“Dədə Qorqud”un məhəbbət motivləri paralelində müasir məhəbbət dastanları
Oxunub: 7065
25 Nov 2015 | 01:12
 “Dədə Qorqud”un məhəbbət motivləri paralelində müasir məhəbbət dastanları
AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü tədqiqatçı - publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) “Kitabi - Dədə Qorqud” dastanındakı məhəbbət motivləri ilə XX əsr Azərbaycan məhəbbət dastanlarının müqayisəli təhlili yazısını təqdim edirik:


“Kitabi-Dədə Qorqud” dastanındakı məhəbbət motivləri ilə XX əsrdə yaranan yeni məhəbbət dastanlarını müqayisəli təhlil edərək, obrazların oxşar və fərqli cəhətlərini aydınlaşdırmaq, varislik əlaqəsinin nə dərəcədə mövcud olub-olmadığına diqqət çəkməkdir.
Xalqımızın dastanyaratma ənənəsi lap qədim çağlardan formalaşmağa başlamış və günümüzəcən davam etməkdədir. Bu ənənə qədim ümumtürk mədəniyyətinin, bədii təfəkkürünün ayrılmaz tərkib hissəsi kimi öyrənilməli, araşdırılmalı olduğu üçün öncə bütövlükdə türk xalqlarının ən qədim tarixinə, həmin tarixi dönəmlərdəki yaşam tərzinə, birgə yaratdıqları mədəniyyət nümunələrinə, bədii düşüncəsinə, qarşılıqlı münasibətinə, apardıqları mübarizə və mücadilələrə ətraflı nəzər yetirməyi məqsədəuyğun sayırıq. Bu baxımdan m.ə. IV-II minilliklərdə tarix səhnəsində mövcud olmuş Mesopotamiya (İkiçayarası),  Cənubi Azərbaycan ərazisində, Urmiya gölünün cənubunda yerləşən digər şəhər-dövlətlərin tarixi, qarşılıqlı münasibət zəmnində bar verən olaylar, nəhayət, bütün bu tarixi reallıqlar əsasında növbəti nəsillər tərəfindən yaradılmış epik mədəniyyət nümunələri böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, bu dövrlərdə yaranan qədim oğuznamələrdə əsasən türkün dövlətçilik, qəhrəmanlıq, mübarizə, savaş tarixindən bəhs olunur. Bundan daha əvvəl yaranan Aratta-Şumer dastan ənənəsinə məxsus nümunələrdə isə əsas aparıcı obrazlar qədim şumerlərin tapındığı tanrılardır. Bu nümunələr türkün bədii təfəkkürünün, düşüncə və təxəyyülünün hələ lap çox-çox qədimlərdən inkişaf edib, formalaşmağa başladığından xəbər verir. 
Ümumiyyətlə, tarixən türk xalqlarında bədii təfəkkür, romantik təxəyyül çox güclü olmuşdur. Dastan, eləcə də xalq ədəbiyyatının digər janrlarında saysız-hesabsız dəyərli nümunələr yaratmağa meyilli olan əksər türk xalqları çağdaş zamanımızda da əski xüsusiyyətlərinə sadiqdir desək, yanılmarıq. Daha doğrusu, neçə-neçə minillikdən bəri şifahi şəkildə yaranaraq yaddaşlarda yaşayan, nəsildən-nəslə ötürülən dastanları, oğuznamələri türklər öz talelərində, həyatlarında, mübarizə və fəaliyyətlərində bir tarix olaraq yaşamışlar. Daha sonralar bu yaşananlar dastanlara, oğuznamələrə çevrilib xalq ədəbiyyatı inciləri sıralarında yer almışdır. Odur ki, bunlar bədii təfəkkür məhsulu olmaqla yanaşı, eyni zamanda türkün qədim ortaq tarixinin araşdırılması, öyrənilməsi işinə yaxından yardımçı ola biləcək zəngin qaynaqlardır. Professor Qara Namazov bu xüsusda yazır: “Bu baxımdan həm qədim Azərbaycan torpaqlarında yaranan dövlətlərdə, həm də ümumiyyətlə, qədim türk dövlətlərində xalq ədəbiyyatının, xüsusən dastanların araşdırılmasına böyük ehtiyac duyulur. Belə ki, “Türklər dastan yazmadılar, dastan yaratdılar” məşhur kəlamında deyildiyi kimi, qədim türk xalqlarının, eləcə də Azərbaycan xalqının öz torpaqlarında yaranan dövlətlərin quruculuğu haqqında minillərdən bəri yaşayan dastanların öyrənilməsi problemi həm tarixə yenidən dönüş, həm də soykökümüzə qayıdış baxımından xüsusi əhəmiyyət kəsb edir. Axı “Kitabi-Dədə Qorqud”dan daha öncə qədim Azərbaycan torpaqlarında təşəkkül tapan dövlətlərin, eləcə də Azərbaycan türklərinin ortaq olduğu ilkin türk dövlətlərinin quruculuğunu özündə yaşadan dastan nümunələri türk xalqlarının bədii təfəkkürünün bizim eradan əvvəlki minilliklərdən süzülüb gəldiyindən xəbər verir”.
Qeyd edək ki, qədim Şumer dastanlarında işlənən bir sıra söz və ifadələrin, əsatirlərin, mifik anlamların xeyli sonralar formalaşan oğuznamələrdə, eləcə də “Kitabi-Dədə Qorqud” boylarında, o cümlədən ozan-aşıq sənətində izləri, bir çox əlamətləri qalmışdır. Buna misal olaraq “Kitabi-Dədə Qorqud” və miladdan öncəki bəzi türk dastanlarında təsadüf edilən bir neçə oxşar məqamı diqqətə çatdırmağı məqsədəuyğun hesab edirik. Məsələn, “Bilqamıs” dastanının qəhrəmanı Bilqamıs da, Dədə Qorqud da hər şeyi bilirlər. Keçmiş haqqında çox dolğun informasiyaya malikdirlər və hətta gələcəkdən xəbər vermək iqtidarına malikdirlər. Onlar öz müdriklikləri ilə böyük hörmət, nüfuz qazanırlar. Nəhayət, hər ikisi eyni formada əbədi yaşamaq arzusuna düşür.
Bundan əlavə, “Bilqamıs” dastanında Enkidu ilə Bilqamısın sidr meşəsinə gedib birlikdə Humbabanı öldürmələri Dədə Qorquddakı Basatın Təpəgözü öldürməsi səhnəsini yada salır.
Yaxud “Oğuz Xaqan” dastanında Ay xanın Oğuzu qeyri-adi doğuluşla doğması, doğulmuş oğlanın anasının döşündən yalnız ağız südünü əmərək, çiy ət, şərab istəməsi, qırx günə böyüməsi, göydən düşən göy işığın içində gözəl qız görüb vurulması və dərhal onu alması “Dədə Qorqud”da rast gəldiyimiz Sarı çobanın pəri qızı qəfil görüb vurulması və ondan qeyri-adi Təpəgözü dünyaya gətirməsi səhnəsi ilə səsləşir. “Bir gün Oğuz Tanrıya üz tutduğu zaman göydən yerə göy işıq düşür. İşığın içərisində bir qız görünür. Qız elə gözəldi ki, gülsə Göy Tanrı da gülərmiş, ağlasa Göy Tanrı ağlarmış. Oğuz o qızı görcək vuruldu və aldı”.
“Kitabi-Dədə Qorqud” dastanında da Sarı çoban qanad-qanada uçan pəri qızlardan birini tutur və bir ildən sonra ondan qeyri-adi bir oğlan dünyaya gəlir: “Uzun Binar dönməklə məşhur bir binar vardı. Ol binara pərilər qonmuşdu. Nagahandan qoyun ürkdü. Çoban erkəcə qaqdı, iləri vardı. Gördü kim, pəri qızları qanad-qanada bağlamışlar, uçarlar. Çoban kəpənəyini  üzlərinə atdı, pəri qızının birini tutdu, təmə edib, dərhal çima elədi. Qoyun ürkməyə başladı. Çoban qoyunun önünə səyirdi. Pəri qızı qanad vurub uçdu, aydır:
”“ Çoban, il tamam olcaq məndə əmanətin var, gəl al, ”“ dedi.”“Amma oğuzun başına zaval gətirdin! ”“ dedi”.
Beləliklə, bir ildən sonra qeyri-adi doğuluşla Təpəgöz doğulur, qeyri-adi şəkildə böyüyür və Pəri qızın dediyi kimi, doğrudan da, oğuzların baş bəlasına çevrilir.
Miladdan da hələ minillər öncəki qədim ümumortaq türk dastanlarından gələn qeyri-adi doğuluş məsələsi, təbii ki, “Kitabi-Dədə Qorqud”da da bitmir. Müəyyən fərqlənmələrlə sonrakı dövrlərdə, xüsusən orta əsrlərdə geniş yayılmış məhəbbət dastanlarımızda qeyri-adi doğuluş səhnələrinə daha sıx rast gəlirik. Bütün bunlar bir daha onu göstərir ki, lap qədim çağlardan, neçə-neçə minillərdən üzü bəri yaranan ümumtürk, eləcə də türk”“Azərbaycan dastanları arasındakı varislik əlaqəsi heç vaxt tam qırılmamış, bu və digər formalarda daim nəzərə çarpmış və çarpmaqdadır. Lakin burada bir sıra kəskin fərqlənmələr, istiqamət dəyişmələri müşahidə olunur ki, bunlar da dövrün, zamanın tələbləri kimi meydana çıxmışdır. Məsələn, qədim oğuznamələrdə, eləcə də “Kitabi-Dədə Qorqud”da qeyri-adi doğuluşla doğulub böyümüş övlad gücü-qüvvəsi, rəşadəti, qeyri-adi qoçaqlığı, göstərdiyi qəhrəmanlıqlarla diqqəti cəlb edirsə, məhəbbət dastanlarında onlar fitri istedadları, sevgiləri, sədaqətləri, eşqə düçar olmaları ilə fərqlənir.
“Kitabi-Dədə Qorqud” e. ə. III minilliyin sonlarından eramızın VI-VII əsrlərin qədər davam edən tarixi dönəmdə qədim Azərbaycan xalqının ”“ oğuz türklərinin bahadırlıq ənənələrini, hərbi demokratiyaya əsaslanan qəbilə və tayfa ittifaqlarının mübarizələrini, yaşam tərzini, mifoloji dünyaduyumunu, ictimai-siyasi varlığını bədii-poetik şəkildə əks etdirən tarixi ”“ ensiklopedik salnamədir. “Kitabi-Dədə Qorqud” eposu ən qədim çağlarda Azərbaycan xalqına (oğuz türklərinə ”“ C.C) aid bir çox adət-ənənələri özündə qorumuşdur. Xalqın həyatında mühüm rol oynamış ayrı-ayrı mövsüm və mərasimlər, ayinlər, habelə etnoqrafik, psixoloji əlamətlərin rəngarəng izləri boylarda poetik-bədii ümumiləşdirmələr yolu ilə əks etdirilmişdir. Tükənməz söz sərvəti olan bu abidə el ədəbiyyatının ovsun, alqış, qarğış, and, dua, sınama”“yozum, atalar sözü və s. kimi qədim janrlarına aid nümunələrlə də zəngindir”.
Qeyd etdiyimiz kimi, “Kitabi-Dədə Qorqud” xalqımızın bahadırlıq tarixindən, mübarizələrindən, adət-ənənələrindən bəhs edən qəhrəmanlıq dastanıdır. Lakin digər qəhrəmanlıq dastanlarında olduğu kimi, burada da bir sıra məhəbbət motivləri diqqəti cəlb edir. Boylarda həyatı, şücaətləri, savaşlarda göstərdiyi qeyri-adi qəhrəmanlıqları təsvir olunan, öyülən personajların sevgisindən, sədaqətindən, istəklisinə qovuşmaq yolunda fədakarlıqlarından da yeri gəldikcə bəhs olunur. “Dədə Qorqud” boylarında butaalma, eşqə düçar olaraq yalnız butasına qovuşmaq yolunda çaba göstərmək, ilahi eşqin şərbətini yuxuda nuş edərək, ayılınca röyada görüb aşiq olduğu sevgilisini, butasını axtarmaq üçün səfərə çıxmaq kimi sufi-islami ənənələrə rast gəlinməsə də, saf sevgi, həyati sevgi, sədaqət, etibar, ailə müqəddəsliyi uca tutulur. Burada təsvir olunan bir sıra adət-ənənələr, mövsüm və mərasimlər və s. qeyd edildiyi kimi, “Kitabi-Dədə Qorqud”un İslamdan çox-çox əvvəllərə aid olduğunu göstərir. Hətta, bəzi məqamlarda dastanın yaranma tarixini yanlış olaraq VI-VII əsrlərə aid edən İ.Abbasov sonra özü özünü təkzib edərək, bu barədə yazır: “Boylardakı poetik parçalar belə bir qənaət doğurmuşdur ki, bu incilər xalq şeirinin ümumi axarı zəminində yaranmışdır. Burada alınma sözlər, demək olar ki, yox dərəcəsindədir. Bu qəbil söz və ifadələr dastanlara ancaq İslamiyyətdən sonra, bu dinin təsiri nəticəsində daxil edilmişdir”.
Qeyd edək ki, “Dədə Qorqud”dakı məhəbbət motivləri orta əsrlərin sufi-irfani məzmunlu eşq dastanlarından daha çox XX əsr Azərbaycan məhəbbət dastanları ilə səsləşir. Boylarda evlənmək yaşına çatan cəsur igidlərə buta verilmir. Onlar, sadəcə, ən gözəl, ən nəcib (həm də cəsur!) hesab etdikləri qızla, ona bir könüldən min könülə vurulub, aşiq olaraq, evlənmək, ailə qurmaq qərarına gəlirlər. Yalnız bundan sonra qarşıya çıxan maneələrli dəf etmək, sədaqət imtahanları, real, həyati sevgi yolunda sınaqlar başlayır. Boylarda qızlar da eşq dastanlarındakı kimi fiziki cəhətdən passiv deyillər. Onlar da at minir, qılınc çalır, ox atır, ov ovlayır, quş quşlayır, savaşır, güləşirlər və s. Diqqəti xüsusi cəlb edən məqamlardan biri budur ki, sözügedən dastanda qızlar onlara qalib gələ bilməyən, özlərindən daha güclü olmayan igidlə könül bağlayıb, ailə qurmazlar. Məsələn, “Bayburanın oğlu Bamsı Beyrək boyu”ndan bir səhnəyə diqqət edək: “...Mən Banıçiçəyin dadısıyam. Gəl indi səninlə ova çıxalım. Əgər sənin atın mənim atımı keçsə, onun (Banıçiçəyin  ”“ C.Ç.) atını dəxi keçərsən. Həm səninlə ox atalım, məni keçərsən, onu dəxi keçərsən və həm səninlə güləşəlim, məni basarsan, onu dəxi basarsan, ”“ dedi.
Beyrək ayıtdı:
”“ Yaxşı, indi atlanın”.
Göstərilən nümunədən aydın olduğu kimi, Beyrək Banıçiçəyi görmək istəyir. Qız qarşısında olsa da, özünü tanıtmayıb, oğlanın gücünü-şücaətini sınağa çəkir. Bu da türk xarakterinin, türk düşüncə tərzinin və adət-ənənəsinin təzahürüdür. Tunc dövründən ”“ anaxaqanlıq öz yerini ataxaqanlığa ötürəndən, obrazlı desək, Ay xan (başçı ana) öz xaqanlığını Oğuz kağana (oğlana) təhvil verəndən (“Oğuz kağan” dastanı, e.ə. IV-III minilliklər) bugünəcən türk ailəsinin başçısı ”“ ər daha güclü, cəsur, ailəni, yurdu, sərvəti qorumağa qadir hesab edilib, qadir olub və olmalıdır. Əgər o, bu etimada layiq olmasa, sevgilisi onu bəyənməz, taleyini, gələcəyini etibar edə bilməz.
Onu da qeyd edək ki, boylardan göründüyü kimi, türklükdə güclülük, qorxmazlıq, cəsarət həm də mərdlik, sədaqət, ədalət, xeyirxahlıq anlamı daşıyır. Türk-oğuz düşüncə tərzinə görə, qadın nə qədər güclü, cəsur, qoçaq olsa belə, oğlan qızdan, kişi qadından daha üstün olmalı, qətiyyən basılmamalıdır. Əks halda bu, rüsvayçılığa bərabərdir. Əslində, fizioloji cəhətdən də kişi qadından daha güclüdür, cəsarətlidir. Tunc dövründə ictimai əmək bölgüsü nəticəsində heyvandarlığın əkinçilikdən ayrılması ilə paralel anaxaqanlığın öz yerini ata xaqanlığa verməsinin kökündə də kişinin fizioloji baxımdan qadından daha güclü, cəsur, ailəni, yurdu, ocağı qorumağa qadir olması dayanırdı. Oğuzlarda hər hansı kişinin bu etimadı doğrultmayıb, qadına basılması qəbuledilməz idi. Odur ki, sınaq meydanında Beyrək də at sürməkdə, ox atmaqda, güləşməkdə üstünlüyünü nümayiş etdirərək, sınaq meydanından üzüağ çıxır. Bu məqamda bayaqdan özünü tanıtmayan qız sirrini açaraq deyir:
”“ “İgid, Baybecanın qızı Banıçiçək mənəm, ”“ dedi.
Beyrək üç öpdü, bir dişlədi. ”“ “Düyün qanlı olsun, xan qızı! ”“ deyib barmağından qızıl üzüyü çıxarıb, qızın barmağına keçirdi”.
“Kitabi-Dədə Qorqud” bütövlükdə qəhrəmanlıq dastanı olduğu üçün boylarda təsvir olunan sevgi macəraları da mahiyyət etibarilə sırf qəhrəmanlığa, gücə, qüvvətə, igidliyə dayanır. Lakin burada bir cəhəti də diqqətdən kənarda qoymaq olmaz. Bu, beşikkərtmə ”“ göbəkkəsmə məsələsidir. Fikrimizcə, ola bilsin, bu cür çalarlar dastana sonradan İslamiyyətin təsiri nəticəsində sirayət etmişdir. Varlı-karlı, sərvəti aşıb-daşan bəy, xan atanın övladının olmaması, onun bunu özünə dərd etməsi, Tanrı dərgahına əl açıb  dualar qılaraq övlad istəməsi, başqa bir sonsuz atanınsa eyni vaxtda qız övladı üçün dua etməsi, nəzir-niyaz paylamaq, borcluları borcundan azad etmək, acları doyurmaq və s. kimi məsələlər, çox güman ki, sonralar boyları bir sıra İslami dəyərlərlə uzlaşdırmaq cəhdləri kimi meydana çıxmışdır. Bu cür səhnələr eynilə sufi-irfani məzmunlu eşq dastanlarındakı süjet başlanğıclarını xatırladır. Yenə “Bayburanın oğlu Bamsı Beyrək boyu”na diqqət edək: “Baybura bəy dedi:
”“ Xan Qazan! Necə ağlamayım, necə sızlamayım? Oğuldan dayağım yox, qardaşdan sayılmağım! Allah-taala mənə qarğayıbdır... Bəylər, tacım-taxtım üçün ağlayıram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdumda kimsə qalmayacaq, ”“ dedi”.
Beləliklə, Oğuz bəylərinin ona rəhmi gəlir. Qalın Oğuz bəyləri “üz göyə tutub” dua eləyirlər. Bu zaman Baybecan bəy də övladsızlığından gileylənib, Tanrının ona da bir qız övlad verməsi üçün dua etmələrini diləyir. Bəylər hər ikisi üçün dua edirlər və nəhayət, dilədikləri kimi, Bayburanın oğlu, Baybecanın qızı dünyaya gəlir. Dua edərkən onlar övladlarını beşikkərtmə də eləyirlər. Amma burada, məşhur “Əsli”“Kərəm” dastanındakından fərqli olaraq, valideyinlər hər ikisi əhdinə sadiq qalır, qızın qardaşı Dəli Qarcarı da müdrik el ağsaqqalı Dədə Qorqud ram eləyib, ipə-sapa yatırır. Problemlər tamam başqa istiqamətə yönəlir. Nəhayət, uzun illər keçsə də, sevgililər bir-birinə qovuşa bilirlər.
“Kitabi-Dədə Qorqud” boylarında diqqətçəkən əsas məqamlardan biri də qadına münasibət məsələsidir. Sufi-irfani eşq dastanlarından fərqli olaraq, boylarda sevgili kimi (elə ana, bacı kimi də) qız, qadın daim uca tutulur, kişi ilə bərabərhüquqludur, fəaldır, aktivdir, sədaqətli və cəsurdur, fədakardır, mərddir. O, sevgilisi, əri uğrunda canından keçməyə hər an hazırdır. Ən əsası, bir sevgili, yaxud həyat yoldaşı olaraq dastanda qızın, qadının vəfası, sədaqəti, cəsarəti, fədakarlığı, gizlində qalıb öz içində boğulmur, göz önündə parlayır, sınaq meydanına atılır. Fikrimizcə, “Kitabi-Dədə Qorqud” boylarında qadının bu cür aktivliyi, əhəmiyyətli mövqeyə malik olması dastanın yaranma tarixinin tunc dövrünə ”“ e.ə. IV”“ II minilliklərə aid olmasını təstiqləyən amillərdəndir. Belə ki, həmin çağda anaxaqanlıq öz yerini ataxaqanlığa vermiş olsa da, hələ kişinin hakimiyyəti bərqərarolma prosesi keçirdi, qadınlar üzərində tam mütləqləşməmişdi. Odur ki, qəbilədə hələ qadınlar kifayət qədər fəal idilər. Əgər bir sıra tədqiqatçıların iddia etdiyi kimi, dastan VII əsrə ”“ İslam dövrünə aid olsaydı, boylarda qadına bu qədər əhəmiyyətli mövqe qazanmaq, aktivlik imkanı verilməzdi. Yeri gəlmişkən, qeyd edək ki, “Kitabi-Dədə Qorqud”da İslamla bağlı, əlaqəli nə varsa, hamısı əsərə sonrakı ifaçılar tərəfindən daxil edilmiş əlavələr, artırmalar, uyğunlaşdırmalardır ki, bunun da müxtəlif səbəbləri var. Bunlara tədqiqatçı Xəliyyəddin Xəlilli ayrı-ayrılıqda geniş izahatla aydınlıq gətirərək, yazır:  “Kitabi-Dədə Qorqud” dastanının e.ə. III minilliyin sonu II minillikdə yaranmasını sübut etmişik”. Demək, boylardakı qadınlar müsəlmanlıqdan minillər öncəki qəbilə-tayfa dövrünün mərd, cəsur qadınlarıdır. Onların fədakarlıqları, ərinə sədaqəti, sevgisi ilkinliyi ilə seçilir. Və bu, həm də fikrimizcə, yeni formalaşmağa başlayan ailə institutunun təbliğatı xarakteri daşıyır.  Misal olaraq “Duxa Qoca oğlu Dəli Domrulun boyu”ndan bir səhnəyə diqqət edək. Belə ki, Oğuz igidlərindən Dəli Domrul Əzrayılla qarşılaşır, güc gələ bilmir, nəhayət, Əzraıyıl onun canını alası olur. Tanrıya yalvarır, Tanrı rəhm edir. Lakin əvəzində canından keçməyə, yerinə ölməyə könüllü hazır olan bir insan gərəkir. Dəli Domrul ən doğma adamları bildiyi atasına və anasına ərk eləyib, əvəzinə onlardan birinin öz canını Əzrayıla təhvil vermələri üçün yalvarır. Qoca ata və ananın heç biri övlad üçün canlarından keçməyə cəsarət etmir. Ümidi üzülən Dəli Domrul həyat yoldaşı ilə son dəfə vidalaşıb halallaşmağa gəlir.
Beləliklə, yad qızı hesab etdiyi qadını məsələdən xəbər tutunca Dəli Domrulun əvəzinə ölməyə hazır olduğunu bildirir. O, yoldaşına qıymır, yenidən Tanrıya dua eləyir. Duaları  Allah-taalaya xoş gəlir. Əzrayıla əmr edir ki, onlara toxunmasın, gedib Dəli Domrulun qoca ata-anasının canını alsın. Tanrı bu istəkli sevgililərin isəhərəsinə 140 il ömür verir.

Ardı var...
Oxşar xəbərlər
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR