Ərdoğan-Əliyev görüşü: “Yeni müharibə” öncəsi razılaşdırılacaq məqamlar
Siyasət
Oxunub: 3765
05 Feb 2016 | 16:55
Ərdoğan-Əliyev görüşü: “Yeni müharibə” öncəsi razılaşdırılacaq məqamlar
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan altı aylıq fasilədən sonra - fevralın 18-də yenə Bakıya gəlir. Sonuncu dəfə türk lider ötən il Bakıda keçirilən I Avropa Oyunlarının açılışı mərasiminə qatılmışdı və çox maraqlıdır ki, o, Azərbaycan torpağında Rusiya prezidenti Vladimir Putinlə də görüşdü. Görüşün qapalı hissəsində müzakirə olunanlar bəlli deyildi, lakin hotel foyesində ayaqüstü söhbətdə iki lider arasındakı gərginlik açıq şəkildə sezilirdi. Həmin vaxt ortaya çıxan informasiyalara görə, türk və rus lideri “Türk axını” layihəsində razılığa gələ bilmədikləri üçün narazı üz ifadələrini ictimaiyyətdən gizlətməmişdi.


Son altı ayda çox şey dəyişib və situasiya tamam fərqlidir. Hazırkı situasiyada Ərdoğanın Bakı səfəri bir çox aspektdən mühümdür. İlkin versiya kimi rəsmi Bakının Türkiyə və Rusiya arasında vasitəçi olması ortaya atılır. Bəli, bu ehtimal həmişə gündəmdə olub və Azərbaycanın siyasi rəhbərliyinin problemi həll etmək iqtidarında olduğunu danmaq olmaz. Xüsusilə Azərbaycan lideri İlham Əliyevin Ankara və Moskvada xüsusi ağırlıqla qarşılanması məsələni sülh yoluna qoymaq üçün unikal variantdır. Lakin hər şeydən öncə tərəflər bunu istəməlidir. Rəsmi Bakı da iki ölkə arasındakı gərginlikdən narahatlığını dilə gətirərək, vasitəçi ola biləcəyini deyib. Məsələ qalır tərəflərə. Hazırda tərəflərin belə bir istəkdə olduğunu demək çətindir.
 
Çünki ötən ilin 24 noyabrında Türkiyə hava sərhədini pozan rus təyyarəsinin vurulması iki ölkə arasındakı gərginlik atmosferini pik həddə çatdırdı. Ruslar buna cavab olaraq türklərə qarşı iqtisadi sanksiyalar tətbiq etdi, eləcə də Suriyaya humanitar yardım aparan türk TIR-larını bombaladı. Bunun fonunda Türkiyənin Rusiyadan aldığı təbii qaza yenidən baxmaq məsələsi gündəmə gəldi, bu məsələdə Bakı Ankaranın yanında olduğunu bəyan etdi. Bir neçə gün öncə türk TIR-ları Suriyada yenə rus bombardmançıları tərəfindən vuruldu. Hazırda Rusiya Suriyanın Türkiyə sərhədində yerləşən Qamışlıda hərbi baza yaratmaq istəyir və Türkiyənin Suriyaya qəfil hücum edəcəyinə dair xəbərlər dolaşmaqdadır.

 
Ankara və Moskva arasında buzların əriyəcəyinə dair ehtimalı sıfıra endirən bir sıra səbəblər var.


- Kreml təyyarənin vurulması ilə bağlı Türkiyədən üzr istəməsini tələb edir və bu istək hələ də Vladimir Putinlə görüşmək niyyətini gizlətməyən Ərdoğanın qarşısında əsas şərt olaraq irəli sürülür. Halbuki, belə bir üzr Türkiyənin haqlı mövqeyindən əl çəkməsi demək olar. Bu baxımdan, Ankaranın ümumiyyətlə bu məsələyə görə nə vaxtsa ruslardan üz istəcəyi gözlənilən deyil. Vladimir Putin üçün bu, hər şeydən öncə ruslar arasında yaratdığı “toxunulmaz Rusiya” mifinin dağılması deməkdir. Türkiyəyə qarşı sanksiyalar, TIR-ların vurulması kimi addımlar da həmin mifin xilasına yönəlmiş addımlardır. Bu baxımdan, ikitərəfli münasibətlərdə baharın gələcəyini gözləmək çətin görünür.
 
- Türkiyə-Rusiya münasibətlərinə payızın gətirilməsi həm də Qərbin Moskvaya qarşı ümumi dalğasının bir hissəsi idi və Ankara burada öz geosiyasi çıxarları çərçivəsində yer aldı. Doğrudur, bu oyunda yer alan Türkiyə qurbanlar verdi, xüsusilə iqtisadi sferada itkilərlə razılaşdı. Amma hesab etmək olar ki, Türkiyə rəhbərliyi daha uzaq geosiyasi hədəflər üçün bu addımı atdı. Bunlardan bəlkə də birincisi Suriyada rusların türklərə qarşı çıxması və Ərdoğanın 5 ilə yaxın müddət ərzində Əsədin getməsi ilə bağlı tutduğu siyasətə zərbə vurmaq idi. Eyni zamanda, Yaxın Şərqdə Türkiyənin izlədiyi geosiyasətə rus əngəlinin yaranmasını qəbul etmək niyyəti yoxdur. Rusiyanın Suriyada PYD-yə (PKK-nın Suriya qolu) açıq şəkildə dəstək verməsi isə bütün körpülərin yandırılması oldu.

Maraqların toqquşması ilə yanaşı, Ankaranın Rusiya ilə bağlı yaranmış situasiyada dünya birliyində onu əvəzləmək hədəfləri də var. Misal üçün, Ərdoğan son dövrlər BMT Təhlükəsizlik Şurasının tərkibinin dəyişməsinin vacibliyini dilə gətirir və bir çox hallarda haqlı arqumentlər irəli sürür. Bu, dünyada yaranmış siyasi böhranın çıxış yollarını axtarmaqla yanaşı, Türkiyənin çökəcək Rusiyanı Təhlükəsizik Şurasında əvəzləməsi üçün də zəmin yaradır. Bunun baş verməsi Türkiyəni regional gücdən hegemon gücə çevirə, üstəlik Azərbaycanın da bir çox maraqlarının həyata keçməsini təmin edə bilər. Təbii ki, bu hələlik gözləntilərdir. 
 
Ümumi fonda belə görünür ki, Qərbin Rusiyaya qarşı apardığı siyasətdə yer alan Türkiyənin bundan sonra geri çəkilərək, Moskva ilə buzları əritməsi öz müttəfiqlərini qarşısına alması deməkdir. Məhz bu faktor iki ölkənin yaxın perspektivdə eyni masaya oturacağını mümkünsüz edir.

***

Bütün bunlar Ərdoğanın Bakıya Putinlə barışmaq üçün gəlmədiyi fikrini gücləndirir. Belə olanda “Ərdoğan qardaş adlandırdığı Azərbaycan Prezidenti İlham Əliyevlə nələri müzakirə edəcək?” sualı yaranır.

Təbii ki, Türkiyə prezidentinin Azərbaycana gəlişi ikitərəfli iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi, yeni müqavilələrin bağlanması, Bakı və Ankaranın birgə layihəsi olan Cənub Qaz Dəhlizi ətrafında yaranmış situasiyaların gözdən keçirilməsi və atılacaq addımların müzakirəsi, həmçinin, təhlükəsizlik məsələləri kimi mühüm sahələrlə birbaşa əlaqəsi var. Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkəni maraqlandıran bütün məsələlərin gündəmə gətiriləcəyi şübhəsizdir.
 

Lakin Ərdoğanın Bakı səfərində iki ana xətt açıq görünür.


1. Son proseslər Türkiyənin Suriyada daha geniş əməliyyatlara başlaya biləcəyini göstərir. Bu, faktiki olaraq Rusiya qüvvələri ilə Suriyada yeni döyüş deməkdir. Görünür, Ərdoğan “yeni müharibə” adlandırıla biləcək siyasi gedişi etməmişdən öncə İlham Əliyevlə "saatlarını yoxlayır".
Türkiyə-Rusiya qarşıdurmasında Bakının seçim etmədiyi görünür. Bunu gözləmək də absurd olardı. Lakin Prezident İlham Əliyevin Rusiyanın buraxmadığı Türkiyə TIR-larına yol açması, təbii qaz məsələsində “mən qardaşıma qaz verəcəm, həm də daha ucuz” deməsi dolayısı ilə onun tərəzinin Türkiyə gözünə ağırlıq verdiyini göstərdi. Görünür, Ərdoğan da planlaşdırdığı yeni addımı İlham Əliyevlə müzakirə etmədən atmaq istəmir. Burada iki amil ola bilər: birincisi, Ankara Bakının Rusiya ilə bağlı siyasətini nəzərə almaq və müzakirədən sonra buna uyğun hərəkət etmək istəyir, ikincisi, Türkiyə yeni siyasətində Azərbaycanın dəstəyinə ehtiyacı var. Prezident İlham Əliyevin Suriya böhranından çıxış yollarının müzakirəsi üçün Böyük Britaniyanın Baş naziri Devid Kameronun dəvəti ilə Londona dəvət edilməsi ikinci ehtimalı gücləndirir. Hesab etmək olar ki, Suriya, ümumilikdə Yaxın Şərqlə bağlı dünya liderlərinin yeni siyasətində Azərbaycan da yer alacaq. İlk baxışdan, Azərbaycanın yerləşdiyi Qafqaz regionu ilə Yaxın Şərq uzaq görünə bilər, amma iki region arasında mühüm bağların olduğu şübhəsizdir, xüsusilə Rusiya faktoru baxımından. Digər tərəfdən, Azərbaycanın Əfqanıstandakı NATO qüvvələri üçün tranzit rolunu üzərinə götürdüyünü unutmamalıyıq. Bu baxımdan, Yaxın Şərqlə bağlı atılacaq addımlarda dünya güclərinin Bakıya ehtiyacı var.
 
Ərdoğanın Bakı səfərində bu amillər, eləcə də İŞİD-ə qarşı yaradılan “İslam koalisiyası”nda Azərbaycanı da görmək istəklərinin müzakirəsi gözləniləndir.

2. Ərdoğanın səfərində ikinci ana xətt regionda Ankara-Tiflis-Bakı üçbucağının gücləndirilməsi ola bilər. Belə ki, Ankara ilə kəllə-kəlləyə gələn Kreml dərhal Ermənistanda hərbi gücünü artırdı. İrəvana hərbi helikopterlər “hədiyyə etdi” və Ermənistanla birgə hava hücumundan müdafiə sistemi yaratmaq qərarını verdi. Hətta dəqiqləşməmiş informasiyalara görə, Rusiya Ermənistanın Türkiyə ilə sərhəd ərazilərinə qoşunlarını da yerləşdirib. Bu, Türkiyə, dolayısı ilə Azərbaycan üçün də təhdiddir. Bu təhdidə qarşı Ankaranın Bakı ilə eyni marşrut üzrə hərəkət etməsi normaldır. Bu, marşrut Türkiyə, Gürcüstan və Azərbaycan arasında tədricən möhkəmlənən hərbi və siyasi ittifaqın gücləndirilməsindən keçir. Ankara uzun onilliklərdən sonra Qafqaz siyasətində bu ittifaqla fürsət əldə etdi. Əslində Rusiyanın Ermənistana dəstəyi artırması və yeni regional ittifaqa adekvat güc yaratmaq cəhdləri də buna hesablanıb. Hesab etmək olar ki, Ərdoğan Bakıda İlham Əliyevlə bu məsələni nəzərdən keçirəcək və çox güman ki, türk lider bu səfərdən sonra “qaz oyunu” ilə Rusiyaya isti münasibət göstərən Tiflislə də təmasları genişləndirəcək. Məqsəd regional ittifaqı Rusiyanın atacağı addımlara qarşı adekvat vəziyyətə gətirməkdir. Bu, həmçinin, İranla da bağlıdır. Çünki sanksiyaların aradan qaldırılmasından sonra İranın regional güc olmaq istəkləri ortaya çıxıb.
 
Qafqazı öz maraq dairəsində görən Tehran regiondakı Ankara-Tiflis-Bakı ittifaqına qarşı Rusiya-Ermənistan birliyində yer almaq niyyətindədir. Belə olanda qarşı cəbhə daha da güclənir və bu, Türkiyəni təxirəsalınmaz addımlar atmağa məcbur edir.
 
***

Bu iki ana xətlə yanaşı, Ərdoğan Bakıda azərbaycanlı həmkarı ilə Transxəzər layihəsini də müzakirə edəcək. Geosiyasi proseslər fonunda mühüm yer tutan enerji amilinə görə bu vacib məqam hesab olunmalıdır. Türkiyə prezidenti ötən ilin 12 dekabr tarixində Aşqabad səfəri zamanı bu məsələni müzakirə etdi. Türkmənbaşı layihəyə yox demir, lakin haqlı olaraq Xəzərdə Rusiya faktorunu də gözdən çıxarmır. Həmçinin, qaz resurslarını Avropa bazarına çıxarmaq istəyən İran da Transxəzərə yeni rəqib kimi qəbul olunmalıdır. Bunun fonunda Ərdoğanın gündəmə gətirəcəyi məsələlər sırasında bu layihə də xüsusi yer tutur. Çünki türkmən qazının dənizdən Bakıya gətiriləcək hazırda inşa olunan Cənub Qaz Dəhlizi layihəsinə qoşulması həm Türkiyənin qaz ehtiyacının ödənməsi, həm də Avropanın qaz bazarı uğrunda gedən rəqabətdən Ankara və Bakının qalib kimi çıxması üçün əhəmiyyətlidir.(publika.az)
Oxşar xəbərlər
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA