Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında 2023-cü il üçün Büdcə Qanun layihəsinin tamamı ilə bağlı müzakirələr zamanı insident yaşanıb.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, sakit şəkildə başlayan iclasın gedişatında CHP sədri Kamal Kılıçdaroğlu kürsüyə qalxdıqdan sonra gərginlik artıb.
Daha sonra AK Partiya sədrinin müavini Numan Kurtulmuşun 2023-cü il Büdcə Qanun layihəsi ilə bağlı ondan əvvəl çıxış edən müxalifət partiyası üzvlərinin tənqidlərinə cavab verib.
Bu zaman CHP və AK Partiya millət vəkilləri arasında gərginlik yaranıb və iki qrupun deputatları bir-birinin üzərinə yürüş edib. Gərginlik zamanı Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri, AKP İstanbul millət vəkili Akif Çağatay Kılıç CHP Sivas millət vəkili Ulaş Karasunu vurmağa cəhd edib.
Hər iki partiyanın sədr müavinləri araya girərək gərginliyi yatırmağa çalışıblar. Görüşə 5 dəqiqə fasilə verilib, daha sonra sakitləşən deputatlar iclasa davam ediblər.
Bizim.Media