“Təhsil haqqında” Qanuna DƏYİŞİKLİK EDİLƏCƏK 
2437
23 Dec 2022 | 19:52

“Təhsil haqqında” Qanuna DƏYİŞİKLİK EDİLƏCƏK 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik ediləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilib. 

Məlumata görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin dekabrın 27-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər siyahısında yer alıb. 
Bundan başqa “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş), “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) kimi məsələlər də Milli Məslisin növbəti iclasında müzakirə ediləcək. 

Qeyd edək ki, iclasın gündəliyinə 22 məsələ daxil edilib. 

Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər