Rusiyada hərbi aerodroma PUA ilə hücum edildi - Ölənlər var - VİDEO
547
26 Dec 2022 | 09:46

Rusiyada hərbi aerodroma PUA ilə hücum edildi - Ölənlər var - VİDEO

Rusiyanın hava hücumundan müdafiə vasitələri ölkənin Saratov vilayətində “Engels” hərbi aerodromuna yaxınlaşan pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.  

Bizim.Media “Interfax”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.  

Məlumata görə, sözügedən PUA Ukrayna Silahlı Qüvvələrinə məxsus olub. Bildirilir ki, PUA-nın qalıqlarının yerə düşməsi nəticəsində aerodromda olan 3 rusiyalı hərbçi dünyasını dəyişib.
Hadisə nəticəsində hər hansı aviasiya texnikasına zərər dəyməyib.

Bizim.Media
 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər