"Əməkdar artist adı hərəkətlərimin, geyimlərimin üstündən xətt çəkdi" - Müsahibə
Oxunub: 4021
05 Feb 2016 | 12:43
Moderator.az əməkdar artist Röya Ayxanın PrimeTime.Az-a müsahibəsini təqdim edir:

-33 yaş insan həyatında müdriklik çağı hesab olunur. 2015-ci ilin bitməsinə 1 gün qalmış prezidentimizin imzaladığı sərəncamla fəxri ada layiq görüldünüz. Yəqin ki, "33" və "30" bundan sonra sizin ən uğurlu rəqəmlərinizə çevrilib. 

- Sözlərlə izaholunmayacaq qədər məmnunluq hissi yaşayıram. Yaradıcılığım üçün böyük stimul yaradan bu hadisə mən və bütün sevənlərim üçün xoş bir sürpriz oldu. Prezidentimiz, möhtərəm İlham Əliyev cənablarına sonsuz təşəkkür edirəm ki, imzaladığı sərəncamla məni sevənlərin qayğı və problemlərini bir gün olsa beləonlara unutdurdu. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində bu bizim üçün iki qat bayrama çevrildi. - Bu sevinc hələ də ailəmizdə davam edir. Ən çox xoşuma gələn odur ki, oğlumun dostları evə gələndə o, öz anası ilə fəxr etdiyini dilinə gətirir. Dostlarına deyir ki, mənim anama prezidentimiz fəxri ad verib. Fanatlarım mənətaxta üzərində prezidentin imzası, yazısı olan tablo hədiyyə ediblər. Hüseyn hər gün o tablonu götürüb diqqətlə baxır və çox fərəhlə məni təbrik edir. Mən bu adı buna görə sevdim. Məsuliyyətini bundan sonra anladım ki, oğlum deməyəcək mənim anam sadəcə müğənnidir. Bunu qəbul edən də etməyən də biləcək ki, onun anası tarixə düşən sənət insanıdır. Bu ad bir çox hərəkətlərin, hətta geyimlərimin belə üstündən xətt çəkdi. 

- Demək, çıxdığı hər bir səhnəni həm də geyimləri ilə ecazkar edən Röyanı bundan sonra daha ciddi görkəmdə görəcəyik? 

-Elə deməzdim, çünki harda Röya varsa partlayışın olacağı danılmazdır. Mən ömrüm boyu sevənlərimi sözün yaxşı mənasında təəccübləndirməyə davam edəcəyəm. Geyimlərimə gəlincə, istənilən paltarımın modeli, tikilişi, bahalı görsənməsi daim fərqli olub. Sözün düzünü demək istəyirəm.Bərbad görünüşlüelə səhnə libasım olub ki, ona bir ətək pul tökmüşəm. Söhbət ötən yay Yaşıl teatrda baş tutan konsertimdəki geyimimdən gedir. Çox utandıran geyimim oldu deyə konsertin efirə getməsinə razı olmadım. Çəkilən şəkillərə baxanda da deyirəm "Allah səni məhv etməsin, bu nə idi geyinib çıxmısan səhnəyə?" İnanın o paltarın pulunu son qəpiyinə qədər ödəsəm də onu geri qaytardım.Əslində o paltar elə olmamalıydı. Sadəcə konsertə bir saat qalmış gələn geyimlər idi. Mən onu görəndə artıq heç nə edə bilməzdim. Məni ən çox o paltar utandırıb. Özümə söz verdim ki, bir də bu hal heç vaxt təkrar olmayacaq. 

- Səhnədə bir Röya var, Azərbaycan estrada ən tələbatlı ulduzu, brendi kimi. Hətta yarım milyondan çox insanın izlədiyi "İnstagram" səhifənizə də baxanda da bu sevginin əyani şahidi oluruq. Azərbaycanlılarla yanaşı, türklərin sizə olan dəstəyi açıq sezilir. Bu çoxlarımızı fəxarət hissi keçirməsinə əsas səbəbdir. Əminik ki, siz də Röyanı adını sevən insan kimi bu sevinci yaşayırsız. İllər keçir, Röya Ayxan hər dəfə öz qələbəsini özü təzələyir.Uğurlu müğənni olmağın sirrini, formulunu mükəmməl bildiyinizə şühəmiz yoxdur. Röya Ayxan olaraq daim aktual qalmaq üçün daha nələr edirsiniz? 

-Məncə Röya Ayxan son aylar həm də iş qadınıdır.Vaxt keçdikcə ətrafımda işçi heyəti çoxalmaqdadır. Bu həyat devizini çox sevirəm, insan nə qədər özündən başqa insanları da düşünərsənsə, o qədər özünlə qürur duya bilər. Əgər bir insan on nəfərdən artıq adamın çörək qazanmasına səbəbkardırsa, o xoşbəxtdir. Mən işçilərimi özümdən ayırmıram. Onlara dəyər verməyi bacardığım üçün özümlə qürur duyuram. 33 yaşım var, neçə illərdir eyni komanda ilə çalışıram və onların sayı hələ də artmaqdadır. Ətrafımda 35 nəfərə yaxın işçi kolektivim var. Hərdən elə olur ki, maddi qazancım kifayət etmir. İlk düşündüyüm bir şey olur. Bilirəm ki, ac qalmayacam, bir şeylə başımı qataram. Amma işçilərimi düşünəndə özümə sual verirəm, onlarla insanın maaşı necə olacaq?Yəni sözüm ondadır ki, bu gün artıq başqalarını düşünən Röya var. Başqasının həyatına həyat qatan Röya var. Uğurlu qadın olmağımın sirri, formulu özünmə hədsiz güvənməyimdir. Düzdür, mən də arada kiçik səhvlər edirəm. Amma onu da bilərəkdən edirəm ki, bəlkə özümü çox təvazökar aparıram. Sonra görürəm ki, yox elə mən düzəm. 

- Daha çox hisslərinizə inanırsınız, yoxsa ağlınıza? 

-Bu günə qədər hisslərə inanmışam, 2 il olar ki, ancaq ağlıma güvənirəm. Əvvəl daha çox hisslərlə iş görürdüm. İndi ağlımla addım atıb, hərəkət edirəm. 

- İçinizdə olan ağıllı Röya hər zaman ağıllı məsləhətlər verir? 

- Bəzən o, da yanılır. Hər kəsin içində dəlisov dünyası var. Bu, danılmazdır. Amma mən içimdəki Röyanı hərdən tutub saxlayıram ki, bunu etmə (gülür). 

- Amma bir anın içində tamam dəyişib başqa bir insana da çevrilə bilirsiniz...

-Məni geyimlər, qarşımdakı insanlar dəyişdirir. Əslində mən eyni adamam. Yaşadığım hadisəni oxucularınızla bölüşürəm. Bu gün (müsahibəni aldığımız günü nəzərdə tutur-red) sürücümə küsmüşəm, ona heç zəng də vurmamışam. Maşınımı sürüb, işlərimin ardınca özüm getmişəm. Hələ bir neçə gün onu danışdırmamaq fikrim var. Çünki mənə cavab qaytarmışdı. Düzdür, o, hərdən cavab qaytarır, susuram, fikirləşirəm ki, düz demədim axı, günah məndədir. Amma bu dəfə mən düz idim. Çünki belə havada maşın yuduzdurmaq olmaz. Mən maşına oturdum, ofisə gələnə qədər bütün palçığın içində idim. Saat 11-də diş həkimində olmalıydım, o həmin vaxta qədər gəlib çıxmamışdı. Mən başladım həyətdə dəli kimi qışqırmağa. Həyətdəki bütün insanlar, sürücülər mənə baxırdı. Amma bu qışqırmağın da səbəbi var. Çünki mənə nə qədər desələr də Röyayam, gecikməyi sevmirəm. Mən bir yerə ya gedərəm ya da getmərəm. Ay mən ulduzam məni gözləsinlər, ay mən filan saatım var o saatda dururam. 6 saat yatmaq vaxtım var. Hər səhər 7-də gözüm öz-özünə açılır. Təzədən deyirəm yat, bu vaxt müğənni durar yuxudan. Yəni demək istəyirəm ki, mən dəyişmirəm. Məni gündəlik baş verən hadisələr dəyişir. Dünən bütün günü fotosessiya çəkilişində olmuşam. Orada 7 paltar dəyişmişəm. Çəkilişdə xaricilər var idi, bir-birinə deyirdilər ki, inanılmazdır, 7-ci addımdır ki, bu qadın başqa cür gəldi. 13 obraz idi, 7-ci paltarda artıq başqa addım atdığımı söylədilər. Bunun heç birində eyni cür gəlmədi. Yəni bu yaxşı şeydir. Mən hər gün Allaha şükr edirəm. Dua edirəm ki, Allahım nə vermisən məndən alma. Mənim ağlımdan qabaq canımı al. Yaşlanıb, pis hərəkətlər etməkdən qorxuram. Ona görə demək istəyirəm ki, Röya əslində bir dənədir. Amma iki Röya var: səhnənin Röyası tam başqa, həyatın Röyası tam başqadır. Mən səhnə üçün günlərlə düşünürəm. Sabah mənim toyum varsa, mən artıq çox narahat oluram. Gedib özümə paltar seçirəm, toyu kim aparacaq onunla maraqlanıram, gedib restoranın qarşısında maşınların düzümünə belə baxıram. Maşının düzülüşündən başa düşürəm ki, mən o toydan necə əhval-ruhiyyədə çıxacağam. Hamı deyir ki, sən manyaksan. Belə şey ola bilməz. Əgər ordan əsəbi çıxıramsa, onda deyirəm ki, sizə dedim belə olacaq. Hər kəs mənim necə hissiyatlı olduğuma məətəl qalır. 


İnsanların 2 faizi düşünür, 3 faizi düşündüyünü güman edir, 95 faizi isə düşünməkdənsə hər şeyin üstündən xətt çəkir. Röya özünü hansı sinfə aid edir? 

-Mən düşünürəm. Güman etməyi xoşlamıram. Mənim ətrafımda elə adamlar var ki, məni 50 yaşımda da tək buraxmayacaqlar.

- Sizin bir xasiyyətiniz var. İstədiyiniz nələrsə alınmayanda alındıra bilməyən insanı deyil, qərarınızı dəyişirsiniz. İstəmirəm, vəssalam! Bəlkə daha yaxşısını axtarıb tapmaq lazımdır...

-Hər adamla artıq üzbəüz oturub, işləyə bilmərəm. Çünki elə bir zamana gəlmişik ki, sənin dırnağıva lak çəkirlər, onu o qədər şişirdirlər ki. Bir dənə salona girə bilmirəm ki, olar sənin şəklini çəkib paylaşaq. Mən deyirəm hələ pedikurumu da eliyib qurtarmamısan. Bəlkə mən sabah gəlməyəcəyəm bura. Yaxud da ki, uşağı aparmışam 1 saatlıq pizza bişirməyə.Çatandan 30 dəfə sual veriblər. Olar şəklini çəkib paylaşaq. Deyirəm hələ masaya salat da gəlmiyib. Gözləyin buranı bəyənim, bəlkı özüm şəkil çəkdirib paylaşmağı istəyəcəyəm? Mən bacarıqsız insanları sevmirəm, onları reklam etməyi də xoşlamıram. - Arada mənə paltar hədiyyə göndərirlər, o qədər sevdiyim dostlarım göndərir ki, xətrilərinə dəyə bilmirəm. Mən özüm almağı xoşlayıram, çünki mənə almaq yaraşır. Mənə bir də cəsarət eliyib, göndərmə o paltarları. Mən o paltarı sabah əlimdə süpürgəynən də çəkdirə bilərəm. Bu sənə xoş olmuya bilər. 

Mən özümdə onu sevirəm ki, insanlar mənə güvənir. Bilirlər ki, mən onları yarıda buraxmayacam. Bu gün Azərbaycanda elə bir geyim dükanı yaxud elə bir maşın salonu yoxdur ki, 100 minlik malı götürə bilməyim. Çünki adamlar bilir ki, dedimsə 9 saatdan sonra pul səndədir. O pul artıq 9 saata onda olacaq. Ona görə də mənə güvənən insanlara PrimeTime.az saytı vasitəsilə təşəkkürümü bildirirəm. -

Bəlkə də bu güvəni qazanmağınıza səbəb pulu sevməməyinizdir. 

-Mən ümumiyyətlə qazancımı görmürəm. Desəm bu dəqiqə evdə 100 manat var, yalan olar. Mən pulu heç vaxt sevməmişəm. Axırıncı dəfə bilirsiz necə toya getmişəm? Desəm, güləcəksiniz. Hər ay kömək etdiyim insanlar var. Elə bil bir-birinə xəbər veriblər. Hamısı durmadan zəng edir. Özüm cavab verə bilmirəm. Buna görə də pis olmuşam. Sürücü cavab verib deyir ki, biraz möhlət verin, mütləq çatacaq. Öz-özümə deyirəm ki, bunlara desə də pul yoxdur, heç kim inanamyacaq ki, qarşısında dağ boyda ulduzun pulu yoxdur. Maşında gedə-gedə zəng vurub dedilər ki, bir məclis var. Amma imkanları yoxdur. Hardasa getdiyim qiymətdən 2000 aşağı. Dedi ki, 3 mahnıya gələrmi bu qiymətə.Dedim denən hə. Mən o toya getdim. Orda həmin qiymətə 5 mahnı oxudum. Ordan qazandığım pulun hamısını da zəng edib kömək istəyənlərə verdim. O puldan 1 manat belə evimə girmədi. Gecəynən hamısını yollayıb, gəldim. O gecə o qədər rahat uzandım yerimə. Elə bil üstümdən ağır yük götürüldü. 
Oxşar xəbərlər
22:50, Bu gün
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
22:47, Bu gün
İşıqforda güllə yağışı: Yaralılar var
22:44, Bu gün
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
22:43, Bu gün
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
22:41, Bu gün
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
22:38, Bu gün
İndoneziya Cakartaya xüsusi status verir
22:35, Bu gün
Dostunun ad günündə dava saldı: Həbs olundu
22:33, Bu gün
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
22:30, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
22:30, Bu gün
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
22:27, Bu gün
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
22:22, Bu gün
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
22:18, Bu gün
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
22:07, Bu gün
Quzu ətindən baha olan göbələk növü - VİDEO
22:03, Bu gün
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
21:59, Bu gün
Ən şanssız 4 bürc
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:30, Bu gün
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?