17:44
14°C
Bakı
Almaniyanın Drezden şəhərində “Radio Dresden” radiostansiyasına silahlı hücum olub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məlumata gör, hücum edənlərlə polis arasında atışma baş verib və nəticədə 70 yaşlı qadın güllələnib. Polis əməkdaşları ətrafdakı insanları təxliyə edib, ərazini mühasirəyə alıblar.
Sakinlərə milad yarmarkasına getməmək və şəhərin mərkəzinə çıxmamaq tövsiyə olunur.
Şübhəli şəxs hadisə yerindən qaçıb.
Bizim.Media