Ankarada törədilən terror olayının arxasında Suriya kəşfiyyatını dayanması ilə bağlı yayılan xəbərlər həm Türkiyə, həm də Azərbaycanda ciddi narahatlıq və hiddtlə qarşılanıb.
Maraqlıdır, Ankara terrorunun həqiqətən də Suriya kəşfiyyatı tərəfindən törədilməsi öz təsdiqini taparsa, bu, Türkiyənin Suriyaya qarşı hərbi müstəvidə ciddi addımlar atması, onu cəzalandırması üçün əsas ola bilərmi?
Moderator.az-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bunun Suriyanın cəzalandırılması üçün yetərli olduğunu vurğuladı:
“Əgər bu informasiya öz təsdiqini taparsa, bu, Suriyanın Türkiyəyə hücumu kimi qiymətləndirilməlidir. Belə olduğu təqirdə siə, Suriyanın bu addımına adekvat cavab verilməlidir. Təbii ki, adekvat cavab dedikdə Türkiyənin Suriyaya qarşı terror təşkil etməsindən söhbət getmir. Söhbət lazımi səviyyə və həddə Suriyanın cəzalandırılmasından gedir. Belə bir cəzalandırma həyata keçirilməlidir ki, gələcəkdə Suriya dövləti, Suriya hakimiyyəti və bu dövlətin xüsusi xidmət orqanlanları belə bir əmələ yol verməsin”.
Seymur Əliyev