Türkiyə-Rusiya iqtisadi savaşının qalibi kim olacaq?
Oxunub: 2383
30 Nov 2015 | 10:46
Türkiyə-Rusiya iqtisadi savaşının qalibi kim olacaq?
Natiq Cəfərli: “Hər iki tərəf itirəcək, ancaq Rusiyanın zərərləri daha çox olacaq...”

Türkiyə ilə Rusiya  arasındakı gərginlik tərəflərin bir-birilərinə qarşı iqtisadi sanksiyalar tətbiq etməsi fonunda davam edir. Baş verənləri ekspertlər iki ölkə arasında  iqtisadi savaşın başlanması kimi qiymətləndirirlər. Bəs bu iqtisadi savaşdan hansı ölkə qalib çıxacaq?

Məsələ ilə bağlı danışan iqtisadi ekspert Natiq Cəfərli bildirib ki, baş verənlər səbəbindən hər iki tərəfin iqtisadi baxımdan ciddi itkiləri olacaq: “Ticarət balansına baxdıqda görürük ki, bu ilin on ayında iki ölkə arasında 19 milyarda yaxın ticarət dövriyyəsi olub. Bunun 3 milyarda yaxını Türkiyənin satdığı məhsullardırsa, 16 milyarda yaxını isə Rusiyanın məhsullarıdır. Burada əsas enerji daşıyıcılarıdır. Türkiyə Almaniyadan sonra ”Qazprom"dan  ən çox qaz alan  dövlətdir. Belə ki, Türkiyə bəhs etdiyimiz şirkətdən illik 18 milyard kubmetrə yaxın qaz alır. Əgər Rusiya iqtisadi savaşda israrlı olsa, şübhəsiz ki, Türkiyə gələcəkdə özünün qaz tələbatını digər dövlətlərin hesabına ödəyəcək. O cümlədən İrandan da qaz ala bilərlər ki, bu da Rusiyaya zərbə olar. İkinci böyük zərbə isə ondan ibarət olar ki, Türkiyədə ümumi dəyəri 20 milyarda yaxın olan “Ağ quyu” atom elektrik stansiyası və laboratoriyaları tikintisi nəzərdə tutulurdu. Bunu  da rus şirkəti həyata keçirəcəkdi. Bu layihə də ləğv edilərsə, Rusiya iqtisadiyyatına böyük zərbə olacaq".

Ekspert bildirib ki, Türkiyənin bu savaşda itirəcəyi turizm sahəsindədir: “Rusiya hər il önəmli sayda Türkiyəyə turist göndərirdi. Hesablamalara görə, il ərzində həmin turistlər Türkiyəyə 7 milyard qazandırırdı. Əgər turizm sahəsinə olan bu zərbə başqa ölkələr hesabına aradan qaldırılmasa, bəhs etdiyimiz iqtisadi sanksiyalar fonunda Türkiyədə turizm sektoru ən çox zərər çəkən sahə olacaq.   Ümumilikdə götürdükdə hazırkı proseslərdən hər iki tərəf itirəcək. Ancaq Rusiyanın  zərərləri daha çox olacaq. Çünki  Rusiyanın ən böyük ümidlərindən biri ”Türk axını" qaz  layihəsinə idi. Bu həyata keçməsə, Rusiya iqtisadiyyatı daha çətin duruma düşə bilər. Rusiya ya yenidən Ukrayna ilə barışmalı və satışlarını bu ölkə üzərindən həyata keçirməlidir ki, bu da hazırkı siyasi vəziyyətdə mümkün görünmür, ya da Türkiyə ilə hər hansı bir formada anlaşmalıdır".

Hadisənin siyasi tərəflərini şərh edən politoloq Şahin Cəfərli isə bildirib ki, Putinin Rusiya dövlətinin imkanları ilə üst-üstə düşməyən neoimperialist iddiaları rus xalqına ziyan vurur: “Onun son illər yeritdiyi aqressiv xarici siyasət nəticəsində Rusiyanın dostlarının sırası sürətlə seyrəlib və bu proses davam etməkdədir. Kreml sahibinin öz irrasional addımları ilə düşmənə çevirməyə çalışdığı növbəti ölkə Türkiyə oldu. Məlumdur ki, Türkiyə ABŞ və Avropa Birliyinin Ukrayna məsələsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Ankaranın bu mövqeyi beynəlxalq arenada təklənməkdə olan Moskva üçün çox qiymətli idi. Lakin biz indi görürük ki, Putin az qala zorla Türkiyəni də həmin sanksiyaların iştirakçısına çevirməkdədir. Rusiyanın sanksiyaları, şübhəsiz ki, Türkiyə iqtisadiyyatına müəyyən zərbə vuracaq. Türkiyə turizmi, Rusiyada layihələr həyata keçirən inşaat firmaları, Rusiyaya öz məhsullarını ixrac edən Türkiyə toxuculuq sənayesi və kənd təsərrüfatı, türk fermerləri maddi itkilərlə üzləşəcəklər. Lakin sanksiyalar ikitərəfli dəyənək kimidir, bu dəyənəyin bir ucu da iqtisadiyyatında diversifikasiyanın səviyyəsi aşağı olan Rusiyaya dəyəcək. Türk ortaqlarla iş görən Rusiya şirkətləri ciddi itkilərə məruz qalacaq, Rusiya vətəndaşları yüksək səviyyəli xidmət və ucuz qiymətləri ilə onların sevimli istirahət yerinə çevrilmiş Türkiyənin Akdeniz (Aralıq) və Egey sahillərindən məhrum olacaqlar. Misirdəki durumu da nəzərə alsaq, ruslar üçün ucuz və keyfiyyətli istirahət variantı qalmır. 2014-cü ildə Türkiyə 4 milyondan çox rusiyalı turist qəbul edib”.

Politoloq hesab edir ki, bu, önəmli rəqəm olsa da, Türkiyə turizmində Rusiyanın rolunu şişirtməyə  dəyməz: “Ruslar ötən il Türkiyəyə gələn turistlərin 12 faizini təşkil edib. Türkiyə turizm sektoru çox dinamikdir və bu itkilərini qısamüddətli perspektivdə tam olmasa da, müəyyən qədər kompensasiya edə biləcəyini və yeni bazarlar tapa biləcəyini düşünürəm. İki ölkə arasında ümumi ticarət dövriyyəsinə gəldikdə, 2014-cü ildə Türkiyənin Rusiyaya ixracı 7 milyard dollara yaxın, Rusiyanın Türkiyəyə ixracı isə 25 milyard dollar təşkil edib. Rusiyanın ixracatında əsas yeri neft və qaz tutur. Türkiyə idxal etdiyi təbii qazın 55 faizini və neftin 16 faizini Rusiyadan alır. Bu, təbii ki, enerji asılılığı deməkdir. Hesab edirəm ki, Türkiyə hökuməti son olaydan sonra belə bir aqressiv ölkədən enerji asılılığının nə qədər arzuolunmaz olduğunu gördü. Yaxın perspektivdə Türkiyənin öz enerji idxalı mənbələrini ciddi şəkildə diversifikasiya edəcəyini düşünürəm. Artıq Şimali İraq kürd hökuməti Türkiyəyə lazım olduğu qədər qaz satmağa hazır olduğunu açıqlayıb, bundan başqa, Ankara sıxılmış maye qaz idxalını da artıra bilər. Bunun nəticəsində hal-hazırda enerji bazarlarından sıxışdırılan, ixrac etdiyi qazın həcmini azaltmağa məcbur olan və gəlirləri də azalan Rusiya daha bir zərbə alacaq. Türkiyə-Rusiya münasibətlərinin daha da gərginləşəcəyi və hərbi müstəviyə keçəcəyi təqdirdə isə Türkiyənin əlində strateji mənada çox güclü bir silah da var. Türkiyə hökuməti boğazları Rusiyanın üzünə bağlaya bilər”.

Ş.Cəfərli bildirib ki, hazırda Rusiya özünün Suriyadakı hərbi bazasının silah-sursat, ərzaq və digər zəruri vasitələrlə təchizatını məhz İstanbul və Çanaqqala (Bosfor və Dardanel) boğazları vasitəsilə həyata keçirir: “Bu, Aralıq dənizinə ən qısa yoldur. Montrö konvensiyası hərbi qarşıdurmanın yaranacağı halda, Türkiyəyə boğazları bağlamaq hüququ verir. Bunun baş verəcəyi təqdirdə Rusiyanın Latakiya yaxınlığındakı aviabazası bir növ mühasirə şəraitində qalacaq və operativ-taktiki reaksiya imkanları məhdudlaşacaq. Bu səbəblə, hesab edirəm ki, Rusiya Türkiyə ilə münasibətləri gərginləşdirmək xəttini davam etdirərsə, ən çox itirən tərəf onun özü olacaq. Son olaraq bir məqamı da vurğulamaq istərdim ki, hazırda ”yaralı ayı" vəziyyətində olan Rusiya qisas aksiyası keçirib, hesabı bərabərləşdirmək üçün fürsət axtarır. Suriya sərhədləri boyunca, eləcə də Ermənistanla sərhəd xəttində gündəlik uçuşlar həyata keçirən Türkiyə hərbi aviasiyası çox diqqətli olmalı və cavab zərbəsi endirmək üçün bəhanə axtaran Rusiya tərəfinə bu imkanı verməməlidir"./musavat.com/
Oxşar xəbərlər
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...