Moderator.az xəbər verir ki, ADR sədrinin müavini Səxavət Əlisoy facebook səhifəsində son günlər müxtəlif nazirlərin, generalların Azərbaycanın hansı bölgəsinə məxsus olması ilə bağlı
sosial şəbəkələrdə, mətbuatda gedən müzakirələrlə
bağlı maraqlı status paylaşıb. Həmin statusu oxucuların diqqətinə çatdırırq:
“Hitler Naxçıvanlıdır!
Şəxsən,
mənim üçün "haralısan" problemi yoxdur.
Nədən ki, 21-ci əsrin 15-ci ilində yaşadığımın fərqindəyəm.
Bunun fərqində olmayanlaradır sözüm, balıq hafizəli,
hinduşka beyinli "ziyalılar" qansın deyə, yazıram.
Qəzet, internet səhifəsi redaktoru var ki, bir dəfə
də olsun vəzifədə olan həmyerlisinin əleyhinə bir kəlmə söz yazdırmır. Amma
kefi istədiyi kimi naxçıvanlıların üstünə gedir.
Partiya sədri var ki, "naxçıvanlı" kəlməsinə
allergiyası var.
Özünü "siyasi ekspert",
"politoloq", nə bilim daha nə sayanlar var ki, Naxçıvana nifrətini
gizlədə bilmir.
Cəmiyyətə naxçıvanlıların üst təbəqə olduğu
sıranır.
10 minlərlə naxçıvanlı sözün əsl mənasında cəlayi-vətəndir
və belə yazıları oxuyanda nəinki demokratiyaya, hətta, insanlığa nifrət edir...
Bu dövləti çökdürən kiminsə, Naxçıvanlı
olub-olmadığını dartışmağın nə anlamı var?
Məgər, Surət Hüseynov, Əlikram Hümbətov Naxçıvanlı idi?
Səfər Əbiyev haralı idi?
Cahangir Əsgərov Naxçıvanlıdır?
Ziya Məmmədov necə, Naxçıvanlıdır?
Fazil Məmmədov haralıdır?
Əli Həsənov (Qaçqınkom) Naxçıvanlıdır?
Abid Şərifov bəlkə Naxçıvanlıdır.
Rüşvəxor nazirlərin, vəzifə sahiblərinin hamısı
Naçıvanlıdır, məgər?
Ey gerizəkalı "ziyalılar", "siyasətçilər",
"politoloqlar", "ekspertlər" və "nəbilim nələr"
bilin ki, Naxçıvan da Azərbaycandır,
Bu həqiqəti qanmaq istəmirsinizsə, o zaman Hitleri
də, Mussolini də, Səddam Hüseyni də, lap belə Bin Ladeni də
"naxçıvanlı" saya bilərsiniz!!!”