Azərbaycan millisi Xorvatiya yığmasına uduzdu
476
14 Nov 2022 | 02:35

Azərbaycan millisi Xorvatiya yığmasına uduzdu

Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Bizim.Media xəbər verir ki, “Dalğa Arena”da keçirilmiş Azərbaycan - Xorvatiya oyunu 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin qolunu qarşılaşmanın 31-ci dəqiqəsində Nazlıcan Parlak vurub.

Komandalar arasında noyabrın 10-da keçirilmiş ilk oyun 0:0 hesabı ilə nəticələnmişdi.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər