və o zaman müsəlman qardaşlarımızın nələr çəkdiyini, hansı əzablardan keçdiklərini fəhmən hiss edirdim. 

- Kefə və istirahətə getmədiyiniz aydındır. Ancaq ortada bir müqavilə, pul ödəmələri və başqa ölkələrlə fərqlər də var axı. Bir hüquqşünas kimi bu barədə mövqeyinizi bilmək bizim üçün maraqlı olardı.

- Sizi konkret nə maraqlandırır?

- İlk olaraq mehmanxana şəraitindən danışsanız yaxşı olar.

- Təbii ki, biz qaldığımız hotellər dünyada hotel kimi qəbul edilən xidmət yerlərindən köklü surətdə fərqlənir. Çünki Məkkə istirahət şəhəri yox, yalnız ziyarət və ibadət məkanıdır. Hotellər də məhz bu məqsədlərə uyğunlaşdırılıb. Məsələn, mən qaldığım iki nəfərlik olsa da, dörd nəfər qalırdıq. Otaqların heç birində stol-stul olmur və soyuducuya əlavə heç nə qoyulmur. Gündə də səhər-axşam olmaqla iki dəfə yemək verilir. Yeməyin tərkibini isə hotel özü müəyyənləşdirir. Başqa sözlə, bu hotel yox, pansionat tipli qonaq evləridir. Məkkədən fərqli olaraq, 3-4 gün qaldığımız Mədinədə şərait daha yaxşı idi. Bilirsiniz ki, Mədinə elə sevgili peyğəmbərimizin (s.a.s) vaxtından da ticarət mərkəzi və Məkkə ilə müqayisədə daha yaxşı olub. 

- Bəs nəqliyyat xidmətlərindən necə, razı qaldınızmı?

- Bu barədə müəyyən problemlər var idi. Şeyx həzrətləri ilə görüşdə bu problemlərin məhz Səudiyyə Ərəbistanının Həcc Nazirliyi tərəfindən qaynaqlandığını bildim. Hətta hörmətli Allahşükür Paşazadə cənabları buna görə Səudiyyə Ərəbistanına qarşı rəsmi etiraz etdiklərini də bildirdi.

- Bildiyimizə görə orada gecələri ən azı 45-50, gündüzlər 55-60 dərəcə isti olur. Bəs içməli su təçhizatı necə idi?

- Kəbənin özündə, şeytan daşlama prosesində bütün yollar boyunca içməli su problemi yüksək səviyyədə həll edilib. Bir Ərəfat çölündə Minaya yola düşməmişdən qabaq, yəni axşam namazından sonra, bir də Müzdəlifə deyilən yerdə gecə sübh namazına qədər belə bir içməli su problemi yaranmışdı. Bunun səbəbləri və aradan qaldırılma yolları ilə bağlı şeyx həzrətləri ilə də danışdıq. Ümidvaram ki, gələcəkdə belə problemlər olmayacaq. 

- Allahşükür Paşazadə cənabları ilə görüşərkən ödədiyiniz pulların konkret olaraq hara və nə qədər xərcləndiyi barədə bir hüquqşünas kimi maraqlandınızmı?

- (Gülümsəyir) Bu mənim maraqlarım çərçivəsində ola məsələ deyil. Əgər bu sizi maraqlandırırsa, QMİ-nin əlaqədar strukturlarına müraciət edə bilərsiniz. Mənim üçün önəmli olan odur ki, ömrümün bir mərhələsinin hesabatını vermək üçün maddi imkanı və sağlamlıq durumu imkan verən hər bir müsəlman üçün vacib olan Həcc ziyarətinə getdim və öz borcumu yerinə yetirdim. Allah bizi bu dünyada doğru yolda olanlardan etsin, o dünyada isə bağışlananlardan, əməl dəftəri sağ çiynindən verilənlərdən qılsın, İnşAllah. Qalan o maddi məsələlər kiçik şeylərdir. 

- İmkanınız olsa, yenə də gedərsinizmi?

- Siz gözəl bir çiçəyin ətrindən, təmiz bulaq suyu içməkdən, təmiz dağ havası almaqdan doyarsınızmı? Dünyada Allah evindən, Allah evini ziyarət etməkdən, bilavasitə onun evində namaz qılıb ona yalvarmaqdan gözəl nə ola bilər? 

- Hətta 28 dəfə?

- Hərə öz evinin qibləsini yaxşı bilir. Nəyə işarə etdiyinizi başa düşürəm. Həccin də öz şərtləri var. Yaxın ətrafında, yəni yaxın qohumlarının və qonşularının arasında məhz sənə ehtiyacı olan insanlar varkən ziyarətə getmək bəlkə də səhv bir addımdır. Haram pulla bu ziyarətə getmək böyük günahdır. Ancaq Kəbədə Allahınla və vicdanınla təkbətək qalanda hər kəs nə etdiyini çox yaxşı anlayır. Quran-i Kərimdə Allah buyurur: “Mən sizə şah damarınızdan da yaxınam”, “Allah ürəkdən keçənləri biləndir”. Sevgili peyğəmbərimizin (s.a.s) isə belə bir hədisi var: “Əməllər niyyət ilədir”. Kim hansı niyyətlə ziyarətə gedirsə, nəsə edirsə, Allaha (c.c) agahdır və o dünyada hərə yalnız öz əməlinə görə cavab verəcəkdir, bir başqasına görə yox. 

- Bu ziyarətdən sonra özünüzdə bir dəyişiklik hss etdinizmi? İnsanlar arasında Kəbə və burada insanın həqiqətən də qeyri-adi hisslər yaşaması haqqında fikirlər dolaşır. 

- Mən bunları sözlə ifadə etməkdə acizəm. Allah qismət eləsin siz özünüz mütləq Həccə gedin, Həcc ziyarətinə gedin. Buna hamımızın, bütün insanların ehtiyacı var. Gedin və verdiyiniz sualın cavabını özünüz orada əyani görəcəksiniz.  

- Allah ziyarətinizi bir daha qəbul etsin, söhbətə görə çox sağolun. Sonda bir Hacı Qurban kimi bizə və millətimizə nə demək istərdiniz?

- Allah xalqımıza birlik və bərabərlik, onu idarə edənlərə rəhm və mərhəmət, xəstələrimizə şəfa, sonsuzlarımıza övlad, kasıblarımıza ruzi-bərəkət, alimlərimizə haqqı demək qabiliyyəti, siyasətçilərimizə sayıqlıq və səbr, əsgərlərimizə can sağlığı və güc, məhbuslarımıza səbr və azadlıq, İslam dünyasına birlik versin, səhv yolda olan bəzi müsəlman qardaşlarımızı da doğru yola hidayət etsin, İnşAllah. Təşəkkürlər, çox sağolun. Əssəlamun Aleykum və Rəhmətullahu və Bərəkatuhu.
Oxşar xəbərlər
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir