“Mən hər zaman tənqid olunuram, bəlkə də Mətbuat Şurasının sədrini tənqid etməkdən asan iş yoxdur”
Oxunub: 2103
30 Nov 2015 | 17:00
“Mən hər zaman tənqid olunuram, bəlkə də Mətbuat Şurasının sədrini tənqid etməkdən asan iş yoxdur”
Əflatun Amaşov: “Qismət 2015-ci ilin parlament seçkisinə imiş” 

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “Yeni Müsavat”a müsahibə verib. 

Moderator.az Əflatun Amaşovun parlament seçkilərində iştirakından tutmuş, ölkə gündəmindəki aktual məsələlərə,  o cümlədən Azərbaycan mətbuatının durumuna qədər xeyli mövzuları əhatə edən söhbətini təqdim edir: 

- Əflatun bəy, ötən həftə Milli Məclisin ilk iclasında iştirak etdiniz. Düzdür, siz bundan əvvəl dəfələrlə parlamentin toplantıılarına qatılmışdınız, ancaq Mətbuat Şurasının sədri olaraq... Maraqlıdır, deputat olmaq necə hissdir?

- Doğrudur, mən dəfələrlə parlamentin iclaslarında iştirak etmişəm. Media ilə bağlı müxtəlif qanun layihələrinin müzakirəsinə qatılmışam. Hər halda deputat kimi iştirak fərqlidir. Parlamentin iclas zalına daxil olarkən qeyri-iradi olaraq xəyalımda indiyədək keçdiyim yolu canlandırdım. Hardan-hara, öz-özümə sual etdim. Gürcüstandan Bakıya təhsil almaq üçün ilk gəlişimi, Moskvada oxumağımı, Azərbaycanda jurnalist kimi fəaliyyətə başladığım günləri, ardınca təlatümlərlə dolu illəri, bir az mövcud vəziyyətin, bir az da kasıblığın gətirdiyi çoxsaylı sıxıntıları xatırladım. İnsanları yada saldım - doğmalarımı, əzizlərimi, dünyasını dəyişmiş dostlarımı. Həyat mənim bu səviyyəyə yetişməyimə imkan verdi. Allahıma şükr etdim. Onu da düşündüm ki, bu mərhələyə necə çatmışam? Ağlıma ilk olaraq məsuliyyət hissi gəldi. Deputat olmaq isə bu hissi daha ön plana çıxarır. Söhbət səni tanıyan, dəyər verən hər kəsin, ən əsası seçicilərin qarşısındakı məsuliyyətdən gedir. 

“Mən hər zaman tənqid olunuram; bəlkə də Mətbuat Şurasının sədrini tənqid etməkdən asan iş yoxdur”

- Bir sıra media mənsublarından fərqli olaraq bundan əvvəlki seçkilərdə demək olar ki, heç vaxt parlament seçkilərində namizəd olaraq iştirak etməyə maraq göstərmədiyinizi nəzərə alsaq, sizin seçkilərə qatılmağınız gözlənilməz oldu. Sirr deyilsə, seçkilərə qatılmaq təşəbbüsü kimdən gəldi?

- Burada sirr olacaq nə isə yoxdur. Namizəd olmaq təşəbbüsü dostlarımdan, həmkarlarımdan gəldi. Onların fikirləri istəyimi qətiləşdirdi. Ölkənin ictimai-siyasi həyatında müəyyən çəkiyə malik insanların hər biri özünü deputat kimi görə bilər. Bu hissin mövcudluğu təbiidir. Milli Məclis ölkəmizin ali qanunverici orqanıdır. Müəyyən faydalı iş görən hər bir şəxs istəyər ki, parlamentin tribunasından cəmiyyətə səslənmək imkanına malik olsun. Mən də belə bir imkanımın olmasını istəmişəm. Qismət 2015-ci ilin parlament seçkisinə imiş. 


Əlbəttə, qərarımın gözlənilməz qarşılanması da mümkündür. Qeyd etdiyiniz kimi, öncəki seçkilərə namizəd olaraq ümumiyyətlə qatılmamışdım. Seçki həm də bir rəqabət marafonudur. Burada qüvvələr nisbətini düzgün hesablamaq lazımdır. Dostları, tanışları hər bir şəxsi yüksək pillədə görə bilər. Ancaq önəmli olan həmin şəxsin özüdür. İnsan bir qədər rasional düşünməyi bacarmalıdır. 

Uzun illərdir, Mətbuat Şurasına rəhbərlik edirəm. Bu quruma bəzən münasibət birmənalı olmasa da, cəmiyyətdə, xüsusən də jurnalist ictimaiyyəti içərisində kifayət qədər tanınır, hörmətlə yanaşılır. Belə bir təşkilatın sədri, yəni media mənsublarının ölkə jurnalistlərinin qurultaylarında etimad göstərdiyi adamın sırf şəxsi istək və düşüncələrdən çıxış edərək seçkiyə qatılması, kənardan müəyyən mənada avantürist kimi görünməsi yaxşı qarşılana bilməzdi. Mətbuat Şurasının sədri ictimai rəyi mütləq qaydada nəzərə almalıdır. Mən 10 il öncə də bunu düşünmüşəm. İndi də düşündüm. Seçkidən öncə vəziyyəti ətraflı təhlil etdim və qərarımı verdim. Qərarıma hörmətlə yanaşanlara, mənə etimad göstərərək səs verən hər bir seçicimə dərin minnətdarlığımı bildirirəm. 

“Saatlıdan hazırladığım reportaja görə mükafat almışdım, 300 rubl...”

- Qanun Mətbuat Şurasına sədrliyinizi qadağan etmir. Bəs, özünüz necə, deputatlıq fəaliyyətinizi məhdudlaşdıra biləcəyini düşünüb quruma rəhbərliyi təhvil vermək istərdinizmi?

- Seçki platformamda önəmli yeri media ilə bağlı məsələlər tuturdu. Diffamasiya ilə bağlı qanunun qəbuluna yönələn təşəbbüslərin dəstəklənməsindən tutmuş, internet medianın dövlət dəstəyindən faydalanması istiqamətindəki təşəbbüslərədək nələri nəzərdə tutmuşamsa, bunlar hamısı Mətbuat Şurasının sədri kimi apardığım araşdırmaların nəticəsidir, gəldiyim qənaətdir. Şuranın sədri media spektrini daha yaxından görə bilmək üstünlüyünə malikdir. Düşünürəm ki, deputat seçilən şəxs gələcəkdə də media sahəsindəki fəaliyyəti davam etdirmək niyyətindədirsə, bu üstünlük imkanını itirmək istəməz. Ancaq burada növbəti bir məqam da var. Mətbuat Şurası seçkili orqandır. Onun strukturu Azərbaycan jurnalistlərinin qurultaylarında formalaşır. Mən VI qurultayda Şuraya sədr seçilmişəm. Növbəti qurultayadək bu vəzifənin icrasına məsulam. 

- Məhz Saatlıdan namizəd olmağınız da suallar doğurdu, dairə təklifi alanda təəccüblənmədiniz ki? Yoxsa seçim özünüzün oldu?

- Azərbaycanın hər bir bölgəsi mənim üçün əzizdir. Zənnimcə, 62 saylı dairədən deyil, bir başqasından namizədliyimi irəli sürməyimlə bağlı qərara gəlsəydim, nəticə eyni olacaqdı. Ancaq mən Saatlını seçdim. Bir neçə amili nəzərə aldım. 

Birincisi onu deyim ki, Gürcüstandan Bakıya təhsil almaq üçün gəlmiş Əflatun Amaşovun Azərbaycanda ilk yol aldığı rayon məhz Saatlı olub. Tələbə yoldaşlarımdan indi haqq dünyasında olan Həbib Əzizovla onun doğma kəndi Sarıcalara getmişdik. Həbib gözəl dost, səmimi və qayğıkeş insan idi. Onun və əzizlərinin timsalında Saatlı da mənə doğmalaşdı. 
Moskva Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib Azərbaycana qayıdanda təyinatla Azərbaycan Dövlət İnformasiya Agentliyində, o zamankı Azərinform-da işləməyə başladım.

Təsadüfə baxın ki, jurnalist kimi ilk ayaq basdığım bölgə də Saatlı oldu. Yaxşı yadımdadır ki, rayondan hazırladığım reportaj yüksək qiymətləndirilmişdi. Hətta materiala görə mükafat da almışdım. Səhv etmirəmsə, 300 rubl idi. Yenicə fəaliyyətə başlayan gənc jurnalist üçün bu, böyük uğur sayılırdı. Bütün bunlara görə deputatlığa namizədlik üçün mümkün dairələri nəzərdən keçirərkən məhz Saatlının üzərində dayanmağa üstünlük verdim. 

- Parlament fəaliyyətiniz mətbuat üçün nələr vəd edir? Məsələn, qəzetlərin əl yayımının, xüsusən metroda satışının bərpası, həmçinin reklam məsələləri barədə Milli Məclis tribunasından məsələlər qaldırmağı düşünürsünüzmü?

 
““Reket mətbuat”ın qarşısını almaq ilk baxışdan çətin deyil, hətta asandır”

- Mətbuat Şurası ötən müddətdə media ilə bağlı bütün məsələlərə nüfuz edə bilib. Qurumun gördüyü işlər göz önündədir. O cümlədən media qanunvericiliyinə dair təklifləri və həmin təkliflərin əsasında reallaşdırılmış tədbirlər də. Şuranın mövcud istiqamətdəki fəaliyyətinin davamlı olması vacibdir. Şübhəsiz bu vaciblik parlament müstəvisində dəyərləndiriləcək və daha tutarlı mövqe qazanmış olacaq. 

Düşünürəm ki, media fəaliyyətinin rentabelliyinin artırılması önəmlidir. Bunun ən əsas yolu qeyd etdiniz - reklamdır. Digər vasitəni də diqqətə çatdırdınız. Ümumən söhbət qəzetlərin satış imkanlarının artırılmasından gedir. Əlbəttə, hər iki istiqamətdə təşəbbüslər qaldıracam. 
Media və ümumən cəmiyyət üçün daha bir məqam Azərbaycanın informasiya təhlükəsizliyidir. Hesab edirəm ki, bu müstəvidə ayrıca işləmək lazımdır. 

Azərbaycan üçün daha bir vacib olan məsələ diffamasiyanın dekriminallaşdırılmasıdır. Bu, söz və ifadə azadlığı baxımından prinsipial əhəmiyyət daşıyır. Əlbəttə, Azərbaycanda jurnalistin peşə fəaliyyətinə görə həbsi təcrübəsinə rast gəlinmir. Ancaq hər bir halda jurnalist nəzəri cəhətdən də bunun mümkünlüyünü düşünməməlidir.

Ümumən görüləcək işlər çoxdur. Düşünürəm ki, media ictimaiyyətinin yaxından dəstəyi ilə qarşıya qoyduğumuz vəzifələrin icrasına nail ola biləcəyik.

- Milli Məclisin hazırki tərkibi haqqında müşahidələrinizi bilmək maraqlı olardı. 

- Düşünürəm ki, Milli Məclisin hazırkı tərkibi məhsuldar fəaliyyət üçün yetərincə potensiala malik şəxslərdən ibarətdir. Əksəriyyəti şəxsən tanıdığım, qabiliyyəti ilə özünü təsdiqləmiş ictimai-siyasi xadimlərdir. Hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

- Əflatun bəy, “MTN işi” ilə bağlı keçirilən toplantıda reket mətbuata qarşı mübarizə məsələləri daha geniº müzakirə mövzusu oldu. Hətta siz özünüz də sərt şəkildə tənqidlərə məruz qaldınız. Doğrudanmı reket mətbuatın qarşısını almaq bu qədər çətindir? Bir neçə il öncə sizinlə bu haqda danışanda da onların himayə olunmasından şikayətlənmişdiniz. İllər keçir və vəziyyət yaxşılığa doğru dəyişmir. Səbəb nədir, kimdir reket mətbuatın himayədarları, hansı məmurlardır, adlar çəkmək mümkün deyilmi?

- Mən hər zaman tənqid olunuram. Bəlkə də Mətbuat Şurasının sədrini tənqid etməkdən asan iş yoxdur (gülür). Ancaq biz tənqidlə qərəzi bir-birindən ayırmağı bacarırıq və fikir bildirənlərə münasibətimiz də bu kontekstdə formalaşır. Kimin hansı məqsədlə hansı sözü işlətməsindən gözəl xəbərdarıq. Susmağımız heç də çəkingənliyimizdən deyil. Sadəcə sözünün mahiyyətini anlamayanlara nə cavab verəsən ki? Mən sədri olduğum təşkilatın mediamızın saflaşması uğrundakı fəaliyyətini düz yol hesab edirəm. Bu yolda kiminsə yanında gözümüz gölgəli deyil. Əlbəttə, bacardığımız və bacara bilmədiyimiz işlər var. Doğru qeyd edirsiniz ki, Mətbuat Şurası dəfələrlə mətbuat adına ləkə gətirən qəzetlərin kimlərsə tərəfindən himayə edildiyinə dair məsələ qaldırıb. Bu istiqamətdəki fəaliyyətimizin müəyyən mənada səmərəsiz qalmasının şahidi olmuşuq. Görünür, bir çox işlərin tənzimlənməsinin zamana ehtiyacı var. 


Qeyd etdiyiniz toplantıda isə vurğu onun üzərinə qoyulmuşdu ki, bir çox tanınmış media orqanlarımız şərti olaraq adlandırdığımız “MTN işi” ilə bağlı məhz həmin “reket nəşr”lərdə gedən məlumatları tirajlayırdılar. Biz bunun yolverilməzliyini bildirdik. Tədbirdə hamı var idi. Orada da qeyd etdim ki, hər kəs yanında oturan adamlara baxıb konkret təqsirkarları görə bilər. Bizi bir-birimizdən yaxşı heç kəs tanımır. 

Biz media mənsubları cəmiyyətin etalon kimi qəbul olunan kəsimiyik. Bizdən olmaq istəyənlər, peşənin həqiqi daşıyıcısı olmaq istəyənlən varlıqlarını sürdürəcəklər. Bu, peşə prinsiplərinə dəyərdən, sədaqətdən keçir. Dəyər və prinsiplər içərisində haqqı bəyan etmək mühüm əhəmiyyət daşıyır. Jurnalistin haqq bildiyi şey cəmiyyətin maraqları ilə uzlaşmalıdır. Əlbəttə, “MTN işi” ictimailəşmiş hadisədir. Jurnalistlərin mövzuya müraciəti təbiidir. Ancaq biz medianın həssas olmasını vacib sayırıq. Jurnalistin açıqladıqları vətəndaşın dövlətə inamını sarsıtmamalı, idarəçilik sistemində xaos təsəvvürünün formalaşmasına rəvac verməməlidir. Bu dövlət hamımızındır. O, canlı orqanizmdir, harasındasa yara varsa, yalnız o hissəni obrazlı desəm, ya müalicə etməli, ya da kəsib atmalıyıq. 

“Reket mətbuat”dan danışırıq. Onun qarşısını almaq ilk baxışdan çətin deyil. Hətta asandır. Ancaq gərəkdir ki, qanuni mexanizmlər işə salınsın. Mətbuat Şurası dəfələrlə bu barədə məsələ qaldırıb. Bir çox hallarda mövcud xüsusda irəli sürdüklərimiz media ictimaiyyəti tərəfindən yetərincə dəstəklənməyib. Belə hallar da olub ki, təşəbbüsümüz Şuranı söz və ifadə azadlıqlarını məhdudlaşdıran quruma çevirməyə cəhd kimi qələmə verilib. Özü də bu iddianı irəli sürənlər normal jurnalistlər olublar. Hamımızın tanıdığı şəxslər. Bu adamlar, yəni narazılar prinsipcə medianın mütərəqqi kəsimini təşkil ediblər. Belələrinin fikir və düşüncələri fərqli olsa da, heç bir halda media adına ləkə gətirənlərin sırasında yer almayıblar. 

Onların nəyə görə narahatlıq keçirdiyini anlaya bilməmişik. Ancaq bilmişik ki, müəyyən siyasi baxışlar səbəbindən söz və ifadə azadlığı ətrafında manipulyasiyaya yol verirlər. Hətta “qara siyahı”ya saldığımız kütləvi informasiya vasitəsinin təmsilçisinin söz və ifadə azadlığı ilə əlaqədar toplantıda başda əyləşdirildiyini də görmüşük. Bilirsiniz, elə dəyərlər var, gərək tapdalanmasın. Biz də ətrafımıza diqqət yetiririk. Elə düşünməyin ki, hamını sağlam görürük. Bəzən bu qarışıqlıq bezdirici təsir bağışlayır. Söylədiyin fikrin qeyri-səmimi anlaşılmasından çəkinirsən. Bu labirintdə itib-batmamaq üçün gərək konkret qanuni mexanizmlər olsun. Media müstəvisində Mətbuat Şurası adlı bir qurum varsa, təşkilatın konkret səlahiyyətlərdən irəli gələn təsir vasitələri olmalıdır.

“Susmağımız heç də çəkingənliyimizdən deyil”


- Bəzən elə bir rəy yaradılır ki, az qala bütün baş verənlərə görə mətbuat günahkardır. Lakin hətta Prezident Administrasiyasının rəsmisi, Prezidentin köməkçisi Əli Həsənovun dəfələrlə çağırış və tövsiyələrlə çıxış etməsinə baxmayaraq, müvafiq dövlət qurumları, mətbuat xidmətləri səviyyəsində belə, media ilə işləməyə maraq göstərmir. Nəticədə cavabsız qalan sualların yerini şayiələr, dezinformasiyalar tutur. Vəziyyətin dəyişməsi üçün bəlkə Mətbuat Şurası daha bir təşəbbüslə çıxış etsin?

- Mətbuat Şurası həmişə qeyd etdiyiniz istiqamətdə təşəbbüslər qaldırıb. Diqqət yetirsəniz, görərsiniz ki, dövlət qurumlarının informasiya verilməsinə məsul struktur bölmələrinin fəaliyyətinə nəzər salmışıq. Tənqidlərimiz çox olub. Heç də düşünmürəm ki, bu istiqamətdəki vəziyyət dözülməzdir. Media ilə işini günün tələbləri çərçivəsində quran mətbuat xidmətlərinin sayı kifayət qədər artıb. Əlbəttə, tam yarıtmaz şəkildə varlıqlarını sürdürən mətbuat xidmətləri də var. 

Bilirsiniz, mətbuat xidmətlərinə münasibətdə tənqidlər konkret hadisə kontekstində ortaya çıxır. Əlbəttə, dövlət qurumlarının informasiya verilməsinə məsul strukturlarının çevikliyinin artırılmasına ehtiyac var. Bizim bu istiqamətdə müzakirələrimiz çox olub. Bəzən mətbuat xidmətinin özü bir məsələni dəqiqləşdirmək üçün xeyli vaxt itirir. Halbuki həmin şəxs cəhd göstərir ki, medianın tələbini ödəsin. Buna görə də əlbəttə, əlavə təşəbbüslərə ehtiyac var və bu cəhət gələcəkdə mütləq nəzərə alınacaq.

- Bu yaxınlarda doğulduğunuz kənddə, Gürcüstanın Faxralı kəndində oldunuz. Yəqin ki, həmkəndlilərinizdən birinin Ermənistanda həbsdə saxlanılmasındna xəbəriniz var. İki uşaq atası olan həmin azərbaycanlının azad olunması ilə bağlı rəsmi Tiflis hansısa addımlar atırmı? 

- Bəli, bu barədə məlumatım var. Gürcüstanda olarkən də məsələ ilə bağlı müəyyən təmaslarım oldu. Məsələyə ölkənin rəsmi şəxsləri səviyyəsində önəm verilir, müvafiq danışıqlar gedir. Əminəm ki, yaxin zamanlarda hər şey müsbət sonluqla bitəcək.

- Yeri gəlmişkən, yəqin ki, Azərbaycan parlamentinin üzvü kimi Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafı, Borçalıda yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı da çalışmalarınız olacaq. Bununla əlaqədar konkret planlarınız, fikirləriniz, təklifləriniz varmı?

- Parlamentlərarası dostluq qrupları var. Əlbəttə, çalışacam ki, Azərbaycan-Gürcüstan dostluq qrupunda da təmsil olunum. Problemlərə gəldikdə isə, məncə, mənzərə kifayət qədər aydındır. Sadəcə işləmək lazımdır. Düşünürəm ki, bu istiqamətdə geniş əməli fəaliyyətim olacaq. 

- Və sonda...Mətbuat orqanlarının fəaliyyətinin dayandırılmasını mümkün edən son dəyişikliklər mətbuat üçün ciddi problemlər yarada bilərmi? Bu  barədə narahatlıqları bölüşürsünüzmü?

- Fəaliyyəti ciddi qarşılanan, media orqanı kimi peşə dəyərlərini gözləyən, hüquqi şəxs olaraq qanunvericilikdən irəli gələn tələbləri yerinə yetirən heç bir KİV məsələdən narahat olmamalıdır. Əslində narahatlıq üçün əsas da yoxdur. Əsas olan ölkədə media fəaliyyətinə konseptual baxışdır. Bu baxış medianı azad və məsuliyyətli görməyə hesablanıb. Medianın azadlığı cəmiyyətin mənafelərinin qorunması məsuliyyətini arxa plana atmamalıdır. Düşünürəm ki, bunu rəhbər tutan KİV-lərimiz kifayət qədərdir. 

Oxşar xəbərlər
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
25 Apr 2024 | 16:22
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
25 Apr 2024 | 16:20
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:16
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
25 Apr 2024 | 16:14
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
GÜNLÜK
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 08:58
Səhər yeməyində hansı qidalar zərərlidir?
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 08:58
Səhər yeməyində hansı qidalar zərərlidir?
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir