“Akif Çovdarov o vaxt mənə zəng vurub hədələyəndə...”
Oxunub: 8242
22 Nov 2015 | 01:05
“Akif Çovdarov o vaxt mənə zəng vurub hədələyəndə...”
Uzun müddətdir Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla mənzil mübahisəsi yaşayan əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb. 

Moderator.az - ın əməkdaşı Şeyx Əbdül Mahmudbəyovla həmsöhbət olarkən belə məlum olub...

- Salam Şeyx, eşitdik ki, səhhətinizdə problemlər yaranıb.  Allah şəfa versin. İndi necəsiniz? 

- Bakı Şəhər İcra Hakimiyyəti ilə o qədər problemlər yaşadım ki, sonda sağlamlığımı itirdim. Keçirdiyim əsəb, stress, həyəcan sonunda ayaqlarımda, belimdə çox ciddi problemlərin yaranmasına səbəb oldu. İndi də müalicə alıram, ancaq bilirəm ki, heç bir xeyri olmayacaq. Çünki bütün günüm əsəb içində keçir. Evimdə yeddi yerdə vedrə qoymuşam, yağış yağanda evin içinə tökülür. Yuxarıdan kərpiclər uçub camaatın başına düşür. Evdə yeddi nəfər ailə üzvü, iki körpə nəvəm var. Halal zəhmətlə qazandığım bircə otaq evim var idi, onu da uçurdub başıma tökdülər. Bu vəziyyətə sağlamlıq dözərmi?!

- Mənzilinizlə bağlı vəziyyət indi hansı mərhələdədir? Probleminiz həll olundumu? 

- İndi son çarə olaraq möhtərəm prezidentimizə müraciət hazırlayıram. Prezidentimizdən azdan-çoxdan bu ölkəyə xidməti olan sənət adamı kimi, müstəqilliyimizin qurulmasında əməyi olan bir vətəndaş kimi etdiyim xidmətlərin müqabilində heç nə xahiş etmirəm, heç nə istəmirəm. Bircə onu bilmək istəyirəm ki, uğrunda can qoyduğumuz müstəqil dövlət, ulu öndərimizin birbaşa iştirakı ilə, ümumxalq referendum yolu ilə qəbul etdiyi konstitusiya qanunları ilə idarə olunur, yoxsa ki, ayrı-ayrı “maşşennik” nazirlərin, millətə qənim kəsilən “aferist” məmurların şəxsi maraqları ilə?!  Əgər qanunla işləyirsə Azərbaycanın sadə vətəndaşı olaraq öz qanuni haqqımı, konstitusiya hüququmun bərpa olunmasını istəyirəm. Və Hacıbala Abutalıbov da, digər strukturlar da başa düşsün ki, bu dövlət qanunlarla idarə olunur, şəxsi maraqlarla yox. Bu mənada, cənab prezidentə müraciət edirəm. Cənab prezident, siz bu dövlətin, bu xalqın qarantısınız. Və sizin əlinizdə böyük qanun olan Konstitusiya kitabı var. Ölkədəki məmurların böyük hissəsi  ifşa, rüsvay olunana qədər maskalanmış şəkildə sizin adınızdan çıxış edərək həm sosial gərginlik, narazılıq yaradırlar. Nəticə etibarilə xeyir özlərin, zərər millətə, prezidenti olduğunuz xalqa dəyir. Bu mənada mən birmənalı şəkildə öz haqqımı tələb edirəm. Mənə rəsmi olaraq dövlət strukturlarının, dövlət idarələrinin rəhbərləri səviyyəsində bildirirlər ki, Abutalıbova bizim gücümüz çatmır, çünki o, prezidentin ən yaxın adamı olduğunu və “mənə qarşı kimsə nəsə etsə, mənə mane olurlar deyərək prezidentə şikayət edəcəyəm” deyir. Bu qədər özbaşınalıq, qudurğanlıq olmaz ki, bunu Abutalıbov edir. Ən dəhşətlisi odur ki, o, bütün bunları cənab prezidentin adı ilə edir. Dövlət adamları mənə deyir ki, get, öz başına çarə qıl, biz lazımi qərarları versək də icrasına gücümüz çatmır. Abutalıbov ilk əvvəl mənə camaatın arasında and-aman edib dedi ki, iki balamın ölmüşünə səni on-on beş günə buradan köçürdəcəyəm. Ancaq sonradan məni məhkəmələrə çəkdi.  

- Şeyx, mənzil qalmaqalında məhkəmələr axı sizin xeyrinizə qərar çıxarmışdı... 

- Bəli, evimin dağıdılmasını təkcə mən demirəm, bunu rəsmi dövlət strukturları deyirlər, hər birinin rəsmi sənədləri var. Bütün dövlət strukturları evimin Abutalıbov tərəfindən dağıdılması haqqında mənə akt veriblər. Fövqəlada Hallar Nazirliyinin, Məhkəmə Ekspert Komissiyasının, təhlükəsizlik komissiyasının, iyirmiyə qədər deputatın və Prezident Admnistrasiyasının məktubları var ki, bu ailə təcili sürətdə bu mənzildən köçürülməlidir, dəymiş ziyan ödənilməlidir. Hər dəfə məhkəmələr ayrı-ayrılıqda komissiya təşkil edirdilər, sən demə hamısı ondan qorxurmuş. Nəsimi rayon məhkəməsi rayon icra hakimiyyətinin başçısı başda olmaqla evə baxış kçirtdilər və mənim xeyrimə qərar çıxardılar. Yenidən Abutalıbov işi Apelyasiya məhkəməsinə verdi və bir də yeni komissiya yaratdılar və onların da qərarı mənim xeyrimə oldu. Bundan sonra məni Ali Məhkəməyə çağırdılar və Ali Məhkəmə də qəbul olunmuş qərarları qüvvədə saxladı, qeyd etdilər ki, təcili sürətdə dəymiş ziyan ödənilməlidir. Bilrisiniz ki, məhkəmənin qərarı qırx gün müddətində icra olunmalıdır. Məhkəmə qərarının icrasının başında general oturub, onun da rəhbəri birbaşa Fikrət Məmmədovdur. Ancaq bunlar beş aydır ki, mənə eyni sözü deyirlər. Abutalıbov heç kimi saymır, onun üçün qanun yoxdur, o, peşəkar avantüristdir, o, şəxsi məsələləri ilə məşğuldur. Hər dəfə Abutalıbov mənə and-aman edir ki, hər şey yaxşı olacaq, gözləyirəm ki, mənə yuxarıdan göstəriş versinlər. Mən ona başa sala bilmirdim ki, yuxarıdan nə göstəriş olacaq axı, bu evi sən dağıtmısan. Bakının şefisən, çıxdığın bütün hoqqaları yaxşı görürük. Evləri sökdürüb yerində park elədin, içində də balaların üçün restoran, kafe, bar açdın. Yeraltı dayanacağa sənin övladların rəhbərlik edir, haram xoşun olsun. 
Bir şeyi bilmək istəyirəm ki, inanıb etimad göstərdiyimiz prezident vətəndaşları, dövlət qanunlarını müdafiə edir, yoxsa ki, Hacıbala və onun kimi cinayətkar məmurların maraqlarını? İkincisi də, onu demək istəyirəm ki, mənim bu dövlət, prezident, digər strukturlar qarşısında nə günahım var, hansı cinayəti törətmişəm ki, mənə ölkəyə xidmətlərimin müqabilində bu qədər hörmətsizlik, bu qədər özbaşınalıq edilir. Mənim yan-yörəmdə yaşayan hər kəsi köçürdüblər, ancaq hələ də Abutalıbov mənimlə oyun oynayır. Bilmirəm ki, Hacıbalanın atasın öldürmüşəm, anasın ödürmüşəm, uşaqlarına güllə atmışam, Azərbaycan dövlətinə xəyanət etmişəm və ya bəzi generallar kimi Azərbaycanı yeyib talamışam? Möhtərəm prezident, mənim günahım nədir, mən neyləməliyəm axı? Bəlkə Bakı boyda meqapolisi, nəhəng məbədgahı Hacıbala kimi adama hədiyyə ediblər, xəbərsizəm? Prezident qərarları, məhkəmə qanunları müzakirəyə çıxarılmır axı, birbaşa icra olunur. 

- Bundan sonra nə etmək fikrindəsiniz? 

- Mən əlli ildir Azərbaycan milli ideologiyasına, kino-televizya mədəniyyətinə xidmət edirəm. Küçəyə, adam içinə çıxa bilmirəm utandığımdan. Hara gedirəmsə soruşurlar ki, ay Şeyx, bu nə məsələdir belə. İndiyə qədər də utandığmdan prezidentə müraciət edə bilmirdim. Əvvəl düşündüm ki, parlament seçkiləridir deyə istifadə edir deyərlər, ona görə səbr elədim. Daha sonra, ölkədəki generalların məsələsi ortalığa çıxdı, ona görə dayandım. Zatən, onların hansı işlərlə məşğul olduğunu yaxşı bilirdik. Akif Çovdarov o vaxt mənə zəng vurub hədələyəndə hələ mən demişdim, müxbiri müdafiə etmişdim. Mən də oturub gözləyirəm ki, ortalıq durulsun, bəlkə insafa gəldilər. Mən indiyə qədər hüquqi qaydalara əsəsən hərəkət etmişəm ki, bunların cığallıq etməyə əsasları olmasın. İqtisad komissiyası var, başında Museyib adlı şəxs dayanır. Ağsaqqal yaşımda dəfələrlə gedib-gəlmişəm ora, amma onun çağırışına heç kim məhəl qoymur, utanmırlar oturduqları kreslodan. Mənə zəng edib qərar çıxardıqlarını bildirdilər, güya icra strukturları söz veriblər ki, proses gedir. İcra strukturları qırx gündə məhkəməninin qərarın icra etməlidir. Beş ay keçib üstündən, axı hansı proses gedir? Heç olmasa, öz verdikləri qərara hörmət etsinlər... 

Rumiyyə MİRASLAN

Oxşar xəbərlər
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