“YAP-ın vəzifələri bu cür qamarlamasını heç cür qəbul edə bilmirəm”
Oxunub: 4752
27 Nov 2015 | 23:49
“YAP-ın vəzifələri bu cür qamarlamasını heç cür qəbul edə bilmirəm”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az - a açıqlamasında gündəmin bir sıra aktual mövzuları ətrafında sualları cavablandırıb:

 - Qüdrət bəy, Tuunisdəki qələbəniz digər siyasi partiyalara da stimul verəcəkmi ki, onlar da beynəlxalq miqyaslı alyansların üzvlüyünə qəbul olunsunlar?

- Düşünürəm ki, Azərbaycanda hansısa bir siyasi partiyanın nüfuzlu bir beynəlxalq təşkilata üzv olması çox önəmlidir, özü də o təşkilatlara ki, onları yönəldən siyasi partiyalar öz ölkələrində hakimiyyətdədirlər, bu zaman həmin beynəlxalq əməkdaşlıq dövlətlərarası münasibətlərdə də həlledici rol oynaya bilir. Təsəvvür edin ki, həmin alyansın üzvü olan Ədalət və İnkişaf Partiyası Türkiyədə, Mühafizəkarlar Partiyası Böyük Britaniyada, Polşada Hüquq və Ədalət Partiyası iqtidar partiyalarıdır. BAXCP ”“nin bu günlərdə üzv olduğu alyans da elə böyük partiyaların da təmsil olunduğu bir qurumdur. Bu dəfəki toplantıda da dörd partiya bu quruma üzvlüyə qəbul edildi. Həmin alyansda Gürcüstan və Ermənistan da artıq bizdən qabaq təmsilçilik qazanmışdılar. Ermənistanın da hakim Çiçəklənən Ermənistan partiyası həmin alyansın üzvü idi. Amma Azərbaycandan kimsənin üzvlüyü yox idi. Ona görə də dostlarımızla bərabər düşmənlərimizin də olduğu bir qurumda Azərbaycanın tribuna əldə etməsi ölkəmiz üçün çox faydalıdır. Mən arzu edərdim ki, Azərbaycanın digər siyasi partiyaları da öz siyasi oriyentasiyalarına uyğun olaraq müvafiq siyasi partiyaların beynəlxalq alyansında təmsilçilik hüququ qazansınlar. Bilirsiniz ki, bizim üzv olduğumuz alyansın Avropa Parlamentində, NATO Parlament Assambelyasında, AŞ PA - da öz qrupları var və onlar həmin qurumlarda qəbul olunan qətnamə və qərarlara ciddi təsir edə bilirlər. Sözümün canı odur ki, bu tip qurumların hər birində təmsilçilik əldə etməliyik ki, əleyhimizə kampaniya aparanları əvvəlcədən müəyyənləşdirərək zərərsizləşdirək, tutaq ki, Ermənistan kimi işğalçı ölkəyə dünyanı öz yalanları ilə yedizdirməyə imkan verməyək. Mənim həmin toplantı çərçivəsində müxtəlif ölkələrdən olan parlamentarilərlə çox ciddi söhbətlərim oldu. Bir neçə gün ərzində sən həmin insanlarla, həmin nəhəng partiyalarda ən yüksək vəzifə tutan şəxslərlə  ünsiyyətdə olursan və onlarla söhbətlər zamanı, bəzən hətta süfrə arxasında, kofe fasilələrində çalışırsan ki, Azərbaycan həqiqətlərini onların diqqətinə çatdırasan. 

- Onlar bu söhbətlərdən öncə Azərbaycanla bağlı nə dərəcədə məlumatlı olurlar?

- Bəzi şeyləri bilirlər, bəzi məqamlarla bağlı gerçəklikləri eşidəndə səmimi olaraq heyrətlənirlər ki, onlara fərqli məlumatlar verilib.

- Bu həm də onu göstərir ki, xaricdəki səfirliklərimizin heç də hamısı yetərincə o informasiya blokadasını yara bilmirlər, bəzən səriştəsizlik sərgiləyərək mövqelərimizi ermənilərə uduzurlar.

- Hesab edirəm ki, xarici təmsilçiliklərimiz daha ciddi işləməlidirlər, səfirlərimiz həmin ölkənin bütün siyasi sisteminə, xalqına, hökumətinə Azərbaycan həqiqətlərini çatdırmaq üçün gecə-gündüz əlləşməlidirlər. Eyni zamanda Azərbaycan hakimiyyəti də maraqlı olmalıdır ki, daha çox siyasi partiya beynəlxalq səpkili qurumlarda təmsilçilik əldə edərək erməni yalanlarının ayaq tutub yeriməsini əngəlləsinlər. Hətta dövlət bu partiyalara hər cür dəstək verərək səfirliklərə də bu istiqamətdə təlimat verməlidir ki, onlar ayrı-seçkilik qoymadan Azərbaycanın haqq səsini deyən hər kəs üçün tribuna əldə etmək olsun. Hər bir azərbaycanlı çalışmalıdır ki, dünyadakı ictimai fikri Azərbaycanın xeyrinə dəyişək. 

- Bayaq gərginləşən Rusiya -Türkiyə münasibətlərindən danışanda dediniz ki, edə biləcəyimiz çox az şey var. Amma türkmənlər fərqli düşünür. Onlar deyirlər ki, Azərbaycan bizə çox şeydə kömək edə bilər, amma nədənsə edilmir. Biz niyə türkmən qardaşlarımıza ən azı mənəvi dəstək verməkdən müxtəlif bəhanələrlə imtina edirik?
-Azərbaycan mətbuatı bu barədə çox yazır. Amma gəlin razılaşaq ki, dövlət olaraq bu gün Azərbaycanın özünün o qədər böyük problemi var ki, onların umduqları köməyi vermək sadəcə mümkünsüzdür. Nəzərə almaq lazımdır ki, Azərbaycanın 20 faiz torpağı işğal altında, bu torpaqların işğal altında qalmasına səbəb olan dövlətin özü elə bu gün həmin türkmənləri bombalayır. Belə olan halda hansı formada türkmənlərə kömək göstərilməsindən söhbət gedə bilər?

- Ən azı orada konsulluq açaraq diplomatik ilişkiləri qaydasına sala bilərik. Onlar da sahibsiz olmadıqlarını görüb daha inamlı olarlar. 

- Konsulluq açılması üçün də gərək həmin ölkələrin mərkəzi hakimiyyəti razılıq versin. Yəni həm İraqda, həm Suriyadakı mərkəzi hakimiyyət bu ölkələrdə konsulluq açılmasına razılaşsın. Türkmənlər həm Suriyada, həm İraqda çox yaşayırlar. Həmin dövlətlərdə də konsulluq açılması xeyli müşkül məsələdir. Nəzərə almalıyıq ki, Azərbaycan ayaq üstə durmağa və səfirliklərinin sayını artırmağa başlayandan həmin dövlətlər xaos və vətəndaş müharibələrinin içərisindədir. Yəni həmin ölkələrdə heç mərkəzi hökumətlər faktiki olaraq ölkəyə də nəzarət edə bilmir və kimin legitim, kimin qanusuz olduğunu ayırd etmək də çətindir. Deməyim odur ki, indiki şərtlər daxilində bizim türkmənlərə bundan artıq hansısa dəstək verilməsini mümkünsüz sayıram. Türkiyədənsə hamı umur və türkmınlərin də bu dövlətdən ummağa haqları var. Ona görə ki, Türkiyə 80 milyonluq nəhəng NATO ölkəsi, dünyanın 20 ən güclü iqtisadi gücə malik dövlətidir. Siz də gördünüz ki, Ərdoğan da türkmənlərə açıq dəstək verir. Elə Rusiya təyyarəsinin vurulması da türkmənlərin bombalanmasına Ankaranın etirazı idi. Nəzərə almaq lazımdır ki, Türkiyənin iqtidarı da son günlər Türkiyə cəmiyyətinin böyük təpkisi altında idi və xalq rusların dinc türkmənləri bombalamasına Ərdoğanı əməli surətdə cavab verməməsinə görə qınayırdı. 

-Milli Məclisin ilk toplantısına jurnalistləri buraxmadılar. Deyəsən heç deputatların da söz alıb nəsə deməsinə imkan olmayıb...

-Orada çıxış etmək imkanı olmadı. Sözün doğrusu, heç ab-hava da məndə çıxış etməyə elə bir qənaət formalaşdırmadı. Hiss olunurdu ki, hər şey artıq əvvəldən həll olunub. Yəni istər komitələrin yaradılması, istər onların rəhbərlərinin kimliyi məsələsi əvvəldən planlaşdırılmışdı deyə nəsə deməyin yeri qalmırdı.

-Ən azı Qarabağla bağlı komitənin yaradılmamasına etiaz  edilə bilərdi ki, mənasız və məntiqə sığmayan komitələr yaratmaqdansa  Qarabağla bağlı yaradılmalıdır.

-Ən azından axı sizin özünüz parlamentdə olursunuz deyə dəfələrlə mənim bu barədə məsələ qaldırdığımı görmüsünüz. İndi deyirsiniz ki, niyə həmişə bu məsələni qaldıran adam indi susmağa üstünlük verib? Bir daha təkrar edirəm ki, yeri yox idi sözçülük xatirinə bunu növbəti dəfə deməyin. Nə gizlədim? Çox təəssüf edirəm ki, ölkənin bir nömrəli problemi ilə bağlı komitə yaradılmadı. Siz indi təsəvvür edirsinizmi, sosial siyasət komitəsinə faktiki surətdə səhiyyə də daxildir. Amma indi ayrıca bir səhiyyə komitəsi yaradılması məntiqdən uzaq bir addım idi. Heç kimə sirr deyil ki, həmin komitə məhz Əhliman müəllimə görə yaradıldı. Əhliman müəllimə nə qədər böyük hörmətim olsa da şəxsə görə komitənin yaradılmasını kökündən yanlış siyasət hesab edirəm. İnsanlara görə vəzifə yaratmazlar. Mən bu komitələrin adlarını bir-bir çəkmək istəmirəm, amma hər şey ortada. Bundan başqa büdcə və büdcəyə nəzarət üzrə komitənin yaradılması çox vacib idi. Müəyyən istisnalarla dünyanın əksər böyük ölkələrində parlamentdə büdcəyə nəzarət komitəsi var. İndi bizdə Hesablama Palatası yaradılıb və deyilir ki, bu Milli Məclisin bir orqanı kimi yoxlamalar həyata keçirir. Amma gəlin görək bu yoxlamalarda deputatların nə dərəcədə rolu var, deputat bu yoxlamalrda iştirak edirmi? Söhbət ondan gedir ki, parlamentarilərin özlərinin nəzarəti həyata keçirməsi təmin edilməlidir. Amma Hesablama Palatasında bizim iştirakımız yoxdur. Yeganə dorğu olan bir o idi ki, korrupsiyaya qarşı mübarizə müdafiə və təhlükəsizlik komitəsində yer aldı, deputatların birbaşa nəzarət etməsi şansı yarandı. Amma bu məsələ də həmin komitədən daha çox hüquq siyasəti və dövlət quruculuğu komitəsinə aid məsələ idi, mən bilmirəm bu məsələdə də hansı prinsipləri və kriteriyaları əsas götürərək belə addım atıldı. 

-Yəqin korrupsiyanı artıq təhlükəsizlik qədər önəmli hesab ediblər...

-Doğrusu, mən anlaya bilmədim hansı prinsiplərə görə həmin komitəyə aid edildi. Digər tərəfdən, yəqin Oqtay Əsədovun çıxışını oxumusunuz, mətbuatda getdi. Orada çıxışında dedi ki, parlament çoxpartiyalılıq əsasında fəaliyyət göstərəcək, amma bütün parlamentin rəhbər orqanlarına ya iqtidarın təmsilçiləri seçildi, ya da bitərəflərin. Halbuki Oqtay Əsədovun çıxışında deyilməmişdi ki, parlament iqtidar və bitərəflər tərəfindən idarə olunacaq. Amma Oqtay Əsədovun çıxışından beş dəqiqə sonra biz əməldə başqa şey gördük. Yəni söhbət ondan getmir ki, burda müxalifət partiyaları var və mən bu günədək deputat olduğum dövrdə istər büdcənin müzakirəsi zamanı həmin layihənin əleyhinə səs vermişdim, hökumətin hesabatının həmişə əleyhinə səs vermişəm, deməyim odur ki, söhbət məndən və həmişə elə mənim kimi səs verən Fazil bəydən getmir. (Fazil Mustafa nəzərdə tutulur ”“ red.) Axı bu iqtidarı birmənalı olaraq dəstəkləyən, iqtidarın müzakirəyə çıxardığı bütün qanun layihələrini iki əllə dəstəkləyən Ana Vətən Partiyası var ki, hətta prezident seçkilərində prezidentin namizədliyini dəstəkləyir. Ən azından bunlardan birinə heç olmasa komitə sədri səviyyəsində təmsilçilik versinlər, amma heç buna da imkan vermədilər. Yaxşı, iki müavin YAP-dan seçilənə qədər bir müavin seçiləydi, bir müavin də digər partiyalardan seçiləydi. Sözün doğrusu, YAP-ın vəzifələri bu cür qamarlamasını heç cür qəbul edə bilmirəm. Mən dəfələrlə söyləmişdim ki, heç olmasa ən əvvəl bu parlamentin görüntüsünü dəyişmək lazımdır, heç olmasa Rusiya səviyyəsində təmsilçilik  bölgüsü aparılaydı. Təbii ki, mən birdən-birə oturuşmuş Avropa ölkəsi olacağımızı düşünmürəm, amma çoxpartiyalı sistemə malik olduğumuzu əyani olaraq göstərmək lazım idi. İndi dünyada və beynəlxalq təşkilatlarda bunu necə sübut etmək olacaq ki, bu ölkədə çoxpartiyalı sistem mövcuddur? Deməyim odur ki, görüntü bir az fərqli olmalıydı. Bir müddət öncə Rusiyadan böyük jurnalist qrupu gəlmişdi Bakıya və gəlib bizim partiyada da mənimlə görüşdülər. Özü də bu jurnalistlərin hamısının Azərbaycan iqtidarına qarşı münasibəti pozitiv idi. Buna baxmayaraq ORT-nin, NTV ”“ nin müxbirləri sual verdilər ki, belə də seçki olar, televizoru açırıq, nəinki namizədliyini özü irəli sürmüş şəxsin, hər hansı bir partiyanın belə 30 saniyəlik reklamını da görmədik. Partiyaların debatlarındansa danışmağa dəyməz. O baxımdan söyləyirəm ki, bəzən bizə yaxın olan, bizi dəstəkləmək istəyən insanlara belə, o şansı tanımırıq ki, gedib sərhədlərimizin o tayında bizi müdafiə edə bilsinlər, əllərində arqument olsun. Ona görə də düşünürəm ki, o işləri təşkil etməli olan vəzifəli şəxslər görünür belə incə işləməyi bacarmırlar. Bunun üçün də istedadlı insanlara ehtiyac var ki, heç olmasa bu işləri görə bilsinlər, nəticələri daha səviyyəli şəkildə ortaya qoya bilsinlər.

-Son kadr dəyişikliklərində bir xətt diqqəti cəlb edir, nazirlər çıxarılır, yerlərinə təyinat edilmir, sadəcə birinci müavinlik institutuna səlahiyyət verilir...

- Görünür prezident birinci müavin təyin etdiyi şəxsləri sonradan nazir qoymaq istəyir, amma onların bu işləri bacaracağına tam əminlik olmadığına görə birinci müavin kimi təyinatdan sonra qıraqdan nəzarət edəcək, görsə ki, onlar bunu bacarırlar, ola bilsin bir müddətdən sonra elə həmin şəxsləri nazir təyin edəcək. Məntiq sadəcə bunu deyir. Görünür prezidentin başqa namizədləri də yoxdur ki, dərhal təyin etsin. Ona görə də hesab edirəm ki, həmin birinci müavinlərə bir sınaq müddəti verilib. Təbii ki, bunlar mənim sadəcə olaraq ehtimallarımdır. Amma mən düşünürəm ki, doğrudan da Azərbaycanda köklü islahatların aparılmasına çox böyük ehtiyac var. Struktur islahatları dərhal aparılmalıdır, nazirliklərin sayı kəskin şəkildə azaldılmalıdır, maksimum 11 nazirlik tam yetərlidir, qalanlarsa müvafiq nazirliklərin tərkibində struktur bölmələri kimi fəaliyyət göstərə bilər. Düşünürəm ki, dövlət aparatı kəskin surətdə ixtisar olunmalıdır. Çalışmalıyıq ki, idarəetmə xərclərini azaldaq. Dünyanın hər yerində böhranlı zamanlarda ilk növbədə idarəetmə xərcləri azaldılır. Bununla bərabər işdə qalanların maaşları ciddi şəkildə artırılmalıdır ki, neqativ yollara baş vurulmasından imtina etsinlər. Əks halda bir şəxsin evində uşağı acdırsa və o ailəsinin minimum ehtiyaclarını təmin edə bilmirsə əyri yola əl atmaqdan başqa çarəsi qalmayacaq. Prezident də parlamentin iclasında söylədi ki, islahatlar davam etdirlməlidir. Mən şəxsən bunun alternativini görmürəm. 
Oxşar xəbərlər
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 20:47
Anadan şanslı doğulan bürclər
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 20:51
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş - FOTO
27 Mar 2024 | 20:44
Azərbaycanda ticarət mərkəzləri, "Mall"lar necə mühafizə olunur? / AÇIQLAMA 
27 Mar 2024 | 21:14
BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 20:47
Anadan şanslı doğulan bürclər
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 20:51
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş - FOTO
27 Mar 2024 | 20:44
Azərbaycanda ticarət mərkəzləri, "Mall"lar necə mühafizə olunur? / AÇIQLAMA 
27 Mar 2024 | 21:14
BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb