Ağdam və Yevlaxdan yardım maşınları Türkiyəyə YOLA DÜŞDÜ 
1336
10 Feb 2023 | 21:12

Ağdam və Yevlaxdan yardım maşınları Türkiyəyə YOLA DÜŞDÜ 

Növbəti yardım “TIR”ı Ağdamdan Türkiyəyə yola düşüb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yük maşını bu gün təqribən saat 17 radələrində yola düşüb.  

Sabah növbəti yükün yola salınacağı gözlənilir. Bundan başqa bölgələrdə toplanan yardımın göndərilməsi üçün yük maşını çatışmazlığının yaşandığı bildirilir.  

Həmçinin bu gün Yevlax şəhərindən də Türkiyəyə yardım məqsədilə yük maşını yola düşüb. Bölgələrdə yardım toplama aksiyaları davam edir.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər