Oktyabrın 22-də Rusiya qoşunları Ukrayna ərazisinə ümumilikdə 36 raket atıb.
Bizim.Media “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
"Gecədən başlayaraq düşmən kütləvi hücuma keçib, atılan 36 raketin əksəriyyəti zərərsizləşdirilib. Bunun üçün hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edirik. Hazırda zərbə dəyən yerlərdə işləyən bütün qurumlara isə uğurlar diləyirik”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın hər yerində xəbərdarlıq siqnalları verilib. Bir neçə rayonda partlayış səsləri eşidilib.
Bizim.Media