Bu il Ramazan ayı bu tarixdə başlayacaq
1668
28 Jan 2023 | 09:00

Bu il Ramazan ayı bu tarixdə başlayacaq

Bu il Ramazan ayı miladı təqvimlə martın 23-də, cümə axşamı başlayacaq.

Bu barədə Bizim.Media Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) əldə etdiyi məlumata istinadən xəbər verir. QMİ-dən bildirilib ki, builki Qədr gecəsi aprelin 17-nə təsadüf edir.

Ramazan bayramı isə aprelin 21-də qeyd olunacaq.

Bu barədə QMİ-nin fətvası ərəfə zamanı olacaq.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan bayramı iki gün-aprelin 21-i və 22-də qeyd olunacaq.

Aygün İbrahimli, Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər