Darıxan səbr...
Oxunub: 4730
28 Dec 2015 | 19:19
Darıxan səbr...


Hikmət Sabirğolunun 50 yaşına neçə günsə qalmış...

Bir dəfə jurnalist Sevinc İltifatqızı müsahibə üçün suallar göndərmişdi. Biri bu idi:“Azərbaycandakı dostlarınız sizin üçün darıxır. Siz necə? Azərbaycan üçün darıxırsınız?”

Belə cavab vermişdim: “İki cür darıxmaq var: biri zamanı saatla, günlə ölçənlərin darıxmağıdı, o biri də illə, əsrlə ölçənlərin. Bütün mənalarda darıxmanın ünvanı insanın özüdü. Məndə klassik anlamda darıxmaq hissi yoxdu. Adam nə üçün darıxa bilər? Gördüyü yer, yaşadığı an, sevdiyi adam üçün, siyahını uzatmaq da olar, yəni, özünün iştirakçısı olduğun zaman və məkan üçün. Sən başqasının yaşadığı həyat, sevdiyi insan üçün darıxa bilməzsən ki! Biz kim üçünsə darıxırıq deyəndə əslində özümüz üçün darıxırıq, sadəcə özümüzün konkret bir həyat kəsimində olduğumuz zaman üçün. Darıxmanın səbəbi ayrılıq olanda ağrılar başlayır. Ayrılıq fizioloji duyğu olduğundan çətin yaşanır. Sualınıza isə yarızarafat belə cavab verim: Şuşayla Hikmət Sabiroğlunu versinlər mənə, bəsimdi, darıxmaram!”

Hikmət darıxan adamdı, “zamanı saatla, günlə ölçənlər”dəndi.

Son illər yazdığı məktublar durur. Maraqlı yazışmalarımız var, saxlayıram, bəlkə gələcəkdə dərc də elədim! Neçə məktubdan məhz bu yerləri seçdim ki, ona niyə “darıxan adam” dediyimi yaxşı izah edə bilim.

Hikmətin məktublarından: “O gün şəkillərimizə baxdım, çox qəribsədim”, “Yenə may ayı gəlir, qaqa, Şuşa ayı”, “”¦Salamatçılıq və sənsizlikdir”¦”  “Dədə, saa qurban olum, ürəyim darıxır. Burda olsaydın dərdləşərdik”¦”, “Salam, qaqa! Adam hərdən lap boğulur”¦ Dost-yoldaş da bəzən adamı axıracan başa düşmür. Ən simsar adamlardan da bəzən elə soyuqluq görürsən, bilmirsən nə edəsən”, “”¦ Sənin Bakıdakı son aylarını xatırlayıram, “Boğuluram” deyirdin. Mən səni anlayırdım, çünki sənin daxilən nə qədər təlatüm yaşadığını bilirdim. İndi lap çox bilirəm”¦”, “Ayrılıqlar müvəqqətidir”¦ sevgilərsə əbədi”¦ bir də darıxmalar”.

Çoxları Hikməti xasiyyətcə ipək kimi bir adam bilir. Mülayim, könülqırmaz, qəlbədəyməz, söz-sovu özündə, uşaqla uşaq, böyüklə böyük. Amma bu ipək kimi yumşaq adamın sərt üzünü görməmisiniz. Ondan danışım, bir az. Tutdusa, onu inadından heç kim döndərə bilməz. O baxımdan çətin adamdı Hikmət. Hikmət Çətin! Bunu hamıdan yaxşı mənim tələbə, onunsa ömür-gün yoldaşı Vəsilə Vahidqızı bilir.

fotorqaf Yusif

Bir gün arvad-uşağı da götürüb dostlarla Xızıya getmişdik. Uşaqlar oynaşır, xanımlar söhbətləşir, biz də “dərdləşirdik”. Maraqlı keçdiyindən ikinci gecəni də qalmağa hamı razı oldu. Hikmətdən savayı! Fəxri, Yusif, mən, xanımlar, uşaqlar olduq bir tərəfdə, o bir tərəfdə, xeyri olmadı. “Siz qalın də. Mənim işim var, getməliyəm”.

Hikmətsiz kimdi orda qalan! Yığışıb qayıtdıq Bakıya. “20 yanvar” dairəsində maşınları saxladıq ki, sağollaşaq.

“Neynirsiniz?”, “Ta neyləyəcəyik?”, “Arvad-uşağı yola salaq gedək”.

Elə də oldu. Dağ havasını qoyub Bakının istisində “dərdləşməyə” getdik.

“Ay Hikmət, bəs, sənin işin vardı, axı!” ”“ birimiz də soruşmadıq. Tanıyırdıq, ona görə!

Xızıda Hikməti bir başqa yandan müşahidə elədim. “Kəşf”im əlimdən tutdu. Həmin yay “Kuba dəftəri”nə köklənmişdim. Kitabın “Söz yolu” hissəsini o səfərdən sonra yazdım.

Həmin bölmənin girişi belədir:

“Allah gildən adam yaradıb nəfəs verəndən sonra hər şeydən qabaq bəndəsinə yol bağışlayıb, axırını göstərməsə də, yolun başlanğıcını nişan verib, taleyini də elə bu yola yazıb. Yol Allahın “Ol!” əmrindən sonra ikinci böyük hadisədi.

Adamlar bir-birinin qəlbinə yol salmazdan öncə bir-birinin mağarasına yol tapıb. Sonra birlikdə bəşəriyyətin ilk ovuna çıxıblar. Ov yolu insanın çıxdığı ilk düz yoldu.

Ovdan dönəndə, yeyib doyanda, doyub rahatlayanda gözlərdən gözlərə yollar baş alıb gedib. Gözdən başlayan yol qəlbə keçəndə dünyanın ilk sevgisi yaranıb.

Görən mağara dünyasının ilk sevəni kim idi, onun ilk kəlməsi nə olub?..

Dünyanın ilk sevgi yolu çəkilən gün ona paralel bir yol da başlayıb ”“ nifrət yolu. Mağara əhli dünyanın ilk aşiqini həzm eləməyəndə burunlamağa başlayıb. Beləcə qaydalara ilk etiraz yaranıb. Dünyanın ilk azad sözü azad sevgi üçün deyilib. Və dünyanın ilk aşiqi elə dünyanın ilk azad söz cəfakeşi olub.

Mağara başbilənləri dərhal duyublar ki, azad söz təhlükəli virusdu, onu deyən də bu virusu daşıyan xəstə. Odur ki, onu mağaradan qovublar. Dünyanın ilk dissidenti bax beləcə yaranıb. İnanmayanlar inansınlar, hal-qəziyyə belə olub: insan özünü dərk edən kimi özünü ifadəyə başlayıb, bununla da öz sözünün qurbanına çevrilib.

O vaxtdan başlayan proses hələ də davam etməkdədi”¦

Mağaradan qovulan aşiq əvvəl əmin idi ki, tənha azadlıq birgə asılılıqdan yaxşıdı! Sonra qurd-quşdan, məsələn, dinozavrdan, aclıqdan, soyuqdan, tənhalıqdan qorxur, xiffətdən havalanır. Fikri dəyişir, qayıdır mağaraya ”“ şərtlərin ən ağırını qəbul edir. O andan dünyanın ilk köləsi yaranır. İnsan xislətinə yeni çalar qatılır ”“ köləlik.

Köləliyin canı yarınmaqdadı. Min illərdi insan bu vərdişindən əl çəkə bilmir, çünki kölə təkcə yarınmağa çalışan yox, həm də bu yarınmanı qəbul edəndi.

O vaxtdan başlayan proses hələ də davam etməkdədi”¦”

Xızı gəzməyi bu yazıya səbəb oldu. Hikməti bir başqa yöndən gördüm, nə qədər azad olduğunu bir də kəşf elədim. Onun azadlığının mənbəyi darıxmağındadır. Yalnız azad adam elə darıxa bilər.

Darıxmağım ”“ azadlığımdır! Qəribə səslənir, deyilmi?

Hikməti dünyanın ilk insanlarından biri kimi təsəvvür edə bilirdim, o təsəvvürə başqa heç kim gəlmirdi. Çünki Hikmət bəşər övladının sözlə yox, səslə danışdığı çağın adamıdı. Dünyanın hələ kirlənmədiyi zamandan gələn Adamdı!

***

Bir 8 may günü feysbukda belə cümlə yazdım: “Hikmət Sabiroğlu” ilə “Şuşa” sinonim sözlərdi dostlar üçün”. Onu ən azından mənim qədər tanıyan bilir ki, bu sözümdə nə qədər həqiqət payı var.

Şuşa Azərbaycandan ötrü hansı dəyərdədisə, Hikmət də dostları üçün elə qiymətlidi! Şuşanın dəyərini biləndə Hikmətin də dəyərini biləcəyik ”“ giley olmasın ”“ aylar uzunu işsiz qaldı, gündə bir qəzeti, saytı açılan məmləkətdə. Ölkənin üç-beş peşəkar redaktorundan biridi, amma.

Sözə həssas yazı-pozu adamı üçün yazdığı mətnin nə qədər dəyərli olduğunu elə yazı əhli bilər. Yazılarımı etibar etdiyim adamdı ”“ Hikmət. Hikmətin redaktəsindən sonra taleyindən bilmərrə nigarançılıq keçirdiyim nə bir yazım, nə də bir kitabım var. Bu həm də yazının vicdan süzgəcindən keçirilməsinə bənzəyir.

Hikmətin gözündəki nisgil gəlmələr ”“ yayda Şuşaya dincəlməyə gələnlər ”“ çəkilib gedəndən sonra boşalıb qəribsəyən Şuşanın payız halıdı eynən!

Hikmətin könül tarixi bəşərin sevgi tarixiylə yaşıddı, şişirtmirəm, elə bilirəm.

***

Yanvarın 1-də onun 50 yaşı tamam olur. Elə bilirsiniz bu, ona yubiley yazısıdı? Yox! Hikmət haqqında yazını indi yazmıram ki! Tanıyandan yazıram ”“ 27 ildi”¦

Hikmet Sabiroglu 2

Yazıya köklənəndə Nazim Hikməti xatırladım. Bilirəm, Qarabağda ağlına, zəkasına görə hamının “Kəllə Sabir” çağırdığı atası Sabir əmi Hikmətə o böyük şairin adını verib. Görəsən Nazimin bu misrasının onun həyat devizi olacağını da bilirdimi rəhmətlik? “Sen şimdi yalnız saçımın akında, enfarktında yüreğimin, alnımın çizgilerindesin memleketim, memleketim”.

Hikmət səbrli adamdı, “zamanı illə, əsrlə ölçənlər”dəndi həm də.

İlk insanın mağaradan çıxıb günümüzə dikələ-dikələ gəldiyi təkamülü kənardan izləyəcək səbrdən danışıram”¦

Hikmət adamları kədərindən tanıyır. Onun insanlara, lap dünyanın o başındakı bir bəndəyə hər kəsdən fərqli baxışı var. Allahı insandı onun ”“ o, insana inanır. Bütün qara kədəri fonunda insandakı dümağ ümidə inanır. Hikmətin sehri də elə bu inamda, ümiddə, işıqdadı.

1 yanvar sərhəd məntəqəsinə bənzəyən tarixdi. Yeni ilin sərhəd qapısından keçirsən. Yeni arzunun, yeni umudun”¦ ya da köhnə arzunun yeni qapısından. Nə qədər arzu var, qapısı döyüləsi”¦

Səni təbrik edirəm, əziz dostum ”“ millətin, məmləkətin dərdini daşıyan ”“ darıxan adam, dərdə gülməyi bacaran adam! Darıxmaların ən uzunu 50 yaşdan sonra başlayır, deyəsən ”“ havası gəlir, ondan bilib, duyuram. Zamanı illə, əsrlə ölçənlərin darıxmağıdı bu. Səbrin Darıxmağıdı!

”¦Amma darıxma! Özün demiş: “Yaxşı olacaq!”

Dekabr, 2015

Vahid Qazi

Oxşar xəbərlər
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:40, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO