İran Prezidenti hücumun araşdırılması barədə tapşırıq VERDİ
1364
27 Jan 2023 | 17:37

İran Prezidenti hücumun araşdırılması barədə tapşırıq VERDİ

İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı məsələnin araşdırılması barədə tapşırıq verib.

Bizim.Media “ISNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi açıqlayıb.

Onun sözlərinə görə, Rəisi xəbəri eşitdikdən dərhal sonra hərtərəfli araşdırma aparılması barədə göstərişlər verib.

Cəmşidi bildirib ki, İran Prezidenti hadisə ilə bağlı Azərbaycan hökumətinə və xalqına başsağlığı verib.

Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər