“Elə etməyək ki, Rusiya bizə...” - Azərbaycanlı deputatlardan şərh
Oxunub: 1918
25 Nov 2015 | 14:33
“Elə etməyək ki, Rusiya bizə...”  - Azərbaycanlı deputatlardan şərh
Ötən gün Türkiyə tərəfindən Rusiyaya məxsus”Su-24” hərbi helikopterinin vurulması hadisəsi dünya gündəminin əsas müzakirə mövzusudur. Artıq dünya liderləri baş verən hadisəyə reaksiya bildiriblər.

Moderator.az xəbər verir ki, hadisə həmin ölkələrdə müzakirə olunmaqla yanaşı, Azərbaycanda da böyük həyəcanla qarşılanıb. Belə ki, informasiya portallarında, sosial şəbəkələrdə bir çoxları Türkiyənin haqlı mövqedə olduğunu vurğulayır, bir qismi isə bununla razılaşmadığını bəyan edir.

“Qafqazinfo” bu məqamda bir neçə millət vəkilindən də baş verən olaya münasibət öyrənib və yaranmış gərginliyin Azərbaycana hansı təsirlərinin ola biləcəyini soruşub.

Millət vəkili Zahid Oruc hadisəni mənfi dəyərləndirdiyini qeyd edib: “Təəssüf ki, on gündə Azəbaycan informasiya məkanına türkmənlərlə bağlı o qədər xəbərlər yeridildi ki, patriotlar məsələnin məğzinə varmadan bayram əhval -ruhiyyəsində az qala yuz illər öncə Türkiyə ilə Rusiya arasında baş verən müharibələrin şövqünü yaşadılar. Reallıqda isə, hadisələr çox mənfi və təhlükəli istiqamətdə hərəkət edəcək. Artıq Rusiyada bunun simptomları da var. Bu ölkədə çalışan türk mənşəli kampaniyalara qarşı kəskin təzyiqlər, hücumlar, əmlak yağmalanmaları, maddi ziyan vurmalar başlayıb. Mümkündür ki, fiziki qətl də olacaq. Dövlət öz atacağı addımları qət edənədək vətəndaşlar qisas kimi əvəzini çıxmağa çalışacaqlar. Artıq bunu arxadan vuruılmuş zərbə kimi dəyərləndirirlər. Həqiqətdə Türkiyə böyük bir avantüraya itələnmiş oldu. Rusiyanın cavab zərbələri nə qədər amansız olacaqsa, bu iki dövlət arasındakı münasibətlərin regional səviyyədə böyük bir ziyanları formalaşacaq. Bu zaman da Azərbaycana müəyyən mənfi təsirlər ola bilər.

Rusiya PKK yaraqlılarının daha da böyük qüvvəylə İŞİD əleyhinə mübarizəsini gücləndirəcək. Bu həm də Türkiyə əleyhinə həmin qüvvələrinin savaşına dəstək verməyə bərabərləşəcək. İkincisi, Türkiyənin turizm sahəsinə zərbələrin vurula biləcəyi də ehtimal edilir. Bunun bəyanatlarını Sergey Lavrovun sözlərində də görmək mümkündür. Üçüncüsü, bu ölkə ilə olan qaz razılaşmaları üzərindən çox böyük suallar yaranacaq. Rusiya ilə Türkiyənin mövqelərinin ayrılması iki ölkə arasında düşmənçilik etmək istəyən dairələrin əlinə işləyəcək. Dördüncüsü, atom enerji stansiyasının tikilməsi ilə bağlı vəsaitlərin xərclənməsi ilə bağlı böyük layihələr var. Bu layihələrin üzərində də ciddi problemlər yaranacaq. Bir sözlə, Rusiyanın tamamilə imkanı olacaq ki, bu hadisəni Türkiyənin İŞİD-lə birgə olduğunu, Əsəd əleyhinə koalisiya quran dövlətlərin Suriyada və ya İraqda terroru bilavasitə müdafiə etdiyini ortaya gətirsin. Ən böyük təhlükələrdən biri də açıq-aşkar erməni amilinin də gücləndirilməsi olacaq. Bu həm Türkiyənin, həm də Azərbaycanın ziyanına işləyər. Türkiyə və Rusiya tarixdə 13 dəfə müharibə ediblər. Bunun nəticələrindən Qafqaz regionu həmişə əziyyət çəkib. Qardaş dövlət olsaq da, bu məsələyə soyuq münasibət sərgiləməliyik”.

Millət vəkili Fəzail Ağamalı qeyd edib ki, Türkiyənin vermiş olduğu məlumatlar sübut edir ki, Rusiyaya məxsus olan hərbi təyinatlı təyyarə həmin ölkənin sərhədini pozub: “ Bu kifayət qədər inandırıcıdır. Bundan öncə bir neçə dəfə Rusiya tərəfindən Türkiyənin hava sərhədləri pozulub. Ortada Türkiyənin xəbərdarlıqları mövcud idi. Hətta Rusiyanın Türkiyədki səfirliyi çağrılaraq xəbərdarlıq edilmişdi. Bütün bunlara baxmayaraq Rusiya sanki dünyaya meydan oxumaqdadır. Rusiya Türkiyənin xəbərdarlıqlarına məhəl qoymadan beynəlxalq hüququn qadağan etdiyi davranışları nümayiş etdirməkdədir. Türkiyə haqlı olaraq son xəbərdarlıqdan sonra bu addımı ataraq hava məkanını bir dövlət kimi qoruyub. Mənə elə gəlir ki, Rusiyanın hava məkanına hər hansı bir təyyarə daxil olsaydı, Rusiya da eyni şəkildə addım atardı. Rusiyanın indi hər hansı şəkiıldə özünə haqq qazandırması, guya sərhədin pozulmamasına dair dediyi fikirlərin əsası yoxdur. Dünən Türkiyə kanallarında xəritəni ortalığa qoydular, dəqiqliklə koordinatları göstərdilər”.

Onun sözlərinə görə, məsələyə Rusiya tərəfindən kəskin reaksiyalar verilib: “Türkiyəyə qarşı kəskin bəyanatlar səslənməkdədir. Dünən Rusiyanın birinci kanalında böyük isterika hökm sürürdü. Vaxtilə Çeçenistanda gedən döyüşlərdə yaralanan çeçenlərin Türkiyə xəstəxanalarında müalicəsinə qədər kadrları ortalığa qoydular. Türkiyə ciddi ideoloji ittihamların qarşısındadır.

Bunun Azərbaycana təsirinə gəlincə isə, biz çalışmalıyıq ki, bütün məsələlərdə neytral qalaq. Qardaş Türkiyə də başa düşər ki, biz bu nəhənglərin arasına girməməliyik. Elə etməyək ki, Rusiya bizə aqressivliyini göstərə bilsin. Hazırda qızışmış, dünyaya od-alov saçan qüvvələrin ortasında qalmamalıyıq. Onların hər hansı birinin tərəfində olmamalıyıq. Bu mənim gəlmiş olduğum qəti qənaətdir”.

Millət vəkili Elmira Axundova belə bir hadisənin baş verdiyinə təəssüfləndiyini vurğulayıb: “ Türkiyə Rusiya arasında hər hansı hadisə baş verəndə bu, əlbəttə ki, Azərbaycana toxunmaya bilməz. Çünki Türkiyə bizim qardaş ölkəmizdir. Mən həmişə Türkiyənin tərəfindəyəm. Türkiyə olmasaydı, bizim müstəqilliyimiz sual altında olardı. Naxçıvanı saxlaya bilməzdik. Türkiyə hər an bizim müstəqilliyimizin keşiyində durur. Rusiya da bizə qonşu dövlətdir. Orada bizim iki milyona qədər soydaşlarımız yaşayır. Ona görə bizim durumumuz çox çətindir. Mənə elə gəlir ki, biz bu məsələdə neytrallığımızı saxlamalıyıq. Hələ ki bu, bizə bilavasitə toxunmur, sərhədlərimizdən uzaqdır. Hər iki tərəfi sülhə, konflikti dərinləşdirməməyə çağırmalıyıq. İnanmıram ki, Rusiya Türkiyəyə qarşı nəsə elətdirə bilər. Türkiyə NATO-nun üzvüdür.

Bundan əlavə, Rusiyanın Suriyanın bombardman etməsinin axırı yoxdur. Elə bilirsiniz ki, tək terrorçular həlak olur? Bombardmanlar nəticəsində 15 minə yaxın insan həlak olub. Onun içərisində qadınlar, uşaqlar, İŞİD-in saxladığı insanlar da var. Sülh yolunun alternativi yoxdur. Nə qədər başqa ölkəni bombardaman etsən də, gərək axırda danışıqlar yolunu seçəsən. Türkiyə və Rusiya danışıqlar apararaq bu insidenti sülh yolu qapatmalıdır”.

“Hamı həyəcanla soruşur ki, Türkiyənin Rusiya təyyarəsini vurmasının nəticələri nə ola bilər? Nəticəni proqnozlaşdırmaq nə qədər çətin olsa da, anlaşılan bir məqam var ki, Türkiyə Suriya siyasətində aktiv mövqeyə keçmək üçün Rusiyanın təxribatından faydalanmağa üstünlük verdi”.

Bu sözləri isə millət vəkili Fazil Mustafa sosial şəbəkədə hadisəyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, onsuz da türkmən məsələsinə görə artıq bu iki dövlətin üz-üzə gəlməsi qaçınılmaz idi: “ Bu üz-üzə gəlmə Suriya sərhədləri içində olsaydı, NATO-nu bu qarşıdurmada tərəf cinahında görmək xeyli çətin olacaqdı. Təyyarə NATO-ya üzv olan dövlətin ərazisini pozduğuna görə vurulmuşsa, o zaman 5-ci maddənin avtomatik tələbləri yerinə yetirilməli və ümumi olaraq NATO hüdudlarına müdaxilə kimi dəyərləndirilməlidir.

Türkiyə İraqda Tel Aferdən İŞİD tərəfindən sıxışdırılıb çıxarılan türkmənlərə görə qəti addım atmasa da, Suriya türkmənləri üçün ona görə qəti mövqe ortaya qoyur ki, Türkməndağı itirildikdən sonra Rusiya və İran gücləri birbaşa Türkiyə ilə sərhədə nəzarət edə bilirlər, artıq Türkiyə Suriyada aktiv aktyor olmaqdan çıxır. Eyni zamanda gələcəkdə kürdlərin Aralıq dənizinə çıxması üçün əsas əngəl ortadan qaldırılır və burada dənizə açılan Kürd dövlətinin yaranması risqi daha da böyüyür.

Son vaxtlar Rusiya ümumiyyətlə Türkiyə ilə məsxərə üslubunda davranırdı və Türkiyənin uzun müddət bu davranışı həzm etməsi mümkün ola bilməzdi. Fikrimcə bu riskli addımdan sonra Türkiyə Rusiya təyyarəsinin hava sərhəddini pozması ilə bağlı sübutların geniş təbliğatına başlamalıdır və ən azı NATO-nun, xüsusilə də ABŞ-ın dəstəkverici mövqeyini gücləndirməlidir. Ümid edək ki, faciəli nəticələr olmaz, ancaq bəzən qüruru qorumaq üçün özündən güclüyə birinci yumruq atmalı olursan”.
Oxşar xəbərlər
23:29, Bu gün
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
23:25, Bu gün
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
23:24, Bu gün
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
23:13, Bu gün
Paşinyan üçün taleyüklü Moskva səfəri...
22:58, Bu gün
“Taliban” altı İran sərhədçisini saxlayıb
22:56, Bu gün
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
22:54, Bu gün
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
22:34, Bu gün
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
22:32, Bu gün
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
22:28, Bu gün
İnfarkt riskini sıfıra endirən şirə
22:26, Bu gün
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:36, Bu gün
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
21:36, Bu gün
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
21:34, Bu gün
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
21:33, Bu gün
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
21:31, Bu gün
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
21:06, Bu gün
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
21:05, Bu gün
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
20:52, Bu gün
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
20:47, Bu gün
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
20:30, Bu gün
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
20:08, Bu gün
Şagirdlərin tətil günləri AÇIQLANDI
20:05, Bu gün
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
19:55, Bu gün
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
19:50, Bu gün
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
19:45, Bu gün
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
19:40, Bu gün
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
19:36, Bu gün
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
19:32, Bu gün
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
19:28, Bu gün
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
19:25, Bu gün
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
19:22, Bu gün
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
19:20, Bu gün
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
GÜNLÜK
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir