Rusiyanın Suriyanın şimalındakı türkmən yaşayış məntəqələrini bombalaması fonunda bütün türk dövlətləri kimi Azərbaycanın da türkmənlərə dəstək verməsi ilə bağlı fikirlər səslənməkdədir. Bəzi siyasilər, partiya sədrləri, tarixçilər hesab edir ki, Azərbaycan mənşəcə onlara yaxın olan türkmənlərin qətliamına biganə qalmamalı, bütün mümkün vasitələrlə onlar dəstəyini bildirməli, yardım göstərməlidir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev isə hesab edir ki, Azərbaycan öncə işğaldakı torpaqlarının qayğısına qlmalı, onları azad etmək haqqında düşünməlidir:
“Təbii ki, Azərbaycan türkmənlərə öz dəstəyini ifadə etməlidir. Lakin öncə Qarabağ haqqında, işğaldakı torpaqların azadlığı haqqında düşünməli, bu istiqamətdə konkret addımlar atmalıdır. Azərbaycan üçün bundan daha vacib, daha önəmli bir məsələ yoxdur. Yalnız öz orpaqlarını azad etdikdən sonra türkmənlərə və ya digərlərinə yardım haqqında düşünmək olar.
Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilmir. Özünə omac ova bilməyənin başqasına əriştə kəsməsi isə absurddur”.
Seymur Əliyev