"O vaxt Aygünlə haqqımda elə materiallar çıxırdı ki..." - Cavanşir Quliyev
Oxunub: 3411
05 Feb 2016 | 00:35
Azərbaycanın tanınmış bəstəkarı, Yakın Doğu Universitetinin professoru Cavanşir Quliyev müsahibə verib. 

Moderator.az lent.az-a istinadən bəstəkarın müsahibəsini təqdim edir. 

- Bakıya çatanda ilk olaraq hara və kimi görməyə gedirsiniz?
 
- Təbii ki, burada dostlarım var. Əslində ildən-ilə görürəm ki, tanıdığım adamların sayı azalır, həyatdan köçürlər. Təbii prosesdir. Artıq yarpaq tökümü yaşıdlarım arasında da başlayıb. Dostlarım, tanışlarım arasında vəfat edənlər olur. Getdikcə çevrə daralır, azalır. Bunlardan başqa, Azərbaycanın ən böyük televiziya rejissoru dostum Ramiz Həsənoğlu ilə daim əlaqə saxlayırıq, ona görə də çox zaman hava limanında o, məni qarşılayır. İlk olaraq bütün xəbərləri ondan eşidirəm.
 
- Neçə ildir həyatınızı Şimali Kiprdə, yəni Azərbaycandan kənarda qurmusunuz?
 
- Bu il yanvarın 1-də 10 il tamam oldu. 

- Orada kiminlə yaşayırsınız? 

- Musiqi alətlərim, kompüterim və özüm. Qızım İstanbulda yaşayır. Orada oxuyur, ailəsi var.
 
- Tək yaşamaq çətin deyil? 

- Əgər sən bir işlə məşğulsansa, yox. Əgər işdən evə gələndə heç bir iş görmürsənsə, onda çətin olar. Çünki işdən sonra adam bilmir nə etsin. Ya özünə çevrə düzəldir, axşamlar gedir yeyib-içməyə, ya da başqa bir şey. Bu, adamın tərbiyəsinə, mədəniyyətinə baxır. Amma bir işlə məşğul olan adam üçün təklik tənhalıq deyil, sadəcə təklikdir. Tənhalıq pis şeydir. Lakin insan adamların əhatəsindəykən də tənha ola bilir. Tək olmaq hələ tənhalıq anlamına gəlmir. Sənin ömrünü həsr etdiyin işin varsa və bu işi hər yerdə görə bilərsənsə, heç vaxt tənha olmursan. İşinlə məşğulsan, sevgilin də odur, dostun da, düşmənin də. Bəzən ona hirslənirsən də. Onda təklik, tənhalıq hiss etmirsən, əksinə, faydası da var. Çünki evdə başqa bir adam olsa, həyatının bir hissəsini, vaxtını onlara həsr etməlisən. Təbii ki, ailən varsa, onlarla da məşğul olmaq lazımdır və vaxtın gedir. Ailənlə də məşğul olmalısan, amma bu iş də görülməlidir. Belə xırda şeylər çıxır və işin keyfiyyətinə də təsir göstərir. Ola bilsin sənət adamlarının kənarlaşıb tək yaşamalarının bir səbəbi də budur ki, tamamilə işləri ilə məşğul ola bilmirlər. Mənim bəxtim gətirib, çevrəmdə olan adamlar bunu hiss etdilər, nə qohum-əqrəbam, nə də dost-tanışım şəxsi həyatıma müdaxilə etmir. Bilirlər ki, mən tək qalmalıyam. Əslində mənim musiqi bəstələmə prosesimi dünyada heç kəs görməyib, tək Allahdan başqa. Bu, təklikdə olan prosesdir. O təklikdə yaratmaq imkanı olmalıdır adamın. Evimdə 6-7 uşaqlı ailə olsaydı, nə vaxt musiqi yazardım? 

- Onda demək olar ki, siz şəxsi həyatınızı yaradıcılığınıza qurban vermisiniz? 

- Qurban vermək yox, həsr etmişəm. Əksinə, mən xoşbəxtəm ki, Allah bu işlə məşğul olmağa imkan yaratdı, güc verdi, bacarıq verdi. Bunun üçün Allahıma, müəllimlərimə, valideynlərimə hər zaman minnətdaram. Bir daha doğulsaydım, həyatım yenə belə olacaqdı. Mən həyatımı öz istədiyim kimi qurmuşam. Buna görə də sabah ölüm qapını çalsa, heç tərəddüd etmədən rahatca gedəcəm. İstədiyi həyatı qura bilməyən insanlara yazığım gəlir, ölərkən onlar nakam ölürlər. Çünki istədikləri kimi yaşaya bilmirlər. 

- Kişilərin çoxu həyatını tək başa vurmaqdan qorxur. 

- Sən soruşmaq istəyirsən ki, mənim həyatımda qadın varmı, ya yox? 

- Bəli, onu soruşmaq istəyirəm.
 
- Həyatımda iki qadın var: biri qızım, biri də nəvəm. Dünyada ən çox istədiyim adamlardır. Bütün həyatım, fəaliyyətim, gecəm-gündüzüm, düşüncəm, fikrim hamısı onlarladır. 

- Axı onlar hər zaman, hər gün sizinlə olmur, bölüşmür, paylaşmır... 

- Hamısı mənim sənətimdir: yastıq yoldaşım da, dərdləşdiyim də. Haramsa ağrıyanda, xəstələnəndə musiqi ilə məşğul oluram və xəstəliyim çəkilir. Hər halda musiqi ilə məşğul olduğum müddətdə məni narahat etmir. O, mənim üçün məlhəmdir, dərmandır, hər şeydir. Bir də ki, mənim yaşımda olan kişi artıq başqa şeylər düşünməlidir. Mən romantik sevgi yaşından çoxdan çıxmışam. Siz deyə bilərsiniz ki, sevgi hər yaşda olur. Bunu şairlər deyir. Amma real həyatda bəzən ya olur, ya olmur, birində olur, birində olmur. Aldanma ki, şair sözü əlbəttə yalandır. Bunu Məhəmməd Füzuli deyib. Qısası, onu deyim ki, həyatımda heç kim yoxdur. 

- Amma məsələn, 10 il bundan əvvəl bu yaşda deyildiniz axı... 

- Doğrudur. Lakin 10 il bundan əvvəl də bu vəziyyətdə idim. Yəni içim, daxili aləmim bu vəziyyətdə idi. Məsələn, Füzulidən üzü bu yana sevgi şairləri var. Bu heç də o demək deyil ki, o adamın həyatında, ətrafında qadın və ya qadınlar olub ki, belə yazıb. Ola bilsin adam məndən də tənha olub. Amma yazılarına baxanda başdan-ayağa sevgi var. Məsələn, adama elə gəlir ki, “Leyli və Məcnun”u yazan bir şair tənha ola bilməz, olmamalıdır. Ancaq tərcümeyi-halını araşdıranda görürsən ki, tənha olub. Yəni bunlar bir-biri ilə bağlı deyil. Bu, sənətdir, şeirdir, yazanın həyatı ilə bağlı olmaya bilər. Yazılanları mütləq müəllifin həyatında baş vermiş kimi qəbul etmək doğru deyil. Baş verə də bilər, verməyə də bilər. Eləcə də bəstəkarlarda. Mənim həyatımda sevdiyim bir qadın indi yoxdursa, necə musiqi yazıram? Məndən soruşa bilərlər ki, sevgidən mahnılar yazırsan, bəs həyatında varmı belə şeylər? Cavab verirəm ki, yox. Təəccüb edirlər ki, onda necə yazıram. Deyirəm, çox yaxşı, qələmi alıram əlimə, kağızı qoyuram qarşıma, yazıram. 

- Ən azı o hissləri yaşayırsınız... 

- Təbii ki, adam özünü o hislərə kökləyir. Ramiz Rövşən deyir ki, mən şeir yazmazdan əvvəl gərək özümü kökləyim. Yaradıcı insanlar da musiqi aləti kimi köklənir. Kökləmə 10 dəqiqə də ola bilər, bir saat da, 5 gün də. Hər dəfə başqa cür olur. Kökləmə prosesində sən aktyor kimi o rolu oynayırsan. Yəni varmış kimi davranırsan, guya həyatda da var. 

- Heç vaxt romantik sevgi yaşamadınız? 

- Yaşamışam bir dəfə. Çox gözəl də oldu. 

- Siz də deyirsiniz ki, əsl sevgi bir dəfə olur? 

- Sevginin tərifi yoxdur. Adam var 5 dəfə sevir, deyir ki, hamısı sevgi idi. Deyə bilməzsən ki, heç biri sevgi deyildi, ehtiras, əyləncə idi. Bəzən buna könül əyləncəsi deyirlər. Hər kəs özlüyündə hesab edir ki, dünyada heç kəs ondan yaxşı sevə bilməz, ən dərin sevgi onunkudur. Ayrılanda, bir-birilərini ittiham edəndə deyirlər ki, “mən səni həyatımdan artıq sevirdim, sən bunu dəyərləndirmədin”. Əks tərəf də bunu deyir. Amma elə idi, ya yox, bilmirsən, çünki sevgidə ölçü vahidi yoxdur. Ona görə də mən bu sualın konkret cavabını verə bilməyəcəm. Mən bir dəfə sevdim. 

- Demək ki, vəfalı insansınız. Bəs deyirlər kişilər vəfasız olur? 

- Düzdür. Qadınlar daha çox vəfalı olur. Qadınlar sevdiyi kişiyə xəyanət etməz. Amma kişilər edir. Kişilər xəyanət edir və deyir ki, Allah məni bağışlayar, qadınım bilsə, o da bağışlayar. Lakin qadın heç vaxt xəyanət etmir, çünki özü-özünü bağışlamır. Mən belə düşünürəm, belə də görmüşəm.
 
- Mahnılarınızın konkret ünvanı olub? 

- Yox, olmayıb. Mən özümə bu işi qadağan etmişəm. Bu, peşədir, ondan sui-istifadə etməzlər. Təxminən belədir ki, sən bir vəzifədəsən, o vəzifəni şəxsi mənafeyin, şəxsi işlərin üçün istifadə edirsən. Məsələn, sənə idarə avtomobil veriblər, həmin avtomobillə uşaqlarını bazara, dükana yollayırsan, həyat yoldaşını salona aparıb gətirirsən. Bunlar vəzifədən sui-istifadədir. Yaradıcılığı da həyatdakı hadisələrə həsr etmək bir az düzgün deyil. Xüsusən də sevgi-məhəbbət məsələlərində. Təbii ki, proqramlı musiqi deyilən musiqi tipi də var. Bu əsərlər konkret baş vermiş hadisələrə musiqi təcəssümü olaraq yazılır. Bu, başqadır, orada bu açıq deyilir. Məsələn, mən “Əsgər marşı” yazmışdım. Bu məzmunundan da bəllidir ki, nədir. Bu cür əsərlər var. Amma sizin dediyiniz başqa şeydir. İnsanın başına gəlmiş hadisələri əsərə tökməyin əleyhinəyəm. Mən bunu etmirəm. Lakin edənlər var. Hesab edirəm ki, peşə insanlara bunun üçün verilmir. Sənin yazdığın əsər, tək sənin üçün deyil, hamı üçün olmalıdır. Əsəri hamıya tutuşduraraq yazmaq lazımdır. Amma sən bunu tamaşaçıya yox, içində tutduğun bir adama yazmısan axı. Olmaz, mən belə şeyi qəbul etmirəm. 

- Heç kimdən ilhamlanmamısınız da? Yaxud sizə bir mahnı yazacaq qədər hansısa duyğular bəxş edən insan olmayıb?
 
- Yox. Qadın məni ilhamlandıra bilər. Lakin ilham mütləq musiqi deyil. İlham başqa şeydə də çıxa bilər. Amma mən onu musiqiyə töküm, olmayıb. Bəli, əsərlərimi bəzən hər hansı insana və ya insanlara həsr etmişəm, bu, başqa şeydir. Bu o demək deyil ki, insan o əsərin içində də var. Elə bir qayda var, əsərləri kiməsə həsr edirlər. Bu o deməkdir ki, həsr etdiyin adamı bir növ bir az əbədiləşdirmək kimi bir şeydir. Sənin əsərinin başında onun adı yazılacaqsa, əgər əsər də yaxşı əsər olacaqsa, keyfiyyətli çıxacaqsa, o adam daim o əsərin içində yaşayacaq. Bir çox əsərlərimi qızıma, dostlarıma, ifaçılara həsr etmişəm. Amma siz dediyiniz anlamda yox.
 
- Ətrafınızda Azərbaycan musiqisinin bir çox gözəl və istedadlı xanımları olub. Hər zaman onlara biganə qalmısınız? Heç biri sizə duyğu bəxş etməyib?
 
- Bəzən elə bilirlər ki, belə şeylər olmalıdır. Olmayanda təəccüb edirlər. Mənim işlədiyim qadın və kişilərlə iş münasibətindən başqa heç bir münasibətim olmayıb. Qadınla kişinin münasibəti üçün onlar bir-birini sevməlidirlər, romantik anlamda sevgi olmalıdır. Mən isə onlarla iş birliyi qurmuşam. İçində təbii ki, gözəl, romantik xanımlar var idi. Əslində gənclikdə işlədiyim xanımların hamısı elə olub. Amma mən, türklər demiş, yapamam. Elə şeylər edə bilmərəm. Hətta belə şeyləri eşidəndə nifrət edirəm. Rejissorla aktrisa bir-birinə sevə və evlənə bilər. Belə şeylər olur. Lakin məndə olmadı. Amma hamısı ilə bugünədək çox xoş münasibətimiz var, hamısını insan olaraq çox istəyirəm. Hamısına da hər zaman təşəkkür etmişəm ki, mənim mahnılarımı oxuyublar. 

- Deyəsən, elə ən yaxşı münasibətiniz də Aygün Kazımova ilə olub və indiyədək də davam edir.
 
- O vaxt Aygün Kazımova ilə mənim haqqımda elə materiallar çıxırdı ki, təəccüb edirdim. Hətta bu materialı yazan adama “afərin” deyirdim ki, gör fantaziyası, təxəyyülü nə qədər çoxdur ki, oturan yerdə özündən belə şeylər icad edib. Aygünün də heç xəbəri yoxdur bu məsələlərdən. Amma bəzən belə şeylər müğənnilərin xoşuna gəlir. Çünki onların populyarlığı artır. Hesab edirəm ki, əsl populyarlıq onunla artmaz. Sən gecə-gündüz maqazin mətbuatından düşmə, amma oxumağın zəifdirsə, heç zaman populyar olmayacaqsan, tanımayacaqlar, deyəcəklər, bu, qəzetdə şəkli olan qızdır, deməyəcəklər yaxşı oxuyan qızdır. 

- Aygün xanım sizə “müəllimim” deyə xitab edir. Ümumiyyətlə, Azərbaycan musiqisində “tələbəm” adlandırdığınız müğənni var? 

- Mən 25 yaşımdan, əsgərlikdən dönəndən müəllimlik edirəm, Bakıda Konservatoriyada müəllim idim. İndi də Kiprdə müəlliməm. Yüzlərlə tələbənin müəllimi olmuşam. Onlar mənə “müəllimim” deyə bilər. Amma Azərbaycanda qəbul olunmuş müğənnilərin dediyi “müəllimim” sözünü bir az mücərrəd anlamaq lazımdır. Aygün mənim dərslərimdə olmayıb. Mən ona dərsdə tələbələrə verdiyim dərsi verməmişəm. Bizim münasibətlərimiz tamam başqa cür olub. Mən ona yazdığım mahnıları öyrətmişəm. Demişəm ki, qızım, burasını belə, orasını elə oxu. Əgər buna görə Aygün mənə “müəllim” deyirsə, ona təşəkkür edirəm. Mən musiqi ilə bağlı bildiklərimi ona öyrətmişəm. Müğənni ilə bəstəkarın münasibəti ikitərəfli prosesdir. Lakin müəllim-tələbə münasibəti deyil. Yaş baxımından da Aygün məndən çox cavan olub. Bəli, müəllim”“tələbəyə bənzər bir ilişkimiz olub. Bir müddət Aygünü çox yaxınımda tuturdum. Hətta ona mənsiz müsahibə verməyi yasaqlamışdım. Çünki bəzi jurnalistlər vardı, istədikləri cavabları almaq üçün müxtəlif suallarla Aygünün aparırdılar istədikləri yerə. Sonra xəbər partlatsınlar ki, məsələn, Aygünün filan qədər kişisi olub. Halbuki Aygün bunu zarafatla yalandan deyib ki, yəni əl çək məndən. Amma götürüb elə də yazıblar. Mən deyirdim ki, qızım, bax, belə şeylər demə, sonra yazırlar. Deyə də bilməzsən ki, deməmişəm, çünki səs yazısı var. Yazıda sözü demək tonu, intonasiya bilinmir axı. Adamlar var ki, yazını da oxuyanda düzgün anlamırlar, olduğu kimi başa düşürlər. Aygünün sözarası zarafatını anlamırlar. Ona görə də ehtiyatlı olmağı tapşırırdım ona. Bir müddət elə etdim ki, alışsın müsahibə verməyə. Müsahibə vermək, sualları cavablandırmaq bacarığı da peşənin bir tərəfidir. Bəlkə də müəyyən mənada onun müəllimi hesab edilirəm. Amma mən müəllimlik yox, onun arxasında duran, onu yıxılmaqdan qoruyan mənəvi cangüdən deyə bilərəm. 

- Yenə qoruyursunuz Aygün xanımı?
 
- Əlbəttə ki, indi də çox gözəl münasibətlərimiz var. Amma artıq Aygünün “cangüdəni” deyiləm. Çünki Aygün artıq ustaddır, öz sənətini, işini yaxşı bilən təcrübəli müğənnidir. O, özü başqalarına yol göstərir. 

- İndi Azərbaycanda yaradıcı əlaqədə olduğunuz müğənnilər var? 

- Təbii ki. Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva və bir sıra gənc müğənnilər. Onlara yeni mahnılar vermişəm, verəcəm də. Amma mənim işlərim bir az gec çıxır. Çünki burada olmuram. Mənsiz onlar mahnını gedib oxuyub çıxara bilməzlər. Mən ona icazə vermirəm. Mahnının son versiyasını dinləməliyəm və qərarı verirəm ki, bu mahnı çıxsın, ya yox. İndi müğənnilərin şöhrəti olduğu üçün gənc bəstəkar və şairlər bu baxımdan onlara təzyiq edə bilmirlər. Müğənni nə istəyir edir. Mahnını alır və oxuyur. Heç bəstəkarın xəbəri də olmur necə oxudu. Bu da işləri korlayır. Mən gənc olanda Elmira Rəhimova, Flora Kərimova, İlhamə Quliyeva ilə işləmişəm. Hətta onlara belə, mahnılarıma istədikləri müdaxiləni etməyə icazə vermirdim. Baxmayaraq ki, populyar idilər. 

- Azərbaycana qayıdıb-qayıtmayacağınız barədə fikriniz nədir? 

- Hələ qərarlaşdırmamışam. Yaşa dolan bir insan bunu düşünməyə məcburdur artıq. Xəstələnsəm nə olacaq, ağır xəstəliyə tutulsam, özüm-özümü idarə edə bilməsəm neyləyəcəm? Bunların hamısı insanı düşündürür. Hər bir insan o dünyaya hazırlaşanda ətrafındakı insanlara müəyyən qədər əziyyət verir, biri çox, biri az. Əziyyəti harada az olacaqsa, insan harada rahat olacaqsa, orada yaşamaq istəyir. Bu, yalnız həyatın gedişatından asılıdır.
Oxşar xəbərlər
22:55, Bu gün
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
22:47, Bu gün
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
22:42, Bu gün
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
22:35, Bu gün
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
22:27, Bu gün
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
22:20, Bu gün
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub - FOTO
22:17, Bu gün
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
22:15, Bu gün
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
22:14, Bu gün
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
22:13, Bu gün
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:09, Bu gün
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:35, Bu gün
Səhər Günəş doğandan sonra açılır...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
GÜNLÜK
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO