“Vahid Rusiya” partiyasının Dumadakı deputatı Yevgeni Fedorov SSRİ-nin bərpasının vacibliyini vurğulayıb və bu işğalı “bərpaedici-müdafiə” proses adlandırıb. (//www.moderator.az/news/108546.html ).
Rusiyalı deputatın bu
çağırışı millət vəkili Vahid Əhmədovun sərt təpgisinə səbəb olub. Məsələ ilə
bağlı Moderator.az-a açıqlama verən millət vəkili, müstəqilliyin Azərbaycan
üçün ən böyük sərvət olduğunu və bu sərvətin insanlarımızın həyatı bahasına belə
olsa qorunmasının vacibliyini vurğulayıb:
“Mən Y.Fedorovun
açıqlamasını təhlükəli və təxribat xarakterli açıqlama hesab edirəm. Onun işğal
etməyə səslədiyi dövlətlərin hamısı ”“ post-sovet ölkələri 1991-ci ildən bəri öz
müstəqilliyini elan edən, bu müstəqilliyi beynəlxalq aləmdə tanınan, BMT-yə üzv
olan dövlətlərdir. Bu dövltələri işğal etməyə səsləmək beynəlxalq hüquqa aşkar
şəkildə meydan oxumaq deməkdir.
Azərbaycanın ən böyük sərvti
onun nefti və ya qazı deyil, müstəqilliyidir. Hansı ki, bu müstəqilliyi mübarizə
yolu ilə, qanlar, məhrumiyyətlər hesabına əldə etmişik. Kimsə bizi bu sərvətdən
məhrum edə bilmə! Mərhum liderimiz Heydər Əliyevin dediyi kimi, müstəqilliyimiz
dönməz və əbədidir. Biz bu müstəqilliyi qorumaq üçün hər şeyimizdən ”“eləcə də
canımızdan və qanımızdan keçməyə hazır olmalıyıq və hazırıq da. Ona görə də, bu
gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyün təhdid edən,
onu bu sərvətlərdən məhrum etməyə çalışanlar bilməlidirlər ki, ölkəmiz istənilən
təcavüzə qarşı qətiyyətlə mübarizə aparacaq və öz haqq işini sona qədər davam
etdirəcəkdir.Çağdaş, müstəqil, güclü Azərbaycan buna qadirdir!”
Seymur Əliyev