Bizi sosial şəbəkələrdən izləyin:
Topaz Premyer Liqasının 17-cı turuna yekun vurulub.
Günün ilk qarşılaşması “Xəzər-Lənkəran”x9d ilə “Kəpəz”x9d komandası arasında oynanılıb.
Oyun qonaqların minimal hesablı qələbəsi ilə bitib - 0:1. Yeganə qolu matçın 66-cı dəqiqəsində Şəhriyar Rəhimov vurub.
Digər qarşılaşmada, iki paytaxt komandasının görüşündə “Neftçi”x9d AZAL-ı qəbul edib.xa0
Əsgər Abdullayevin baş məşqçi təyinatından sonra məğlubiyyət görməyən “Neftçi”x9d son üç turda uduzmayan AZAL ilə qarşılaşmadan xalsız ayrılıb - 0:1. Oyunun 29-cu dəqiqəsində Ruslan Nəsirli AZAL-ın qalibiyyət qolunu vurub.(oxu.az)