Azərbaycan Bayrağı Kiyev yolkasını BƏZƏYİR - FOTO 
699
23 Dec 2022 | 18:36

Azərbaycan Bayrağı Kiyev yolkasını BƏZƏYİR - FOTO 

Kiyevin mərkəzində qurulan Yeni İl yolkası Ukraynaya dəstək olan ölkələrin bayraqları ilə bəzədilib.  

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. 

Görüntülərdə Azərbaycan bayrağının rəngində olan bəzəklər də əks olunub. 

Qeyd edək ki, Azərbaycandan Ukraynaya müharibə başlayandan etibarən bir neçə dəfə humanitar yardım tədarük edilib. Ötən gün növbəti yardım paketi Ukraynaya yola salınıb.

Paketə ölkədəki elektrik enerjisindəki məhdudiyyətlərin aradan qaldırılmasına kömək məqsədilə generatorlar daxil edilib. 

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər