Siyasi mühacirlərin Frankfurt konfransı - FOTOLAR
Reportaj
Oxunub: 18256
22 Oct 2015 | 09:31
Siyasi mühacirlərin Frankfurt konfransı  - FOTOLAR
Azərbaycanın Müstəqillik günü münasibətilə  Frankfurtda düzənlənən "Avropadakı siyasi mühacirlərin birinci konfransı" haqqında sosial şəbəkələrdə və müxtəlif saytlarda geniş informasiyalar getsə də məruzələr və səslənən əhəmiyyətli təkliflərlə bağlı məlumatları yalnız bizim saytda oxuya biləcəksiniz.  

Avropada yaşayan azərbaycanlıların təşkilatlanması baxımından bu tədbiri ciddi siyasi hadisə kimi dəyərləndirmək olar. 

Konfransın təşkilatçısı - Avropa Demokratiyaya Dəstək Alyansının (ADDA) sədri, Azərbaycanın demokratikləşməsi istiqamətində fəal mübariz olan gənc siyasi mühacir Tural Sadıqlı  konfransın işini olduqca əhəmiyyətli hesab etdiyini bildirdi:  

"Çünki bu tip görüşlərdə Azərbaycandan uzaqda olsaq da Azərbaycan üçün çox şeyi müzakirə edə bilərik. Burda birgə qərarlar qəbul edib, birgə işlər həyata keçirmək imkanımız var. Birlikdən güc yaranır. Gücdən də təsir imkanı. İstər işğal olunmuş torpaqlarımızın azad olunması, istərsə də ölkəmizdə demokratiyanın bərqərar olması, insan haqlarının təmin edilməsi istiqamətində Avropadan edə biləcəklərimiz az deyil. Getdikcə Azərbaycan iqtidarı qərbdəki dayaqları itirir. Beynəlxalq təşkilatlar və bəzi qərb dövlətləri artıq hakimiyyətlə açıq əməkdaşlıq etməkdən çəkinir. Qərbdən təcrid olunma və Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar rejimin ömrünü daha da qısaldacaq. Azərbaycan hakimiyyəti artıq açıq şəkildə Rusiyadan asılılığını qəbul edir. Qərarlarını Moskva ilə müzakirə edir. Azərbaycan tarixindən xəbərdar olan hər kəs bilir ki, tarix boyu Azərbaycan Rusiyadan təhdid görüb, qətl görüb, soyqırım görüb, işğal görüb, müstəmləkəçilik görüb. Rusiya Azərbaycana heç bir yaxşı perspektiv vəd etmir. Dağlıq Qarabağ münaqişəsini başımıza açan da Rusiyadır. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti öz şəxsi maraqlarını, hakimiyyətdə qalmaq hərisliyini dövlət, millət maraqlarından üstün tutur və Rusiyanın köləliyini qəbul etməkdə davam edir. 
Rusiyanın gələcəkdə Azərbaycana real qoşun yeritməsi də istisna deyil. Rusiyanın Azərbaycana gələcəkdəki mənfur planlarının qarşısını almaqda bizim, yəni Avropada yaşayan azərbaycanlıların çox böyük əməyi ola bilər. Biz 20 yanvar və Xocalı qırğınlarından Rusiyaya qarşı həm də qeyd etdiyim təhlükənin qarşısının alınmasında qalxan kimi istifadə edə bilərik. Avropa Demokratiyaya Dəstək Alyansı olaraq təklif edirik ki, Avropanın və dünyanın hər bir ölkəsində 20 yanvar və Xocalı tədbirlərimizi Rusiya səfirliklərinin qarşısında təşkil edək! 100 il əvvəl olmamış bir hadisəyə görə kiçik ermənilər qardaş ölkə olan Türkiyənin əleyhində soyqırım təbliğatı aparırlar və bunu hər dəfəsində Türkiyənin əleyhində istifadə edirlər. Bəs nə üçün 23-25 il əvvəl Rusiya tərəfindən başımıza gətirilən bu müsibətləri biz Rusiyanın əleyhində istifadə edə bilməyək?! Azərbaycan hakimiyyətinin maliyyələşdirdiyi diaspora nə ölkə daxilində, nə də ölkə hüdudlarından kənarda bu faciələri heç vaxt Rusiyanın əleyhində istifadə etməyib. Çünki qorxur, hakimiyyəti itirməsindən qorxur. Bəs bizlər, yəni Azərbaycan hakimiyyətinin zülmündən qaçmış insanlar nədən çəkinirik?! Zənnimcə, bu məsələ Azərbaycanın gələcək təhlükələrdən qorunması üçün ciddi bir iş olar. Biz dünyaya tanıtmalıyıq ki, Azərbaycan istər iki əsr əvvəl, istərsə də keçən əsrin həm əvvəllərində, həm də sonlarında Rusiyadan zülm və istibdad görüb. Rusiyanın Azərbaycanı zülmə məruz qoyduğu bir ölkə kimi tanıdılmasını təmin edə bilsək, gələcəkdə Rusiyanın Azərbaycana qoşun yeritməsi riskini minimuma endirərik. Avropada yaşayan bütün soydaşlarımızdan bu məsələyə xüsusi diqqət ayırmalarını xahiş edirəm. Onsuz da biz Avropa Demokratiyaya Dəstək Alyansı olaraq Avropada bununla ciddi məşğul olacağıq. Soyqırım günlərimizi sadəcə yas və halva yeməklə keçirməməliyik. Onları Azərbaycanın dövlət maraqları üçün siyasətdə istifadə etməliyik.

Avropaya qədəm basan mühacirlərin yanlış yönləndirilməsinə toxunan  siyasi mühacir, miqrasiya sahəsində təcrübəli mütəxəssis olan Əlövsət Əliyev bunun insanların həyatında ağır izlər buraxdığını vurğuladı: 

"Həmvətənlərimizin Avropaya axını hec zaman bu qədər kütləvi hal almamşdır. Bəzi QHT-lərin araşdırmalarına ğörə 1993-cü ildən sonra Avropaya köc edən həmvətənlərimizin sayı 300 mindən coxdur. lakin bəzi diaspora təşkilatlarının ğörüntü xatirinə həyata kecirdikləri tədbirləri, bəzilərinin isə müxtəlif layihələr müddətinə fəaliyyətlərini nəzərə almasaq onların təşkilatlanması və inteqrasiyası ilə mürəmadi məşgul olan təşkilat olmamaışdır. Mən bu mənada təşkilatçıların hər birinə təşəkkür edirəm və gənclərin bu məsələyə inamla qoşulmasını alqışlayram. İnteqrasiya və təşkilatlanma biri digəri ilə cox baglı məsələdir. Təşkilatlanmanın əsas məqsədlərindən biri məhz soydaşlarımızın davamlı inteqrasiyasına dəstək verməkdən ibarət olmalıdır. Ugurlu təşkilatlanma ucun Turk, Yəhudi, Kurd diaspora təşkilatlarının təcrübəsi öyrənilməlidir. Azərbaycanda təqib olunmaq, müvəqqəti olaraq  Azərbaycandan kənarda yaşamaq bizdə dogma vətənimizə sevgini azaltmalı deyil. Biz ərazisində oldugumuz ölkənin qanunlarına əməl etməklə həmvətənlərimizin Azərbaycana olan sevgisini də yaşatmaga calışmalıyıq. Ugurlu təşkilatlanmaq ucun hər il Avropadakı Azərbaycanlıların konfransının kecirməli, diaspora təşkilatlarının həmin toplantıda iştirakını təmin etməliyik.  Siyasi partiya mənsubiyyətini nisbətən arxa plana cevirməklə diaspora maraqlarına üstünlük verməliyik.
Potensiali olan gənclərin mükəmməl təhsil almasına, sürətli inteqrasiyasına və hakimiyyət orqanlarında təmsil olunmasına dəstək verməliyik. 
Sağlam insanın illərlə sığındığı ölkənin sosial yardımı  hesabına yaşamağı da qəbuledilməzdir. Təşkilatlanma üçün maliyyə vəsaiti vacib şərtdir. Burdakı gənclər yaşadıqları ölkəyə inteqrasiya olunmaq üçün ən vacib olaraq dil öyrənməlidirlər. Biz maddi baxımdan yaşadığımız ölkədən asılı olduqca həmin ölkənin dostu, Azərbaycanın "düşməni" olmağa  məcburuq. Maddi cəhətdən möhkəmlənməkdə yəhudi xalqının təcrübəsi nümunə olmalıdır.
