"Kəmaləddin Heydərov hətta ona təşəkkür etməyimi belə qadağan edib..."
Oxunub: 11913
03 Feb 2016 | 16:33
Moderator.az tanınmış şair Aqşin Yeniseylə müsahibəni təqdim edir:

”“ Aqşin, elə bil əvvəl səni çox adam sevirdi, sənə elə gəlmirmi ki, o sevgini get-gedə itirirsən? 

”“ Düzü, nə qədər primitiv nümunə olsa da, deyim ki, bir dəfə türk kanallarının birində bir aparıcı dedi ki, Tarkan çox gözəl müğənnidir, amma o, öz sevənləri ilə bir yerdə qocalmağı bacarmadı, həmişə yeniyetmələrin sevimlisi olaraq qalmağı üstün tutdu. Mən sadəcə, öz oxucularımla qocalıram...

”“ Ola bilərmi özün demişkən, oxucuların yeniyetməydi deyə, sən maraqlı şair kimi qəbul olundun? Belə demək mümkünsə, savadsız bir cəmiyyətdə Aqşin Yenisey göydəndüşmə olmuşdu... 

”“ Təkcə mən yox, ümumiyyətlə, bizim nəslin yazıçı, şair, siyasətçi kimi tanınmasında qismətimizə düşən savadsız, mütaliəsiz nəslin çox böyük rolu oldu. Mənim elə oxucularım var ki, məndən başqa heç kimi oxumayıb, onun gözündə mən yeganə dünya ədəbiyyatıyam.

”“ Əvvəl yazıların daha sərt olurdu... Görəsən, bu da qocalmaqla bağlıdımı?

”“ Mənim o yaş dövründə yazdıqlarımı yazan yeni nəsil yetişdi. Mən özünü hamıya göstərən, amma heç kimə qismət olmayan o ənənəvi həqiqətləri yeni sahiblərinə təhvil verdim.

”“ Təhvil verdin, bəs bu yolu uğurla davam elətirənlər varmı?

”“ Kütləvi həqiqətlər heç vaxt yiyəsiz qalmır. 

”“ Yaxınlarda şeir kitabların əlimə keçdi. Bir dəfə oxuduğum kitabı ikinci dəfə də oxudum. Çoxları kimi mən də o fikirdəyəm ki, sənin Azərbaycan ədəbiyyatında sonuncu şair statusun var...

”“ Bu cür yanaşmalar şərti şeylərdir, əgər bu gün kitab halında oxunası şair yoxdursa, bu o demək deyil ki, məndən sonra şair yoxdu. Bu, sadəcə, o deməkdir ki, hələ məndən sonrakı mərhələ gəlib çatmayıb.

”“ Belə çıxır ki, şeirdə özünü mərhələ hesab eləyirsən, eləmi?

”“ Mən belə söhbətləri kənardakılardan eşidirəm. Şair üçün ən lazımsız yer ədəbiyyat tarixidir. Mən orta məktəb dərsliklərində bizə öyrədilən heç bir şairi, yazıçını sonradan axtarmadım, oxumadım. Oxuduqlarım hamısı rəsmi tarixdən kənarda qalan müəlliflər idi.

”“ Amma bəzən deyirlər, çox adamlar gəldi, yazdı, amma Aqşindən sonra özü kimi maraqlı şair olmadı. Sən necə düşünürsən?

”“ Ayrı-ayrı şerilərə gəlincə Fərid Hüseynin, Qismətin, Şəhriyar del Gəraninin, xanımlardan Fəridə Məmmədovanın şeirləri mənim şerlərimi qatlayıb ciblərinə qoyar.

”“ Bəs ədəbi nəsildaşların arasında kimi uğurlu nasir hesab eləyirsən? Seymur var, Şərif var, Qan Turalı, Pərviz Cəbrayıl, Mirmehdi Ağaoğlu və başqaları var...

”“ Adlarını çəkdiyin yazıçıların hərəsinin öz çəkisi var və bu yazarları sovet tənqidçiləri kimi topdan dəyərləndirmək doğru deyil. Mənim əlimdən ancaq o gəlir ki, fərq qoymadan hamısını oxuyuram. 

”“ Hər halda zövqün var, həqiqi nasir işığını kimdə görürsən?

”“ Mənə elə gəlir ki, biz hamımız yol qırağına düzülmüş eyni boyda olan işıq dirəkləri kimi bir şeylərik. Lakin aramızda özünü yuxarı dartmaq istəyən bəzi şalbanlar var. 

”“ Maraqlıdı, sən özünü bir şair kimi siyasətin harasında hiss eləyirsən?

”“ Şair kimi siyasət mənə çox uzaqdı, amma vətəndaş kimi həmişə siyasi proseslər haqqında öz fikirlərimi yazmaq ehtiyacı hiss etmişəm. Tarixdə şairlər siyasətdəki yerləri ilə deyil, daha çox öz dövrlərinin hökmdarlarına bəslədikləri münasibətlərlə də yadda qalıblar. Məsələn, Sezarla ağzını açanda bütün Romanın uğultusunu susduran Siseronun mükalimələri, yaxud öz qılıncı ilə Asiyanın, az qala, yarısını tutmuş Topal Teymurla, öz şeirləri ilə bütün Asiyanı bürümüş Nəsiminin dini, siyasi münasibətləri, Atatürkün Nazim Hikmətə, Stalinin Bulqakova göz qoyması və s. 

”“ İndi də yazmaq ehtiyacı hiss eləyirsənmi və yazırsanmı?

”“ Bir məsələ var ki, bizim nəsil yazarların çoxu qonorarla dolandıqları üçün demək olar ki, bir vaxtlar hər gün nəsə yazırdılar. Mənim elə vaxtım olub ki, yalnız dolanışıq xətrinə hər gün 2-3 sayta, qəzetə yazı yazmışam. O yazıların əksəriyyəti mənim və yaşıdlarımın daxili ehtiyacından doğan yazılar deyildi, bunu bizi tanıyanlar bilirdi. İndi isə narahat olduğum ictimai-siyasi mövzular haqqında vaxt tapdıqca yazıram. Həm də artıq yaş diktə edir ki, tarixi əhəmiyyəti olmayan mövzulara vaxt ayırmaq lazım deyil.

”“ Özün məişət, gəlin-qaynana, mentalitet mövzusunda xeyli yazılar yazmısan. O yazıların üstündən qara xətt çəkirsənmi?

”“ Yox, yazdığım bir hərfin belə üstündən imzamı götürmək fikrim yoxdur. Amma etiraf edim ki, mentalitet yuxarılarla aşağıların yeganə ortaq mövzusu olduğu üçün qonorar xətrinə ən çox yazdığımız mövzu idi. İndi yazıçı kimi tanınan dostlarımız bu mövzunu uzadıb romanlara, hekayələrə çevirdilər. Amma mənim şeirlərimdə heç vaxt məişət duyğusu olmayıb.

”“ Özünü ata olmamışdan qabaq necə hiss eləyirdin, indi necəsən? Atalıq hissi səndə nəyisə dəyişdimi, az da olsa müdrikləşdirdimi? 

”“ Əksinə, atalıq məni evdə uşaq oyuncağına çevirib. Bir uşağın sevimli əşyası olmaq, nə gözəl bir hiss.

”“ Şair, hazırda redaktoru olduğun saytda müxalifət liderlərinin karikaturaları yayınlanır, onların fikirləri, çıxışları satirik gülüş hədəfinə çevrilir. Bəzən buna görə səni qınayırlar, hətta açıq tənqid də eləyirlər. Bu şeyləri sənə yaraşdırmayanlar var... Anlayırsanmı? 

”“ Mənim üçün medianın o sən deyən tərəfləri heç vaxt əhəmiyyət daşımayıb. Bütün dünyada media müxtəlif korporativ maraqlara xidmət edir. Bu yaxınlarda Almaniya telekanallarından biri dövlətin maraqlarına xələl gətirəcək informasiyanı mediaya sızdırdığına görə “Əl-Cəzirə”də işləyən reportyorunu işdən qovdu. İlk iş yerim tələbə vaxtı "Mərkəz" qəzetində olub. Qəzetin o vaxtkı baş redaktoru Sahib Alıyev mənə istədiyim yazıları yazmaqda sərbəstlik vermişdi deyə, əsgər gedənə qədər bu qəzetdə işlədim. Əsgərlikdən sonra isə demək olar ki, bütün müxalifyönlü qəzetlərdə işləmişəm, əməkdaşlıq etmişəm. Orada da hakimiyyət nümayəndələri tənqid olunurdu, müxalifət haqqında heç nə yazmağa icazə vermirdilər. Nə vaxtsa siyasətə gəlsəm, bu suala başqa cavab verəcəyəm. 

”“ Sən məlum xəstəliyindən sonra elə bil hakimiyyətə qarşı münasibətdə xeyli yumşaldın. Əvvəlki radikallığın itib getdi. Hətta susanda da sanki iqtidaryönümlü deputatlara oxşayırsan. Səncə, bu, xəstəxanada qəbul elədiyin dərmanların təsirindən ola bilərmi?

”“ Bu, artıq həddən artıq şəxsi məsələdir... 

”“ Necə yəni? 

”“ Mənim ölüm-qalım məsələm həll olunanda Gömrük Hospitalının baş həkimi palatada tək-tənha uzandığım halda mənə dedi ki, sən prezidentimizin göstərişi ilə müalicə olunacaqsan. Halbuki həmin vaxt ən yaxın qohumlarım belə yanımda deyildilər. Sənin bu sualının cavabında mən yalnız bir söz deyə bilərəm. 

”“ Nə?

”“ Mən kişiyəm və kişinin boynunda kişi haqqının nə demək olduğunu çox yaxşı bilirəm. Həyat təkcə devalvasiyadan ibarət deyil.

”“ Zəlimxan Yaqub haqqında deyirlər ki, o, saray şairi olub. Sənin Zəlimxan müəllim haqqında bu fikirlərə münasibətin necədi? Rəhmətlik Xalq şairimiz düz yaşadımı, yoxsa səhv eləyirdi? 

”“ Bilirsiz, təkcə şairlərin hökmdarala yarındığı fikri doğru deyil. Tarix boyu hökmdarların da şairlərə ehtiyacı olub. Şərqin ən bitkin tarix kitabını “Siyasətnamə”ni yazmış Nizam-Əl-Mülk Ömər Xəyyamı Səlcuqlar dövlətinin hökmdarı Məlik şahın, ondan sonra isə Alp Arslanın baş nədimi təyin etmişdi. Nədimlər hökmdarın mənəvi-fəlsəfi ustadları idilər. Yaxud Teymurləng öləndə vəsiyyət etmişdi ki, onu öz nədiminin ayaqlarını altında basdırsınlar və fatehin qəbri indi də öz müəlliminin qəbri yanındadır. Çünki adı tarixə düşmüş hökmdar unudula bilər, amma adı “Yeddi gözəl”ə düşmüş hökmdar həmişə xatırlanacaq. Amma indi biz neyləyək ki, hərənin özünün dirsəyindən uzağa çatmayan bir arşını var. 

”“ Allah eləməsin, birdən görsən ki, xalqımızın vəziyyəti günü-gündən ağırlaşır, azad söz boğulur, insanlar öz fikirlərinə görə həbs olunur, bir şair kimi belə bir vəziyyətdə hansı hissləri keçirərsən?

”“ Mən Azərbaycana belə bir gün arzulamıram, amma sən deyən baş versə, onda baxarıq.

”“ Gələcəkdə Milli Məclisə namizədliyini vermək istəyirsənmi, heç deputat olmaq ağlından keçibmi? Səndə bu potensialı hiss eləyirəm... 

”“ Mən gələcək haqqında yalnız şair kimi fikirləşirəm.

”“ Yadındadırsa xəstəxanada olanda yaman həssaslaşmışdın. Hətta bəzi insanların sənə baş çəkməməsindən gileynlənmişdin. Xəstə yatağı insanı bu qədər həssaslaşdırır ki, gözün yolda qalır, kimisə gözləyirsən? Düzü, həmin vaxt bir az xırdaçı adam təsiri bağışlamışdın...

”“ Bu, mənim yox, cəmiyyətin xırdaçılığıdır. Məndən hətta kimlərə nə vəsiyyət edəcəyimi soruşanlar var idi. Söz verirdilər ki, öləndən sonra çap edəcəyik, sən yaz ver bizə, ancaq bizim saytda, bizim qəzetdə yayımlansın. Həyatda baş verən hər hadisəyə hikmət dərsi kimi baxmaq lazımdı. 

”“ Əlbəttə, həyat böyük məktəbdi.

”“ İki il keçməsinə baxmayaraq, bunu ilk dəfə mətbuata açıqlayıram. Gömrük Hosbitalına köçürülməyimdən 3-4 keçmişdi. Bir gün səhər gözümü açanda görüdüm ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov başımın üstündə durub mənə baxır. Bu, mənə görə həmin anda "heç nə" ilə "hər şey"in görüşü idi. Çünki mən artıq ölməyə hazırlaşırdım. "Qorxma, yaxşı olacaq" deyib getdi. Hansı qüvvə təyin etmişdi bu görüşü? Mən axı Mirşahinin telefonda dediyi o bir faizlik möcüzədən başqa heç kimin yolunu gözləmirdim. Bu qədər mükəmməl xilasedici planı bir anın içində kim fikirləşdi? Bu günə qədər Allahın heç quru təşəkkürünü də edə bilməmişəm. 

”“ Səncə, ölüm ayağında bu görüşü hansı qüvvə təyin etmişdi? İnsan xəstə yatağında belə şeylərdə ilahi bir sirr axtarırmı?

”“ Sözün açığı, mən sovet şairləri kimi xəstəliyimlə gündəmin zəhləsini tökmək istəmirəm, amma soruşursan deyim. O vaxt hadisələr o qədər sürətlə gəlib-keçirdi ki, mən sadəcə, seyriçi idim. İndi düşünürəm ki, bəlkə də, o günlər mənim həyatımın Apokalipsis dövrü idi. Otuz beş yaşıma qədər yazdıqlarımın, yaşadıqlarımın haqq-hesabını verirdim. O gündən sonra mənim dostlarımla düşmənlərim yeniləndi, daha doğrusu, yerlərini dəyişdilər.

”“ Əvvəl dostların AYO-çular idi. İndi də deyirsən ki, mənim dostlarıma düşmənlərim yerlərini dəyişdilər. Ola bilərmi sən yaxın gələcəkdə Yazıçılar Birliyinin üzvü olasan? Niyə bu yerdəyişmə səni AYB-yə gətirib çıxarmasın ki?

”“ Mənim indi bir yazar olaraq öz müəllif həqiqətlərimlə baş-başa qalan vaxtımdır. Nə AYO-çularla, nə AYB-çilərlə heç bir şəxsi problemim yoxdur. 

”“ Bir şair kimi Kəmaləddin Heydərova öz borcunu necə ödəyə bilərsən? Heç bu barədə düşünmüsənmi? Onun haqqında şeir, ya poema yazmağı düşünürsənmi?

”“ Xəstəxanadan çıxanda Kəmaləddin müəllim hətta ona təşəkkür etməyimi belə qadağan edib. Bu söhbətin şahidləri var.

”“ Şair, gənc yazarlara nə məsləhət görürsən? Onlar layiqli vətəndaş, layiqli şəxsiyyət olmaları üçün hansı yollarla getsinlər?

”“ Özüm heç vaxt heç kimin məsləhətinə qulaq asmamışam deyə heç kimə də məsləhət vermək fikrində deyiləm. Sadəcə, onu deyə bilərəm ki, insan özü özünə tale yazdıqda əsl həyatın mənasını başa düşə bilər. İnsanın özünə yazdığı bədbəxtliyin mənəvi çəkisi başqalarının yazdığı xoşbəxtliklərin çəkisindən on qat ağırdır. 

”“ Dünya ədəbiyyatının nümayəndələri böyük idyealardan, insanlığın xilasından danışır. Bəyanatlar verirlər. Orxan Pamuk Ərdoğana mesaj göndərir ki, ölkəni bataqlığa sürüyürsən. Amerika yazıçıları Obamaya məsləhətlər verir və s. Bütün bunların fonunda sənin gözünə bizim ədəbiyyat necə görünür?

”“ Orxan Pamukun Ərdoğana ağıl öyrətməsinə gəlincə, bu, aşağıların gözündə ucalmaq üçündür. Hamı bilir ki, Pamuk Ərdoğanın şinelindən çıxmış yazıçıdır. Ərdoğanın siyasətdə diriltdiyi Osmanlını, Pamuk ədəbiyyatda diriltməyə cəhd edir. Orxan Pamukun aldığı Nobel ödülünün arxa üzü Ərdoğanın payına düşür. 

”“ Şair, Qarabağ probleminin həllini nədə görürsən? Artıq bu dərd ilbəil bizdən uzaqlaşdıqca yeni yetişən hər nəsil işğal olunmuş torpqalarımız uğrunda aparılan mübarizəyə belə demək mümkünsə, dırnaqarası yanaşır. Hiss eləyirəm ki, əvvəlki mübarizə eşqimiz daha yoxdur... 

”“ İnsanlığı hər şeydən uca tutan ən böyük yazıçılardan biri Viktor Hüqo Prusiyya Fransanı işğal edəndə humanizmi-zadı bir qırağa tullayıb, bütün fransızları vətənin müdafiəsinə çağırırdı. Bizdəki kosmopalitizm İkinci Dünya müharibəsindən sonra Avropanı bürüyən nihilizmin təsiri ilə formalaşıb. Dünyada vətəni işğal olunandan sonra kosmopolit olan bircə dənə də yazıçı yoxdur. Mən bir dəfə yazmışdım, yenə də deyirəm ki, Azərbaycan tarixdə yalnız iki dəfə öz dövlət kimliyini ortaya qoyub, hər ikisində də bu işi milliyyətçilik duyğusunun hesabına edib. Nə dini, nə dünyəvi şüur bizə azadlıq hissi bəxş etməyib. Çalışmaq lazımdır ki, bu xalqın milliyətçilik hissi heç vaxt zəifləməsin... 

”“ Dedin, millətçilik lazımdı, eləmi?

”“ Bu fikrə görə məni topa tutanlara indidən cavab verim ki, mən milliyyətçilik dedikdə bizi azadlığa çıxaran hissdən danışıram, başqalarının azadlığını əlindən alan ambisiyalardan yox...

”“ Millətçilikdən danışdın, ağlıma bir sual gəldi: Elçibəyi çox sevirsən, yoxsa Heydər Əliyevi?

”“ Hər ikisin Azərbaycanın yaxın tarixinin görkəmli şəxsləridir. Məhəmməd Əmin Rəsulzadəyə qədər Azərbaycan adı tarixdə coğrafi ərazi adı kimi keçirdi, Rəsulzadə ilk dəfə 1918-ci ildə bu ada dövlət kimliyi qazandırdı. Bu kimliyin tarixiliyini qoruyan hər bir kəs mənim üçün müqəddəsdir.

”“ Nardaranda məlum hadisələr baş verdi. Dövlət ciddi müdaxilə göstərdi və Nardaranın mərkəzinə Azərbaycan bayrağını asdı. Bəziləri dedi ki, bu bayrağı Şuşaya sancmaq lazımdı. Bir çoxlarısa o fikirdədi ki, cəmiyyəti radikal dindarlardan qorumaq Şuşanı işğaldan azad eləməkdən daha vacib məsələdi. Dövlətin Nardaran məsələsindəki addımını necə qiymətləndirirsən? Səncə, bu məsələdə vətəndaşlar da dövlətin yanında olmalıdırmı?

”“ İçəridən parçalanan dövlətlə nəinki Şuşanı, heç bizim Cəlilabadı da almaq olmaz. Orta Şərqdə gedən müharibə onu göstərdi ki, son zamanlar insanların dinə axını heç də allah sevgisi üzündən deyilmiş. Qulağımızın dibində dini müharibələr törətmək üçün siyasətçilər milyardlar xərcləyirmiş. Dini təfəkkür insan azadlığı, haqq-ədalət dedikdə yalnız özünü düşünür. Məsələn, bizim müsəlmanlar Avropa dövlətlərində çadraya olan qadağaları insan azadlığına, inancına olan basqı kimi dəyərləndirirlər. Amma gəlin görək bir fransız qızı Parisdə gəzdiyi kimi hansı islam ölkəsinin paytaxtında küçəyə çıxa bilər? 

”“ Yəni...

”“ Söhbət insan azadlığından gedirsə, bu bütün insanlığa aid olmalıdır. Bizim cəmiyyət bu sualları hələ özünə vermək istəmir, nəinki cavabını tapmaq istəsin.

”“ Xəstə olduğun vaxt Mirşahin səndən müsahibə almışdı. O müsahibə xeyli müzakirə olundu. Bu yaxınlarda isə Mirşahin ürək tutması ilə xəstəxanaya düşdü. Yazırdılar ki, indi Aqşin gedib Mirşahindən eyni məzmunlu, eyni ruhlu müsahibə alsın. Sən özün də səhv eləmirəmsə, bu barədə bir status yazmışdın. Əgər Mirşahindən müsahibə alası olsaydın, ona hansı sualları verərdin? 

”“ Bunu bir dost zarafatı kimi yazmışdım. Mirşahin bəy peşəkar jurnalistdir. Əminəm ki, belə bir müsahibə baş tutsaydı, yenə də suallara cavab verən tərəf mən olacaqdım. Yaxşı ki, tez qalxdı... 

”“ Bəzən deyirlər ki, bir çox yazarlarımızın başı hakimiyyətyönümlü saytlarda pul qazanmağa qaçırıb, deaktiv olublar, yazıçı kimi öz missiyalarını, “mübarizələrini” unudublar... 

”“ Bu sual mübarizədən bəhs etdiyi üçün bu barədə ancaq çayxanada danışa bilərəm. Mübarizənin ən qızğın getdiyi bir yerdə... 

”“ Bu yaxınlarda telejurnalist Sevil Nuriyava Şərif Ağayara yazmışdı ki, niyə işlədiyin saytda İsa Qəmbərdən müsahibə almırsan? Səncə, belə xırda həqiqətlər qarşısında məğlub olan yazıçı böyük ola bilərmi? 

”“ Sevil xanım verdiyi cavabla oturduğu yerdə özündən qəhrəman düzəltmək istəyən hər kəs üçün bunun bədəlinin ağır olacağını göstərdi. Ona görə başqa söz demək istəmirəm.(Aznews.az)

Oxşar xəbərlər
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
24 Apr 2024 | 16:50
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
24 Apr 2024 | 16:46
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
24 Apr 2024 | 16:44
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
24 Apr 2024 | 16:40
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:36
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
GÜNLÜK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb