ANAMA ABŞ şirkəti ilə mina təmizlənməsi sahəsində əməkdaşlıq edəcək - FOTO
1426
18 Nov 2022 | 19:55

ANAMA ABŞ şirkəti ilə mina təmizlənməsi sahəsində əməkdaşlıq edəcək - FOTO

Azərbaycan Respublikasının Minatəmizləməsi Agentliyi (ANAMA) ilə Amerika Birləşmiş Ştatları şirkəti olan Beynəlxalq Aerokosmik Mühəndislik Korporasiyası (IAEK) arasında mina və partlayıcı sursatların təmizlənməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə  ANAMA-nın məlumatında bildirilib.

Qeyd olunub ki, Anlaşma Memorandumu “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” mövzusunda keçirilən beynəlxalq tədbir çərçivəsində imzalanıb.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər