“Xoşqədəmin ünsiyyət mədəniyyətinə əməl etməməsi...”
Cəmiyyət
Oxunub: 8777
27 Nov 2015 | 12:36
“Xoşqədəmin ünsiyyət mədəniyyətinə əməl etməməsi...”
Pedoqoji elmlər doktoru, professor, tənqidçi Əjdər Ağayev Moderator.az-ın suallarını cavablandırıb. 

- Əjdər müəllim, dünən ANS kanalında “Deməsək olmaz” proqramında qonaq idiniz. Proqramda sizinlə bərabər qonaq qismində iştirak edənlər bu gün verilişin aparıcısı Xoşqədəm Hidayətqızı ilə bağlı ciddi narazılıqlar səsləndirir... 

- Xoşqədəmin aparıcısı olduğu verilişə məni xüsusi olaraq dəvət etmişdilər. O verilişdə iştirak etməyə nə həvəsim, nə vaxtım var idi. Mənə televizya rəhbərliyindən zəng vurub xahiş edildi ki, təhsil mütəxəssisi olaraq verilişdə iştirak edim. Planımda olan işləri yarımçıq saxlayıb gəldim ki, görünür vacib məsələdir. Veriliş başlayandan sonra Xoşqədəmin ünsiyyət mədəniyyətinə əməl etməməsi, dəvət olunmuş insanlara hörmətsiz yanaşması, ümumiyyətlə qaldırdığı problemlərə bələd olmaması məni təəccübləndirdi. Əgər sən təhsildən danışırsansa mütləqdir ki, o sahəni araşdırasan, problemlərinin mahiyyətinə bələd olasan, elmini, metodikasını biləsən. Xoşqədəm küçə söhbətləri səviyyəsində 30 il əvvəlki təsəvvürlərlə danışır. Bu milyonluq auditoriya söhbətləri deyil. Ona görə də biz onun qaldırmaq istədiyi bəzi məsələlərə münasibət bildirmək istəyirdik. Məsələn, 12 illik təhsillə bağlı hərəyə bir cümlə dedizdirib, bəsdir, başqa suala keçirəm deyir. Axı belə olmaz, sən ekspert çağırmısansa mütləq məsələyə izah verilməlidir. Yaxud da, cənub zonasında məktəbli qızların erkən yaşda ailə qurması məsələsi qaldırıldı. Axı bu təhsil məsələsi deyil, bu sosial məsələdir, tamam başqa mövzudur. Xoşqədəmin fikri “Səni axtarıram”a gedib, hələ də o proqramın əhval-ruhiyyəsindədir. Verilişin əvvəlindəcə məndə təəssurat yarandı ki, Xoşqədəm təhsildən tam bixəbərdir, belə xəbərsizlik səviyyəsində də səviyyəli adamlarla da üz-üzə dayana bilmədi. Ona görə də çıxış yolunu “Bəsdir, mən sizinlə razı olmadım, tez o birisinə keçək” deməkdə gördü. Belə veriliş olmaz ki! Mən 35 il dövlət televiziyasında veriliş aparmışam, proqram müəllifi olmuşam və telejurnalistikanın bütün qaydalarını müəkəmməl bilirəm. Teleaparıcı ən yüksək mədəniyyət sahibi, gözəl ünsiyyət qura bilən adam olmalıdır və qaldırdığı problemi mükəmməl öyrəndikdən sonra ekspertlərlə üz-üzə gəlməlidir. O adamda bunların heç birini görmədim və təəssüf etdim ki, niyə o xahişlərə baxıb o verilişə getdim. Açıq şəkildə bildirirəm ki, bir də Xoşqədəmin apardığı hər hansı verilişdə iştirak etməyəcəm və arzu etmirəm ki, Xoşqədəm bundan sonra hansısa verilişi aparsın. Çünki verilişin səviyyəsi, qarmaqarışıqlığı az məlumatlı insanları çaşdırır. Mükəmməl insanlar zatən heç baxmırlar da o verilişə və haqlıdırlar da. Ancaq bəzi məlumatsızlar da elə bilirlər ki, elə Xoşqədəm düz deyir. Axı düz demir, onun yeniliklərdən, ölkənin nələrə nail olmasından, inkişafdan heç xəbəri yoxdur. Orada itən vaxtıma çox təəssüf etdim, belə bir səviyyəsiz verilişə hələ üç saat da vaxt ayırırlar. Bir insan ömründən keçən üç saata heyif deyilmi?! O zaman ərzində nə qədər faydalı işlər görmək olardı.

Bu üzdən də mənə verilişlə bağlı verilən məlumatı haqlı hesab edirəm. Düşünürəm ki, biz bu fikirlərimizlə televizya verilişlərinin səviyyəsinin yüksəlməsinə çalışmalıyıq, obyektiv fikirlərimizi söyləməklə baxımlılığını artırmağa kömək etməliyik. Hələ daha ciddi təhlil və tənqid etmək olar və düşünürəm ki, aidiyyati şəxslər həmin verilişi təhlil edib xanımın aparıcılıq səriştəsizliyini meydana çıxarıb ya onu təlimləndirib, maarifləndirib ünsiyyət mədəniyyətinə çatdırmalıdırlar, ya da o insan gərək bir neçə müddət veriliş aparmasın. Çünki çox əsəbidir, dözümsüzdür, ancaq öz iddiaları ilə yaşayır. Sanki o iddiaçıdır, qonaqları da müttəhim... 

- Prezidentin fərmanı ilə iki ali təhsil ocağı birləşdirildi və bir çox ekspert bu fikri dəstəklədilər. Ancaq nədənsə indiyə qədər heç kim bu barədə danışmırdı, təklif vermirdi...

- Bu barədə rəsmiyyətdə danışılmayıb, saytlarda deyilməyib. Ancaq ümumiyyətlə pedoqoji toplantılarda, müzakirələrdə bu məsələ barəsində danışılırdı. Möhtəşəm və zəngin təcrübəsi olan Azərbaycan Dövlət Pedaqoji Universiteti var və müəllimlik hazırlığının flaqman universitetidir. Belə bir ali və yüksək universitet olduğu halda Müəllimlər İnstitutu çox kiçik görünürdü. Bu barədə söhbətlər çox olurdu, ancaq rəsmiyyətə çıxmırdı. Ona görə ki, Müəllimlər İnstitutu Pedaqoji kadrların ixtisasının artırılması institutunun bazasında yaradılmışdı və fəaliyyətinin bir hissəsini də ixtisasartırma və yenidən hazırlanma təşkil edirdi. Digər tərəfdən də institut yaranarkən prezidentin sərəncamında institut filialları ilə bərabaər yaranması nəzərdə tutulurdu, gözlənilirdi ki, institut regionlarda təhsilə daha güclü təsir göstərəcək. Amma əksinə oldu, regionlarda avanqard rol oynaya bilmədi, regionlardakı filiallarda xeyli qüsurlara yol verildi, o qüsurların nəticəsində də bir neçəsi bağlandı. Qüsurlar o qədər çoxaldı ki, Müəllimlər İnstitutu gözləntiləri doğrultmadı, ona görə də çox ağıllı olaraq institut ADPU-yə birləşdirildi. Burada həm də xarici təcrübənin rolu var, xaricdə bir universitetin azı 20 korpusu, 20 laboratoriyası var. Biz də köhnə üsullara alışmışıq ki, universitetin bir, uzağı üç binası olar. Mən bu birləşməni çox doğru hesab edirəm, Azərbaycanın baş ali pedaqoji universiteti geniş şəkildə fəaliyyət göstərsin, kadr hazırlığında da keyfiyyət göstəriciləri yüksəldisin. Və hesab edirəm ki, bu birləşmənin elə indi vaxtı çatmışdı.

- Deputat seçildiklərinə görə istefa vermiş rektorların yerinə kimləri təklif edərdiniz? 

- Bu suala konkret şəxslərlə bağlı cavab verə bilmərəm, çünki kadr seçimi dövlət siyasətinə daxildir. Kadr seçiminin bir çox parametrləri var ki, o parametrlərin hamısını ayrı-ayrı adamlarda görə bilmirəm. Sadəcə görmək istədiyim parametrləri sadalamaq istəyirəm. İlk növbədə təhsil mütəxəssisi olmasını, təhsil sahəsində çalışmış birisi olmasını, ənənəvi təhsil təcrübəsi ilə müasir təhsil tələblərini birləşdirə bilən şəxs olsun. Daha sonra idarəetmə səriştəsinə malik olsun və bu idarəetmədə yüksək mədəniyyət və ünsiyyət mədəniyyəti nümayiş etdirsin. Ücüncüsü, öz ləyaqətini, şərəfini gözləyən adam olsun, müəyyən neqativ hallara, korrupsiyaya qarşı, təmənnalıqlara qarşı ciddi mübarizə aparsın, bu işdə özünün şəxsi nümunəsi nümayiş etdirsin. Dördüncüsü, müəyyən təhsil siyasəti məsələlərindən də baş çıxarıb ölkənin inkişafı xeyrinə, dünyada tanınması istiqamətində öz işini yönəldə bilən insan olsun. 

Rumiyyə MİRASLAN

Oxşar xəbərlər
13:16, Bu gün
TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:58
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
19 Apr 2024 | 13:27
Bakıda evdə partlayış: Ölən var
19 Apr 2024 | 14:01
Bərdədə ağır yol qəzası baş verib
19 Apr 2024 | 13:51
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
19 Apr 2024 | 13:36
Sumqayıtda qanunsuz tikili sökülüb
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:58
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
19 Apr 2024 | 13:27
Bakıda evdə partlayış: Ölən var
19 Apr 2024 | 14:01
Bərdədə ağır yol qəzası baş verib
19 Apr 2024 | 13:51
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
19 Apr 2024 | 13:36
Sumqayıtda qanunsuz tikili sökülüb