"MTN “Azİmport”u ələ keçirmək istəyib"
Cəmiyyət
Oxunub: 6683
28 Dec 2015 | 16:42
"Biz “Azİmport” MMC olaraq son vaxtlar bəzi mətbuat orqanlarında, xüsusilə də internet mediasında şirkət haqqında yayılan yalan məlumatlara, qərəzli yazılara ertiraz edirik. “MTN mətbəxi”ndə hazırlanaraq ictimai dövriyyəyə buraxılan qərəzli  və şantaj xarakterli məlumatlardan bu gün də istifadə edilməsi şirkətin işgüzar fəaliyyətinə və ictimai nüfuzuna xələl gətirir".

Bunu Moderator.az-a "Azİmort" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. 


Şirkətin yaydığı bəyanatda Azərbaycan Respublikasında söz və məlumat azadlığı, jurnalistlərin informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib, KİV-in sərbəst fəaliyyəti üçün bütün imkanların mövcud olduğu qeyd edilir: "Lakin dövlət rəsmilərinin və Mətbuat Şurası rəhbərlərinin də təəssüf hiss ilə qeyd etdikləri kimi, son vaxtlar bir sıra KİV-lərdə, xüsusilə internet media orqanlarında həqiqətəuyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli məlumatların yayılması halları artıb. Belə məlumatları yayanlar bəzən kimlərinsə sifarişini yerinə yetirir, bəzən də sadəcə,  “populyarlıq və qazanc” əldə etmək niyyəti güdür. Ancaq bu zaman insanları və onların ailələrini mənəvi-psixoloji sarsıntya məruz qoyduqlarının, biznes və sahibkarlıq strukturlarının işgüzar nüfuzuna ciddi zərbə vurduqlarının, nəticədə qanunazidd və birbaşa hüquqi məsuliyyət doğuran əməllər törətdiklərinin fərqində olmurlar".

Bəyanatda bildirilir ki,  “Azİmport” şirkəti də son vaxtlar davamlı olaraq bəzi internet media qurumlarının təzyiq və təqiblərinə məruz qalmaqdadır: "Şirkət haqqında qərəzli məlumatları yaymaqla cəmiyyəti çaşdırmağa cəhd göstərən belə qurumlar hətta gerçəkliyi əks etdirməyən çox köhnə və əsassız “fakt və dəlillər”ə istinad etməkdən belə, çəkinmirlər. Hətta keçmiş Milli Təhlükəsizlik Nazirliyində uzun müddət kök salmış cinayətkar dəstənin sahibkarlara və iş adamlarına qarşı qanunazidd və cinayətkar əməllərinin aşkarlanmasından sonra da vaxtilə bu dəstədən göstəriş və təlimat almış media qurumları hələ də gerçəkliyi anlamaq istəmir, şantaj və şərləmək yolu hansısa maddi mənfəət əldə edəcəklərinə ümid bağlayırlar. “MTN mətbəxi”nidə hazırlanaraq ictimai dövriyyəyə buraxılan və “Azİmort” MMC-nin işgüzar nüfuzuna zərər vuran, burada çalışan insanların şərəf və ləyaqətini ləkələyən qərəzli və təhqiramiz məlumatlardan bu gün də istifadə edilməsi halları ciddi narahatlıq doğurur. Məsələn, 9 ay əvvəl  - mart ayında “Azadlıq” radiosunun “Qaynar xətti”ndə getmiş bir məlumata istinad edilərək, indiyədək dəfələrlə Azərbaycanın daha ciddi və populyar media qurumlarında müzakirə edilmiş, rəy bildirilmiş və cavablandırılmış bir məsələnin -  paytaxtın Bayıl qəsəbəsindəki “Şanxay” adlanan ərazidə aparılan abadlıq işlərində çalışmış şəxslərin əmək hüquqlarının pozulması və əməkhaqqını vaxtında ala bilməməsi məsələsinin yenidən gündəmə gətirilməsinə cəhd göstərilir.

İlk növbədə, yenidən xatırlatmağa ehiyac var ki, həmin şəxsləri abadlıq işlərinin aparılmasına bu işlərin podratçısı olan “Azİmport” MMC deyil, onunla subpodrat müqaviləsi bağlamış firmalar və sahibkarlıq fəaliyyəti göstərən ayrı-ayrı şəxslər cəlb ediblər. Buna görə də “Azİmport” MMC həmin firma və ya şəxslərin işçilərlə əmək müqaviləsi bağlamamasına cavabdehlik daşımır. Görülən işlərə görə borcun ödənilməməsi məsələsinə gəldikdə isə, “Azİmport” MMC təkcə “Şanxay” ərazisində deyil, paytaxtın bir sıra məkanlarında həyata keçirdiyi tikinti-abadlıq işlərinə görə qanuni müqavilələr üzrə hesablanmış vəsaitin əsas hissəsini sifarişçi təşkilatdan hələ də ala bilmir".

Bəyanatda o da qeyd edilir ki, “Azimport” MMC bu işlərin icrasında iştirak edənlərə indiyədək, ümumilikdə 2.289.407 manat əmək haqqı ödəyib: "Bu məbləğin yalnız 1.100.000 manatı sifarişçi tərəfindən şirkətin hesabına köçürülüb. İşçilərin əmək haqqı kimi aldıqları qalan 1.189.407 manatı şirkət öz maliyyə vəsaiti hesabına ödəməyə məcbur olub. Hazırda başa çatdırılmış və yarımçıq qalmış tikinti-abadlıq işlərin üzrə “Azimport” MMC-yə ödənilməyən vəsaitin həcmi isə  şirkətin borclarından xeyli çoxdur. Yaranmış vəziyyət barədə sifarişçi təşkilata müraciətlərə cavab olaraq, borcun ödəniləcəyi vəd edilsə də, hələ konkret nəticə yoxdur.

“Azimport” MMC rəhbərliyi birbaşa əmək müqaviləsi bağlamadığı, lakin baş podratçısı olduğu layihələrdə çalışmış şəxslərin əməkhaqqının gecikdirilməsi ilə bağlı narahatlığını yaxşı başa düşür və bu problemin həlli üçün bütün qanuni vasitələrdən istifadə etməyə çalışır. Şirkətin təsisçisi və rəhbəri Azər Əsgərovun kimisə qapıdan qovması və ya təhqir etməsi barədə iddialar da tamamilə əsassızdır. Sahibkarlıq fəaliyyətinin genişliyi və təşkilati işlərinin çoxluğu səbəbindən o, nəinki şirkətə gələnlərlə hər dəfə görüşməyə vaxt tapa bilmir, üstəlik, kiməsə qarşıqeyri-etik, kobud davranışa yol vermək bu xeyirxah iş adamının xarakterinə tamamilə ziddir".

Bəyanatda həmin dövrdə Azər Əsgərovun davamlı olaraq MTN-nin sabiq rəhbərlərinin və əməkdaşlarının təzyiq və təqiblərinə məruz qaldığı da qeyd olunur. Bildirilir ki, o zaman şirkətin rəhbərindən vəzifəli şəxslərin əleyhinə ifadə almaq, hətta yaxın qohumu, vaxtilə  “Azimport” MMC-nin təsisçilərindən biri olmuş, lakin Dövlət Bayrağı Meydanı idarəsinə direktor təyin olunması ilə əlaqədar şirkətlə bütün hüquqi və faktiki əlaqələrinə xitam verilmiş Rəşad Məmmədovun şirkətin qeyri-rəsmi sahibi olması barədə ərizələr yazdırmaq istəyiblər: "Hətta şirkətin ofisində qeyri-qanuni axtarışlar aparıb, seyfdən müəyyən qədər nağd pul, sonradan öz adlarına rəsmiləşdirmək məqsədilə şirkətə və işçilərə məxsus olan mülkiyyət sənədləri götürüb aparıblar. Məqsədləri Azər Əsgərovun öz əməyi və səyi ilə qurduğu, respublikada bir çox mötəbər tikinti-abadlıq layihələrini uğurla icra edən, inşaat sektorunda innovativ sahibkarlıq subyektlərindən biri kimi tanınan “Azimport” MMC-nin əmlakını ələ keçirmək olub. Yalnız prezident İlham Əliyevin qətiyyəti sayəsində keçmiş MTN-nin rəhbərlərinin qanunazidd əməllərinə son qoyulması Azərbaycan sahibkarlarının, o cümlədən Azər Əsgərovun başı üzərini almış təhlükəni aradan qaldıra bilib. Lakin MTN-nin ləğv edilməsinə, milli təhlükəsizlik zabiti adını ləkələmiş vəzifəli şəxslərin həbs olunmasına baxmayaraq, vaxtilə onların öz təsir dairələrində olmuş media qurumları vasitəsilə yaydıqları saxta və yalan məlumatların hələ də gündəmdə saxlanılması, qərəzli məqsədlərlə istifadə edilməsi halları mövcuddur. MTN tərəfindən həbsə alınmış Rəşad Məmmədov haqqında yayılan məlumatlar da buna misal ola bilər. “Azimport” MMC-nin sahibi Azər Əsgərovun yaxın qohumu olsa da, o hazırda şirkətdə heç bir əmlak payının sahibi deyildir, yuxarıda qeyd edildiyi kimi, dövlət qulluğuna keçməsi ilə əlaqədar olaraq, bu qurumla bütün hüquqi və faktiki əlaqələrinə xitam verilib".

Bəyanatda Rəşad Məmmədovun milliyyəti barədə yayılmış yalan məlumatlara da aydınlıq gətirilir. Bildirilir ki, Rəşad Rəfael oğlu Məmmədovun milliyyəti barədə məlumat isə təkcə yanlışlığı ilə deyil, həm də qeyri-humanistliyi ilə acı təəssüf doğurur: "Anasını körpə yaşında itirdikdən sonra onu dindar və imanlı bir qadın olan, bu yaxınlarda 104 yaşında dünyasını dəyişmiş ana nənəsi Umbakı xanım böyüdüb tərbiyə edib. Ömrü boyu ana nisgili ilə yaşayan Rəşad Məmmədov ailəsinin ümidlərini doğruldaraq, orta məktəbi müvəffəqiyyətlə bitirib,  Hərbi Hava Qüvvələrinin Y.V.Andropov adına Leninqrad Ali Hərbi-Siyasi Məktəbində təhsil alıb, peşəkar zabit kimi yetişib. Doğma Azərbaycanda erməni separatizminin baş qaldırdığı, Vətən torpağının təcavüz təhlükəsi ilə üzləşdiyi bir vaxtda o, Rusiyadakı vəzifə perspektivlərindən və hərbi karyeradan qətiyyətlə imtina edərək, Bakıya qayıdıb. Burada Bakı Qarnizonu Hərbi Komendantının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları üzrə köməkçisi kimi milli orduda xidmətə başlayıb. Qarabağ müharibəsi dövründə 702-ci briqadanın tərkibində Murovdağ yüksəkliyi və Füzuli uğrunda döyüşlərdə iştirak edib. Döyüş səngərində ağır xəstəliyə tutulduğu üçün uzun müddət müalicə almaq məcburiyyətində qalıb".

O da qeyd olunur ki, hazırda Rəşad Məmmədovla bağlı hüquq-mühafizə orqanlarında araşdırlma aparıldığı, şəxsiyyəti barədə yayılan qərəzli məlumatlara onun özünün cavab vermək imkanı olmadığı bir vaxtda bəzi media qurumlarının yanlış məlumatları təkrarən gündəmə gətirməsi nə insanlıq prinsiplərinə, nə də jurnalist etikasına sığır: "Belə məlumatlardan 4 övlad atası olan Rəşad Məmmədovun ailə üzvləri ciddi mənəvi iztirab, psixoloji sarsıntı keçirirlər. Onun 12 yaşlı qızı Əminə atasının mətbuatda “xalq düşməni” obrazında təqdim olunmasından keçirdiyi dərin psixoloji sarsıntının təsiri altında hətta məktəbə getməkdən belə, imtina etmək fikrinə düşüb. Bu hadisə KİV-in, jurnalistlərin xalqımız, cəmiyyətimiz üçün mühüm amil olan şəxsiyyət və mənəviyyat məsələlərinə həssaslıqla yanaşmasının nə qədər vacib olduğunu bir daha göstərir.
  
Ümumiyyətlə, bütün dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda hər hansı ”“ istər milli-etnik, istər dini ayrı-seckiliyin təbliğinin yolverilməz olduğu, cəmiyyətmizin əsaslarını zədələdiyi dövlətimizin başçısı tərəfindən dəfələrlə bəyan edilib.

Azərbaycanın birinci xanım, öz insanpərvərliyi ilə bütün dünyada hörmət və ehtiram qazanmış millət vəkilimiz, YUNESKO-nun və İSESKO-nun sülhməramlı səfiri Mehriban xanım Əliyeva bu ilin may ayında  Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində yerləşən vətolerantlığı simvolizə edən “Sülh ağacı” abidəsinin açılış mərasimindəki çıxışında ölkəmizdə müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin həmişə sülh, əmin-amanlıq, tolerantlıq şəraitində birgə yaşadığını vurğulayaraq deyib: “Əsrlər boyu burada çoxmillətli cəmiyyət formalaşıb və bu gün biz tolerantlığın belə bir dəyərli ənənəsinə malik olmağımızdan qürur hissi duyuruq”.

Bəli, Azərbaycan müxtəlif millətlərin doğma vətəni, azərbaycançılıq müstəqil dövlətimizin rəsmi ideologiyasıdır. Media orqanlarının bu məsələlərə həssaslıq göstərməsi, vətəndaşların milli, dini, mənəvi duyğularına hörmətlə yanaşması vacibdir.

Bunu da vurğulamağı vacib sayırıq ki, respublikanın nüfuzlu və ciddi KİV-ləri şirkətimizlə  bağlı yuxarıda sözügedən yanlış və əssasız məlumatlara heç bir halda istinad etməməklə özlərinin yüksək peşəkarlıq prinsiplərinə sadiqliklərini bir daha təsdiqləyirlər.

Biz,ümumiyyətlə, jurnalistləri ictimaiyyətin diqqətinə təqdim etdikləri problemlərə obyektiv münasibət göstərməyə, təhqir və şantajdan uzaq olmağa, ictimai münasibətləri gərginləşdirmək cəhdlərindən çəkinməyə çağırırıq. Ümidvarıq ki, bu bəyanatı öz peşə borcunu vicdanla yerinə yetirən bütün  jurnlaistlər dəstəkləyəcəklər".
Oxşar xəbərlər
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 17:44
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
27 Apr 2024 | 17:40
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
27 Apr 2024 | 17:34
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
27 Apr 2024 | 17:23
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27 Apr 2024 | 17:18
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:13
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
27 Apr 2024 | 17:08
Azərbaycanda müəllim vəfat etdi - FOTO
27 Apr 2024 | 17:03
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
27 Apr 2024 | 16:58
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
27 Apr 2024 | 16:53
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
27 Apr 2024 | 16:48
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:36
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:25
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
27 Apr 2024 | 16:20
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
27 Apr 2024 | 16:16
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
27 Apr 2024 | 16:10
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
27 Apr 2024 | 16:05
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
27 Apr 2024 | 15:59
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
27 Apr 2024 | 15:55
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
27 Apr 2024 | 15:50
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
27 Apr 2024 | 15:47
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
27 Apr 2024 | 15:43
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
27 Apr 2024 | 15:38
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
27 Apr 2024 | 15:33
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
27 Apr 2024 | 15:28
Qəzzada ölənlərin sayı açıqlandı
27 Apr 2024 | 15:24
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
27 Apr 2024 | 15:19
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 15:11
Azərbaycanda hakim intihar etdi
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 15:02
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
27 Apr 2024 | 14:57
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
27 Apr 2024 | 14:52
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
27 Apr 2024 | 14:48
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
27 Apr 2024 | 14:43
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
27 Apr 2024 | 14:38
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
27 Apr 2024 | 14:33
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
27 Apr 2024 | 14:28
Azərbaycanlı rejissorun filmi Kann festivalında
27 Apr 2024 | 14:23
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
27 Apr 2024 | 14:18
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
GÜNLÜK
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 08:56
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 08:56
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO