Xaçmazda qadın sürücü mağazaya avtomobillə girdi - FOTO/VİDEO
564
02 Dec 2022 | 15:36

Xaçmazda qadın sürücü mağazaya avtomobillə girdi - FOTO/VİDEO

Xaçmazda “Subaru” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşın mağazaya çırpılıb. 

Bizim.Media "AZƏRTAC"a istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib. 

Bakı şəhər sakini Rəna Hüseynova avtomobili mağazanın qarşısındakı duracaqda saxlamaq istəyərkən idarəetməni itirib. Nəticədə avtomobillə obyektin şüşələrini sındıraraq içəri daxil olub. Həmin vaxt ticarət obyektində satıcı və alıcılar olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Sürücü də qəza zamanı yaralanmayıb. 
Avtomobil rəfləri dağıtdığından sahibkara ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 


Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər