"Yüksək vəzifələrdə bəlkə Eldar Mahmudovdan da "yırtıcı"ları var"
Oxunub: 6200
23 Nov 2015 | 14:31
"Saf sözü çürük sözün ayağına verməyək"


Yazıçı Əkrəm Əylislinin Ağa Cəfərli ilə söhbəti


- Ustad, necəsiz? Özünüzü necə hiss edirsiniz?

- Halımı xəbər aldın, Andrey Voznesenski yadıma düşdü. Yəqin tanımış olarsan, XX əsr rus poeziyasının parlaq simalarından biridir.

- Əlbəttə...

- Təxminən 15 il bundan əvvəl Moskvada keçirilən bir tədbirdə onu son dərəcə dilxor vəziyyətdə gördüm. Soruşdum ki, niyə dilxorsunuz. "Yəni dilxor olmamaq üçün hər hansı bir əsas varmı?"-dedi və qəfildən gözləri doldu. Dünyada doğrudan könülaçan bir şey qalmayıb, əzizim Ağa. Televizoru açırsan, hər yerdə zor, zülm, qan-qada görürsən. Bayağı mahnılar, vulqar xanəndələr... Virtual aləmə baş vurursan, görürsən ki, yazıların yarıdan çoxu yalandır, şaiyədir, şər-böhtandır. Dünya şəri hər yerdə at çapır, meydan sulayır. Hər evin qapısı ağzında bir Əzrayıl dayanıb, girib can almağa fürsət gözləyir. Dünya niyə bu günə düşdü? Bu dünyanı kim bu hala saldı? Mən bunu gündə yüz dəfə öz-özümdən soruşuram. Ancaq cavabını tapa bilmirəm. Axırda bu qərara gəlirəm ki, Həmid Herisçi həqiqətən dahiymiş. Hələ SSRİ-nin təzəcə dağılmağa başladığı vaxtlarda Həmid deyirdi ki, 20-30 ilə Avropa da pis günə düşəcək.

- Sizin yaradıcılığınızda ilkin olana, o cümlədən kəndə qayıdış fikri, ideyası önəmli yer tutur. Və sanki sadaladığınız problemlərdən çıxış yolunu, insanlığın xilasını məhz bunda görürsünüz...

- Mən heç vaxt kəndi şəhərdən üstün tutmamışam. Və kənd ədəbiyyatı ilə şəhər ədəbiyyatını ömrümdə qarşı-qarşıya qoymamışam. Kənd ədəbiyyatı kənddə yaranmır axı, o da şəhərdə yaranır. Demək, kənd ədəbiyyatının özü də əslinə qalanda elə şəhər ədəbiyyatıdır. Bunların arasında hansı məntiqlə sərhəd qoymaq olar?! Ancaq səndən nə gizlədim, mənim sırf subyektiv əqidəmə görə, kənddə doğulan yazıçı Vətənə, Xalqa və Allaha daha yaxındır. Bir var günəşin necə çıxdığını və batdığını hər gün gözünlə görəsən, bir də var bunu görmədən yaşanan ömrü normal ömür sayasan. Əgər mən şəhərdə doğulsaydım, özümü, inan ki, yarımadam hesab eləyərdim. Məndən ötrü kəndə qayıtmaq coğrafi mənada yer dəyişmək deyil, insanın öz təbii varlığına qayıtması, Torpağa, Xalqa, Vətənə və Allaha daha yaxın olmağı deməkdir.

- O da maraqlıdır ki, "Dağlar deyir ki, soyuqdur" əsərində kənd nostalgiyasına bir ironiya var.

- Müəyyən qədər ironiya mənim bütün yazılarımda var. Adını çəkdiyin əsərdə isə bu ironiya xüsusi çəkiyə malikdir.  

- Bədii mətndə müəyyən fikirlərin, mesajın yuxu vasitəsilə çatdırılması Azərbaycanda da geniş yayılmış priyomdur. Sizin yaradıcılığınızda da bədii priyom kimi yuxudan geniş istifadə olunur. Amma bu bəzi hallarda birmənalı qarşılanmır. Belə fikirlər var ki, Azərbaycan müəllifləri özünü əziyyətə salıb başqa variant tapmaq istəmədiklərindən bu üsuldan yararlanırlar. Siz necə düşünürsünüz?

- Yuxu mənim yazılarımda bədii priyom deyil, əsərdə təsvir elədiyim obrazın gerçək varlığının ayrılmaz tərkib hissəsidir. Yuxu insan beyninin yarada bildiyi ən böyük möcüzədir. Yazıçı üçün nəhayətsiz sehrli informasiya mənbəyidir. Yuxunu qələmə almaq gerçəkliyi qələmə almaqdan heç də asan deyil. Ancaq günah məndə deyil ki, bəziləri öz yazı masasının arxasında beyindən yox, bağırsaqdan gələn informasiyanı qəbul edir. Sənə öz aramızda deyim ki, belə "mədə-bağırsaq yazarlarının" arasında mənim də bir nəfər yaxşı dostum var.

- Sizin cümlələrin, yazdığınız bədii mətninin sanki bir enerjisi var. Azərbaycanda bu cür enerjili cümlələrə, mətnə çox nadir hallarda rast gəlinir. Yeri gəlmişkən bir dəfə  söhbətlərimizdən birində bir tanınmış yazıçı dedi ki, əşi cümlədə nə enerji e, cümlə elə cümlədir də. Demək istəyirəm ki, bu mövzuya yanaşma birmənalı deyil. Sizin mövzu ilə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.

- Burda söhbət, əlbəttə, bədii enerjidən, sözün energetik cazibəsindən gedir. Bədii enerjisi olmayan söz ocaqda tüstülənən yaş odun kimi bir şeydir. Yaş odun heç vaxt alışmır, isti vermir, eləcə tüstülənə-tüstülənə bir topa kül olub gedir. Sənə məsləhətim budur ki, əzizim Ağa, dediyin o "tanınmış yazıçı" ilə mümkün qədər az oturub-durasan. Çünki bu sözləri sənə deyən adamın ağlından da adına "mədə-bağırsaq yazarı" dediyimiz həmin məlum tanışımın ürəkbulandıran iyi gəlir.

- Mənə elə gəlir ki, siz əsərlərinizi birnəfəsə, xüsusi süjet-filan qurmadan yazırsız. Məhz buna görə, hekayə və uzun hekayələriniz çox, romanlarınız isə cəmi ikidir. Yanlış düşünmürəm ki?
 
- Tamamilə doğrudur. Ancaq onu da deməliyəm ki, estetik-emosional enerji tutumu baxımından, məndən ötrü hekayənin povestdən, povestin romandan elə bir əsaslı fərqi yoxdur. Hansı həcmdə, hansı janrda yazılmağından asılı olmayaraq, hər bir həqiqi bədii əsər mənim üçün bütöv bir canlı orqanizmdir. Mənə görə, Heminqueyin kiçik həcmli "Qoca və dəniz" əsəri Tolstoyun bir neçə min səhifəlik "Hərb və sülh" romanı qədər mənalı, məzmunlu, canlı və əzəmətlidir.

- Əkrəm müəllim, son iki yaradıcılıq nümunənizə- "Dağlar deyir ki, soyuqdur" və "Safsar" hekayəsinə reaksiyalar sizi qane etdimi?

- Xeyr, qane eləmədi. Açıq-aşkar görürəm ki, bəziləri mənim yazılarım barədə söz deməkdən ehtiyat eləyir. Halbuki bundan ehtiyat eləməyin artıq heç bir obyektiv əsası yoxdur. Xalq yazıçısı adından məhrum edilsəm də, Əməkdar İncəsənət Xadimi fəxri adım üstümdə qalır. Aldığım "İstiqlal" və "Şöhrət" ordenlərinin də tam hüquqlu sahibiyəm. Amma mənim bütün təltiflərimin əlimdən alınması barədə mətbuata yalan bol-bol yalan ötürənlər bunun belə olmadığını deməyi nədənsə hələ ki, lazım bilmir.

- "Safsar" hekayəsində öz taleyinizi gördüm. Pis də çıxmasın, üzr istəyirəm, sanki demək istəyirsiz ki, goreşən kimi cəmiyyətə təqdim olunmuş Əkrəm Əylislinin başı əslində fərqli olduğuna görə bu boyda bəlalar çəkib.

- İndiyəcən yazdığım yazıların hər birində mənim öz taleyimin bir ağrısı-acısı, yaddaşımda iz buraxmış müşahidələrin həzin əks-sədası, üəryimdən axan qanın qırmızı ləkəsi var. "Safsar" da ondan qabaq yazdığım yazılarla, söz yox ki, eyni qan qrupuna daxildir.

- Əkrəm müəllim, "Daş yuxular" sanki aqresiyya ilə, hirslə yazılmış, yazıçının hansısa hissə tabe olaraq yazdığı əsərdir. "Dağlar deyir ki, soyuqdur" əsərində də çox ciddi etiraz, tənqidi məqamlar var. Amma əsər çox sakit qarşılandı. Bəlkə "Dağlar deyir ki, soyuqdur" əsərində yazıçı peşəkarlığı, ustalığı "Daş yuxular"dakından daha çox olduğuna görə belədir? 

- Yox, mən bu barədə belə düşünmürəm. "Daş yuxular"ın aqressiv, yaxud hirsli əsər olduğunu da qətiyyən qəbul eləmirəm. Bunu hökmən nəzərə almaq lazımdır ki, "Daş yuxular" təkcə əsər deyil, həm də əməldir. Və yazıçıların bu sayaq, necə deyərlər, qeyri-sabit, qeyri-standart əməllərinə dar zaman çərçivəsində qiymət vermək mümkün deyil. Belə qeyri-standart əməllərin qiymətini yalnız tarix və geniş zaman verə bilər.

- Anara, Elçin, Fikrət Qoca yaradıcılığına, şəxsiyyətinə münasibətiniz aydındır. Bu barədə sözünüzü demisiniz. Buna görə də bu barədə nəsə soruşmaq istəmirəm və bilirəm ki, bu mövzuda danışmağa həvəsli deyilsiz. Amma Azərbaycan ədəbiyyatında xüsusi çəkisi və yeri olan iki insan barədə soruşmaq istərdim sizdən. Kamal Abdullanın və Afaq Məsudun yaradıcılığını necə qiymətləndirirsiniz?

- Bunu düz demirsən, qardaşım. Elə məsələ də burasındadır ki, adını çəkdiyin adamlarla mənim aramdakı münasibətlərin əsl mahiyyəti heç kəsə məlum deyil. Bir vaxtlar yaxın dostlar olmuşuq və həmin vaxt, həyatımın bir parçası kimi ömrümün axırınacan məndə qalacaq. Ancaq mən bizim aramızda sonralar yaranan münaqişənin şəxsi zəmində baş vermədiyinə hələ ki, heç kəsi inandıra bilməmişəm və buna bundan sonra da kimsəni inandıra biləcəyimə ümidim yoxdur. Axı bizim şəxsi zəmində hansı münaqişəmiz ola bilərdi? Yazıçılar Birliyinə rəhbərlik eləməyi mən heç vaxt qarşıma məqsəd qoymamışam. Qoysaydım, heç bir şəksiz-şübhəsiz, buna nail ola bilərdim. Fikrət Qoca isə faktiki olaraq məndən sonra və mənim öz qərarım, öz iradəmlə buraxıb getdiyim vəzifəyə mənim yerimə gətirilmişdi. Mən Yazıçılar Birliyindən ona görə uzaqlaşdım ki, Anarın bu təşkilatda heç bir yenilik yaratmaq niyyətində olmadığının az vaxtda canlı şahidi oldum. İnandım ki, bizdən əvvəl gedilmiş yolları bir də getmək mənim köhnə dostuma az da olsa mənasız və təhqiramiz görünmür, əksinə özünün bu təzə iş yerində köhnə ab-havanı qoruyub-saxlamaq ona hər cəhətdən sərf eləyir. Anladım ki, Anar öz karyerasının hayındadır, ədəbiyyatın qanı axan yaralarını sarımaq onun vəzifə planlarına daxil deyil. Mən hələ indi-indi inanmağa başlayıram ki, bizim ədəbiyyatdakı yollarımız, demə, bundan xeyli əvvəl və həmişəlik ayrılıbmış. Demişəm, bir də deyirəm: mənə görə Anarın AYB-dəki fəaliyyəti ədəbiyyata xidmət deyil, ədəbiyyata xəyanətdir. Üstəlik mənə də, onun özünə də, bir vaxt bizi birləşdirən ədəbi etiqada, əqidəyə də görünməmiş xəyanətdir. Bizim aramızdakı münaqişənin səbəbini ancaq bunda görürəm.

Afaqın yazıçı kimi yetişməyində bir vaxt mənim redaktoru olduğum "Azərbaycan" jurnalının şəksiz rolu var. İnanmıram ki, başqa bir mətbuat orqanı o zaman Afaqı özünə yaxın buraxaydı.

Kamal Abdullaya gəldikdə isə, Kamalın mənim barəmdə dediyini mən də eynilə onun barəsində deyə bilərəm: Kamal Abdulla yazıçıdır, ancaq mənim yazıçım deyil.

- Rəsmi dövlət tədbirlərindən birində Heydər Əliyevi az qala Allahla müqayisə edirsiniz. Heydər Əliyevə sayğınız bu qədərmi böyükdür?

- Məni lap uzaqdan tanıyanlar da yaxşı bilir ki, belə şit və ağılsız mübaliğəni heç vaxt dilimə gətirməmişəm. Mənim Heydər Əliyevlə münasibətlərimə gəldikdə isə tam məsuliyyətlə deyə bilərəm ki, bizim bir-birimizə hörmət və simpatiyamız həmişə qarşılıqlı olub.

- Son günlər baş verən hadisələr barəsində fikirləriniz öyrənmək istəyirik. Bildiyiniz kimi MTN-nin rəhbəri, vəzifəli şəxsləri vəzifədən azad olundu. Onlardan bir neçəsi həbs edilib. Onların ağlagəlməz cinayətlər törətdiyi iddia olunur. Bir ziyalı, dəyərli yazıçımız kimi bu hadisəni necə qiymətləndirirsiniz?

- MTN-də baş verənlər qüsurlu kadr siyasətinin məntiqi nəticəsidir. Hələlik ələ keçən Eldar Mahmudovdur. Axtarsan yüksək vəzifələrdə bəlkə ondan da "yırtıcı" xeyli məmur tapılar. Belələri üzdə hakim ideologiyaya boluca sədaqət nümayiş etdirib, arxada öz çirkin əməllərilə məşğul olanlardır. Bu bəlanın kökünü kəsmək üçün kadr seçmə məsələsində siyasi sədaqət prinsipi kökündən ləğv olunmalıdır. Heç olmasa ona görə ki, dövlətə sədaqətlə xidmət eləyənlər bu sədaqəti kiminsə qarşısında nümayiş etdirməyə heç vaxt ehtiyac duymur.

- Əsərləriniz müxtəlif dillərə tərcümə olunur, ancaq bu barədə çox az məlumat verirsiz...

- Bu il mənim üçün həqiqətən çox uğurlu il olub. Almaniyada, İtaliyada, Finlandiyada və Latviyada kitablarım nəşr edilib. Hazırda çex və slovak dillərində də yeni əsərlərim nəşrə hazırlanır. Bratislava Universitetinin xarici ədəbi əlaqələr kafedrasının kitab mükafatına bu il mən layiq görülmüşəm.

- Təbrik edirik...

- Sağ ol.

Almaniyanın, İtaliyanın, Finlandiyanın, Latviyanın sanballı mətbuat orqanlarında mənim yaradıcılığım barədə xeyli məlumat və məqalə dərc olunub. Bayaq adını çəkdiyin "Safsar" hekayəsi artıq latış dilinə tərcümə edilib. "Dağlar deyir ki, soyuqdur" povestim Moskva jurnallarının birində lap yaxın vaxtlarda işıq üzü görəcək. Bu il bir neçə digər yazıçılarımızın da xaricdə kitabları nəşr olunub. Mən buna sevinirəm. Çünki ədəbiyyatımızın ölkədən kənara çıxması bütün hallarda milli-mədəni varlığımız barədə dünyaya mesaj vermək deməkdir.

- İstərdik ki, saytımız vasitəsilə gənclərə müraciət edib arzu və istəklərinizi deyəsiz, tövsiyələriniz çatdırasız.

- Mən sizin saytınız vasitəsilə gənclərə yox, onların gələcəyi üçün məsuliyyət daşıyan dövlət və hökumət qurumlarına müraciət etmək istərdim. Onlara demək istərdim ki, bizdə həqiqətən istedadlı, sayıq və ağıllı ədəbi nəsil yetişir. Zamin Hacıdan tutmuş İlham Hüseynəcən ölkənin taleyinə laqeyd yanaşa bilməyən onlarca vicdanlı qələm sahibinin adını çəkərdim. Dövrümüzün həqiqi yazıçıları bunlardır, deyərdim. Belələrinin qanadını qırmaq lazım deyil, onlara qanad vermək lazımdır. AYB-yə ayırdığınız büdcə vəsaitinin cəmi 5-cə faizini bu fədakar həqiqət carçılarına ayırın. Deyərdim, qoy belə yazıçılarımızın da öz daimi iş yeri, ofisi, maaşı, maşını olsun. Bu ölkəyə 5-10 adamın ömürlük vəzifəsinin keşiyini çəkən 1600 nəfərlik yazıçı ordusu lazım deyil. Cəmi 15-20 nəfər qəlbinin təpəri, sözünün kəsəri olan qələm əhli, söz adamı lazımdır. Deyərdim: sözün də safı-çürüyü, ölüsü-dirisi olur. Gəlin, saf sözü çürük sözün ayağına verməyək. Nəhayət deyərdim ki, gəlin, bizə doğru söz deyib getmiş böyük kişilərə hərdənbir şanlı yubileylər keçirməklə işi bitmiş saymayaq. O kişilərin o vaxt dediyi sözləri də hərdən yada salıb, ruhlarını sevindirək. Məsələn, milli vicdanımızın carçısı Mirzə Cəlilin bu sözlərini: "Özümüzü boş-boşuna mədh və təhsinlə yox, özümüzü quru tərif və yalançı alqışlarla yox, məhz acı həqiqəti meydana qoymaqla biz maarif evini abad edə bilərik". 

- Ustad, göstərdiyiniz diqqətə görə minnətdaram!
Oxşar xəbərlər
19:13, Bu gün
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutdu
18:45, Bu gün
“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq
18:40, Bu gün
️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib
18:35, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi