“İztirab vətəndə qərib olmaqdır...”
Oxunub: 4888
20 Dec 2015 | 23:57
“İztirab vətəndə qərib olmaqdır...”


 ”Gəzməyə Qərib ölkə, ölməyə”¦..?” rubrikasının qonağı Azərbaycanda vətəndaş cəmiyyəti fəallarından olmuş, hazırda vətəndən kənarda yaşayan publisist Vahid Qazidir.

”“ Vahid müəllim,  Azərbaycanda nələrə nail ola bilmədiniz və getdiniz?

 ”“ Suala bitkin cavab üçün öncə ”nə istəyirdik” sualına aydınlıq gətirmək lazımdı. Mən ömrünün ictimai şüurlu dövrünü azadlıq hərəkatı ilə başlayan bir nəslin nümayəndəsiyəm. Bu nəsil sovet dövrünü yaşamış yaşlı nəsillə gözünü müstəqil dövlətdə açan gənc nəsil arasında bağlayıcı həlqədir. Bu, eyni zamanda bir-birindən kəskin fərqlənən iki siyasi sistem, dünyagörüş arasında əlaqə rolu oynamaq deməkdir. Yükün ağırı bizə düşüb. Bu, gələcək konturlarını cızmaqda olduğun ömrün ortasında dayanıb, yeni, özü də fərqli bir ömür başlamağa bənzəyir.

İnsanın mahiyyəti həm də onun arzularındadı. Düşüncəmizin sərhəd qapısı açılan kimi azadlıq istədik. Həm mübarizəmiz, həm də tarixi şərait imkan verdi ”“  müstəqilliyə qovuşduq. Sonrakı arzumuz müstəqil dövlətdə ədalətli cəmiyyət qurmaq idi. Buna ”demokratiya” deyirdim əvvəllər, bizdə artıq üzülüb-süzülüb-sürtülüb bu söz. Bax, o ədalətli cəmiyyətə nail ola bilmədik. Bu gün Avropada gördüklərimi öz vətənimizdə qurmağa iddialıydıq. Alınmadı, illəri bada verdik, nail ola bilmək. Əgər şəxsi mənada soruşursunuzsa, elə o mənada da cavab budur.

 ”“ Bəs İsveçdə hansı uğurlar əldə etmisniz?

 ”“ Uğuru hərə bir cür başa düşür. Hələ ki, uşaqların işinə sevinirəm, açığı onların belə güclü tərəfini gözləmir, görmürdüm. Bakıda piano müəlliməsi mənə deyirdi ki, ”suluxu” yoxdur, nahaq əziyyət verirsiniz qıza. Buradakı müəllimləri ”fantastisk!” deyə-deyə ona elə ruh verdilər ki, Blekinge Torpağının incəsənət üzrə müsabiqəsinə qatıldı və qalib oldu. Sonrakı il dünyaca məşhur ”Lions Club” təşkilatının yerli şöbəsi onu ilin musiqiçisi elan edib mükafatlandırdı. Şəhər bələdiyyəsi Çin hökuməti ilə sənaye-ticarət müqaviləsindən sonra təşkil elədiyi konsert proqramında ona da yer ayırdı. Vaqif Mustafazadənin doğum günü ərəfəsiydi, çıxıb onun”Bayatı Şiraz”nı ifa elədi. Tamaşaçıların alqışları qaynar ürəyə su kimi çiləndi.

skolshou 2014

Oğlumu şəhər simfonik orkestrinə dəvət etdilər. İndi oranın ən gənc üzvüdür. Birinci skripka olmağa iddia edir. Bu yay qonşu şəhərin mərkəzi meydanında Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycanda da sevilən qalibi Aleksandr Rıbakla birgə səhnəyə çıxdı. Özümə gəlincə, bu müddətdə ”Çöl Qala” povestini və rusca ”Obezyanya diktatura” adlı kitabı bitirdim, hər ikisi nəşrə hazırdı. Burda olduğum müddətdə onlarla hekayə, esse, məqalə yazdım. Bakıda buna imkan, vaxt olmurdu. İsveç Yazıçılar Birliyinin ilk azərbaycanlı üzvü oldum. Ailə miqyasında başqa bənzər xırda halları da sadalaya bilərəm. Uğur hesab eləmək olarsa, bunlar uğurdu.

”“ İndi orda özünüzü xoşbəxt sayırsınız?

 ”“ Nisbi anlayışdı xoşbəxtlik. Adam elə bilir ki, xoşbəxtlik hardasa o olmadığı yerdədi. Yanımızdan o qədər ötüb keçib ki”¦ sonradan xəbər tutmuşuq.

Asan sual deyil, özü də ”indi” və ”orda” konkestindən baxanda çətin sual da demək olar. Çünki gərək buna ”o vaxt” və ”burda” zaman-məkan rakursundan da baxasan. Bir də bu anlayışa hər yaşın öz cavabı var. Yaşımın bu çağında xoşbəxtliyi sevdiyin adamlarla sevdiyin yerdə  olmaqda görürəm. Sevdiyim adamların ”“ ailəmin yanındayam, amma sevdiyim yer bura deyil. Əndrəbadi cavab oldu, amma belədir.

”“ Azərbaycan Ziyalılar Forumunun toplantılarından birində sizə fiziki təzyiq olmuşdu. Bu və bu kimi proseslər ölkədən getməyinizə səbəb ola bilər?

”“ Ədalətin olmadığı yerdən getməyə min-bir səbəb taparsan. İndi Avropada yaşamağımın o hadisəylə heç bir bağlılığı yoxdu. Getməyim çox sonralar oldu. Bunu dostlarım, yaxınlarım bilir. Missiyası Azərbaycanda vətəndaş cəmiyyətini buxovlayan qanunlara ”müsbət yönlü” təhlillər hazırlamaq, ölkədə vətəndaş cəmiyyətinin mövcudluğu görüntüsü yaratmaq olan bir QHT məmuru yaydı bu söz-söhbəti haqqımda. Hələ utanmadan bu şərə başqa birini də əlavə edir ”“ ermənilərə satılmışam, sən demə. Guya erməni saytına məqalə yazmışam, millətimizi aşağılamışam. Əlbəttə, məni tanıyanlar buna əhəmiyyət vermədilər, amma sual verdiniz deyə cavablandırdım. Yoxsa ki, o adama ”Vida sözü” adlı yazımda cavab verib, nöqtə qoymuşam.

Müxtəlif vaxtlarda ”Gedirəm!” deməklərim çox olub, amma gedə bilməmişəm. Vaşinqtona, Varşavaya uzunmüddətli səfərlərdə kənarda qala bilməyin mümkünlüyünü yoxlayan vaxtlarım olub. Darıxmışam. Həm də o vaxt Bakıda işim-gücüm vardı. Uğuruna ümid elədiyim layihələr vardı. Axırda, ciddi iş əvəzinə imitasiya dövrü gəldi. Mənlik bir iş qalmadı, çıxıb getdim. Kiməsə lazım olmadığı yerdə adam özü-özünü ”yeyir”. Belə yerdə qalmaq düz deyil, xilası getməkdə görürsən. Açığı heç bura da sən deyən uyğunlaşa bilmirəm. ”Telefonçu qız” filmində balaca Mehribanın əlindən tutub şəhərlər dolaşan atası deyən kimi hərdən uşaqlara gülə-gülə deyirəm: ”Bura da mənlik deyil, gedəcəm!”

cocuqlarla polsadaSon 20-25 ildə 100 minlərlə, bəlkə də bir neçə milyon soydaşımız vətəni tərk edib, dünyanın min-bir bucağına səpələnib. Hərə bir səbəbdən. Min səbəb olsa da adı birdir ”“ adam kimi yaşamaq istəyi. Gedənləri heç kim qınamasın ”“ vətəni sevinərək tərk edən, yad diyarda xoşbəxt olan bir nəfər də normal adam tapa bilməzsiniz. Vətənin gücü elə bundadır. Gülüş dolu xoşbəxt fotolar sizi aldatmasın! Xoşbəxtlik biz olmayan yerdədir ”“ deyə düşünük. Amma burnumuzun ucundan keçir bəzən, görmürük, tanımırıq. Ölməyə yox, yaşamağa vətən yaxşıdır. Rubrikanızın adına görə deyirəm. Yaşamağa vətən istəyir bu adamlar.

”“ Ağdama həsr etdiyiniz “Ruhlar şəhəri” kitabınız Azərbaycanda geniş rezonans doğurmuşdu. Yenə də ruhları oyadan nəsə yazmısınız?

”“ Ruhları oyadacaqmı, deyə bilmirəm, amma ”Çöl Qala”nın son variantı ürəyimə yatıb. Əslən Şuşanın Çöl Qala məhləsindən olan bir rəssamın virtual və real dünyalarda sevgisindən, həyat yaşantılarından, ”o dünya”, ”bu dünya” arasında girinc qalan qəhrəmanların ”üçüncü dünya” axtarışından bəhs edir. Nəşr olunsa, oxuyarsınız. Xeyli dostum oxuyub, ”nəşr elə” deyirlər. Şahbaz Xuduoğlunun, başqa bir-iki nəşriyyat direktorunun ağzın aradım. İstəyirlər ki, öz puluma nəşr edim. Özün yaz, özün nəşr elətdir, özün yay-sat! Belə maraqsızdı. Kitab mühiti yoxduqsa, qaçmır, olanda nəşr olunar. Sağlıq olsun! Əsas yazmaqdı.

”“ Publisistik yazılarınız çoxdur. Ümumiyyətlə, publisistika nədir? İctimaiyyətə publisistika ilə daha çox təsir etmək olur, yoxsa birbaşa xəbərlə?

 ”“ İndi ictimaiyyətə sosial şəbəkədə paylaşdığın bir cümləylə də təsir eləmək olur. Əsas janr yox, hədəfdi. Bunun yaxşı və pis tərəfləri var. Bizim ictimaiyyət xeyli amansız olub. Cəmiyyətdə İŞİD qəddalığı var. Bəzən birini bir kəlməyə görə normal müzakirə yerinə az qala linç edirlər. İctimai qınağı demirəm, o başqadı, normaldı, olmalıdı. Söhbət total basqıdan, tank kimi üstündən əzib keçmək, məhv eləmək cəhdindən gedir. Uzaqlaşdım sualdan.

Publisistikada ictimai, siyasi, sosial proseslərə öz şəxsi baxışını ortaya qoyursan. Jurnalistika fakültəsində bizə öyrədilən publisistika öz sərhədlərini çox genişləndirib, ədəbiyyatla qol-boyun olub indi. Milli Kitab Müsabiqəsi vaxtı bir çoxları ”publisistikadır” deyib mənim ”Kuba dəftəri” kitabımın müsabiqədə iştirakına qarşı çıxırdı. Baxmayaraq ki, kitaba ön söz yazan qocaman yazıçı onu bədii əsər adlandırmışdı.

gdansk 2015 konstig 2İsveçin ”SVT 2” kanalı o gün təzə Nobel mükafatı alanların dəyirmi masasını yayımladı. Neçə vaxtdı o cür intellektual söhbət dinləmirdim. Svetlana Alekseyiç yazıçı ilə jurnalist, bədii əsərlə publisistika arasında əla paralellər apardı. Bildiyiniz kimi mükafatın ona verilməsi birmənalı qarşılanmadı. Yazdıqlarına publisistikadır deyənlərə verdiyi cavabdan xoşum gəldi. Məşhur heykəltaraş Rodeni misal çəkdi: ”Mərməri yonan vaxtı Rodenə daşyonan demək olar, amma sonda yaratdığına baxıb ona heykəltaraş deyəcəksən. Jurnalist kimi danışdırdığım adamlar da beləcə, mənim əsərlərimin material-qəhrəmanlarıdır, adi adamlardan mən əsər qəhrəmanı düzəltmişəm”.

Xəbər şok effekti yaratsa da ötəridir, ömrü qısadı, həm də idarə olunandı. Xəbəri xəbərlə dəyişərsən, gündəm kimi. Amma publisistika düşündürücü, dəfələrlə yenidən qayıdılası, uzun sürən müzakirə, debatlar yarada bilir.

”“ Azərbaycanda hansı publisistləri özünüzə rəqib hesab edirsiniz?

”“ Rəqib deməzdim, bu yarış deyil. Maraqlı yazanlar çoxdu. Amma onlar köklü problemlər haqda düşündürücü, dərin təhlil, analiz yazılarını az yazırlar. Bunun səbəbi o deyil ki, yaza bilmirlər. Fikrimcə, bu, qonarara bağlıdır. Bizim mətbuatın qonararı köşə yazısına çatır. Beş-on köşənin qonararını bir ciddi publisistik yazıya verən mətbuat yoxdu bizdə. Xatırlayıram, bir ABŞ institutu Kuba dissident və fəallarına müraciət yazısı üçün bir məqaləmə 800 dollar qonarar vermişdi. Həvəslə yazmışdım.

Yazılarımda sərbəstəm. Yəni, mövzunu özümə özüm sifariş verirəm. Seçim öz əlimdədi, günün aktual mövzusunu qaçırmayım deyə bir öhdəlik götürmürəm. Yazılarımdan qonarar gözləntim yoxdu. Hansısa şərtlər irəli sürənim, vaxt və həcm çərçivəm də yoxdur. Bu mənə ağlagəlməz zövq və azadlıq verir. Yazılarımı bloqumda yerləşdirirəm, sonra mövzuya uyğun olaraq, bir neçə ürəyim istəyən sayta təklif edirəm, dərc edən edir, etməyən etmir.

Elə sayt redaktoru olub ki, nəinki yazını dərc etməyib, heç mənə cavab verməyi də rəva bilməyib. Anlamışam ki, ya ona maraqsızam, ya da mətndə dərc edə bilmədiyi nüanslar var. Birində daxili siyasi senzura var, digərində şəxsi, dini, qrup mənafeyini güdmə. Belə şeylərə kompleksim yoxdu, yazıları saytlara göndərməyi özümə borc bilirəm, bunu bir müəllif kimi həmin sayta dəstək hesab edirəm. Çap etməyənin çox səbəbi ola bilər, başa düşürəm və bir də ora göndərmirəm.

”“ İnciyən, razılaşmayan olurmu yazdıqlarınızdan?

”“ Olur, əlbəttə. Məsələn, ”Namizədlər” silsiləsindən yazdığım son yazılarda bəzən açıq, bəzən də üstüörtülü nişan verdiyim adamların incidiyini duydum, bunu mənə deyən də oldu, deməyən də. Amma nümunə gətirdiyim adamların çoxu dəyər verdiyim, bir növ ”umduğum” adamlardılar. Onlara ”dostlarım” deyə müraciət edirəm. Məni anlayacaqlarına ümid etdiyimdən adlarını yazıya salır, yaxud sözümü ezop dilində deyirəm.

Fikirlərimi bölüşməyən də olur. Məsələn, dostum Azər Qaraçənli yazdığımın əksini düşündüyündən, xüsusən də, Ayaz Salayev haqda fikirlərimi bölüşmədiyindən ”Yarımçıqlıq mərəzi” adlı yazımı novator.az saytında vermədi. Maraqlı polemikamız oldu. Qısa fikir mübadiləsindən sonra mövzunu görüşənə ”“ ənənəvi dostların iştirakı ilə süfrə başında davam etdirməyə saxladıq.

İnciklik və razılaşmamaları əsas götürsən gərək heç yazmayasan. Belə olanda yazıçı Çingiz Hüseynovun sözlərini xatırlayıram: ”Sözü onun-bunun xoşuna gəlmək üçün yalana öyrətmək bəşər qarşısında, insan qarşısında ən böyük günahdır, odur ki, həqiqət hər şeydən, vətənpərvərlikdən də, üstün olub, olmaqdadır və olacaq”.

”“ Qəriblikdə yaşamağa dəyər?

”“ Hiss olunur ki, qərib olmamısınız. Bir dəfə bu kontekstdə bir suala ”Aydan baxsan Yer də vətəndir” cavabını vermişdim. Belə düşünən vaxtları da olur adamın.

vahid gotenborg

Qəriblik ”tam”dan qopan ”zərrə”nin, yaxud ”cəm”dən ayrılan ”tək”in yaşantısıdır. ”Tam” milyonlarla ”zərrə”nin cəmidir. Bu qopmanı ”zərrə” duyur, ”tam”ın heç xəbəri də olmur. ”Zərrə” tək olduğundan fikri, ruhu ”tam”ın, ”cəm”in yanında qalır. Qərib adamlarla bağlı xeyli müşahidələrim var, üstündə işlədiyim yazılardan birinin mövzusu da elə budur.

Çox ağır olur qəribin həyatı. Öz ”cəm”indən ayrılan ”tək” başqa ”cəmlər”ə uyuşa, qovuşa bilmir. Yad cəmiyyətdə nə qədər ”cəmləşə”sə də yenə tək qalır.

Sovet vaxtı çəkilən ”Rişələr” adlı bir gürcü filmi var. Qəhrəmanı uşaq vaxtı vətəndən aralı düşən və bir daha geri dönə bilməyən gürcünün vətən həsrətindən bəhs edir. Bir dəfə qoca Georgi Paris aeroportunda vətənə qayıdan musiqiçi soydaşlarının danışığını eşidir, yaxınlaşır. Onları bağrına basmaq istəyir, doğmalarını yüz ildi görməyənlərin sevincini yaşayır. “Vətənə gedirsiniz?”, “Bəli, qastroldaydıq, qayıdırıq. Siz də gedirsiniz?” Göz yaşlarını saxlaya bilməyən qoca, ”“ “Mən 60 ildi hər gün qayıdıram!”, ”“ deyir. Öləndə nəvəsi vəsiyyətə uyğun olaraq, Georginin külünü aparıb doğulduğu kənddə basdırır ”“ 60 il sonra vətənə qayıdır, kül şəklində olsa da.

Qəliz söhbətdi qəriblik. Yaşamalı vətən yarada bilsək, vətəndə yaşamağa dəyər! İztirab vətəndə qərib olmaqdır. (informator.az)

Oxşar xəbərlər
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:02, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:12
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
19 Apr 2024 | 13:58
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
19 Apr 2024 | 13:27
Bakıda evdə partlayış: Ölən var
19 Apr 2024 | 14:01
Bərdədə ağır yol qəzası baş verib
19 Apr 2024 | 13:51
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:12
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
19 Apr 2024 | 13:58
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
19 Apr 2024 | 13:27
Bakıda evdə partlayış: Ölən var
19 Apr 2024 | 14:01
Bərdədə ağır yol qəzası baş verib
19 Apr 2024 | 13:51
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb