4392
26 Jan 2016 | 17:45

"Hakimiyyət çox ciddi qərarlar qəbul etməlidir"

"Azərbaycanın beynəlxalq və regional təşkilatlarda müttəfiqlərinin sayı kəskin surətdə azalmağa başlayıb. Buna görə də bu gün Avropa Şurasının Parlament Assambleyasında "Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində zorakılığın kəskin artması barədə" olan qətnamə səsvermədən keçməyib. Bunun nəticəsində də Avropa Parlamenti Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiqləməkdən imtina edib".

Bunu Moderator.az-a açıqlamasında sabiq baş prokuror İxtiyar Şirin bildirib.   

Onun sözlərinə görə, bu hadisə onu göstərir ki, artıq Avropa ölkələri də Azərbaycandan üz döndərməyə, Azərbaycan dünyada təklənməyə başlanıb: "Bunun əsas səbəbi isə Azərbaycanın apardığı yanlış daxili siyasət, seçki saxtakarlıqları, insan hüquqlarının kütləvi pozulması, repressiyalar, dövlət institutlarının korrupsiyaya uğraması, vətəndaşların ağır sosial-iqtisadi durumu, kütləvi işsizlik, bütün bunların nəticəsi olaraq ölkənin humanitar fəlakətlə üzləşməsidir. Azərbaycan çox ciddi sınaqlardan keçməyə başlayır. Bu, ölkəmizi çox böyük itkilərə də məruz qoya bilər. Təcili tədbirlər görülməlidir. Hakimiyyət çox ciddi qərarlar qəbul etməlidir".


Link kopyalandı!
Son xəbərlər