Fazil Mustafa: “Türkiyəyə yaradılan problem Azərbaycana yaradılan problemdir”
Oxunub: 2300
30 Nov 2015 | 10:37
Fazil Mustafa: “Türkiyəyə yaradılan problem Azərbaycana yaradılan problemdir”

Son həftənin dünya miqyasında ən ciddi hadisəsi Rusiyanın “Su-24" qırıcısının vurulmasından sonra Ankara-Moskva münasibətlərində yaşanan gərginlik oldu. Bu gərginliyin Azərbaycana da bu və ya digər şəkildə təsirləri qaçılmazdır. Ancaq Bakının Nardaran kəndində ötən həftə baş verən qanlı hadisə və gərginliyin davam etməsi Azərbaycan vətəndaşı olaraq hər birimizi narahat etməlidir. Regionda və ölkəmizdəki real situasiyanı Böyük Quruluş Partiyasının (BQB) sədri, deputat Fazil Mustafa ilə söhbətimizdə müzakirə etdik. 

- Fazil bəy, ötən həftə Nardaranda baş verənlər, itkilərin olması üzücüdür. Sizcə, qəfildən nə baş verdi ki, yenicə həbsdən çıxmış Hacı Taleh vəziyyəti bu dərəcədə gərginləşdirə bildi? Sizdə informasiya, ya qənaət varmı ki, hadisələr hardan idarə olunur, ssenari kimə yaxud hansı qüvvələrə məxsusdur? Azərbaycanın qarışdırılması planının elementlərini görürsünüzmü? 

- Burada baş verənlər konkret hadisə olaraq əvvəlcədən proqnozlaşdırılmaya bilər, ancaq proses olaraq Azərbaycanın müstəqilliyi əldə olunandan sonra düşünülüb, hazırlanıb və bəzi əlverişli zamanlarda tətbiqini də görməkdəyik. Yəni qəfildən heç nə baş verməyib, adam öz tapşırığını layiqincə yerinə yetirib. Azərbaycanın bütün bölgələrində sosial problemlər kifayət qədər var, ancaq heç bir yerdə marginal məzhəbçilik anlayışı ilə bu problemlərin həllinə yanaşma müşahidə olunmur. Bu səbəbdən də baş verən hadisə sosial xarakterli deyil, qonşu ölkədə hazırlanmış bir ideoloji layihədir. Neçə illərdir bir kənd bu düşmənin bu layihəsinin girovuna çevrilib. Kənddə sağlam düşüncəli insanlar belə bir qrup Qum saatı ilə idarə olunan şəxslərin aqressivliyin təzyiqi altında səslərini çıxara bilmirlər. 

Burada dinin inanclarla bağlı bir təzyiqdən söhbət getsəydi, buna hamılıqla etiraz da bildirmək olardı. Dövlət tərəfindən ancaq inanc adı ilə insanların zorakılığa, özünə işgəncəyə yönləndirilməsinə qarşı tədbirlər görülür. Əsl həqiqətdə burada başqa ölkənin atrubutları ilə Azərbaycan dövlətinin atributlarına meydan oxumaqdan söhbət gedir. Qonşu ölkə bizə öz açıq mesajını verir: narkomaniya və dini cəhalətlə sizə istənilən təzyiqi göstərə bilərik: Qumda hazırlanmış xüsusi ələmanını Nardarana göndərir, orada qarşıdurmaya rəvac verəcək şüarlar səsləndirir və dövlətin konstitusion quruluşunu dəyişməklə bağlı tezislərini dilə gətirir. Adam həbsdən yenicə çıxıb, yaşayış olaraq Nardarana dəxli yox, ancaq birdən-birə bu kəndə “qonaq” sifəti ilə göndərilir və sonda da iki polisimizin və bir neçə kənd sakinin ölümünə səbəb olan hadisə baş verir və bütöv bir kənd ictimai töhmət altında qalır. 

“Nardaran hadisələri qonşu ölkədə hazırlanmış ideoloji layihədir”


- Son aylarda ölkə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələr var. Hesab etmək olarmı ki, artıq komanda verilib yaxud düymə basılıb? 

- Bu plan həmişə gündəmdədir, ancaq bunu həyata keçirmək üçün iki istiqamətə daha çox üstünlük verildiyini görürük. Birincisi, hakimiyyətdəki yüksək vəzifəli məmurların əli ilə bu qarışıqlıq layihəsinin gerçəkləşdirmək, ikincisi isə sosial narazılıq amilindən yararlanaraq vəziyyəti mürəkkəbləşdirmək. İqtidar birinci layihənin qarşısını almaqda çevik hərəkət etdi və dövlətin təhlükəsizliyi üçün problem yarada biləcək şəxslərin bir qismini zərərsizləşdirdi. İkincisi ilə bağlı prezidentin son addımlarında sahibkarlara və vətəndaşlara qarşı məmur özbaşınalığının yumşaldılması, ASAN xidmətin səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutuldu. Bununla belə, neft gəlirlərinin kəskin azalması şəraitində bu sosial narazılıq simptomları öz təhlükəliliyini qoruyub saxlayır və inhisarçılığın azaldılması istiqamətində ciddi islahatlara başlanılmasa, ağır nəticələr də doğura bilər. Dini ideoloji zəmində bu cür qışqırtmalar Azərbaycan cəmiyyətində çox dəstək qazana bilmir, çünki bu ssenarilərin İran İslam İnqilabı, “Taliban” hərəkatı, “əl-Qaidə”, İŞİD formatlarında insanlıq üçün hansı faciələr bəxş etdiyinin qorxusu insanlarımızın yaddaşına həkk olunub və hətta hakimiyyətdən narazı insanlar belə bu cür hərəkətlənməyə qarşı tərəddüdsüz dövlətin yanında yer alırlar. 

- Hazırda da kənddə vəziyyət çox təhlükəli həddədir. Vəziyyətdən çıxış yolunu necə görürsünüz?  

- Burada ölüm faktının baş verməsi üzücüdür, xüsusilə də cinayətkar qrup tərəfindən iki polisimizin şəhid edilməsi geniş ictimai qınaq doğurur. Ancaq bir reallığı bilməliyik ki, heç bir problem birdəfəlik çözülmür, hansısa situasiyada yenə də üzə çıxır. “əl-Qaidə” bitəcək, İŞİD çıxacaq. Nə qədər ki, İslamın doğru anlaşılması, öyrədilməsi, uşaqların səviyyəli təhsil alması mümkün olmayacaq, cəhalət, kin və nifrət qalacaq. İlk öncə bu kəndin sağlam düşünən insanlarının öz kəndlilərinə müraciət edərək dövlətə qarşı qanunsuz əməllərdən çəkindirməsi lazım. İkincisi, bütün uşaqların təhsilə cəlb olunması lazım. Qızlar üçün ayrıca kollecin açılmasına da çalışmaq vacibdir. Artıq öz fikri formalaşmamış bir uşaq Azərbaycan polisini “kafir” adlandırırsa, o zaman uzun illər dəyişən bir şey olmayacağını indidən söyləmək olar. Əhalinin məşğulluğu ilə bağlı konkret işlər görülməlidir. Bir sıra insanlar işsizlikdən bu proseslərə bulaşırlar. Dini inancla dini ideologiyanın hüdudları insanlara izah olunmalıdır. Kiminsə namaz qılması inancı ilə bağlıdır, ancaq başının üstündə, sosial şəbəkədəki profilində başqa ölkənin bayrağını, onun ruhanilərinin şəkillərini yerləşdirməsinin adı, Aşura günü icazəsiz yürüş keçirilməsi, kiçik uşaqların başının xəncərlə yaralanması ideologiyanın təbliğıdır. Yəni görüləcək işlər xeyli çoxdur. 

- Növbəti dəfə qan tökülməsin deyə, deputatlardan ibarət bir qrup Nardarana gedib danışıqlar apara bilərmi? Vaxtilə belə təcrübə olub...

- Artıq qan tökülüb. Hüquqi prosedur başlayıb və bu hadisələrdə iştirak edən insanların bundan sonrakı qarşıdurmadan imtina edərək istintaqa köməklik göstərməsi lazımdır. Deputat qrupu da formalaşdırmaq, gərginliyi azaltmağa səy göstərmək də olar. Bütün hallarda çalışmaq lazımdır ki, cinayətkarlarla normal vətəndaş kimi yaşamaq istəyən insanları bir-birindən ayırmaq mümkün olsun. Bu kənddə zəhməti ilə dinclik içində yaşamaq istəyən kifayət qədər insan var və bunlar hamısı bizim ölkənin vətəndaşlarıdır. Elə addımlar atılmalıdır ki, bu insanlar başqasının çirkin əməllərinin əziyyətini çəkməsinlər.

- Fazil bəy, Türkiyə və Rusiya arasında gərginlik davam edir. Putin artıq Türkiyə ilə əlaqələri məhdudlaşdıran sənədi imzaladı, antitürk dalğası genişlənir. Hadisələrin sonrakı gedişatını necə proqnoz edirsiniz?  

- Rusiya bu hadisələrdə bir gerçəklə dünyanı tanış etdi: burada qərarlar artıq dərin analizlə yox, isterika ilə, subyektiv emosionallıqla qəbul edilir. Məsələn, mən Rusiyanın Krımın işğal siyasətinin, Ukraynada münaqişə yaratma siyasətinin izahını verə bilərəm. Ancaq eyni şeyi Suriya siyasəti barədə söyləməkdə çətinlik çəkirəm. Xüsusilə də Əfqanıstan təcrübəsi yaşamış bir ölkənin varisinin bu bataqlığa özünü niyə saldığını bir neçə ildən sonra rus cəmiyyəti mütləq bir-birindən soruşacaq. Bu qədər hərbi xərclər yarışının bədəlinin nə olduğunu anlamaq çətin deyil. Və sonda da Türkiyə ilə qarşıdurmaya getmək, uşaqların oynadığı “dava-dava” oyununa bənzər süni gərginlik yaratmaq inanmıram ki, Rusiyanın özünə zərrə qədər fayda versin. Onsuz da bu qarşıdurmanın taleyi ABŞ və Rusiya arasındakı rəqabətdə çözüləcək. Fillər savaşanda mümkün qədər Türkiyənin əzilməməsinə səy göstərmək vacibdir. Bu arada ərəb ölkələrindən ciddi dəstək ala bilməyən Türkiyənin sürpriz bir gediş edərək İsraillə münasibətlərin bərpa olunmasına və bununla da ən azı düşmənlərinin birinin sayının azalmasına çalışması fikrimcə, daha realist bir addım olardı.  

- Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya səfərində bir sıra mesajlar verdi. Ancaq hiss olundu ki, Ankara Bakını təhlükələrə soxmaq istəmir. Azərbaycan isə məhz bu səfərdən sonra Türkiyə və Rusiya arasında vasitəçi ola biləcəyini bəyan etdi. Bakının vasitəçilik niyyətinə Putindən müsbət cavab gələcəkmi?  

- Əlbəttə, Türkiyə İsrail hadisəsində olduğu kimi, Azərbaycanın hansısa tərəfdə duraraq rəsmi mövqe bildirməsini istəməz. İndiki şərtlərdə Rusiyanın Azərbaycan vasitəsilə bu münasibətlərin bərpasına gedəcəyini inandırıcı görmürəm. Ancaq Azərbaycan rəsmi nümayəndələrinin açıqlaması kifayət qədər yerində oldu: Türkiyə ilə qardaşıq, Rusiya ilə dostuq və hər ikisinin barışmasını istəyirik.   

- Bu qarşıdurma Azərbaycanın özünə hansı problemlər yarada bilər? Bu arada rus şovinistlər Azərbaycanı işğalla da hədələyir. Azərbaycanı Türkiyədən ayırmaq, yaxud ölkəmizin Rusiyanın Türkiyəyə qarşı sanksiyalarına qoşulması üçün şimaldan təzyiqlər arta bilərmi? 

- Bir şeyi dərk etməliyik ki, Türkiyəyə yaradılan problem elə Azərbaycana yaradılan problemdir. “Böyük Ermənistan”ın təkcə Türkiyəyəmi təsiri var? Əslində rus şovinistlərindən daha çox Rusiyada erməni siyasətinin canlanmasını müşahidə edirik. Üç hədəni Türkiyəyə yollayanda birini də Azərbaycana eşitdirirlər. Türkiyə mövzusunda Azərbaycana təzyiqlər ola bilər, ancaq Türkiyə ilə münasibətlər bizim dövlət olaraq mövcudluq şərtlərimizdən biridir. Biz Rusiyaya tabe ölkə kimi lazımıq, Türkiyəyə isə müstəqil qardaş dövlət kimi. Ona görə də Azərbaycan Rusiya ilə normal münasibətləri saxlamaqla yanaşı, fikrimcə, heç bir halda Türkiyəyə qarşı sanksiyalarda yer almayacaq.   
      
- Parlament rəhbərliyində digər partiyaların təmsil olunmamasına həmkarınız Qüdrət Həsənquliyevdən də etiraz gəlib. Növbəti iclasda bu barədə məsələ qaldıracaqsınızmı?  
  
- Nə məsələ qaldıraq? Hakim partiya və bitərəflərin çoxluğu müxalifətin Milli Məclisin idarə olunmasında iştirakını istəmirsə, biz nə edə bilərik? Qüdrət bəy haqlıdır ki, tutaq ki, biz ikimiz həmişə hökumətin və büdcənin əleyhinə səs veririk, ancaq görüntü üçün də olsa, ölkənin imicini nəzərə alaraq iqtidarın hər addımını dəstəkləyən digər bir-iki partiya rəhbərinin komitə sədri olması hansı faciəli situasiya yarada bilərdi ki? Ən azı çoxpartiyalılıq haqqında danışmağa real məzmun verərdi. Bu davranışlar da əslində siyasi inhisarçılıq təsiri bağışlayır və təəssüf doğurur.  

- Prezident torpaqların qanunsuz zəbt olunmasını sərtləşdirən qanunu təsdiqlədi, ağır cəzalar gözlənilir. Qanunun geriyə şamil olunması mümkün deyil. Elə isə sizin də vaxtaşırı problem olaraq qaldırdığınız dənizin hasarlanması məsələsi necə olacaq?     

- Ölkə prezidentinin son addımları birbaşa vətəndaşların vəziyyətini yüngülləşdirməyə, məmur özbaşınalığını nisbətən azaltmağa yönəlib. Ancaq bir gerçək var ki, gizli bir şəkildə də olsa, iri masştablı məmurların bu sərəncamların yerinə yetirilməsinə qarşı müqavimət formalaşdıra bilirlər. Heç bir sahibsiz, imkansız adamın həddi çatmaz ki, dənizi hasarlasın. Buna imkanı çatanlar isə çox zaman bu sərəncamı icra etməyə məsul olan məmurlardır. İndi öz tikdiklərini özləri sökəcəklər? Bu məsələdə siyasətçilərin də, medianın da prezidentə dəstək verməsi vacib şərtdir, harada bu göstərişlər yerinə yetirilmir, dərhal işıqlandırılmalıdır ki, ictimai qınağın təsiri altında dərhal qanunsuz əməllərdən əl çəkilsin.

- MTN ətrafında baş verənlərdən sonra məmur-vətəndaş münasibətləri daha çox müzakirə olunur. Siz ölkədə normal münasibətlər sisteminin qurulması üçün nələri təklif edərdiniz? Ümumiyyətlə, komandada ciddi islahatların aparılacağını gözləyirsinizmi və buna zərurət görürsünüzmü?       

- Nəinki hakim komandada, bütövlükdə ölkədə demokratik islahatlar aparmaq zəruridir. Xüsusilə də MTN hadisələrindən sonra bir şey bəlli oldu ki, harada şəffaflıqdan qorxulursa, oarada korrupsiya və özbaşınalıq baş alıb gedir. Ona görə də ilk olaraq hüquq-mühafizə və təhlükəsizlik orqanları üzərində əksər Avropa ölkələrində olduğu kimi parlament nəzarəti mexanizmi qurulmalıdır. Parlamentə hesabatlılıq olarsa, ən azı bu qurumların məsuliyyəti daha da artar. Normal münasibətlər sisteminin qurulması ilk növbədə parlamentdən başlaya bilərdi. Müxalifətin parlamentin idarəçiliyində təmsilçiliyi nəzərdə tutulmaqla parlamentdən kənar müxalifət üçün də dövlət həyatına faydalı inteqrasyanı stimullaşdırmaq mümkün idi. Yəni bu normallaşma üçün istək və iradə olsa, real təkliflər vermək çətin deyil./musavat.com/
Oxşar xəbərlər
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?