“Bir deputat maliyyə nazirindən hesab sordumu?”
Oxunub: 13348
13 Oct 2015 | 15:32
“Bir deputat maliyyə nazirindən hesab sordumu?”

Moderator.az 25 saylı Nizami İkinci Seçki Dairəsindən deputatlığa namizəd, ADP sədrinin müavini Nurəddin İsmayılovun müsahibəsini təqdim edir:

 

-Nurəddin  bəy, müşahidələrə görə, müstəqillik dövrünün ən maraqsız, sönük parlament seçkisi keçirilir. Bir çox siyasi partiyalar, o cümlədən təmsil olunduğunuz təşkilat seçkiləri boykot edib. Nəyə əsaslanaraq seçkilərdə iştirak edirsiniz?

 

”“ Çox düzgün qeyd edirsiniz ki, bu seçki son 25 ildə keçirilən parlament seçkiləri sırasında ən maraqsız, sönük, siyasi yükü çəkisizləşdirilən, beynəlxalq təşkilatların seçki müşahidəsi missiyasından imtina etdiyi və seçici aktivliyinin ən aşağı səviyyəyə düşdüyü seçki kimi yadda qalacaq. Təbii ki, bunun başlıca səbəbini hakimiyyətin demokratik seçkilər keçirilməsində siyasi iradə nümayiş etdirməməsində, müstəqillik dönəmindən Avroatlantik məkana inteqrasiya ilə bağlı elan edilmiş xarici siyasət kursundan üz döndərərək, avtoritar rus modelinə üstünlük verilməsində, parlamentin rolunun heçə endirlməsində axtarmaq lazımdır.
Əslində proseslərin anti-demokratik yön alması uzun illərdir müşahidə olunmaqda idi və hakimiyyət demokratik institutların sıxışdırılıb siyasi səhnədən çıxarılması üçün gərəkən addımları atırdı. İlk növbədə müxalifyönlü partiyalar hədəfə alındı. Bəlli məsələdir ki, hakimiyyət xalqın apolitik vəziyyətdə qalmasında nə qədər maraqlıdırsa, siyasi partiyalar da xalqın siyasi şüurunun maariflənməsində, onların ictimai proseslərdə aktiv iştirakında, siyasi mədəniyyətin formalaşmasında bir o qədər mühüm rol oynayır. Ona görə də, hakimiyyət ilk növbədə on minlərlə üzv və tərəfdarları olan siyasi partiyaları göz ardı etdi, rəhbərlərini təqib etdi, sərbəst toplaşmalara məhdudiyyətlər qoydurdu, bütün resurslarını onların siyasi səhnədən uzaqlaşdırılması və ictimai mühitdə düşmən obrazının yaradılması istiqamətinə yönəltdi.
Daha sonra söz və mətbuat azadlığına qadağalar başladı. Alternativ informasiya məkanı daraldıldı.
Qeyd etdiyim kimi bu faktlar bu gün yaşanan ölgünlüyə, apolitik vəziyyətin yaranmasına, xalqın seçkilərdə iştirakının qarşısının alınmasına, parlamentin əhəmiyyətsiz bir quruma çevrilməsinə, idarə edənlərlə idarə olunanlar arasında əlaqənin zəiflədilməsinə gətirib çıxardı.
O ki qaldı təmsil olunduğum partiyanın seçkiləri boykot məsələsinə, bu məsələ heç də siz dediyiniz kimi deyil. ADP seçkiləri boykot yolu tutmayıb. Partiyanın qərarında seçkilərdən geri çəkilmə beynəlxalq təşkilatların seçkiləri müşahidədən imtina etməsi, ölkədə seçki mühitinin olmaması ilə əlaqələndirilib və bu geri çəkilmə üzvlərin sərbəst seçkilərdə iştirakına məhdudiyyət qoyulması anlamına gəlmir.
Seçkidə iştirakımla bağlı onu deyə bilərəm ki, mən parlamentin yeniləşməsinin, təkcə bir partiyadan və komandadan deyil, müxtəlif partiyalardan, ayrı-ayrı müstəqil düşüncə sahiblərindən formalaşmasının tərəfdarıyam və hesab edirəm ki, parlamentin yorucu və ölgün sifəti yeni təmsilçilərlə əvəzlənməlidir. Ona görə də, seçkilərə qatılmışam.

 

- Bilirik ki, uzun zaman Gömrük Komitəsində işləmisiniz. Oradan uzaqlaşıb siyasi fəaliyyətə başlayarkən qarşınıza nə məqsəd qoymuşdunuz?

 

”“ Bəli, mən on il Gömrük Komitəsində və ondan da əvvəl dörd il icra sistemində məsul vəzifələrdə çalışmışam. İlk vəzifəmdən partiyanın çıxardığı qərara əsasən, Gömrük Komitəsindən isə şəxsi təşəbbüsümlə istefa vermişəm. Siyasi fəaliyyət üçün siyasi bilgi və siyasi iradə tələb olunur və mən özümdə bu keyfiyyətlərin olduğunu dəqiq bildiyim üçün siyasi fəaliyyətlə məşğul olmağa qərar verdim.
Əslində mən 1991-ci ildə təsis edilmiş ADP-nin ilk qurucularından olmuşam, lakin gömrük orqanlarında fəaliyyətə başladığıma görə partiyadakı siyasi fəaliyyətimi dondurmuşam. Lakin məni tanıyanlar nəzəri olaraq siyasi fəaliyyətdən kənarda qalmadığımı, ölkə və dünyada gedən proseslərə bu və ya digər formada münasibət bildirdiyimi yaxşı bilirlər.
Gömrükdən uzaqlaşmağımın başlıca səbəbi isə bu orqanda adi vətəndaşlardan tutmuş iş adamlarına kimi, tətbiq edilən süründürməçiliklər, monopolist qüvvələrin ölkənin iqtisadi sistemini çökdürməsinə göz yumulması, idxal-ixrac əməliyyatlarından əldə edilən küllü miqdarda vəsaitlərin dövlət büdcəsindən gizlədilərək mənimsənilməsi, layiqsiz, gömrük işindən anlayışı olmayan kadrların yüksək postlarda oturdularaq iş adamlarının başına oyunlar açması, əməkdaşların sərhəd gömrük məntəqələrində dövlətin siması olmaq əvəzinə dövlətin simasını pozan yaramaz əməllərə yol verməsi kimi ürəkbulandırıcı naqisliklər olub. Hesab edirəm ki, parlamentdə təmsil olunduğum halda bu və ya digər dövlət orqanlarında yaşanan neqativlərin aradan qaldırılmasında, ölkədə korrupsiya, rüşvətxorluq, monopoliyanın durdurulmasına yol açacaq qanunvericilik bazasının yaradılmasında fəal iştirak edə bilərəm.

 

- Əsas rəqibiniz sözsüz ki, YAP-ın dəstəklədiyi namizəddir. Hakim partiyanın namizədinə qarşı hansı resurslarla durmaq niyyətindəsiniz?

 

”“ “Nəsimi” filmində Şirvanşah İbrahimxəlilin Nəsimiyə dediyi bir söz var. Şirvanşah deyir ki, şair, bütün şirvan əhli mənim hüzuruma ənamla gəlir. Sən niyə əli boş gəlmisən. Nəsimi deyir ki, mənim cəvahiratım beynimdədir. Əlbəttə, iqtidar partiyasında təmsil olunan hər bir namizədin resursları kifayət qədərdir və onların material gücü hakimiyyətin verdiyi dəstəklə bağlıdır. Lakin bu o demək deyil ki, resursları olmayan ağıl və düşüncə sahibləri parlamentdən qıraqda qalmalı, zəhmətsiz gəlirlərlə zənginləşən insanlar hər hansı bir vasitə ilə olur-olsun, parlamentdə təmsil olunmalıdır.
Mənim iqtidardan olan rəqibim bundan əvvəl həmin dairədən deputat seçilmiş, YAP-ın Nizami rayonu üzrə təşkilat sədri və baş həkimdir. Yəni rayonda tanınan və müəyyən nüfuzu olan insandır. Rəqiblərimin hər birinə hörmətlə yanaşıram, amma mən seçki platformamda, etdiyim çıxışlarda seçiciləri nəinki öz dairəmdə, hətta bütün ölkə üzrə dairələrdə iqtidar namizədlərinə alternativ insanlara səs verməyə çağıracam.
Yetər ki, parlamentin bir partiyadan, bir komandadan formalaşması ənəsinə son qoyulsun. Parlament xalqın danışan dili, düşünən beynidir. Biz illərdir ki, parlamentdə danışan dillərin, düşünən beyinlərin aktiv vəziyyətdə olduğunu görmürük. Milli Məclisdə olanların əksəriyyəti yuxarıdan, Prezident Aparatından gələn hazır reseptlərlə öz işini qurub və millətimiz onların səsinin təmsilçisi olanları bir çox hallarda salonda mürgüləyən vəziyyətdə görüb.
Lakin biz parlamentin funksiyasının özünə qaytarılması, onun dövlət həyatındakı rolunun artırılması, parlamentin digər hakimiyyət qolları üzərində qanunvericilik və ictimai nəzarət funksiyasının gücləndirilməsi haqda dərindən fikirləşməliyik. Hazırkı şərait onu göstərir ki, parlament bütövlükdə ali icra hakimiyyətinin əlavəsinə çevrilib. Bu hal yerlərdə də özünü göstərir. Özünüidarəetmə mexanizmini həyata keçirən bələdiyyələr yerli icra strukturlarından asılı vəziyyətə salınıb.
Parlament müstəqil şəkildə öz funksiyasını yerinə yetirə bilsəydi, Beynəlxalq Bankda kredit maxinasiyaları ilə dövlət büdcəsinə 8 milyard ziyan vurulmazdı. Necə olub ki, ayrı-ayrı oliqarxlar heç bir girov qoymadan, təminat göstərmədən bu bankdan yüz milyonlarla kredit götürərək mənimsəyə bilirlər? Bəs bu bankın fəaliyyətinə nəzarət etməli olan Maliyyə Nazirliyi hara baxırdı? Niyə maliyyə naziri, onun bu bankda Müşahidə Şurasının sədri olan müavini vaxtında bu talanın qarşısını almayıb? Ölkədə müstəqil parlament, nəzarət funksiyasını yerinə yetirən Milli Məclis olsaydı, belə özbaşınalıqlara yol vermək mümkün olmazdı. Parlament maliyyə nazirini hesabata çağırar, bu biabırçılıqlara aydınlıq gətirilməsini tələb edərdi. Amma hazırki YAP parlamentindən biz bunu görürükmü? Kimsə çıxıb Beynəlxal Bank vasitəsilə xalqın oğurlanan pullarının hesabını sorurmu? Xeyir! Elə təkcə bu fakt Azərbaycan xalqına kifayət etməlidir ki, parlamentin müxalif mövqeli insanlardan təşkil olunması zərurətini anlasın və hakimiyyətin, YAP-ın namizədlərinə səs verməsin.
Manatın məzənnədən düşməsi, ölkə iqtisadiyyatının inflyasiya ilə üz-üzə qalması, monopoliyanın orta və kiçik biznesi sıradan çıxararaq azad bazar iqtisadiyyatını çökdürməsi də məhz parlamentin ictimai nəzarət mexanizmini həyata keçirə bilməməsi ilə bağlıdır.
Parlament siyasi plüralizmin qorunduğu, fərqli düşüncələrin, fraksiyaların dövlətin ümumi mənafeyi gözlənilməklə, çarpışmalar aparıldığı arena olmalıdır. Parlament daxili və xarici məsələrdə xalqın səsini dinləməlidir. Xalq neçə ildir qardaş Türkiyənin varlığını sarsıtmağa yönələn PKK-nın terror təşkilatı kimi tanınmasını tələb etsə də, parlament bu istiqamətdə qətiyyət nümayiş etdirməyib.
Mən 25 ilə qədərdir ki, Nizami rayonunda yaşayıram və bu rayonun problemləri ilə yaxından tanışam. Parlamentdə təmsil olunacağım halda rayonun iqtisadi, sosial mədəni problemlərinin həlli ilə yanaşı bütövlükdı ölkə çapında mövcud problemlərin həlli istiqamətində səylər göstərəcəm.

 

Oxşar xəbərlər
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