İnsanın bir kimliyi olar. Saxta sənədlər və ya başqa adlarla sığınacaq almaq istəyənlərə bu kimi halların yolverilməz olduğunu bildirməliyik.
Hakimiyyəti təmsil edən diaspora təşkilatlarının insanları pulla ələ alma kimi  vərdişlərinin qarşısının alınmasına çalışmalıyıq.
Mən Azərbaycanlıların sürətli inteqrasiyası və təşkilatlanması naminə hər zaman Sizə dəstək verəcəyimi bəyan edirəm. Azərbaycanda təqiblərə, əsassız həbslərə, davamlı təyziqlərə baxmayaraq içinizdə Vətən sevgisi gəzdirdiyinizə və bu vəziyyətdə də hər gün fəaliyyətinizi Azərbaycanın demokratikləməsinə yönəltdiyinizə görə bir daha hər birinizə təşəkkür edirəm. Yolunuz açıq olsun!"

Diaspora və təşkilatlanma sahəsində kifayət qədər təcrübəsi olan ictimai-siyasi fəal, jurnalist Yeganə Əmiraslanovanın çıxışı nisbətən emosional notlarla köklənsə də hədəf bəlli idi: Avropa Demokratiyaya Dəstək Alyansının azərbaycanlı siyası mühacirləri bir araya toplamaq təşəbbüsünü ürəkdən alqışlayıram. Düşünürəm ki, aylardan bəri Almaniyanın və imkanları daxilində Avropanın müxtəlif bölgələrində keçirilən  görüşlər və Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı aparılan faydalı müzakirələr konfransa hazırlıq mərhələsi idi. Görülən işlərlə bağlı sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılmasını da yüksək dəyərləndirirəm. 
Çox dəyərli böyüyümüz Mirzə Xəzərin konfransa göndərdiyi təbrik məktubunda da vurğuladığı kimi təəssüf ki, dəfələrlə təşəbbüslər olsa da azərbaycanlıların xaricdə ciddi bir diaspora təşkilatı yaratmaları mümkün olmayıb. Nəticə olaraq təşkilatlanma yönündə fəaliyyət göstərmək istəyən insanların güvənci qırılıb.
Söhbətimi bacardığım qədər gələcək intriqalara yol açmadan Almaniyaya mühacirət etdiyim gündən bu vaxta qədərki müşahidələrimlə davam etdirəcəm. 
Vətənindən mühacirət etmək məcburiyyətində qalan və min bir məşəqqətlərlə azad nəfəs alacağı torpağa qədəm basan insanların həmin andan sonrakı həyatları təxminən eynidir. Birilərinin biznes maraqlarından çıxış edərək yalnış yönləndirilmə, (məsələn, kimlik haqqında yanlış məlumat) xüsusi yerli qurumlara təslimat, məhdud məişət şəraiti, dil problemi, nəhayət sonu bilinməyən qaçqınlıq həyatı. Şəxsi insanların xeyirxahlıq təşəbbüslərini təbii ki, danmaq olmaz. Lakin Avropada elə bir cəmiyyət yoxdur ki, konkret olaraq Azərbaycan hakimiyyətinin təzyiq və təqibləri üzündən ölkəni tərk etmiş insanlara praktiki olaraq yardım etsin. 
Azərbaycandan təşrif buyuran millət vəkili ilə və ya başqa qonaqlarla ildə bir dəfə Xocalı faciəsini anmaq, bununla bağlı təmtəraqla səslənən "konfranslar" vermək nəticənin 0 faizidi. Hansı ki, həmin toplantılarda da özümüz deyib, özümüz və ya, özümüzdən olan 3-5 türk qardaşlarımız eşidirik. 
İşğal altında olan, milyondan yuxarı qaçqın problemi yaşayan millətin başında bir də demokratikləşmək istəməyən hakimiyyət var.  Hesab edirəm ki, diaspora cəmiyyətlərinin qarşısında duran ən ümdə vəzifə Avropadakı demokratik insan haqları institutları ilə əməkdaşlıqdır.  Ayda bir dəfədən az olmayaraq Azərbaycandakı ictimai-siyasi durumla bağlı əməkdaşlıq edilən qurumlara,  o cümlədən insan haqları sahəsində fəal olan millət vəkillərinə hesabatlar hazırlanmalıdır. Avropadakı digər xalqların diaspora təcrübəsindən yararlanmaqla, əməkdaşlığa təşəbbüs göstərilməsində də  fayda olacağını düşünürəm. 
Etiraf etməliyik ki, Azərbaycan hakimiyyəti Avropada yaşayan azərbaycanlıların hər vasitə ilə rejim əleyhinə susdurulması yönündə uğurlu siyasət aparır. Qürbəttə 7-10 il yaşayandan sonra Vətənə getdiyində hava limanında "sürpriz"lərlə qarşılanmaqdan sığortalanan "siyasi mühacirlərə" üz tuturam:  Bir də ömrünün 7-10 ilini haqq və ədalət yolunda haqsız yerə zindanlarda çürüdən insanların taleyini düşünün...
Azərbaycan hakimiyyətinin şantaj və müxtəlif təzyiqlərlə susdura bilmədiyi Xədicə İsmayılın, Seymur Həzinin, Tofiq Yaqublunun, İlqar Məmmədovun, Rəsul Cəfərovun, Hilal Məmmədovun, Yunus ailəsinin və onlarla demokratiya və azadlıq mücahidlərinin millət qarşısındakı borcları bizlərdən artıq deyil.  Uşaqlığını, gəncliyini, ən son gələcəyini millətin yolunda qurban verən Nərgiz Yaqublunun ruhu qarşısındaki vicdan borcumuzu  unutmayaq...
"Erməni soyqırımı emperiyalist bir yalandır" demək suçdur, yoxsa bu sadəcə bir düşüncə özgürlüyüdür?
Bir neçə ildən bəri İsveçrə höküməti ilə Vətən Partiyası Genel başkanı  Dr. Doğu Perinçek arasındakı davanın predmeti məhz bu soruya cavab idi. Bu günlərdə Avropanın İnsan Haqları Məhkəməsi son qərar olaraq "DOÄžU PERİNÇEK HAQLIDIR" dedi. Bununla da Doğu Perinçek Avropada, özəlliklə İnsan Haqları Məhkəməsində bir tarix yazdı. Bu dava Türk dünyası adına qazanılan bir dava olaraq dəyərləndirilməlidir. Bu sonuc Türk diasporasının mütəşəkkilliyinin növbəti nümunəsidir. 
Nə yazıq ki, əsrin faciəsi olan Xocalı qırğınının soyqırım olaraq tanınması iddiası ilə Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırmağı heç ağıl etməyib cəmiyyətlərimiz. Hansı ki, bu gün Avropada onlarla Xocalı soyqırımının qurbanları mühacir həyatı yaşayır. 
Məni çox narahat edən bir məsələyə də toxunmaq istəyirəm və yenə də qardaş Türk diasporunun təcrübəsinə dayanaraq.
Olum da Ölüm də haqq işidir. Bu gün qürbətdə son nəfəsini verən soydaşlarımızın ailələrinin qarşılaşdığı problemləri hamımız bilirik. Bu kimi problemlərlə bağlı dəfələrlə sosial şəbəkələrdə çağırış edildiyinin şahidi olmuşuq. Məhz bu kimi məqsədlər üçün Avropadakı mühacirlərin şəxsi vəsaitləri hesabına bir Fond yaradılması məncə vacib məsələdir. 
Sonda çıxışımı Almaniyada Türk dünyası adına çox böyük işlərə imza atan "Toplum" qəzetinin təsisçisi, yazar,  çox dəyərli ziyalı Mehmet Canboladın  fikirləri ilə bitirmək istəyirəm:
"Çıxdığın yolun doğruluğuna inansan güvənlə irəliləyə bilərsən. Önünə bəlkə bəzi ağır əngəllər çıxa bilər və hədəfinə bir az gecikə bilərsən. Amma varmaq istədiyin nöqtəyə duruşunda qərarlısansa bir gün mütləq yetişərsən... Səndələyə bilərsən. Çünki yol uzun, maneələrlə dolu və qaranlıq ola bilər.  Ã–nəmli olan rüzgarın önündə sürüklənmədən, savrulmadan dura bilməkdir. Çünki sadəcə yürüdüyü yola inanmış insanlar, olduğu nöqtədə dik dura bilir..."
ADDA-nın İdarə Heyətinin üzvü, keçmiş siyasi məhbus Tural Həsənzadə çıxışında Avropadakı bütün soydaşlarımıza birlik çağırışı etdi: "İntriqa, qarşılıqlı ittiham kimi qüsurlu davranışları kənara qoyub ciddi fəaliyyətə başlamaq lazımdır.  Azərbaycanda mənimlə birlikdə məhbəs həyatı yaşamış dostlar Rəsul Mürsəlov, Həsən Ağayev da təsdiq edərlər ki, rejimə qarşı mübarizə aparan siyasi məhbusların vəziyyəti içəridə çox ağır olur. Həbsxanada həkim səhlənkarlığı ucbatından ağır xəstəliyə tutulmuşdum. Şükür ki Alman hökümətinin sayəsində bu gün səhhətim düzəlib. Azərbaycandakı siyasi rejimlə mübarizənin tək yolu birlikdi"

Sosial şəbəkələrdəki cəsarətli statusları və Azərbaycan hakimiyyətinin əleyhinə Avropada keçirilən bütün aksiyalarda xüsusi fəallığı ilə tanınan Orduxan Teymurxanın çıxışında yurd, Vətən həsrəti vardı: "Mən Azərbaycan vətəndaşı deyiləm. Heç vaxt da olmamışam. Yeniyetmə yaşlarımdan tərki-vətən olmuşam. Keçmiş sovetlərdən tutmuş Avropa ölkələrinə qədər hər yeri qarış-qarış gəzmişəm. Heç yerdə şəxsimə yönəlik ciddi problemlə qarşılaşmamışam. Lakin vətəndaşı olmadığım Vətənimdə məni haqsız yerə həbs etdilər. Hollandiya diplomatlarının müdaxiləsi belə fayda vermədi. Məni yetmiş iki yaşlı ağbirçək anamın gözü qarşısında məhkəmədə ittiham etdilər. Ömrümün 4-5 ilini haqsız yerə həbsdə çürütməyin ağılsızlıq olduğunu anladım və...rüşvət sayəsində həbsdən azad oldum. Vətəni o gün tərk edənəm...Mənə olan haqsızlıq üzündən anam infarkt keçirib dünyasını dəyişdi. Burdakı gənclərin çoxu 3-4 xarici dil bilir. Təşkilatlanmaq üçün bu vacib amildir. İşi gücü "şəkərbura" tədbirlərindən o tərəfə keçməyən "cəmiyyətlər" nədən bu gənclərə dəstək olmaq yerinə qısqanclıqla yanaşırlar? O sinəsinə döyüb, "Sovet İttifaqını biz aşırdıq", deyən yaşlı inqilabçılar, gənclərə bir də "1990-cı ildə hardaydınız" deyə qınaq edirlər. Gülünc ittihamdı. Bu gənclərin çoxu onda ana qucağında, bəziləri isə planda belə deyildi.  "1990-cı illərdə hardaydınız?" kimi qınaq ünvanlayan yaşlı nəslə üz tuturam: 25 ildən artıq bir müddət keçib dediyiniz o illərdən? Siz nə etmisiniz? Hər bir insanın yaxşı yaşamaq haqqı var. Ancaq bu hər kəsin milli heysiyyatı çərçivəsində olmalıdır. Düşünün ki, Şimalı Koreyadan, İrandan, Suriyadan mühacirət edən insanların geri dönməsi və vətənlərində sərbəst dolaşmaları mümkündürmü? Amma bizdə fərqlidi. Siyasi mühacir statusu alan soydaşlarımız qısa müddətdən sonra əl-qollarını sallaya-sallaya Azərbaycana gedib-gəlirlər. Hələ ordakı mitinqlərdə şəkil də şəkdirib sosial şəbəkələrdə paylaşırlar. Gəlin ciddi olaq". 
Keçmiş siyasi məhbus Rəsul Mürsəlovun və "Meydan TV"-nin qurucularından olan Azərbaycan hakimiyyətinin sosial şəbəkələrdəki ən fəal qənimi, Avropada hakimiyyət əleyhinə keçirilən aksiyalarda fəalığı ilə tanınan Həbib Müntəzirin çıxışlarının ana xəttini Azərbaycandakı siyasi məhbus problemi, onların ailələrinə maddi yardım təşkil edirdi.  
Keçmiş siyasi məhbus Kəmalə Bənənyarlı müstəqlillik tariximizdən danışdı və Avropadakı mühacirlərin təşkilatlanması yönündə hər zaman gənclərə dəstək olacağını vurğuladı. 
Uzun illərdən son aylara kimi AXCP-nin Yasamal rayon təşkilatının sədri olmuş, Azərbaycan hakimiyyətinə qarşı apardığı mübarizədən dolayı hakimiyyət tərəfindən təqib və təzyiqlərə məruz qalan siyasi mühacir Maarif Ağaməmmədov da Azərbaycandakı ictimai-siyasi durumdan danışdı və konfrans adından noyabrın 1-də keçiriləcək Parlament seçkilərinin nəticələrinin Avropa dövlətləri tərəfindən tanınmaması istiqamətində ciddi işlər görməyin vacibliyini vurğuladı.
İyirmi ildən yuxarı Almaniyada nəşr olunan "Toplum" qəzetinin sahibi, Türk dünyası sevdalısı Mehmet Canbolat Azərbaycan məsələsində həssas olduğunu xüsusi vurğulayaraq çıxışına davam etdi: "Son günlər Avropa İnsan Haqları Məhkəməsində gerçəkdən də tarix yazan Doğu Perinçekin uğuru bütün Türk dünyasının uğurudur. Məncə bu qərar torpaqları işğal altında olan və təcavüzə məruz qalan Azərbaycanlı qardaşlarımız üçün də bir ümid, işıq oldu, bir qapı açdı. Bu qərar bir daha sübut etdi ki, Avropada hüquq işləyir. Məncə siz də bundan ciddi şəkildə yararlanmalısınız".
Almaniyada ilk Azərbaycan Cəmiyyətinin qurucularından olan İlhan Aksoy da konfransa xüsusi önəm verdiyini vurğuladı: "Ən pis hərəkət hərəkətsizlikdi. Güclü iqtidarla mücadilə də güclü aparılmalıdır. Qarşı tərəf sizi diqqətə almalıdır. Bunun üçün isə ciddi və mütəşəkkil mübarizə gərəkdir!"
Gənc fəal Ayan Hüseynzadə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu, Azərbaycan sevdalı tanınmış jurnalist Mirzə Xəzər, AXCP sədrinin müavini Gözəl Bayramlı, Azərbaycan hakimiyyətinə qarşı cəsarətli addımı ilə tarixə düşən diplomat Arif Məmmədov və digər ictimai-siyasi fəallar tərəfindən konfrans iştirakçılarına ünvanlanan  təbrik məktublarını oxudu.

P.S. Konfrans iştirakşıları tərəfindən Azərbaycandakı siyasi məhbusların ailələrinə birdəfəlik yardım məqsədilə könüllü şəkildə maliyyə toplandı. Bu ənənənin gələcəkdə daha sistemli davam etdirilməsi qərara alındı.

Almaniyadan "Moderator.az"ın Avropa təmsilçisi
Siyasi mühacirlərin Frankfurt konfransı <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8787.jpg">Siyasi mühacirlərin Frankfurt konfransı <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8788.jpg">Siyasi mühacirlərin Frankfurt konfransı <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8789.jpg">Siyasi mühacirlərin Frankfurt konfransı <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8790.jpg">Siyasi mühacirlərin Frankfurt konfransı <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8791.jpg">Siyasi mühacirlərin Frankfurt konfransı <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8792.jpg">Siyasi mühacirlərin Frankfurt konfransı <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8793.jpg">Siyasi mühacirlərin Frankfurt konfransı <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8794.jpg">Siyasi mühacirlərin Frankfurt konfransı <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8795.jpg">
Oxşar xəbərlər
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 08:36
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 08:47
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 08:36
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 08:47
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO