Tanınmış türkiyəli aktyor Bilal İncinin qızı, aktrisa Elif İnci ekran macəralarını, aktrisalıq fəaliyyətindəki əhəmiyyətli dönüş nöqtələrini və atası ilə əlaqədar bilinməyən həqiqətləri sevənləri ilə bölüşüb.
Moderator.az xəbər verir ki, bir zamanların məşhur filmi “Selvi boylum, al yazmalım”ın kiçik “Səməd”i sən demə, Elif İnci imiş. Ekran əsəri 1977-ci ildə lentə alınıb.
Filmdə azyaşlı oğlan uşağı rolunda kamera qarşısına keçən Elif İnci söyləyir ki, bu obraz onun üçün böyük maraq kəsb edib və səhnə fəaliyyətində fərqli bir təcrübə olub.
Elif İnci 1994-ci ildə Adana Altın Koza Film Festivalında “Zıkkımın kökü” filmindəki Raziyə roluna görə “Ən yaxşı köməkçi qadın aktrisa” mükafatını alıb.
Aktrisa “Kara para aşk”, “Dudaktan kalbe”, “Kardelen” kimi seriallarda da çəkilib.