Bayden Putinlə heç bir təmas planlaşdırmır – Yalnız bu təqdirdə… 
451
01 Dec 2022 | 23:20

Bayden Putinlə heç bir təmas planlaşdırmır – Yalnız bu təqdirdə… 

ABŞ Prezidenti Co Bayden Ukraynada müharibəyə son qoyacağı təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib. 

Bizim.Media xəbər verir ki, Bayden bu barədə fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. 

Eyni zamanda, Bayden yaxın gələcəkdə Putinlə təmaslar planlaşdırmadığını qeyd edib.

“Rusiya rəhbəri ilə mümkün təmaslar müstəqil qərarlar əsasında deyil, yalnız NATO ilə məsləhətləşmələr nəticəsində baş tutacaq”, - deyə ABŞ rəhbəri vurğulayıb. 

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər