“MTN zabitləri ölüləri də soyurmuş” ”“ Həmid Herisçinin növbəti sensasion reportajı
Oxunub: 3566
21 Nov 2015 | 19:04
“MTN zabitləri ölüləri də soyurmuş”  ”“ Həmid Herisçinin növbəti sensasion reportajı
Mərəzənin Ceyrankeçməz məzarlığı niyə dağıdılıb: oradakı qəbirlərdən nələr götürülüb? 
 

Gəncədəki xudmani, sakit otellərin birində tək oturmuşdum. Hiss edirdim ki, dəhlizə açılan qapının arxasında kimsə var. Əlimi silaha uzatdığım vaxt cib telefonuma xaricdən, çox-çox uzaqlardan zəng gəldi. 
Eşitdiklərimə təəccübləndim.

- Həmid bəy?

- Özüdü ki, var.

- Təcili olaraq qaldığınız oteli tərk edin. Özünüzü elə aparın ki, guya heç nə baş verməyib. Həyatınız təhlükə altındadır.

Dedektiv kinofilmlərin ritmi, surəti qəfildən bax bu cür həyatıma sıçradı. Hərəkətlərim əvvəlcədən ölçülü-biçiliydi sanki. Astaca pəncərəni aralayıb eyvana adladım. Su navalçlarından ehtiyatla sallana-sallana aşağı düşdüm. İki-üç dəqiqədən sonra məni artıq bu ünvanda kimsə aşkarlaya bilməzdi...
Qəribə əhvalat idi lap...
Kinoya oxşayırdı...
 
***
Dedektiv kino qəhrəmanına çevrilməyimdə, düzü, əslində təəccüblü heç nə axtarmayın. Neçə vaxtır ki, özümə əziyyət verərək yeni telelayihəm üzərində işləyirdim. Mövzum həmişəki kimi lap ağlasığmazdı.
Azərbaycandakı xəzinə-dəfinələri aşkarlamaq, tədqiq etmək azarı mənə bir an belə dinclik vermirdi. Gecəni gündüzümə qatmışdım. Yeməyi-içməyi lap unutmuşdum az qala. Bilgisayarımda ayrıca sarı qovluq açmışdım. Bu sahədə eşitdiyim, bildiyim müxtəlif məlumatları yığmışdım ora. Qovluq günü-gündən şişirdi.

Ancaq, tək mən deyildim bu sahədə gecəmi-gündüzümə qatan.

Bir başqa mənfi qüvvələr də sanki yarışa, rəqabətə girişmişdilər mən yazıqla. Hara gedirdim, hansı uzaq ünvana özümü çatdırırdım, hə, görürdüm ki, bax bu yad, qorxulu qüvvələr ya məni burda önləyiblər, yaxud məndən sonra ora gəlib öz çirkin əməllərini törədiblər. Minillik məzardaşlarını parçalayıb üyüdüblər. Qədim pirlərə necə deyərlər “ütü çəkib” yerlə bir ediblər. Məsəl üçün, Zirədəki məşhur Qələndərxana ərazisində bu göreşənlər çox gözəl qədim məzardaşlarından birini hamının gözü qarşısında param-parça etmişdilər - adamın ürəyi ağrayır indi həmin nadir abidəyə baxanda...

Gəncədəki Şah Abbas məscidinə özümüzü çox gec çatdırdıq. Bəlli oldu ki, oxşar şər qüvvələr buranı da əməlli-başlı qarət ediblər. Şah xəzinəsini qamarlayıb özləriylə aparıblar.

Günümüzə bir bax... Belə çıxırdı ki, İrakda, Suriyada qədim antik abidələrini, ziyarətgahları söküb yerində goreşənlik edən İŞİD-çilərin bir qolu elə bizim Azərbaycanda da istədiyini edir. Bir nəfər də demir onlara ki, ay balam, belə olmaz, özünüzü yığışdırın, bəsdir kənd-obalarda qədim abidələri sökdüyünüz.
Əksinə, hiss edirdim ki, bu şər qüvvələrin hakim qüvvələr arasında güclü havadarları, himayədarları mövcuddu.

Gec-tez bu iki zidd qüvvə, hardasa bir uzaq nöqtədə, bir yad yerdə görüşüb öz aralarında haq-hesab çürütməliydilər. Belə bir fürsət, şükür, axır ki, əlimə Mərəzə tərəflərdə keçdi. Qəsəbənin Seyid İbrahim ocağından xeyir-dua alıb altdan geyindim, üstən qıfıllandım. Az getdim, üz getdim, gəlib yetişdim Müşfüqabad dini icmasının sədri Süleymanov İlşad Əlseyran oğlunun hüzuruna. Onunla söhbətimiz tutdu.

Bəlli oldu ki, məni təqib edən şər qüvvələr bu yaşlı kişiyə də göz verib işıq vermirlər.

Həmin müasir göreşənlər, bayaq dediyim kimi TV-lərin göstərdiyi İŞİD-çilər kimi hərəkət edirdilər -  dağıtdıqları məzarlıqlar, pirlər, digər başqa abidələr altında ləl-cəvahirət, qır-qızıl axtarırdılar. Hərdən bəxtləri gülürdü. Belə ovlardan qənimətlə qayıdıb qazanclarını bəzi dövlət rəsmiləriylə bölüşürdülər.
İlşad qardaşımızı bu cür iblislərlə tək-tənha buraxmaq azca qeyrətimə toxundu mənim.

Mərəzənin Seyid İbrahim ocağıdan xeyir-dua alaraq İlşad kişiylə görüşə tələsdim.

Burda hər an başımıza nə desən gələ bilərdi...
Hava yağmurluydu. Kənd çayxanasında isti sobaya söykənib telefonumun nə vaxt səslənəcəyini gözləməyə başladım.

***

Axır ki, əl telefonum silkələnib titrədi. Zəngvuran kəs mənə çox qəribə bir yerdə görüş təyin etdi. Gəldim çıxdım Mərəzənin İlanlı obasındakı palçıq vulkan ərazisinə... Hə, ya mən püskürməliydim burda, yaxud arxamdakı bu yatmış təbiət möcüzəsi...

Düzü, püskürən nə mən oldum, nə arxamdakı vulkan tacı. Vulkan olub püskürən təzəcə tanış olduğum İlşad müəllimin elə təkcə özüydü.

İlşad müəllimin yerinə, vallah, kimsə bir başqası olsaydı, düşdüyü sərgüzəştlərdən mütləq başına hava gələrdi bəlkə. Təsəvvür edin, sizə səhər çağı zəng edib deyirlər “Ay aman, özünü tez çatdır bura, Mərəzənin Ceyrankeçməz qəbristanlığına. Əcdadlarına məxsus bütün məzarlar darma-dağın edilib!”. Elşad müəllim əvvəlcə qulaqlarına inanmır, tezbazar cəld hərəkət edərək başılovlu gəlir göstərilən ünvana. Gördüyü mənzərəni öz məşhər günü bilir əvvəlcə:

- Ta qədimlərdən hamının müqəddəs bildiyi məzarlıq əvvəlki halında deyildi. Burdakı 53 məzarın hamısı sökülüb dağıdılmış, eskavatorun timsah dişlərinə tuş gəlmişdi. Dağıdılmış abidələr sırasında doğma bacım Sədaqətin, qardaşım Nizaminin məzardaşları da vardı axı... Gözlərimə inanmırdım. Bir ara elə bildim ki, dünyanın axırıdı, məşhər başlayıb, məzarlardan indicə qohum-qardaşlarım, ulu babalarım, bacı-qardaşlarım durub qalxacaq. Bir an bu cür dayanıb qaldım orda. Mərhum əcdadlarımın sür-sümükləri, kəllə-qafaları ora-bura səpələnmişdi. Çox sonra özümə gəlib ətrafımdakı maşınların AZ 10 PL 636, AZ 90 SE 067, AZ 90 KX 889 dövlət nömrələrinə fikir verdim. Etirazlarıma, harayıma fikir verən olmadığını görəndə təcili olaraq 102-yə telefon açdım, faciəni bütün təfərrüatıyla, xırdalıqlarıyla təsvir edib dövlətdən, polisdən yardım umdum.

- Nəticəsi oldumu? ”“  ilk sualım, öz-özünə, qəfildən gəlib qondu qupquru dodaqlarım üzərinə.

- Qobustan Rayon Polis İdarəsinin rəis əvəzi Ceyhun müəllim zəng etdi az sonra mənə. İzahat yazmağımı xahiş etdi. Halım özümdə deyildi o vaxt. Həm də təcili Ukraynaya uçmalıydım deyə məsələni qoyduq sonraya. Səfərimdən elə təzəcə geri dönmüşdüm ki, Ceyhun yenidən zəng etdi mənə. Dedi bəs şad xəbər olasan, cinayətkarları aşkarlamışam. Telefonum susmaq bilmirdi o vaxt - bir də gördüm, həəə, bəs məni Anar müəllim axtarır.

- Kimdi bu Anar müəllim? ”“ polis kimi danışmağım həm özümə təəccüblü göründü, həm də həmsöhbətimə.

- Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin Bakı şöbəsinin rəisi. O, dedi ki, bəs, gəl kabinetimə. Getdim. Gördüm otaqda tanımadığım birisi var. Anar müəllim dedi ki, sədrin müavini Səyavuş bəy xahiş edir anlaşılmazlığı dədə-baba yoluyla həll edək. Bayaqdan bəri susub danışmayan o naməlum kəs bu vaxt arxadan gəlib məni bərk-bərk qucaqladı. Başladı hönkürtüylə ağlamağa. Dedi bəs adı Zamiqdi, qardaşı bilmədən xəta edib, bizim məzarlığı dağıdıb. Özü isə guya MTN-də işləyir. Ancaq vəsiqəsini göstərmədi.

Özümdə aşkarladığım müstəntiq istedadı, düzü mənə xoş gəlmirdi bu vaxt. İstəyirdim bu xislətimi tez dəf edib yenidən yazıçı istedadıma qayıdam. İlşad müəllimə diqqətlə qulaq asır, hadisələrin gur axarında azmamağa çalışırdım. Eşitdiklərimdən dəhşətə gəlmişdim, vallah. Arxamdakı palçıq vulkanı da deyəsən mənlə eyni hissləri paylaşırdı. İndicə partlayıb coşacaqdı elə bil.

Ancaq indi o deyil, İlşad bəydi söhbətimizin coşub partlayan vəhşi vulkanı:

- Qərara gəldik söhbətimizi hadisə yerində davam etdirək. Ancaq yoldaykən Zamiqin ürəyi sancdı nədi bilmirəm... sükan arxasına özüm keçdim. Yol boyu Zamiqin əli ürəyi üstə qaldı. Dağıdılmış məzarlığımızı bir də görəndə ağlım başımdam çıxdı az qala. Özümü yenə məşhər günündə gördüm. Bu yerdə Zamiq əlini, nəhayət, ürəyi üstündən götürdü. Dedi ki, bəs guya məzarlığı bərpa etmək istəyir indi. O vaxtlar Ceyhun müəllim də mənə dedi ki, işi dədə-baba yoluyla həll edək qurtarsın getsin. Dedim, rayon rəhbərliyi ilə görüşmədən buna cavab verə bilmərəm.
 
***

Xülasə, axırda Qobustan icra başçısı Adil müəllim də işə qarışır.

- Yol kənarındakı bir kafenin kabinetində başçıyla görüşdüm. Dərdimi danışdım. Dedim, qoy məzarlığı bərpa etsinlər, sonra mən müvafiq hüquq-mühafizə qurumlarına müraciət edərəm. Polisə gedib izahatımı yazdım. Sonra Zamiqlə bir də görüşdüm.

Bu zaman hadisə iştirakçıları sıralarında bir başqa mühüm şəxs ”“ Milli Təhlükəsizlik Nazirliyinin Qobustan şöbəsi rəisi Əfqan Məmmədov da peyda olur.

İlşad bəy bunu belə təsvir edir.

- Mərəzədəki “Post QAİ” ünvanında Zamiqin gedib bir nəfər şübhəli şəxslə görüşməyi diqqətimdən qaçmadı o vaxtlar. Sonralar biz həmin şəxslə bir başqa yerdə, Mərəzədəki “Nərimanın kafesi”ndə görüşəndə bildim ki, həmin bu vacib şəxs Qobustanda MTN rəisidir.

Xülasə Ceyhun, Zamiq, Əfqan bəy... Sonralar bu heyətlə bizim İlşad bəy bir-iki dəfə də görüşür. Görüşlərin birində Zamiq hətta ona iki min manat pul da ötürür ki, bəs get yerli əhalidən fəhlə yığ, məzarlığı bərpa et və s.i. və ilaxır. İlşad bəy məbləği götürsə də, ehtiyat edərək Zamiqdən əlavə bir izahat almağı da yaxşı ki, unutmur.

Pulu götürmək istəmirdim. Bərpa işləri guya bir-iki günə başlayıb tez də qurtarmalıydı. Ancaq deyilən tarixdə Zamiq verən telefon nömrələrinə nə qədər zəng vurdumsa, dəstəyi qaldıran olmadı. 

Nəysə, şübhlər başladı məni boğmağa. Arada bir Zamiq mənə sms ötürdü ki, bəs xəstədir. Qoy bir az səbr edim. Təzədən polis rəisi əvəzi Ceyhun bəylə zəngləşdim. Dedi, bəs axşam 10-11 radələrində gəl həmişəki kimi “Nərimanın kafesi”nə. Getdim gördüm ki, eyni heyət ordadır - Əfqan, Ceyhun, Zamiq. Söhbət zamanı bu Əfqan həmin Zamiqi kafedən qovaladı. Dedi bəs işi öz nəzarəti altına götürür. Guya tezliklə məzarlıq bərpa olacaq.

Söhbətimizi burda yarımçıq kəsdim. İlşada dedim ki, səbirli olsun, söhbətin ən dramatik məqamlarını mənə burda deyil, cinayət törənən yerdə, Mərəzənin Ceyrankeçməz məzarlığında danışsın.

İlanlı obasının bom-boz vulkan tacına son dəfə bir də baxıb həm onun səbrinə təəccübləndik, həm də öz səbrimizə. Vulkanın partlayışı görünür burda deyil, başqa ünvanda baş verməliydi.

Orda, 2015-ci ilin avqustunda, 7-dən 8-nə keçən gecə sözün əsl mənasında məşhər mənzərəsi yaşanmışdı axı.
Oturmuşdum dərə-təpələr qoynunda silkələnən qara “Mersedes”in ön cərgəsində. Sürücünün lap yanında. Gözlərimi bircə saniyə belə olsun qarşımdakı vəhşi mənzərələrdən ayırmırdım. Elə bilirdim həyat məni sürətlə məşhər gününə doğru dartıb sürükləyir.

***

Gəlib yetişdik məlum ünvana.
“Yeddi oğul istərəm” kinofilminin ilk kadrları neyçünsə gözlərim qarşısında canlandı - bayquş ulayır, qara qarğa bir ağacdan ayrılıb digərinə doğru uçur. Düzü, bu uçuşu axıracan təqib etməyə səbrim çatmadı. Ayağıma nəyəsə toxundu bu vaxt. Görüb aşkarladığımdan dəhşətə gəldim.

- Görürsüz də bu şərəfsiz əməllərin acı nəticəsini...uşaq qabırğasıdır, - İlşad bəy, kürəyimdən yapışıb məni geri dartdı. Sonra əlavə etdi:
- Bu da çanaq sümükləri...kəllə-qafalar...

Köhnə məzarlıqdan əsər-əlamət belə qalmamışdı - onu dünyadan amansızcasına silib-süpürmüşdülər.

Qədim məzardaşları da ortada yoxdu. Bilmirəm niyə, hansı səbəbə onları da aradan götürüb birdəfəlik yox etmişdilər. “MTN-çilərmi etmişdi bunu, yoxsa xalq arasında adına “vəhhabi” deyilən şər qüvvələr?” sualına belə cavab  verərdim- “hər ikisi”...

