MTN generalı Akif Çovdarovun Masazırda sahib olduğu istixanalar və bu istixanaların beynəlxalq əhəmiyyətli neft kəmərinin üzərində inşa edildiyindən bəhs etmişdik.
Bugünlərdə A.Çovdarovla
bağlı Moderator.az-ı məlumatlandıran özəl mənbə, MTN generalı ilə bağlı şok
faktlar açıqlayıb. Mənbə adıçəkilən MTN generalının Masazırda məskunlaşan laçınlı
köçkünün əlindən 5 hektarlıq örüş sahəsini məcburi şəkildə aldığını, bu ailəni
illər uzunu aclığa və məhrumiyyətə məruz qoyduğunu bildirib:
“MTN generalı Akif
Çovdarov öz vəzifə səlahiyyətini aşaraq bir çox şəxsə hədə-qorxu gəlmək, təhdid
etmək yolu ilə onların torpağına əl qoyub ki, bunlardan biri Laçının Alxaslı kəndindən
olan, hazırda Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşan Məmişov Fehruz
İsa oğludur. F.Məmişov məcburi köçkün həyatının ilk illərindən dədə-baba sənəti
olan fermer təsərrüfatı ilə məşğul olmağa başlayıb ki, onun dinc həyatı A.Çovdarovun
Masazırda peyda olması ilə başa çatıb. Böyük istixana təsərrüfatı üçün gərəkli
olan torpaq axtarışına çıxan MTN generalı, F.Məmişova məxsus örüş sahəsinin
bunun üçün daha münasib olduğuna qərar verib. Məhz bundan sonra generalın
hüzuruna çağırılan F.Məmişova başa salıblar ki, artıq bu torpaqlar A.Çovdarova
məxsusdur və onun istixana təsərrüfatına çevriləcək.
Hektarlarla torpaq sahəsinin
əldən çıxdığı görən F.Məmişov A.Çovdarova bu torpaqların ona məxsusluğunu, yaratdığı fermer təsərrüfatının yalnız onun
deyil, bir sıra ailənin yeganə dolanışıq mənbəyi olduğunu vurğulasa da,
A.Çovdarov laçınlı köçkünün bu harayına məhəl qoymur. Əksinə, F.Məmişova
bildirilir ki, özünün və ailəsinin təhlükəsizliyini istəyirsə, bir də bu həndəvərdə
görünməsin. Beləliklə də, 5 hektarlıq
örüş sahəsi bir günün içərisində A.Çovdarovun istixana təsərrüfatına çevrilir və
malını itirən F.Məmişov canından da məhrum olmamaq üçün MTN generalının “məsləhətinə”
qulaq asmalı olur”.
Mənbənin məlumatına görə,
bundan sonra ağır və məşəqqətli günlər keçirən Məmişovlar ailəsi A.Çovdarovun
qorxusundan üzləşdikləri haqsızlıq haqqında heç harda bir kəlmə də olsun danışmır.
Lakin bu ədalətsizliyi həzm etməkdə çətinlik çəkən ailə üzvləri bir-birinin
ardınca ağır psixoloji sarsıntılara düçar olur. F.Məmişovun səhhəti qısa müddətdən
sonra ciddi şəkildə pisləşir. Ailə başçısı iş qabiliyyətindən məhrum olur.
F.Məmişovun qardaşı
Mehman Məmişov isə infark keçirərək dünyasını dəyişir. Ailə üzvlərinin qorxu və
səksəkə dolu həyatı ölüm və xəstəlikləri bu evin daimi “qonağına” çevirir”.
Bilgili qaynağın məlumatına
görə, tikildiyi vaxtdan bu günə qədər A.Çovdarovun istixanalarına bacısı oğlu
Azər rəhbərlik edir. Adil adlı şəxsin isə A.Çovdarovun tikinti sektorundakı işlərinə
nəzarət etdiyi bildirilir.
Anons:
1.A.Çovdarovun torpaqlarını əlindən aldığı digər məcburi
köçkün kimdir?
2.MTN generalı balıq sexlərinə kimin çörəyinə bais
olmaqla sahiblənib?
3.A.Çovdarovun torpağına göz dikdiyini, iki ay MTN
zirzəmisində “qonaq saxladığı” şəxs kimdir?