Xuruşşov dövrünün Qarabağ şəhidi...
Moderator.az - ın daimi oxucusu və dostu Vahid Qazi saytımıza olduqca maraqlı bir müəllif yazısı göndərib. Oxuyanlar itirdikləri zamana heyfslənməyəcəklər...
(Çingiz Hüseynovun “Минувшее ”“ навÑтречу” memuarı haqda)
Axır sözü əvvəl demək olmasın, Çingiz Hüseynovun 712 səhifəlik “Минувшее ”“ навÑтречу” memuarında maraqla oxunmayası bir səhifə belə yoxdur.
Kitabı oxusan, elə ilk fəslində 50-70 il qabağın Bakısına ”“ İçərişəhərə, Bayırşəhərə xəyali gəzintiyə çıxacaqsan, onun çoxmillətli sakinləriylə tanış olacaqsan, həyat yaşantılarını görəcək, duyacaqsan.
O biri fəsillər də eləcə ”“ vətənin yaxın tarixini sənə retro filmi kimi göstərəcək. Bəzən o vaxtın romantik sevgilərini bu günün qəlbiylə duymağa cəhd edəcəksən, bəzən də repressiyanın qorxusu ətini ürpədəcək. Siyasi sistemin əzib məhv elədiyi talelərə acıdığın kimi bu qədər ağır mənəvi-fiziki basqıya tab gətirib qürurunu qorumağı bacarmışları sayğıyla anacaqsan.
Totalitar rejimdə yazıçı intriqalarına, ədəbi cameənin birini məhv, digərini xilasetmə həmrəyliyinə, sənətkar-hakimiyyət, mərkəz-əyalət, beynəlmiləlçi-millətçi münasibətlərə tarixi-detektiv filmlərə baxırmış kimi baxacaqsan.
Bu fundamental xatirələr toplusu 60-cı illərin əvvəlindən müntəzəm yazılan gündəlik əsasında ərsəyə gəlib. Amma tək qocaman bir yazıçının həyat yolundan bəhs eləmir, bir vaxt mövcud olmuş sovet xalqının Stalin repressiyası, Xruşşov “ottepel”i (yumşalma), Brejnev “zastoy”u (durğunluq), Qorbaçov “perestroyka”sı (yenidənqurma) illərinə və o dövrlərin Azərbaycanına güzgü tutur, bildiyimiz tarixin bilmədiyimiz neçə-neçə qaranlıq künc-bucağına işıq salır. Yüzlərlə canlı personajla, tarixi şəxslə tanış edir, maraqlı hadisələrdən söz açır.
Nə qədər “Bilirdim!” dediyim bilmədiklərim varmış.
Məsələn, bilmirdim ki, qadağan olunmuş Novruz bayramını dövlət səviyyəsində keçirmək təklifini Şıxəli Qurbanovdan 10 il əvvəl Əbdülrəhman Vəzirov veribmiş. Komsomolun birinci katibi işləyəndə qurultayda belə bir təşəbbüs irəli sürübmüş. Ondan da qabaq, hələ müharibə illərində Mirzə İbrahimov cəsarət göstərib partiya rəhbərliyinə müraciət edibmiş.
Xuruşşov dövrünün Qarabağ şəhidi...
Təzə öyrəndiklərin təzə-təzə suallar doğmasa olmaz ki!
Kitabın “Şıxəli Qurbanov, yaxud “Borc və şərəf adamları” bölümündə 60-cı illərdə görkəmli dövlət xadimlərinin, milli rəhbər kadrların bir-birinin ardınca müəmmalı ölüm sualı kimi.
Azərbaycan Kommunist Partiyasının ideologiya üzrə katibi Nazim Hacıyevun 38 yaşında həyatdan köçməsinin baiskarlarını güman etmək olsa da, Şıxəli Qurbanovun 41, komsomolun 1-ci katibi Maqsud Əlizadənin 34 yaşında ölümünün əsl səbəbləri hələ də sirli qalır.
Kitabda xeyli adamın adı keçir, diqqətimi xüsusi çəkən Nazim Hacıyev haqqında bir qədər ətraflı yazmaq istəyirəm.
Memuarda oxuyuram ki, Nazim Hacıyev ölümündən iki il əvvəl ağır stress keçirib. Onu yatağa salan bu ölümcül stressin səbəbini, düşünürəm, hamımız bilməliyik.
Amerika ilə münasibətlərin yumşalmasından istifadə edən ermənilər sovet hökumətinə müraciət edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edirlər. Krımın Rusiyadan alınıb Ukraynaya verilməsi qərarını nümunə gətirən Mikoyan məsələnin Siyasi Büroda müzakirəsinə nail olur. Komissiya yaradılır. Bölgəyə göndərilən briqada arayışlarla qayıdır. Qarabağın tarixi və hüquqi cəhətdən Azərbaycan torpağı olmasını sübut edən bir arayış isə mərkəzdə suallara səbəb olur. Partiyanın baş ideoloqu Suslov zəng edərək arayışı hazırlayan Nazim Hacıyevi Moskvaya çağırır.
36 yaşlı Nazim Hacıyev Siyasi Büroda SSRİ kimi nəhəng dövlətin üzü üzlər görmüş azman liderlərinin qarşısında Qarabağın Azərbaycan torpağı olmasını dəlillərlə əsaslandırır.
Kitabdan oxuyaq:
“- Xruşşov: “Məruzəçiyə kimin sualı var?”
”“ Mikoyan Hacıyevə “sən” deyə müraciət edərək: “Sən qatı millətçiymişsən ki! Sənə belə bir vəzifəni necə həvalə ediblər?”
”“ Xruşşov Mikoyana: “Şəxsiləşdirmə, mövqeyini bildir”.
”“ Mikoyan: “Beynəlmiləlçilik prinsipindən çıxış edərək, hesab edirəm ki, erməni diasporunun xahişini yerinə yetirməliyik, xüsusilə, Amerika ilə dostluq münasibətlərimizin yarandığı indiki vaxtda bu, əhəmiyyətlidir”.
Nazim Hacıyevin inadlı dirənişiylə keçən uzun müzakirələrə Xruşşov belə yekun vurur: “Sərhədlərə əl vursaq bir “bardak” yaranar ki, sümükləri yığışdıra bilmərik. Odur ki, sovet ailəsində dostcasına yaşamağa davam edək”.
Anlaşılan odur ki, Qarabağın elə o vaxt Ermənistana verilməsi üçün hər cür “beynəlmiləl zəmin” varmış. Sonralar bütöv bir xalqın qoruya bilmədiyi Qarabağı Nazim Hacıyev tək canına, həyatı bahasına qoruya bilib. Həmin iclasda yaşadığı stress, sonrakı basqı, təhdid və təqiblər öz işini görüb ”“ çox çəkməyib, Nazim Hacıyev yatağa düşüb, vəfat edib. Bəlkə də ölümü sürətləndirən başqa da səbəblər olub.
Dil, milli adət-ənənə, vətən təəssübü çəkən bu siyasi xadimlər daha yüksək vəzifələr tutacaqdı. Kremlə isə təəssübkeş milli kardlar lazım deyildi!
Gənc bir partiya xadiminin qoca kommunist “başyeyən”lərlə döş-döşə gəlməsi rəğbət duyğusu yaratmaya bilməzdi. “Nazim Hacıyev” yazıb axtarış saytlarına baş vurdum. Yalnız Vikipediyanın ruscası onun haqqında bioqrafik məlumat dərc edib. Azərbaycan türkcəsində isə tək-tük halda rastladım, məsələn, Əziz Mirəhmədov, Cəmil Əlibəyov, İlyas Tapdıq, Nodar Şaşıqoğlu məqalə və müsahibələrində adını çəkiblər. Osman Mirzəyevin ondan bir oçerk yazdığını da oxudum, öçerkin özünü tapmasam da. Bakıda 400 metrlik bir küçə də var “Nazim Hacıyev” adında, amma bilmədim həmin adamdırmı!?
Nazim Hacıyev...
Kinomuzun “Mixaylo”su Nodar Şaşıqoğlunun müsahibəsindən: “O zaman Nazim Hacıyev adlı bir şəxs vardı. Mərkəzi Komitədə təbliğat və təşviqat üzrə katib idi. Yəqin, daha böyük vəzifə tutacaqdı. Vaxtsız ölüm imkan vermədi. Mən onun xatirəsini həmişə əziz tuturam. Bu insan Azərbaycan incəsənətinə o qədər can yandırırdı ki, hər bir sənət xadiminin necə yaşadığını, nəyə ehtiyacı olduğunu xırdalığına qədər bilirdi və kömək eləyirdi. O cümlədən mənim evlə təmin olunmağıma da kömək etdi”.
İçində həqiqət bildiyinə sadiqliyin varsa, hansı ideologiyaya qulluğun önəm kəsb eləmir, ideologiyalar da hakimiyyətlər kimi gəldi-gedərdi. Əsas odur ki, bu günkü şüar vətənpərvərliyi zamanında əsl vətənsevərləri seçə bilək, onları tanıyaq, yad edək, örnək göstərək. Xüsusən də Xuruşşov dövrünün Qarabağ şəhidi ”“ Nazim Hacıyev kimi tanınmayanları!
Memuarda cürbəcür tale yaşamış çox adamdan bəhs edən səhifələr var. Hamısı haqda qeydlər etmək, nəsə yazmaq istəyirsən. Nakam, bəxtsiz, acı, eyni zamanda roman kimi maraqlı tale yaşamış adamların həyat səhnələri isə oxucunu bir xeyli düşündürür, təsirindən buraxmır. Səməd Vurğun, Lev Antopolski, Abidin Dino, Nazim Hikmət, Yegişe Çarents və dul arvadı İzabella, Əziz Şərif, Mehdi Usmiyev, İosif Qrinberq, onlarla başqaları”¦ və Nazim Hacıyev kimi.
“Ðет пророка в Ñвоем отечеÑтве”
Çingiz Hüseynovun xatirələri sovet dövrünün ictimai-siyasi-ədəbi həyatını bütün çılpaqlığı ilə görməyə imkan verir. Yazıçı əlavə bədii bəzəklərə ehtiyac bilməyib, nəyi necə görübsə, vaxtilə gündəliyinə necə yazıbsa, necə xatırlayırsa, eləcə də qələmə alıb. O dövrün yaradıcı mühiti yalnız ağ və qara rənglərlə deyil, boyaların hamısı ilə təsvir olunub.
Totalitar sistemlərdə yaradıcı adamların dərdi tək o deyil ki, istədiklərini yaratmağa qoymurlar, azadlıq yoxdu. Faciə onda başlayır ki, qəlbindəkinin əvəzinə sən başqasının tələb etdiyini yaratmağa məcbur olunursan! Azadlığı olmayan yaradıcı insanın ağrısı balasını çətin doğan ananın sancısı kimidi!
İnsanın xoşbəxtliyi içindəkini sevərək dünyaya çıxarmaq azadlığındadı. Sevdiyi ərdən dünyaya bala gətirən qadın kimi, istədiyi əsəri yazan yazıçı, musiqini bəstələyən bəstəkar, tablonu çəkən rəssam, rolu oynayan aktyor kimi”¦
İvan Bunin SSRİ-yə dönməməsinin səbəbini belə izah eləmişdi: “Onlar məni demək istəmədiyimi deməyə, inanmadığıma inanmağa məcbur etmək istəyəcəklər”.
Sənət adamını belə çıxılmaz duruma salan kommunist rejimi haqda bir vaxtlar “Susmaq hüququ” adlı yazıda ətraflı yazmışdım.
Bütün bu zor, qadağa və məhrumiyyətlərlə yanaşı sovetlər ölkəsində siyasi sistemin “dilini bilən”, “nəbzini tutan” yaradıcı adamlara böyük meydan, geniş imkan verilmişdi. İndiki Bakının oxucusuz kitabxanaları, tamaşaçısız teatrları fonunda adama inanılmaz gəlir, amma elə idi ”“ kommunist idarəetmə mexanizmi “milli dildə” yazan istədiyi “əyalət yazıçısı”nı rus dili vasitəsilə dünyaya çıxara bilirdi.
Bütöv bir ədəbi sistem milli yazıçı-şairlərin əsərlərini dünya dilinə çevirən “tərcümə fabrikası” idi. İndi əsərlərini “Biləcəridən o yana çıxara bilməyən” yazıçılarımız o dövrün sənətkarlarına yalnız bu baxımdan qibtə edə bilərlər.
Tək-tük yazıçıdan başqa, demək olar, Azərbaycanda hamı ana dilində yazır. Dilimiz dünya dili deyil! İsveçdə yaşadığım bu illərdə bunun bütün ağırlığını yaşamaqdayam ”“ mənzilinin kandarında sərhədi bağlanan dilinlə nəinki yazıçıları tanıdıb Nobel mükafatınadək yüksəldən İsveç nəşriyyatlarının, heç kiçik bir şəhərin balaca qəzet qapısını döyə bilmirsən.
Bir dəfə yazmışam, bir də yazım ”“ ana dilimizdə yazılanı dünya ədəbiyyat “bazarı”na çıxara bilməzsən. Ya dünya dillərində yazan yazarların olmalıdır, ya da yazılanları dünyanın aparıcı dillərinə çevirəsi güclü tərcümə məktəbin.
İki dildə yaza bilmək yazıçıya tək sərhədləri aşmağa imkan vermir, həm də qarşısında geniş azadlıq üfiqləri açır. Kitabda öz vətənində üzünə qapılar bağlanan milli yazıçıların paytaxtda parlaq zəfərlərinə xeyli nümunələr var. Elə Çingiz Hüseynovun özünün Bakıda senzuradan keçməyən əsərlərinin ruscası Moskvada, sonra isə başqa dillərə çevrilərək neçə-neçə ölkədə nəşr olunub.
“Ðет пророка в Ñвоем отечеÑтве” ”“ Matfeyin İncilindəndir ”“ yəni öz vətənində peyğəmbər ola bilməzsən, yanında olanlar sənin istedad və dahiliyini görməz, sözünün həqiqiliyinə inanmazlar.
Memuar yaradıcılığının uğuru həm də müəllifin səmimiyyətinə bağlıdır. Hər müəllifdə bu, alınmır ”“ öz rolunu qabartmaq memuarlarda rast gəlinən haldır. Yaşadığı ömür səhifələrini vərəqlədikcə Çingiz Hüseyovun nostalji emosiyaları cilovlamaq, duyğuları patetikasız ifadə etmək bacarığına nə qədər təəccüblənirsənsə (ömür kitabını bir qayda olaraq melanxonik duyğularla vərəqləyirsən, axı!), onun səmimi etiraflarına da o qədər rəğbət bəsləyirsən.
Sovet vaxtı yazdığı bir yazı, dediyi bir fikri dissidentlik kimi təqdim edən xeyli sənətkara rastladıq müstəqillik illərində. Ömrünün az qala çox hissəsi narazı yaradıcı adamların əhatəsində keçən Çingiz Hüseynov isə bunları yazır: “Etirazçıların, narazıların haqlı olduğunu başa düşürdüm, hakimiyyətin onları nə cür təzyiq və təqib elədiyini görürdüm. SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi işləyən biri kimi şüurlu şəkildə özümü onlardan aralı tuturdum. Yad fikirliləri açıq müdafiə eləmək? Yox, bu, mənim gücüm xaricində idi”.
Amma bütün bunlar ondan yan keçmədi, illərlə yığılan “etirazçı enerji” sonralar Çingiz Hüseynovun yaradıcılığında aparıcı xəttə çevrildi.
Memuardakı 1450-ci adam...
Səhifə-səhifə adlayıb kitabı oxuduqca, müəlliflə səbəbini tam tuta bilmədiyim ruh yaxınlığı duyurdum. Aylar, illər uzunu heç kimə izah edə bilmədiyin, bəzən səbəbi özünə belə aydın olmayan duyğunu bir başqası da yaşayıbmış, özü də səndən çox-çox illər əvvəl. Adamları bir-birinə yaşadıqları hisslər yaxınlaşdırır! Bunun zaman və məkan fərqi yoxdu.
Nəhayət, memuarın Nazim Hikmətlə bağlı bölümündə bu ruhi yaxınlığın qaynağı mənə aydın oldu ”“ axı, bunu özüm də bilirdim ki, həsrət duyğusu vətəndən kənarda yaşayan həssas (oxu: yaradıcı) adamı heç vaxt tərk etmir, hətta güləndə, sevinəndə belə.
“Sen şimdi yalnız saçımın akında, enfarktında yüreğimin, alnımın çizgilerindesin memleketim, memleketim” ”“ Nazim Hikmətdən belə sitat var kitabda. Çingiz Hüseynov isə bunları yazır: “Yazıçı üçün oxucu görməmək, doğma dili eşitməmək, yaxınlardan, dostlardan ayrı düşmək, ruhi söhbətlərdən məhrum olmaq fəlakətdir, boğulmaqdır”.
Bunları yaşamayan bilməz!
Amma bundan da dəhşətli ağrı oxucular, yaxınların və dostların onlardan ayrılığın sənə yaşatdığı iztirabları hiss etmədiklərini görəndə başlayır ”“ onlara vətəndə olduğundan yüz kərə artıq ehtiyacın olduğunu kəsdirə bilməyəndə”¦ Sənin belə halından zövq almaqlar da var, bu ayrı bir hal, başqa bir mövzudur!
Yaradıcı adama əziz olan doğma bildikləri deyil, yazılarını, kitablarını oxuyan, onun yaşadıqlarını anlayan, duyan”¦ və bunu ona deyən, yazan kəslərdi. Qəriblikdə bəzən adam özünü işlək dəmiryolun yanında üstündən qatarlar keçməyən, relsləri paslanmış ehtiyat yol kimi tənha hiss edir. Əvvəl yaşadığım evin yanından qatarlar keçirdi, qatarları keçməyən relslər də vardı. Hardasa qaynar bir həyat var, bir vaxtlar yaşadığın, amma daha orda sən yoxsan!
Kitabın sonunda memuarda adları çəkilən adamların siyahısı var ”“ 1449 nəfərdi. Amma orada adı olmayan bir nədər də var ”“ 1450-ci adam. Bu gizli adam onun bütün fəsillərində müəlliflə duyğuları bölüşən oxucudur! Mən idim”¦
***
Çox istərdim, “Минувшее ”“ навÑтречу” Azərbaycan türkcəsində də nəşr edilsin ”“ onu hər kəs oxusun, xüsusən də, əli qələm tutan gənc yazı əhli, ictimai fəallar, siyasət adamları, tarixçilər, araşdırmaçılar.
Həm də ona görə ki, bu, ömrünün 70 ilini vətəndən kənarda yaşayan bir qərib yazıçının onu bir gün belə tərk eləməyən vətən sevgisi haqda həyat dastanıdır”¦
Vahid Qazi
Dekabr, 2015
Karlskrona, İsveç
P.S. Kitabı oxuyandan sonra “Минувшее ”“ навÑтречу” adını dilimizə çevirmək istədim. Bir neçə variant alındı, amma heç biri ürəyimə yatmadı. Yazıb Çingiz müəllimdən soruşdum. Belə cavab yazdı: “Mənə sarı addımlayan keçmişim”.
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
17 Apr 2024 | 21:50
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 21:30
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 21:03
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
17 Apr 2024 | 20:59
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:46
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
17 Apr 2024 | 20:37
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17 Apr 2024 | 20:29
Yaponiya sahillərində güclü zəlzələ olub
17 Apr 2024 | 20:28
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Apr 2024 | 20:27
Baş ağrılarının bilinməyən səbəbləri - TERAPEVT DANIŞDI
17 Apr 2024 | 20:23
İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI
17 Apr 2024 | 20:22
Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı
17 Apr 2024 | 20:15
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
17 Apr 2024 | 20:13
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 19:56
Xoşqədəm izləyicisinə çəmkirdi: “Babamın xəstəliyi canına tökülsün”
17 Apr 2024 | 19:53
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Apr 2024 | 19:48
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
17 Apr 2024 | 19:40
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
17 Apr 2024 | 19:38
Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub
17 Apr 2024 | 19:35
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
17 Apr 2024 | 19:26
İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz qaldılar” - VİDEO
17 Apr 2024 | 19:25
Ən yaxşı yemək və içki təklif edən HAVA LİMANLARI
17 Apr 2024 | 19:20
Qubada tarixi türbə ilan yuvasına çevrilib - VİDEO
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 19:05
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
17 Apr 2024 | 18:57
Ev tapşırıqlarına görə anasına bıçaqla hücum etdi
17 Apr 2024 | 18:55
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
17 Apr 2024 | 18:38
Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:24
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
17 Apr 2024 | 18:20
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 18:11
Yanlış arıqlamağın üç əsas göstəricisi
17 Apr 2024 | 18:10
Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Apr 2024 | 18:10
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
17 Apr 2024 | 18:08
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
17 Apr 2024 | 18:04
Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir
17 Apr 2024 | 18:00
"Unibank" Vətən müharibəsi qazisini məhkəməyə verdi
17 Apr 2024 | 17:57
Gürcüstanın Baş naziri: Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
17 Apr 2024 | 17:55
Brüssel görüşünün təfərrüatları: Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH + FOTO
17 Apr 2024 | 17:51
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
17 Apr 2024 | 17:47
"Sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir"
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 17:43
“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib
17 Apr 2024 | 17:40
"Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür" - Vüqar Rəhimzadə
17 Apr 2024 | 17:36
Türkiyəli professor BDU-nun SABAH qruplarının tələbələrinə mühazirə oxuyub - FOTO
17 Apr 2024 | 17:32
Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini müzakirə etdi
17 Apr 2024 | 17:30
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir
17 Apr 2024 | 17:28
Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə görüşlər keçirilib - FOTO
17 Apr 2024 | 17:25
UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb - FOTO
17 Apr 2024 | 17:21
İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17 Apr 2024 | 17:20
Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə səbəb buraxmadı - ŞƏRH
17 Apr 2024 | 17:16
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17 Apr 2024 | 17:15
“Əli Kərimli xarici dairələrin sifarişi əsasında mitinq təyin edib”
17 Apr 2024 | 17:10
Abşeronda kişi meyiti tapıldı
17 Apr 2024 | 17:07
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanıldı - VİDEO
17 Apr 2024 | 17:02
Naxçıvanda ordu aviasiya hissələri 1 nömrəli hazırlığa gətirildi - FOTO/VİDEO
17 Apr 2024 | 16:57
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - FOTO
17 Apr 2024 | 16:52
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı partlatdı...-VİDEO
17 Apr 2024 | 08:51
Bu gün vəfat edən Hadı Rəcəbli KİMDİR?
17 Apr 2024 | 05:00
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı partlatdı...-VİDEO
17 Apr 2024 | 08:51
Bu gün vəfat edən Hadı Rəcəbli KİMDİR?
17 Apr 2024 | 05:00
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək