16:41
17°C
Bakı
Qubanın dağ kəndi olan Xaltanda oktyabrın 15-dən etibarən itkin düşən kişinin meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, kənd sakini, 69 yaşlı Ağaxan Ələkbər oğlu İskəndərovun meyiti kənddən 4 km. aralıda yerləşən dağlıq massivdən tapılıb.
Hazırda Quba polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.