Əslində bu işbirliyi təkcə Azərbaycanda deyil, digər ölkələrdə, məsəl üçün, İraqda, Suriyada da özünü göstərir - İSİD-çilər aldıqları sifarişlər əsasında bəzi çox nadir qədim memarlıq abidələrini götürüb amansızcasına sökürlər. Ad da qoyurlar ki, bəs bu “islama ziddi”. Abidələrdən çıxan nadir əşyaları, artefaktları, qızıl, zinət əşyalarını isə götürüb ötürürlər lazımı əllərə. Qərbdəki gizli ünvanlara. 
Bəlkə də Eldar Mahmudovun evindən çıxmış o məşhur üç şüşə balonun dərinliyinə.

Suriyada, İraqda, Liviyada, həəəə, oxşar şər əməllərin törədilməyi ağlabatan idisə, Azərbaycanda bu cür cinayətlərin mövvcudluğu adamda təəccüb hissi doğururdu. Gözlərimə hələ də inana bilmirdim. İlşad bəyə tərəf tez-tez baxır, bu “möcüzələr talası”nda reallıq hissimi itirmək istəmirdim.

Ceyrankeçməz məzarlığını bircə gecəyə dağıtmış bu, belə deyək, “İŞİD” qüvvələri özbaşına deyildilər əsla -  sabiq MTN generalları ilə sıx əlaqədəydilər. Diriləri soyub talan etməklərini bir kənara qoyaq. Ölüləri də soyub talan edirmiş bu bizim İŞİD-MTN cütlüyü...

- Ölülərin, mərhumların da borcu varmış görəsən bu quldurlara? ”“ sualımı İlşad bəy deyəsən heç eşitmədi də. Məcbur oldum sualımı özüm cavablandıram.

- Cəlil Məmmədquluzadə ruhu mələyir ey bax bu mənzərələrçün. Mələyir! Bu əclaflar lap Şeyx Nəsrullahlıq edirmişlər ki, bütün Azərbaycanda. Ölüləri qəbirlərdən durğuzurdular... Hər iki aləmi qarət edirmişlər. Həm bu, həm o dünyanı!

Söhbətimizin mücərrəd bədii axarı, deyəsən İlşad bəyə xoş gəlmədi bu dar məqamda. O, söhbətimizi real məcraya qaytardı:

- Nə Zamiqdən, nə Əfqandan səs çıxmadı sonra. Məcbur qaldım ictimaiyyət adından məktub yazıb onu müvafiq qurumlara göndərim. Həəəə....bundan sonra telefonuma gələn naməlum zənglərin sayı-hesabı kəsilmədi. Ünvanıma saysız hədə-qorxular yağdırıldı.

- Nəydi bəs bu hərbə-zorbalar? ”“ sualımı İlşad bəy çox gec cavablandırdı. Dağılmış məzarlığa əvvəlcə bir xeylax  uzun-uzadı baxdı.

- Pulu geri istədilər... Dedilər ki, səni elə hala salarıq ki, dirilərin qalar, qəbirlərdən çıxardığımız ölülərin halına ağlayar. Dörd tərəfdən böhtan atmağa başladılar ünvanıma.

- İnşallah, Allah özü cəzasını verir bütün bunların. O sən dediyin köhnə MTN rəhbərliyi artıq iş başında deyil. Dərdin, inşallah yerdə qalmaz.

- Nə bilim...təki siz deyən olsun... Əşi, bu qibləsizlərin əlindən dörd rükət namazdan savayı nə desən gələr.

İlşad bəyin son cümləsi xüsusi nidayla yaddaşıma əbədi olaraq həkk olundu bu vaxt. Cavabına xəfifcə gülümsədim bir-iki dəfə. İlşadın pələng biləklərini bir müddət əlimdən buraxmadım.

Ayrıldıq dinməzcə.

***

Sabiq MTN rəhbərliyinin bütün Azərbaycan ərazisində qurduğu bu əmliyyatın şərti adını gəlin indi “Məşhər günü” qoyaq.

Kim bilir, bəlkə bu əməliyyatın həqiqi adı elə məhz beləymiş?  /musavat.com/

 
Oxşar xəbərlər
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO