Gəncədən seçilən deputat Nafiq Həmzəyevin Məmmədəmin
Rəsulzadəni təhqir etməsi cəmiyyətimizdə birmənalı qarşılanmayıb. İqtisadçı
ekspert Elçin Qurbanov da deputatı kəskin tənqid atəşinə tutub. Onun Moderator.az-a
göndərdiyi yazılı açıqlamasını təqdim edirik:
“Məmmədəmin Rəsulzadəni təhqir edən oyuncaq
deputat hələ nə danışdığının fərqində deyil. Əvvəla ondan heç kim xahiş etmir
ki, M. Rəsulzadəni lider kimi qəbul etsin. Bunu kimin qəbul edib-etməməsindən
asılı olmayaraq, o şəxsiyyət tarixin daş
yaddaşına öz izini salıb. Tarixi dəyişmək mümkün deyil . Buna cəhd etmək istəyən
insanlar özünü təsdiq edə bilməyən, qısqanc və cılız insanlar ola bilər.
İkincisi, bu adam hələ başa düşə bilmir ki, belə
ifadələrlə Azərbaycan xalqının keçmişini
təhqir edir. Mən bilmirəm Naqif
Həmzəyev kimdir, kimin yaxınıdır.
Amma onun savadsız və yersiz məddah olması aydındır. Bu günkü müstəqil Azərbaycan Respublikası 1918 ”“ci ildə qurulmuş Azərbaycan Demokratik Xalq Cümhuriyyətinin siyasi varisidir. Azərbaycan
Xalq Cümhuriyyətinin banisi M.Rəsulzadənin ümummilli lider H. Əliyevlə heç bir ədavətli tarixi münasibətləri
yoxdur. Onlar ayrı-ayrı tarixlərin şəxsiyyətləridir.
Azərbaycan xalqının dahi övladlarıdır. Xalq bütün dahilərilə qürur duyur.
Bu yarıtmaz gənc deputatın ifadəsi xalqın
müzakirəsinə verilməli, mandatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv
edilməlidir".