Ərəb şeyxin 500 min manatlıq Azərbaycandakı evindən ”“ REPORTAJ
Oxunub: 6800
21 Oct 2015 | 18:13
Ərəb şeyxin 500 min manatlıq Azərbaycandakı evindən  ”“ REPORTAJ

“Biz onların paltarlarını da yuyuruq, süpürüb, təmizlik işləri görürük”.

Moderator.az azvision.az-ın “Ərəb şeyxin Azərbaycandakı evindən REPORTAJ”-ı təqdim edir.

Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun yenidən Azərbaycana gəlməsi ilə bağlı məlumat vermişdik. Tez-tez ölkəmizə səfərdə olan ərəb milyader mətbuatda yer alan xəbərlərə görə, Hacıqabul rayonunun Qarasu kəndində 500 min manat dəyərinə ev alıb. 

Gənc milyader öz komandası ilə yenidən Azərbaycana gələrək ov etmək üçün bu dəfə Saatlı rayonuna üz tutub. Saatlı sakinlərinin verdiyi məlumata görə, rayona 50 nəfərədək ərəb qonaq gəlib. Onlar Saatlı şəhərinin mərkəzində hər cür şəraiti olan iki lüks ev kirayələyiblər. 

Ümumiyyətlə, ərəblərin son vaxtlar ölkəmizə tez-tez səfər etməsi maraq doğurur. Onların səfərləri ilə bağlı müxtəlif məlumatlar yayılır. Ərəb qonaqların ölkəmizə ov etmək üçün gəldiyi bəyan edilsə də, bu səfərlərin arxasında başqa maraqların olduğu da iddia edilir.

Ərəb şeyxin səfərini araşdırmaq məqsədi ilə Hacıqabul rayonunun Qarasu kəndinə yollandıq. Yağışlı hava olduğundan kənddə çox adam gözə dəymirdi. Sanki hamı qeybə çəkilib, şeyxin evini soruşacaq bir adam tapa bilmirdik.

Nəhayət, bir qədər getdikdən sonra Göyüş adlı kənd sakini qarşımıza çıxdı. Ondan şahzadənin evinin ünvanını soruşduq. Kənd sakini yuxuda cin görmüş kimi cavab verdi: “Nə lazımdır ki, sizə? Tutaq ki, şeyxin evinin yerini dedim, nə edəcəksiz?”.

Bizi hansısa kəşfiyyat idarəsinin agenti kimi qələmə verən kəndə sakini ilə uzun dialoqdan sonra şeyxin yeni aldığı evin ünvanını öyrənə bildik: “Bax, indidən deyirəm, sizi oranın heç 50 metrliyinə belə buraxmayacaqlar. Boş yerə bu havada özünüzü yormayın. Kimliyindən aslı olmayaraq, ora heç kimi buraxmırlar. Güclü nəzarət var. Hər tərəfdə mühafizəçi qoyublar”.

Göyüş kişi bu narahatçılığını belə izah edirdi: “Sizdən çox xahiş edirəm ərəblərin əleyhinə heç nə yazmayın. Kəndimizin 20-yə yaxın gənci orada işləyir. Yaxşı maaş da alırlar. Birdən işdən çıxararlar, çörəyimizə dəyməyin.

Kənd uşaqları ərəblər üçün fəhləlik edirlər, bağa, maşınlara baxırlar. Yazılar başlarını salıb, işlərini görürlər. Guya ərəblər burda neynirlər ki? Özləri ilə quş gətirib uçurdurlar da...”.

Kənd sakininin dediyinə görə, ərəb şahzadənin özü ilə Dubaydan gətirdiyi quşların qiyməti 50 min manatdan bahadır. 

“Onlar özləri ilə çox qiymətli quşlar gətiriblər. Bunlar 50 min dollardan baha olan şahin quşlarıdır. Hər gün quşları uçurdular. Quşlara nəsə olsa, bizim uşaqları işdən çıxaracaqlar. Quşlar üçün onlar xaricdən həkim də gətiriblər. Həkim quşları hər gün müayinə edir”.

Kənd sakinlərinin təkidlərinə baxmayaraq, Şahzadənin yeni evinə üz tutduq. İqamətgahı xatırladan evin önündə bizi qarşılayan mühafizəçilər gəliş səbəbimizi soruşanda jurnalist olduğumuzu dedik.

Bizi dörd bir tərəfdən əhatəyə alan mühafizəçilər “bura gəldiyiniz kimi eləcə də geri qayıdın. Heç kimə icazə verilmir. Başınız ağrımadan buranı tərk edin, yoxsa biz özümüz sizi buradan qovacağıq. Bu rəhbərimizin qəti göstərişidir”-deyə xəbərdarlıq etdilər.

Uzun çəkən söhbətdən sonra çətinliklə də olsa işçiləri danışdıra bildik:

Özünü şeyxin baş mühafizəçi kimi qələmə verən Tural adlı şəxsin sözlərinə görə, ərəb şeyx onlara ciddi tapşırıq verib ki, onun səfərləri ilə bağlı heç kimə məlumat verilməsin, əks təqdirdə onlar işdən qovulacaq.

“Bizə göstəriş verilib ki, heç kimi evin yaxınlığına buraxmayaq. Biz öz işimizi görürük, bunun müqabilində maaş alırıq”.

“Şeyx Hacıqabula tez-tezmi gəlir?” sualına mühafizəçi belə cavab verib: “Şeyx özu burada olmasa da onun qohumları mütəmadi olaraq burda olurlar. Onlar istirahətə gəlmirlər. Burada quş saxlayırlar. Özləri üçün çadr qurub, yaşayırlar”.

Mühafizəçi söhbət əsnasında bildirib ki, bəzi telekanallar çəkiliş üçün müraciət etsə də, şahzadə buna razılıq verməyib.

Müsahibimiz daha sonra deyib: “Ərəblərin heç kimlə işləri yoxdur. Onlar kənddə yaşayan yoxsullara ərzaq və müxtəlif yardımlar edirlər. Köməyə ehtiyacı olanların əlindən tuturlar. Kəndin kasıb sakinlərinə pul da verirlər. Bunun nəyi pisdir ki?”.

Daha bir fakt məlum olub ki, şeyx kənd sakinlərindən ancaq kişilərin evə daxil olmasına icazə verir, qadınlar işə götürülmür.

“Bu evlərə qadınların girişi qadağandır. Orada yalnız kişilər işləyir. Qadınları işə götürmürlər. Deyirlər ki, kişi olan yerdə qadının işləməsi yolverilməzdir. Ümumiyyətlə deyim ki, çox yaxşı insanlardır. Özləri ilə Dubaydan yemək bişirmək üçün aşpaz da gətiriblər. Kənd sakinlərinin onlara yaxınlaşmasına icazə verilmir. 

İşçilər evə yaxınlaşan kimi telefonları əllərindən alınır. Bir də işdən çıxanda verilir. Axşam saat 9 olan kimi evin qapıları bağlanır, heç kimi içəri buraxmırlar”.

Söhbətimiz zamanı ərəblərin maşınlara əyləşərək həyətdən çıxmasının şahidi olduq. 

Mühafizəçi bildirdi ki, şahzadə (Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumu-red) qonaqları ilə ova gedir.

Çəkiliş aparmaq istədikdə, mühafizəçilər bizə təzyiq göstərməyə başladılar. 

Əməkdaşımızın əlindən fotokameranı alan baş mühafizəçi israrla bizi ərazidən uzaqlaşdırmağa çalışdı. 

“Sizin burada çəkiliş aparmağınıza icazə verilmir. Bir daha deyirəm, getməsəniz, zor tətbiq edəcəyik”.

Uzun sürən söz-söhbətdən sonra bir güclə kameranı mühafizəçilərdən alıb, geri qayıdırdıq ki, yaşlı bir kişi bizi yanına çağırdı.

Hamının “ağsaqqal” deyə çağırdığı kənd sakini kişi bizi kənara çəkib, ürəyini boşaltmaq istəyirdi: “Oğlum, biz burada çörək qazanırıq. Bizə maaş verirlər. Mən 25 il Rusiyada işləmişəm. İndi də kəndə gəlmişəm. Amma iş tapa bilmədiyim üçün gəlib ərəblərin evində fəhləlik edirəm. Çörək pulumu qazanıb, ailəmi saxlayıram. Yaxşı is tapsam niyə gəlib ərəblərə hamballıq edim ki? Balalarım ac qalmasın deyə işləyirəm. Biz burada heç kimik”.

Ramil adlı kənd sakini də “ağsaqqal”ların sözünə qoşulub, çarəsizlikdə ərəblərin evində işlədiyini deyir.

“Əsgərlikdən 6 ay olar gəlmişəm. İş tapa bilmədim. İndi gəlib ərəblərin maşınlarını yuyuram. Ayda 200-300 manata yaxın maaş alırıq. Biz onların paltarlarını da yuyuruq. Evlərini də süpürüb, təmizlik işləri görürük”.

Oxşar xəbərlər
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kədləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 10:51
Yaşıl dünya naminə həmrəy Azərbaycan
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 11:02
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
19 Apr 2024 | 10:59
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 10:51
Yaşıl dünya naminə həmrəy Azərbaycan
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 11:02
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
19 Apr 2024 | 10:59
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...