Sabiq polis rəisi, tanınmş hüquqşünas Mahmud Hacıyev Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında “MTN işi” ilə bağlı maraqlı fikirlər səsləndirib. M.Hacıyevin diqqət çəkdiyi məqamlardan biri, “MTN işi” ilə bağlı baş verənlərə görə Çovdarovun “baş müqəssir” qismində qələmə verilməsidir ki, keçmiş polis rəisi bunu məntiqli saymır: “Çovdarovun həbsindən öncə də, onun həbsindən sonra da maraqlı bir tendensiya müşahidə edildi. Belə ki, bəzi qurumlar sanki bilərəkdən, bəziləri isə bilməyərəkdən hadisələrin bütün foksunu A.Çovdarova yönəltməyə başladılar. Bütün məsələlərdə yalnız onun adını hallandırır, baş verənlərə görə bir tək onu ittiham edirdilər.
Keçmiş əməliyyatçı-istintaqçı
kimi hadisələrin bur cür qiymətləndirilməsi məndə təəccüb doğurur. MTN işi ilə
bağlı baş verən bütün qanunsuzluqların günahını A.Çovdarovun üstünə yıxmaqdan
öncə, baxaq görək o, kim olub? Hansı səlahiyyət sahibi olub? Çovdarov MTN-dəki
bri neçə idarədən sadəcə birinin rəhbəri olub. O, sadəcə rəhbərliyin razılığı və
göstərişi ilə müəyyən qeyri-qanuni hərəkətlərin icrasını həyata keçirib. Buna
görə də bütün baş verənlərin mərkəzində A.Çovdarovun olduğunu iddia etmək, belə
bir təəssürat yaratmaq doğru deyil. A.Çovdarovun özünün həbsxanası, çoxsaylı
obyektləri və s. olub. Hüquq-mühafizə orqanlarında çalışan hər kəs biliri ki, rəhbərliyin
göstərişi, razılığı olmadan heç kim ağır nəticələrə səbəb olacaq bu cür
qeyri-qanuni addımlar atmır, bu cür hərəkətlərə yol vermir. Lakin bu gün elə
atmosfer formalaşdırırlar ki, sanki baş verənlərin bütün məsuliyyəti A.Çovdarovun
üzərindədir. Axı A.Çovdarov rəhbərliyin razılığı olmadan bu cür əməllərə qol
qoymazdı”.
“Nazir, nazir müavinləri və aparat rəhbəri də məsuliyyətə
cəlb olunmalıdır”
M.Hacıyevin sözlərinə görə,
A.Çovdarovun yol verdiyii bütün qanunsuzluqlara görə nazir, nazir müavinləri və
aparat rəhbəri də məsuliyyət daşıyır: “A.Çovdarovun nazir, nazirin üç müavini, eləcə
də aparat rəhbərinə tabeçiliyi var. MTN-nin aparat rəhbəriyi böyük səlahiyyətə
malik olan bir şəxsdir. Sovetlər dönəmində DİN-də buna ştab deyirdilər. Bu ştab
DİN-nin tərkibində olan qurumlara nəzarət edirdi. Yoxlamlar keçirir, bu
yoxlamalarla bağlı illik plan tərtib edirdi. Çovdarov bu şəxlərin razılığı
olmadan belə şeyə getməz. O, özbaşına bu cür hallara yalnız bir şərtlə yol verə
bilər ki, 5-10 işi rəhbərliyin göstərişi ilə edəndə, bunların gözünə qatıb bir
dənə də qanunsuzluğa sırf öz maraqları baxımından yol versin. Çovdarvun guya
bütün bu qanunsuzluqların hamısını öz təşəbbüsü ilə, rəhbərliyin göstərişi və
razılığı olmadan həyata keçirdiyini düşünmək absurddur.
Bu gün A.Çovdarova
çoxsaylı maddələrlə gül buketinə bənzər böyük bir buket düzəldilib. Madam ki,
A.Çovdarovun timsalında icraçıya bu cür buket düzəldirlərsə, o zaman onun
başında dayanan, hərəkət dinamikasına nəzarət edən, işinə, səlahiyyət dairəsinə
nəzarət edən şəxslər niyə məsuliyyətə cəlb edilmir? Onlar nəyə baxırmış? Onda
belə çıxır ki, nazir də, onun müavinləri də, aparat rəhbəri də o qədər avam
adam olublar ki, Çovdarov MTN-də at oynadıb, istədiyi qanunsuzluğa yol verib,
insanlara zülm edib, amma bundan yuxarıdakı şəxslərin heç birinin xəbəri
olmayıb? Bu, gülünc və absurddur. Onların mütləq şəkildə baş verənlərdən xəbəri
olub. Buna görə də hadisələrin episentrini yalnız Çovdarova tərəf yönləndirmək
doğru deyil. Çovdarovla yanaşı nazir, nazir müavinləri və aparat rəhbəri də məsuliyyət
daşıyır”.
“Çovdarov MTN rəhbərliyi deyil, o, sadəcə icraçı
olub”
M.Hacıyev A.Çovdrovun məsuliyyətə
cəlb edildiyi bir halda nazir və nazir müavinlərinin azadlıqda qalmasının,
Hilal Əsədov, Nizaməddin Həmidovun isə öz vəzifələrində qalmasının absurd
olduğunu vurğuladı: “Hazırda istintaq gedir və bu səbəbdən də bəzi məsələlərlə
bağlı açıq danışmaq, bəzi olaylarla bağlı mülahizə yürütmək istəmirik. Amma ortada
bir məntiq də var. Çovdarovun rəhbəri olan şəxslər bu boyda həngamədən sonra işə
gedib-gəlir, iş prosesində iştirak edir və s. Bu, anlaşılmaz bir durumdur.
Hesab edirəm ki, əslində hadisələrin fokus nöqtəsini Çovdarova yönəltməklə bəzi
şəxslər həmin generalların proseslərdən kənarda qalmasına nail olmağa çalışır.
Bəzi şəxslər isə təsir altına düşərək hər şeyə görə Çovdarovu ittiham edir. Son
20 gündə Çovdarovla bağlı ölkə KİV-də dərc edilən materialları oxuyanda insanda
beılə bir təəssürat yaranır ki, MTN-də nazir də, nazir müavini də, aparat rəhbəri
də A.Çovdarov olub. Sanki bu adam orda tək imiş. Sanki onda başqa hər kəs kölgə
kimi yalandan işə gəlib gedirmiş.
Təsərrüfat işlərinə baxan
generaldan tutmuş əməliyyat işlərinə baxan generalına qədər, kadrlara baxan
müavin generalına, aparat rəhbərinə qədər hər kəs yerindədir. Halbuki, onlardan
soruşmaq lazımdır ki, siz hara baxırdınız? Əgər onlar tabeçiliklərindəki şəxslərə
də nəzarət edə bilmirlərsə, onda onlar nəyə, kimə lazımdır? Onda MTN-nin yerləşdiyi
möhtəşəm binanı boşaldıb yalnız Çovdarovun ixtiyarına verərdilər, o binaya bir
tək o, girib-çıxardı. Çovdarov MTN rəhbərliyi deyil. O, MTN-də rəhbər olmayıb.
Rəhbər olmayan şəxsə də bütün hadisələri yönəltmək düzgün deyil. Əgər rəhbər
bir adam oslaydı, onda adam deyərdi ki, iş yükü çoxdur, rejim ağırdır və s. Bu
səbəbdən də hansısa hadisə onun gözündən yayınıb. Lakin orada nazirdən başqa 3
müavin və aparat rəhbəri olub. Nəzarət üçün bunlar kifayət etmirmi?”
“Baş verənlərdə aparat rəhbəri Fərhad Vahabovun da
məsuliyyət payı var”
Tanınmış hüquqşünas baş
verən olaylarda MTN-nin aparat rəhbəri general Fərhad Vahabovun da özünəməxsus
məsuliyyət payı olduğunu qeyd etdi: “Sovet
dönəmində ciddi yoxlamalar gedirdi. Qeyd etdiyim kimi, DİN-də ştab deyilən bir
şöbə var idi. Museyib İlyasov adlı polkovnik də ona rəhbərlik edirdi. Onu həm şəxsiyyət,
həm ləyaqət, həm də savad baxmından hər kəs çox yüksək qiymətləndirirdi. O,
SSRİ miqyasında “NVD” sistemində çox dəyərli bir şəxsiyyət idi. O, planlar hazırlayırdı
və həmin planlara görə də qərargah rəisləri yoxlamalı keçirirdi. Yoxlama zamanı
hansısa şöbənin, bölmənin, idarənin adi bir işçisinin nöqsanı aşkar ediləndə,
birinci əmri onun rəisi haqqında hazırlayırdılar. Ondan soruşurdular ki, sən rəhbər
kimi hara baxırsan? Niyə əməkdaşlarına nəzrət etmirsən? Icraçı ilə yanaşı rəisə
də cəza verirdilər. Bu gün isə belə təəssürat yaranır ki, MTN-də baş verənlərin
həm sifarişçisi, həm təşəbbüskarı, həm icraçısı, həm təşkilatçsı Çovdarovun
özüdür. Lakin bu gün elə KİV-də gedən məlumatlara nəzər salanda görürsən ki, bu
şəxsin ən yaxın adamlarından biri Hilal Əsədov olub. Zərərçəkmişlərin KİV-də
yer alan şikayətlərində də bununla bağlı ipucları var. Bunlar duet təşkil ediblərmiş
”“ Əsədov-Çovdarov dueti. Mən bunları zərərçəkənlərin KİV-də yer alan ifadələrinə
görə deyirəm.
Museyib İlyasov indiki
yüz generaldan hörmətli polkovnik olub. Bildiyim qədəri ilə MTN-dəki aparat rəhbəri
Fərhad Vahabov M.İlyasovun yetirməsidir, onun məktəbindən keçib. O, niyə bu
adamlara qoşulub, doğrusu bu, mənə təəccüblü gəlir.
Aparat rəhbəri MTN-də
böyük fiqurdur. Sovetlər dönəmində belə vəzifələr olmurdu. Bunu sonradan nazirliklərdə yaratdılar. Aparat rəhbəri
nazirdən sonra ikinci fiqur deməkdir. Moskvanın generalları belə M.İlyasovla
hesablaşırdı. Elə bir şəxsin məktəbindən çıxan F.Vahabovun MTN-dəki “obaxeyis”lərə
qoşulması anlaşılan deyil. Görünür, həqiqətən də, atı atın yanına bağlayanda həmrəng
olmasa da, həmxasiyyət olur”.
Seymur Əliyev