Azərbaycan dəniz və hava sərhədlərini Rusiyaya etibar edir? - MÜSAHİBƏ
Cəmiyyət
Oxunub: 5974
28 Dec 2015 | 11:10
Azərbaycan dəniz və hava sərhədlərini Rusiyaya etibar edir?
 - MÜSAHİBƏ
Məlum olduğu kimi prezident dekabrın 24-də Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşulur.

Sözügedən sərəncamın səbəbləri və perspektilərinin nədən ibarət olması barədə Moderator.az-ın suallarını “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Sümərinli cavablandırıb.

- Fikrimcə, bu məktəbləri ləğv etmək əvəzinə Dövlət Sərhəd Xidməti, keçmiş Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar və bu kimi s. qurumların nəzdində yaradılmış hərbi təhsil müəssisələrini ləğv edib onları müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbinə, Ali Hərbi Təyyarəçilik Məktəbinə və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinə birləşdirmək lazım idi. Hesab edirəm ki, bu, 3 hərbi məktəb, Azərbaycanda hərbi təhsil sisteminin özəyi olmalı idi. Çünki, hər üç hərbi məktəb özünün səciyyəvi əhəmiyyəti ilə Azərbaycanın milli təhlükəsizlik sisteminə sıx şəkildə uzlaşır. 

Sərəncamında bildirilir ki, Müdafiə Nazirliyi sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətini təkmilləşdirmək məqsədilə belə qərar verilib. Amma mən hesab edirəm ki, bu sərəncamın verilməsinin üç əsas səbəbi var: 

- Neft gəlirlərinin ciddi şəkildə azalması səbəbindən ixtisarlar, büdcə vəsaitlərinə qənaət edilməsi; 

- İllərdir hərbi məktəblərə, o cümlədən artıq ləğv edilmiş hərbi məktəblərə tələbə qəbulu prosesində çox ciddi problemlərin yaranması, sadə dillə desək, kursant çatışmazlığı; 

- Rusiyanın davamlı təsir və təzyiqi nəticəsində Silahlı Qüvvələrin struktur olaraq yenidən qurulması planı çərçivəsində NATO və ABŞ-la Hərbi Dəniz və Hərbi Hava Qüvvələri üzrə mövcud olan uzunmüddətli əməkdaşlığı tam dayandırmaq və s. 

Mövcud proseslər onu göstərir ki, sözügedən sərəncam Azərbaycanın hərbi-siyasi yönümünü Rusiyaya doğru istiqamətləndirmək siyasəti çərçivəsində atılan növbəti addımdır. Böyük ehtimalla Ali Hərbi Məktəb sistemində mövcud olmuş və əsasən də Türkiyəli zabitlərin gərgin əməyi, təcrübəsi nəticəsində yaradılmış NATO standartlarına uyğun bəzi nizamnamə və qanunvericilik sənədləri yenidən dəyişdiriləcək və bu zaman biz “Azərbaycana standartları”na uyğun işlərin aparılması barədə bəyanatlar eşidəcəyik, amma böyük ehtimalla, Rusiyanın Azərbaycanın hərbi təhsilinə təsirinin daha da güclənməsini görəcəyik. 

Ümumilikdə, Azərbaycanda hərbi təhsil sistemində vəziyyət bərbad idi, amma fikrimcə, bundan sonra daha da bərbad olacaq. Çünki, ölkənin müxtəlif sahələrində olduğu kimi, hərbi kadrlarla bağlı siyasətində də hər hansı ciddi strateji baxışları yoxdur. Bu gün Azərbaycanda Silahlı Qüvvələrin kadr ehtiyacını ödəmək üçün fəaliyyət göstərən xeyli sayda qurumlar, təhsil müəssisələrinin mövcudluğu səbəbindən sərəncam faktiki olaraq hər hansı ciddi dəyişikliyə gətirməyəcək. Bildirim ki, indiyə qədər mövcud olmuş Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa Ali Hərbi Məktəb, Hərbi Akademiya, Naxçıvan Ali Hərbi Məktəbi, Təlim və Tədris Mərkəzi, Orta Hərbi Tibb Məktəbi, Cəmşid Naxçıvanski adına hərbi litsey və onun Naxçıvan filialı, Çavuş Hazırlığı, Gizirlər və Feldşerlər məktəbləri fəaliyyət göstərir. 

- Gəlin, sıra ilə başlayaq. Əvvəlcə ixtisarlardan və bununla büdcə vəsaitlərinə qənaət olunması məqsədindən danışaq. Büdcəyə nə qədər qənaət oluna bilər?

- Bu istiqamətdə konkret rəqəmlər demək çətindir. Amma təxmini olaraq ortaya müəyyən ehtimalları qoymaq olar. Başlayaq Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən. Müxtəlif məlumatlara görə, sərəncama qədər bu məktəbdə 5 hərbi və 1 mülki kafedrada 21 ixtisas üzrə zabit kadrları hazırlığı həyata keçirilir. Ortalama, məktəbdə, 50-yə yaxın zabit heyəti, 20-dən artıq gizir və onlarla müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu xidmət edib. Ali Hərbi Təyyarəçilik Məktəbinə gəldikdə isə, burada 6 hərbi və 1 mülki kafedranın olduğu, 25 ixtisas üzrə zabit kadrlarının hazırlandığı ilə bağlı müxtəlif məlumatlar var. Ümumilikdə, isə bu məktəbdə 100-dən artıq zabit, gizir və MAHXQ çalışıb. Eyni zamanda hər iki məktəbdə onlarla mülki şəxs, o cümlədən müəllimlər çalışıblar. Beləliklə, sözügüdən iki məktəbdə birlikdə 200-dən artıq hərbi və onlarla mülki şəxs çalışıb. Onlara illik ortalama ödəmə (əmək haqqı, geyim, yemək, məzuniyyət və s.) 3 milyon manatdan artıqdır. Amma bu heç də əsas göstərici deyil. Əsas göstərici məktəbdə təhsil alan kursantların sosial təminatına (yemək, geyim, təqaüd və s.) edilən ödəmələrdir. Bu göstərici illik olaraq 10 milyonlarla manat hesablanıla bilər. Amma bu heç də son deyil. Məktəb binalarının saxlanılmasına, texniki təminat və s. ayrılan vəsait də milyonlarla manat olub. Beləliklə, təxmini hesablamalara görə, bu məktəblərin illik saxlanılması dövlətə ümumilikdə 40-50 milyon manata başa gəlib. İndi, bu iki məktəbin yerində Azərbaycan Ali Hərbi Məktəbində müxtəlif kafedralar yaradırlar ki, bu da məntiqlə qəbul edilən kursantların sayının dəfələrlə azaldılması (onsuz da, son 10 il ərzində hakimiyyətin bu istiqamətdə çox ciddi problemləri vardı), nəticədə bu istiqamətə yönəldilən dövlət vəsaitinin təxminən 60-70 faiz azaldılması olacaq. Amma bu effektli olacaqmı? Təəssüf ki, buna inanmıram, çünki, qeyd etdiyim kimi, kompleks tədbirlər planı, strateji baxışlar ortada yoxdur. Eyni zamanda əgər, Azərbaycan hərbi-siyasi rəhbərliyi hər il silahlanmaya ortalama 1 milyard manat vəsait xərcləyirsə, o zaman belə cüzi göstəricilər hər hansı qənaət hədəfi olmayacaq. Lazımdır ki, məhz korrupsiya hədəfi olan məqsədlərə, o cümlədən silahlanmaya ayrılan vəsaitlərin ixtisarı aparılsın.

- Kursant çatışmazlığı məsələsinə toxundunuz. Niyə görə bu problem yaranmışdı?

- Təkcə ləğv edilən iki məktəbə deyil, eyni zamanda Müdafiə Nazirliyinin əsas təhsil müəssisəsi olan Azərbaycan Ali Hərbi Məktəbinə kursant qəbulunda 10-12 ildir ki, çox ciddi problemlər yaşanır. Bunun əsas səbəbi Silahlı Qüvvələrdə xidmətin cəlbedici olmaması, zabitlərin sosial təminatının yetərincə olmamasıdır. Bu gün Azərbaycan zabitinin məvacibi çox aşağıdır və son 2-3 il ərzində hərbi qulluqçuların sosial təminatında hər hansı artım, o cümlədən məvacib artımı baş verməyib. 2015-ci ildə manatın iki dəfə devalvasiya edilməsindən sonra görünən odur ki, hərbi qulluqçuların məvacibləri ən azı 50 faiz dəyərini itirib. Daha bir problem hərbi təhsil sistemində ciddi problemlərin olmasıdır. Zaman-zaman korrupsiya və rüşvətxorluq barədə məlumatlar mətbuatda işıq üzü görüb. Vaxtilə, konkret olaraq 1997-ci ildə NATO ölkələri, xüsusilə də Türkiyə Azərbaycan hərbi təhsil sistemində çox səmərəli, gələcəyə hesablanmış bir fəaliyyət çərçivəsi yaratmışdılar. Bu sistemin ilk məzunları 2001-ci ilin buraxılışı olan kursantlar oldular. Növbəti 2-3 ildə - 2002-2004-cü illərdə də NATO standartlarına uyğun təhsil almış kursantlar Silahlı Qüvvələrə ayaq açdılar. Beləliklə, Azərbaycan hərbiyyəsi bu kursantların çiynində olmalı idi. Amma təəssüflər olsun ki, keçmiş müdafiə naziri Səfər Əbiyevin idarəetmə üslübu bu zabitləri sözün məcazi mənasında darmadağın etdi. Həmin zabitlərin əksəriyyəti müxtəlif təzyiqlər ucbatından orduda xidmət etməkdən imtina etdilər, hazırda onlar ya müxtəlif qeyri-hərbi işlərdə çalışırlar, ya da işsizdirlər. Bəziləri isə ölkəni tərk ediblər. Siz bir baxın, bu gün Azərbaycan Silahlı Qüvvələrinin nəinki rəhbərliyində, eləcə də korpuslar səviyyəsində NATO standartlarına uyğun təhsil almış zabitlər yoxdur, siz onları heç briqada rəhbərliyində də görməzsiz. 10-12 il bundan öncə mən mətbuatda “Azərbaycan ordusunda NATO-Rusiya müharibəsi” mövzusunda yazılar yazırdım. Həmin məqalələrdə bildirirdim ki, Azərbaycan Ali Hərbi Məktəblərində və eyni zamanda NATO ölkələrində, xüsusilə də Türkiyədə NATO standartlarına uyğun təhsil almış zabitlərimiz Azərbaycan Silahlı Qüvvələrində ciddi şəkildə sıxışdırılır. Niyə görə? Ona görə ki, onlar rüşvətə, korrupsiyaya qarşı idilər, onlar həddən ziyadə vətənpərvər idilər, onlar əsgərlərlə qardaş, dost münasibətində idilər, onlar bilirdilər ki, ordunu necə idarə etmək olar və s. Səfər Əbiyev aşkar olaraq bu tip zabitlərə qarşı idi və öz fikrini siyasi hakimiyyətin qarşısında belə əsaslandırırdı ki, həmin zabitlər həddən ziyadə demokratikdirlər və seçkilər zamanı əsgərləri “hakimiyyətin namizədinə səs verməyə” çağırmırlar. Bu istiqamətdə xeyli danışmaq olar”¦ Təəssüf ki, o zamankı “müharibə” Azərbaycan Müdafiə Nazirliyindəki sovet qafalıların “qələbəsi” ilə bitdi və NATO standarlarına uyğun təhsil almış zabitlər demək olar ki, ordudan qovuldular. Həmin dövrdə Azərbaycan Ali Hərbi Məktəblərində çalışan Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri (onların sayı 50-dən artıq idi) Azərbaycanı tərk etməyə məcbur edildilər. Bir müddət sonra onlar yenidən Azərbaycana dəvət edildilər. Amma bu dəfə onların sayı çox az idi. Hazırda isə müxtəlif məlumatlara görə, Ali Hərbi Məktəbdə cəmisi bir neçə türkiyəli hərbçi çalışır. Bu kimi problemlər, hərbi təhsil sistemində qanunsuzluqlar, kursantların qeyri-insani münasibətlərə, hərəkətlərə cəlb olunması, onlardan rüşvət tələb olunması və s. ölkə gənclərində sözügedən məktəblərdə təhsil almaq və zabit peşəsinə yiyələnmək marağını tam öldürdü. Təəssüflər olsun ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra da bu istiqamətdə böhran davam edir, hər hansı irəliləyiş yoxdur. 

Son 10 ilin rəsmi məlumatları onu göstərir ki, savadlı gənclərin Ali Hərbi məktəblərə sənəd verməsi, nəticədə kursant olması faktı hər il azalır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqlamalarında aydın göstərilir ki, məsələn, əgər mülki təhsil müəssisələrinə minimum qəbul balı 250-dirsə, hərbi təhsildə bu 200-dür. Müxtəlif məlumatlara görə, hətta 150 balla da hərbi təhsilə qəbul edilənlər olur. Bütün bunlardan sonra, Ali Hərbi Təhsil Müəssisələrinin qəbul planının 100 faiz dolması da şübhə doğurur. Beləliklə, Azərbaycanda hərbi-siyasi sistemin yürütdüyü səhv siyasət ucbatından, hərbi sahədə strateji baxışların olmaması səbəbindən savadlı gənclər mülki ali təhsil müəssisələrini seçirlər, nizbətən az savadlı gənclər isə hərbi təhsil müəssisələrinə qəbul edilir.  Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalında olduğu bir zamanda bu, dövlətçiliyimiz, milli təhlükəsizliyimiz üçün çox ciddi bir bəla hesab olunmalıdır. 

- Bunun həlli yolu varmı? 

- Qeyd etdiyim kimi, məktəbləri ləğv etməklə və ya birləşdirməklə, eyni zamanda yenisini yaratmaqla qeyd edilən problem həll etmək mümkün olmayacaq. Azərbaycanda ordu quruculuğuna yanaşmanı kompleks dəyişdirmək lazımdır. Bir vaxtlar Sovetlər Birliyində əsas şüar olan “hərbi xidmət ”“ vətənə borc” düşüncəsindən nəhayət, qurtulmaq lazımdır. Müasir standartlarda, demokratiyada, insani münasibətlərdə hər bir şey qarşılıqlıdır, o cümlədən orduda xidmət də. Vətəndaşın vətənə borcu varsa, vətənin də mütləq vətəndaş qarşısında öhdəlikləri olmalıdıır. Əgər zabit ömrünü orduda xidmətə sərf edirsə, o zaman dövlət də həmin zabitin bütün ehtiyaclarını (sosial, tibbi, mədəni və s.) qarşılamağa borcludur. Yoxsa zabit və gizirlərə kirayə qalmaq üçün aylıq 50 manat pul verilməsi sadəcə biabırçılıqdır. Onlara verilən məvacib, məzuniyyət pulu və s. çox aşağıdır. Silahlı Qüvvələr mütləq və mütləq müqaviləli əsasda olmalı, zabit və gizirlərlə yanaşı əsgər və çavuşların hüquqları da qorunmalıdır. Azərbaycan Silahlı Qüvvələrində hazırda olduğu qədər şəxsi heyətə ehtiyac yoxdur. Heyətin ən azı 50 faizi ixtisar olunmalı, yerdə qalanları ciddi peşəkarlardan ibarət olmalıdır. Ehtiyat qüvvələrin real hazırlıq prosesi başlamalıdır. 

- Qeyd etdiniz ki, sərəncamın imzalanma səbəblərindən biri Rusiyanın təzyiqi nəticəsində NATO və ABŞ-la Hərbi Dəniz və Hərbi Hava Qüvvələri üzrə mövcud olan uzunmüddətli əməkdaşlığı dayandırmaq ola bilər. Nə üçün bu fikirdəsiniz?

- Bu çox ciddi məsələdir. Yenə də qeyd edirəm ki, fikrimcə, böyük ənənələri olan Ali Hərbi Dənizçilik Məktəbinin və eyni zamanda Ali Hərbi Təyyarəçilik Məktəbinin ləğv edilməsi çox yanlış addımdır. Olsa-olsa Ali Hərbi Təyyarəçilik Məktəbinin adını dəyişib Hərbi Hava Qüvvələri Məktəbi adlandırmaq və Hava Hücumundan Müdafiə komponentini buraya birləşdirmək lazım idi. Azərbaycan elə bir geosiyasi mövqedə yerləşib ki, onun daima 3 qoşun növünə - hərbi dəniz, hərbi hava və quru qoşunlarına ehtiyacı olacaq. Qeyd edilən hər 3 istiqamətdə Azərbaycanın daim təhlükəsizlik problemləri olub və gələcəkdə də olacaq. 

Bildirim ki, Ali Hərbi Dənizçilik Məktəbində nəinki Azərbaycanın ehtiyacları üçün, eyni zamanda indiyə qədər 40-a yaxın ölkə üçün 6 min nəfərdən artıq təcrübəli dənizçi zabit yetişdirlib. Bu tədris müəssisəsinin gücləndirilməsi istiqamətində NATO-nun və Birləşmiş Ştatların, eyni zamanda Türkiyə Müdafiə Nazirliyinin xüsusi dəstək proqramları olub. Nəticədə, bir neçə il öncəyə qədər Azərbaycan Xəzərdə hərbi müşahidə imkanları baxımından az qala Rusiya ilə eyni səviyyəni bölüşürdü. Birləşmiş Ştatların Avropa Komandanlığının (EUCOM) davamlı dəstəyi nəticəsində Azərbaycanın dənizçi zabitləri üçün müasir xidmət, təcrübə imkanları yaradılmışdı. Eyni məsələləri Azərbaycanın Hərbi Hava Qüvvələri barəsində də demək mümkündür. ABŞ, Türkiyə və ümumilikdə NATO bu istiqamətdə çox aktiv idilər. Bu ölkələrin dəstəyi ilə Azərbaycanın xeyli sayda hərbi hava insfrastrukturunun, xüsusilə də Hərbi Hava limanlarının modernləşdirilməsi, Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Hava Qüvvələrinin texniki bazasının modernləşdirilməsi istiqamətində müəyyən ciddi addımlar atılmışdı, nəticədə isə, Azərbaycan HHQ faktik olaraq işğalçı Ermənistan SQ üçün əsas başağrısına çevrilmişdi. Amma təəssüflər olsun ki, hər iki qoşun növündə rüşvət hallarının, eləcə də sözügedən hərbi məktəblərdə qanunsuzluqların baş verməsi barədə iddialar Azərbaycanda son dərəcədə müasir HHQ və HDQ-nin qurulması perspektivini əngəllədi.

Son bir neçə il ərzində isə Azərbaycanın ABŞ və NATO ilə hərbi-siyasi əməkdaşlığında müəyyən problemlər yaşanır. Nəticədə Hərbi Dəniz Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin yenilənməsinə, inkişafına yönəlik bir sıra proqramlar ya dondurulub, ya da ümumiyyətlə, ləğv edilib. Bu dövrdə isə Azərbaycanın Rusiya ilə hərbi əməkdaşlığının güclənməsini, Rusiyanın hərbi məktəblərində Azərbaycan Silahlı Qüvvələri, xüsusilə də Hərbi Hava Qüvvələri üçün kadrların hazırlanmasını, Azərbaycanın Rusiyadan dəyəri milyardlarla dollar ölçülən silah və hərbi texnika aldığını görürük. Rusiya açıq-aşkar bəyan edir ki, Xəzərdə hər hansı 3-cü ölkənin hərbi-siyasi fəaliyyəti yolverilməzdir. Nəticədə, ABŞ Avropa Komandanlığının Azərbaycan Hərbi Dəniz Qüvvələrinə və eyni zamanda Hərbi Hava Qüvvələrinə dəstək proqramı tam dayandırılıb. Bu məsələdə konkret olaraq Rusiyanın rəsmi Bakıya təzyiq və təsiri hiss olunur.

Fikrimcə, Ali Hərbi Dənizçilik Məktəbinin və eyni zamanda Ali Hərbi Təyyarəçilik Məktəbinin ləğv edilməsi və onların kiçik bir fakültəyə çevrilməsi Rusiyanın regionda hegemonluq etmək iddiasının gerçəkləşməsi nəticəsində də baş verə bilər. Fikrimcə, bu addım, Azərbaycanın siyasi hakimiyyəti üçün Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin əvvəlki əhəmiyyətini itirməsi kimi də yozula bilər. Mümkündür ki, Azərbaycanın hərbi təhsil sisteminin, ümumilikdə Silahlı Qüvvələrin strukturunun Rusiya tərəfinin təsir və təzyiqinə uyğun olaraq yenidən qurulması prosesi başlanılıb. Əgər belədirsə, bu, çox qorxulu tendensiyadır. Çünki ehtimal edilə bilər ki, rəsmi Bakı Xəzərdə və ümumilikdə havadan müdafiəyə ehtiyac görmür və bu istiqamətdə Rusiyaya arxalanmağa başlayır. Xəzərdə davamlı Rusiya-Azərbaycan hərbi görüşmələri, təlimlər, eyni zamanda MDB çərçivəsində hava hücumuna qarşı vahid müdafiə sisteminin yaradılacağı barədə bəyanatlar bu ehtimalı gücləndirir. Doğrudanmı, Azərbaycan dəniz və hava sərhədlərinin qorunmasını tədricən Rusiyaya etibar edir? Bu ehtimal ortaya çıxır və zənnimcə, rəsmi Bakı sualları cavanlandırmalıdır.
Oxşar xəbərlər
14:50, Bu gün
DSMF daha iki beynəlxalq mükafata layiq görüldü
14:45, Bu gün
"Qızlarıma cehiz vermək üçün bağımı satdım"
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:36, Bu gün
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
14:30, Bu gün
BDU və RİİB-in birgə təşkilatçılığı ilə ekoloji seminar və təmizlik aksiyası keçirilib - FOTO
14:25, Bu gün
Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş
14:20, Bu gün
Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi - FOTO
14:15, Bu gün
Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
14:12, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edir - FOTO/CANLI YAYIM
14:10, Bu gün
Azərbaycanla AYİB COP29-la bağlı fikir mübadiləsi aparıb
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı - VİDEO
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
GÜNLÜK
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:29
Xamenei İİKK-ya İsrailə hücuma görə minnətarlıq edib və qarşısında iki yeni vəzifə qoyub
22 Apr 2024 | 15:24
Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - FOTO
22 Apr 2024 | 15:32
Aparıcı ilə xanəndə arasında qalmaqal yaşanıb
22 Apr 2024 | 15:44
Rusiyalı voleybolçu 21 yaşında dünyasını dəyişdi
22 Apr 2024 | 16:20
Azərbaycan əsgərinin 4 kəndə qaytarılması o demək olacaq ki... - İLGİNC AÇIQLAMA
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:29
Xamenei İİKK-ya İsrailə hücuma görə minnətarlıq edib və qarşısında iki yeni vəzifə qoyub
22 Apr 2024 | 15:24
Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - FOTO
22 Apr 2024 | 15:32
Aparıcı ilə xanəndə arasında qalmaqal yaşanıb
22 Apr 2024 | 15:44
Rusiyalı voleybolçu 21 yaşında dünyasını dəyişdi
22 Apr 2024 | 16:20
Azərbaycan əsgərinin 4 kəndə qaytarılması o demək olacaq ki... - İLGİNC AÇIQLAMA