Beyləqan rayonunda qətl hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon mərkəzində baş verib.
Belə ki, aralarında yaranan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı rayon sakini Kamil Fərzəliyev bıçaqlanaraq qətlə yetirilib.
Qeyd edək ki, Kamil Fərzəliyev əməkdar idman ustası olub. Onun yetişdirdiyi bir neçə gənc güləşçilər beynəlxalq yarışlarda qalib olub.
Fərzəliyev Kamil Yunis oğlu 1972-ci ildə Beyləqan rayonunda doğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
