"İnsanlar bu dünyanın fani olduğunu dəfn zamanı qəbiristanlıqda hiss edirlər”
Oxunub: 5101
27 Nov 2015 | 14:57
Moderator.az Azadlıq Partiyasının sədri Əhməd Orucun ps-nota.com saytına müsahibəsini təqdim edir:

-  Əhməd bəy, keçmiş olsun, xəstəxanada xeyir ola?

-  Bunu da yazacaqsanmı ki?

-  Əlbəttə, gizli bir şey deyil ki, nə də biz Çovdarovun şəxsi həbsxanasında Bura məşhur 5 nömrəli xəstəxananın yanında  yerləşən Kardiologiya İnstitutudur və siz də burda ürək ağrıları ilə bağlı müalicə alırsınız. Nə olub, ki?

-  Açığı, ürəklə bağlı bir az problemlərim var və ona görə burdayam. Həkimlərim məsləhət gordülər ki, mütləq stasionarda müalicə olunmam lazımdı.

-  Sizin öz həkimləriniz də var?

-  Bəli, mənim öz həkimim var. Yəni, bir belə proseslərin içində kənardan nə qədər sağlam görünsək də, yaş da, gedən proseslərin ağırlığı da özünü göstərir. Zarafat deyil ki, biz, düz otuz ildir ki, müxalifətdəyik və bunun həm ideoloji, həm mənəvi həm də fiziki və iqtisadi yükü var.

-  Vallah, Azərbaycanda müxalifət liderlərinin personal həkimlərinin olması təzə xəbərdi, ona görə soruşdum ki dəqiq olsun.

-  Şəxsi həkim deyəndə, bir həkim dostum var, ürək həkimidir və o, mənim müalicəmlə də məşğul olur. Belə deyək ki, vaxtaşırı dərmanlar yazır və ondan o tərəfə də heç nə yoxdur. Beləcə uzun müddətdi ki onun yazdığı dərmanlarla müalicəm gedirdi. Amma sonuncu müayinələrdən sonra bəlli oldu ki, müəyyən ağırlaşmalar gedir və stasionar müalicənin aparılması məsləhət oldu.

-  Əhməd bəy, Allah rəhmət eləsin, Həsən Kərimlinin dəfninə yəqin getmişdiniz?

-  Bəli, həm dəfnində, həm də üçündə iştirak elədim.

-  Müxalifət cameəsi demək olar ki, tam tərkibdə ordaydı. Hər halda çoxdan müxalifətçilər belə elliklə bir arada olmamışdılar. Necə gördünüz, seçkilərdən sonra müxalifətin halı necədir?

-  Əslində, Azərbaycanin mili-demokratik düşərgəsi çox böyük Həsən Kərimovun dəfnipotensiala və gücə malik idi. Həm də. demək olar ki, eyni şəxslər uzun müddətdir ki, siyasi səhnədədirlər. Proseslərin başından bəri, həm öz əcəli ilə dünyasını dəyişənlərimiz, həm də, Həsən bəy kimi vaxtsız dünyadan köçənlərimiz olub. Çeçidli faciələrlə üzləmiş, həm də müxtəlif xəstəliklər nəticəsində də sıralarımızı tərk edənlər çox olub. Adətən belə deyirlər ki, insanlar bu dünyanın fani olduğunu ən çox qəbristanlıqda dəfn mərasimlərində olarkən dərk edirlər. Amma elə ki, mərasim bitir və qəbristanlığın qapılarından çıxan hər kəs öz əvvəlki vəziyyətinə qayıdır. Mən indi deyə bilmərəm ki, bu, təkcə bizdəmi belədir, ya da bəlkə dünyanın bütün insanları bu cürdür. Demək istədiyim odur ki, qəbristanlıqda insanlar bir başqa cür görsənirlər, yəni bir az yazıq, bir az mağmın görkəm alaraq, insan övladının təbiətin, yerin, Həsən Kərimovun dəfni-2göyün və yaradanın qarşısında çox aciz sonluqlu bir missiyasının olduğunu sanki orda  hamı dərk eləyir. Amma elə ki, qəbristanlıqdan çıxdılar, iddialar təzədən başlayır, ambisiyalar fontan vuraraq şahə qalxır və aradakı məsafələr böyüyür. Məncə, az-çox ağlı başında olan hər kəs başa düşür ki, milli-demokratik düşərgənin birliyinə, bütünlüyünə  indi çox böyük ehtiyac var. Onu da bilirsiniz ki, Milli Azadlıq Hərəkatı Azərbaycanın imperiyadan qoparaq müstəqil dövlətin qurulması yolunda olub. Nəticədə biz rus imperiyasının Həsən Kərimovun dəfni-1caynaqlarından qurtula bilmişik. Amma indi yenidən, isrər ətraf şərtlər, istərsə də ölkənin daxilində olan şərtlər Azərbaycanı böyük sürətlə,  yenidən Rusiyanın ağuşuna itələyir. Və bunun qarşısında yenə də Azərbaycanın milli dövlət şüurunun daşıyıcıları, milli dövlət quruculuğunu dərk edənlər, yəni o anlayışda olan təbəqə dayanmalıdır. O təbəqədə təmsil oluna biləcək insanların da, demək olar ki, hamısı  Həsən bəyin dəfnində iştirak edirdilər. Onu da deməliyəm ki, Həsən bəyin özü də o düşərgənin çox dəyərli insanlarından biri idi. Açığı, mən orda, xüsusilə də, 30 ildir ki, bu düşərgəni yönətən insanlarda bir təəssüf hissi, bir əzginlik, bəlkə də bir az ruh düşkünlüyü gördüm, ancaq oların ” düşərgənin bu hala düşməsində bizim də səhvlərimiz olub, bu duruma gəlməyimizin səbəbi bizim yanlışlarımızla da bağlıdır” deyənləri görmədim.

-  Yəni, adətən belə yerlərdə asanlıqla və bəzən də qeyri-ixtiyari dilə gətirilə bilən etirafları eşitmədiniz?

-  Bəli, etirafları eşitmədim. Burda söhbət həm də, sadəcə sözdə etirafdan yox, o hikkədən, o danışıq tərzindən, o iddiadan, o yanaşımdan gedir. Yəni, nə olursa-olsun, elə axıra kimi belə də olacaq və ”təki mən lider olum, cümlə cahan batsa da batsın” anlayışı bu şəxsləri tərk etmiyib, bu iddialardan çəkilmək fikirləri də yoxdur. Bu da heç bir sağlam məntiqə, normal mülahizəyə, təfəkkürə sığmayan bir şeydir və artıq 20 ildir ki, bu proses gedir. Bundan sonra olacaqlar haqqında son 20 ildə bir dəfə də olsun müxalifətin daxilində açıq müzakirələr keçirilməyib. Bu arada bizlərin təşkil elədiyimiz açıq müzakirələrə də bir çox liderlər qatılmırlar, çünki gəlib orda danışmalıdılar, fikir bildirməlidilər, arqumentlər, əks-arqumentlər ortaya qoymalıdırlar ki, illərin təcrübəsi də göstərir ki, onlar nə buna hazırdırlar, nə də ki bu dərdləri Amma arada özlərinin keçirdikləri müzakirələrə də bizi dəvət eləmirlər. Və indi mən də burda milli-demokratik düşərgənin bir təmsilçisi olaraq etiraf etmək zorundayam ki, biz bu 20 ildə nə ölkənin vəziyyətini, nə də düşərgənin durumunu müzakirə edə bilmişik. Yaxın vaxtlarda da bunun ola biləcəyini mən görmürəm, ya da çox çətinliklə görmək istəyirəm.    

-  Sizin dediklərinizə söykənərək verdiyim bu sualın cavabında nə deyə bilərsiniz, yəni 30 illik müxalifətçilik dönəmində milli ”“ demokratik düşərgə, bir az da məna və mahittət baxımından YAP-laşaraq, liderlər və funksionerlər də məmurlaşmayıblar ki?

-  Təbii ki, bu cür paralellər aparmaq olar və mən əvvəllər də demişəm ki, nəsə müxalifət nazirlikləri kimi bir şey yaradıblar. Məsələn, bütün tədbirlərdə eyni adamlar çıxış edib, eyni fikirləri söyləyiblər və bunların da fonunda müxalifətin, eləcə də bütünlükdə milli-demorratik düşərgənin vəziyyəti getdikcə ağırlaşıb. Bunlar da deyirlər ki, kim istəyirsə, kimin gücü varsa, ortaya çıxsın və bizi kənarlaşdırsın, biz mane olmuruq ki. Amma əslində elə deyil. Məsələn, tutaq ki, beynəlxalq təşkilatlar müxalifət kimi bunları tanıyır, bunlarla iş birliyindədirlər və uzun illərdir ki, onların Azırbaycandakı maraqlarını da bunlar təmsil edirlər. Yəni, bu hakimiyyətə qarşı onların əlində təsir vasitəsi kimi bunlardan istifadə olunur.  Bu hakimiyyətin özü də bu müxalifətin Azərbaycanda müxalifət olmağında maraqlıdır. Ona görə ki, bu müxalifəti lazım gəldikdə öz tratuarında necə saxlaya bilmənin yollarını mənimsəyib. Hətta istədiyi vaxt ondan da aşağı vəziyyətə endirə bilir. Amma bunların özləri də situasiyanın bu cür qalmasında maraqlıdırlar, ona görə ki, artıq çoxdan müxalifətçilik bunıarın həyat tərzinə, yaşam mənbəyinə çevrilib. Açığını demək lazımdır ki, bir müddət haralardansa qrant-mrant alıb dolandılar, bir müddət də, tutaq ki, hakimiyyətin özündən müəyyən partiyalara ayırımlar oldu. Yəni, indi bunların heç biri müstəqil şəkkildə öz ailələrini belə dolandıracaq halda deyillər.

-  Hətta o qədər?

-  Nə var ki burda, hamının gözü qarşısında olan bir şeyi danmaq mümkün deyil ki. Açığı bir sıra partiyalarda və bütövlükdə demokratik düşərgədə, belə bir elit təbəqə formalaşıb və onlar da, məsələn məni kimi öz zəhməti ilə yaşayan insanları, siyasətçiləri gözdən salmağa, aşağılamağa çalışırlar ki, bu tip adamlar ortaya çıxmasın. Təsəvvür edin ki,  Azərbaycanda elə bir şəxs yoxdur ki, dünən də, bu gün də, hər hansı formada mənim ondan asılacağım, ya da yanında gözükölgəliliyim olsun. Azərbaycandan kənarda da həmçinin. Ancaq bunlar elə deyil  və öz dolanışıq mənbələri, maddi durumları haqqında suallara heç vaxt cavab verməyiblər, ya da  yalan danışaraq başdansovdu məlumatları cəmiyyətə siriyiblar . Arqumentləri də budur ki, niyə, məsələn, ölkəni açıq-aşkar çapıb-talayan hakimiyyət nümayəndələrindən hesab sorulmur, amma müxtəlif vasitələrlə ordan-burdan maliyyə alıb dolananlara belə suallar verilir və sair. Bir yana baxanda, adi oğru məntiqi ilə bu cür yanaşma doğru da görsənə bilər. Mən də deyirəm ki, sizin onlardan fərqiniz onda olmalıdır ki, bu millət sizə inansın. Yəni, o tərəfdə daha çox oğurlamağı bacarırlar, siz isə az oğurlayırsinızsa, mahiyyətcə hamınız oğru deyilsinizmi?

-  Yəni oğurluq oğrluqdu, yalan da yalandı və demək istəyirsiniz ki, burda ya oğurluğun, ya da yalanın miqdarı o qədər də əhəmiyyətli deyil?

-  Bəli, bütün hallarda, onlar da özləri haqqında hesabat verəndə yalan danışırlar, bu birilər də. Və mahiyyətə baxanda, bu hərəkətlərin heç bir fərqi yoxdur. Buna görə də sizin sualınızda həqiqət payının olduğunu düşünürəm və hesab edirəm ki, bunlar da müəyyən mənada strukturlaşıblar. Bunun nəticəsində də müəyyən təbəqə formalaşıb ki, yaranmış vəziyyətdən yararlanmaqla öz dolanışıqlarını təmin edir. Maraqlıdır ki, bunların vəziyyətləri ağırlaşan kimi də, beynəlxalq havadarları ortaya gəlir və tutaq ki, Amerikanın səfiri bəzi partiya sərlərini və ya funksionerləri çağırıb, onlarla görüş keçirir. Ardınca da mətbuatda bu görüşlərin piar kampaniyası keçirilir, yazırlar ki, çox ciddi görüş oldu və  Amerika filankəsləri dəstəkləyir və sair. Beləcə, illərdir ki, o süni dəstəklərin, sabun köpüyündən savayı heç bir anlam daşımayan süni piar kampaniyaların sayəsində Azərbaycan müxalifəti yatızdırılıb, milli-demokratik düşərgə zəiflədilib, xalqın  müqavimət gücü sındırılıb. Mən hesab edirəm ki, müxalifətin önünə, heç kimin yuxarıdan aşağı baxa bilməyəcəyi, maddi cəhətdən heç kimdən asılı olmayan adamlar keçməlidir. Açığı indi Azərbaycanın elit sayılan, ictimai-siyasi aktiv olan təbəqəsinin tam əksəriyyəti, siyasyasilərindən tutmuş mətbuatına, deputatlarına qədər hamısı oğurluğun, quldurluğun içərisindədirlər. Ona görə də bunların özləri də əxlaqlı, dürüst bir adamın hakimiyyətə gəlməsində, normal hüquqa söykənən dövlətin oluşmasında maraqlı deyillər. Çünki, şüuraltı da olsa, düşünürlər ki, belə bir adam hakimiyyətdə olsa, hüququn işlək vəziyyətdə olduğu dövlət yaransa,  bunların özündən də hesab sorulacaq. Çünki bunlar, son 25-30 ildə, heç kimə. heç nə ilə bağlı hesabat verməyiblər və  buna öyrəncəli deyillər. Demək istədiyim odur ki, bu hakimiyyət öz mahiyyətinə uyğun şəkildə, ölkənin ictimai-siyasi aktiv təbəqəsini əyri proseslərə, nadürüst yollarla yaşamını təmin etməyə cəlb eləyə bilib. Belə ki, dediyim bu təbəqənin bir qismi xarici qrantlardan, bir qismi müəyyən klanlardan, bir qismi də hakimiyyətin özündən asılı vəziyyətə düşüblər və bu asılılıqdan da istifadə edərək onları idarə edirlər. Azərbaycanda asılı olmadan dolanışıq xətlərinin demək olar ki, hamısını bu hakimiyyət kəsib.

-  Xatirinizdədirsə, sizinlə ötən seçkiqabağı müsahibədə mən demişdim ki, birdən düşüncələriniz yerinə gəlməsə və bu seçkilər də total saxtakarlıqlarla keçəcəksə, ictimai rəydən sizə ciddi təpkilər gələcək. Olnlar oldu və yəqin ki, o təpkini də hiss edirsiniz. Ümumiyyətlə indi necə baxırsınız və bu seçkilərdə əslində nə baş verdi?

 

Davamı var...
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir